Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə46/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   ...   42   43   44   45   46   47   48   49   ...   64

                                                                                                                                      
181
Bir də biçin vaxtı gələrik ancaq. 
Bizim bərəkətli münbit zəmilər 
Düz birə yeddi yüz məhsul yetirər. 
Bir, yaxud yüz belə işi bacarsaq, 
Allaha təvəkkül elərik ancaq. 
Bizi hifz eləyən allahdır, allah, 
Biz yalnız allaha gətirrik pənah 
Xəbərçilik bilməz bir nəfərimiz, 
Özgənin eyvana göz yumarıq biz. 
Birini qəzəbli, acıqlı görsək, 
Ona məsləhətlə elərik kömək. 
Heç kəsi pis yola əsla çəkmərik, 
Fitnə axtarmarıq, qan da tökmərik. 
Dərdlinin dərdinə olarıq şərik, 
Şad olsa, onunla şadlıq eylərik. 
Qızıla, gümüşə aldanmaz heç kəs, 
Bunlar bizim yerdə bir şeyə dəyməz. 
Xəsislik bilmərik dünyada bizlər, 
Zorla şey almarıq bir arpa qədər. 
Bizdən qaçmaz əsla vəhşi heyvanlar, 
Vermərik onlara əziyyət, azar. 
Ehtiyac olanda gur, cüyür, ceyran 
Özləri axışıb girər qapıdan. 
Ovlamaq istəsək onlardan əgər, 
Ovlarıq ehtiyac duyulan qədər. 
Lazım olmayanı biz nahaq yerə
Qırmarıq, ziynətdir onlar çöllərə. 
Nə öküz, nə eşşək kimi yeyərik, 
Nə də ağzımızı möhürləyərik. 
Süfrəyə hər cürə nemət düzsələr, 
Yeyərik, gözümüz qalana qədər. 
Bizdə cavanlardan ölüm uzaqdır, 
Ölüm çox yaşamış qocaya haqdır. 
Ölüyə biz əsla saxlamarıq yas, 
Bilirik bu, dərdə bir çarə olmaz. 
Üzə deyilməyən bir sözü heç kəs. 
Bizlərdə qaydadır, daldada deməz. 


                                                                                                                                      
182
Kim nə cür dolanır, danışmarıq biz, 
Kimsənin işinə qarışmarıq biz. 
Naşükür deyilik qismətimizə, 
Razıyıq qəzadan nə gəlsə bizə. 
Allahın lütf edib verdiyi şeyə
Demərik: "Bu hardan? Bu belə niyə?" 
Bizimlə birlikdə o adam yaşar 
Ki, ola bizimtək təmiz, pəhrizkar. 
Tutduğumuz yoldan çıxsa bir insan. 
Kim olsa, qovarıq öz aramızdan..." 
İskəndər bu qayda-qanunu görcək 
Duruxub dayandı divanələrtək. 
Çünki belə şeyi nə görmüş, nə də
Oxumuş idi bir xosrovnamədə... 
Öz-özünə dedi: "Arifsən əgər, 
Qoy sənə bir ibrət olsun bu sirlər. 
Dünyanı gəzmərəm mən, daha bəsdir, 
Hər ovlaqda bir tor qurmaq əbəsdir. 
Bütün bildiklərim qalsın bir yana, 
Bunların söhbəti bəs elər mana. 
Elə bil dünyanı o pərvərdigar 
Bu mərd insanlarçün etmiş bərqərar. 
Bunlar şövkət vermiş aləmə, yəqin 
Sütunu bunlardır bütün aləmin. 
Düz yaşayış yolu budursa əgər, 
Insan bunlardırsa, bəs nəyik bizlər? 
Bizi haqq göndərib çölə, dənizə, 
Qəsdi göstərməkmiş bunları bizə. 
Vəhşi adətlərə eyləyib nifrət, 
Öyrənək bunlardan ayin, mərifət, 
Bunları əvvəldən görsəydim əgər, 
Dünyanı bu qədər gəzməzdim hədər. 
Tapardım özümə dağda bir kaha, 
Ibadət eylərdim orda allaha. 
Bunlartək asudə ömr edərdim mən, 
Dinim də olardı həmin bu dindən!.." 
İskəndər görəndə onları dindar, 


                                                                                                                                      
183
Peyğəmbərliyini etmədi izhar. 
Görəndə onları əməlisaleh, 
Xəzinə bəxş etdi o böyük fateh. 
Qayıtdı geriyə ordan fərəhlə,  
Qoşunu dəniztək yönəltdi çölə. 
Bayraqlar qaldırdı rum ipəyindən, 
Al6 xara geyindi sanki çöl-çəmən! 
Tutdu qarışqatək qoşun hər yanı - 
Dərəni. təpəni, düzü, ormanı... 
Hara iz saldısa atının nalı 
Sildi o yerlərdən dərdi, məlalı. 
İSKƏNDƏRİN RUMA QAYITMASI 
Müğənni, şövqlə ucalt səsini, 
Aç yenə gövhərlər xəzinəsini! 
Bu bağlı qapıya kim salsa açar, 
Gizlin xəzinədə dürr, gövhər tapar. 
Meyvənin xoş ətri basanda bağı
Kəndlilər unudar evi, otağı. 
Meyvələr çoxalar, bağlar varlanar
Belə bir bolluqdan yer vüqarlanar. 
Fərəhdən sevinib güləndə püstə
Xurma baxıb ondan bir busə istər. 
Ləl ilə bəzənmiş bir tac kimi nar, 
Uzaqdan çıraqtək alışıb yanar. 
Göz vurub qızarmış alma edər naz, 
Çəkər gərdənin turunc işvəbaz. 
Tənəklər şərabdan nəşələnərək 
Sarmaşar almaya, nara sərxoştək. 
Bürüyüb bağları var ağacları, 
Cüt məmələr kimi görünür barı. 
Əncir yeyən quşlar oğrutək pünhan 
Asılar ağacın budaqlarından. 
Badam sevən torpaq yağ almaq üçün 


                                                                                                                                      
184
Soyar qabığını badamın bütün. 
Istəyər, innab da gəlib həvəsə,  
O dilsiz-ağızsız fındıqdan busə. 
Ağaclar şənliklə qaldıraraq baş
Innabdan, fındıqdan verərlər şabaş. 
Qarapapaq üzüm sərxoşluğundan 
Dolar barmağına saçını nihan. 
Qabaqlar sazlarlar şadlıqçün rudu, 
Heyva boğazından tutar armudu. 
Daşınar şərabçın dolu səbətlər, 
Səbət daşıyanın üzü-gözü tər. 
Salxımlar sıxılar bağda başabaş, 
Axışar küplərə şirəsi birbaş. 
Südəmər körpələr necə qığıldar, 
Küplər də dolduqca elə uğuldar. 
Toy-bayram edirkən dünya bu zaman 
İskəndər uzaqdı bu toy-bayramdan. 
Qatıb bir-birinə gecə-gündüzü, 
Üzürdü dənizi, keçirdi düzü, 
O, bir çox ölkəni xoşluqla, zorla 
Dardan çıxarmışdı geniş bir yola. 
Ömrün piyaləsi artıq dolmuşdu, 
Onun özünə də yol dar olmuşdu. 
Dünyada hamıya iki qapı var, 
Birindən girənlər birindən çıxar. 
Bu yeddi budaqlı, altı cəhətli, 
Dövrəsi, meydanı, yeri vüsətli 
Sərvdən ucaldı bir qiyabi səs: 
"Daha fatehlikdən əl çək, bəsdir, bəs!
229
Bəsdir, bu dünyanı gəzməkdən əl çək. 
Daha ilk mənzilə dönəsən gərək! 
İskəndər sözünü yazanda katib 
Yalnız beşcə hərflə ifadə edib. 
Beş hərfə müvafiq etdin beş səfər
230

Suları, dağları keçdiyin yetər! 
Pəncəni bu dünya işlərindən çək. 
Qayıt öz evinə, get, beş ayadək 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə