Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə35/113
tarix25.06.2018
ölçüsü2,84 Mb.
#51331
1   ...   31   32   33   34   35   36   37   38   ...   113

                                                                                                            

141


Mən meydan əriyəm, sən də bir kişi, 

Meydanda seçilir hər mərdin işi. 

Bu yoldan o zaman çəkərəm yüyən, 

Ya külah qaparam, ya ölərəm mən. 

Sandın səndən başqa yoxdur bir nəfər, 

Ancaq bir sənsənmiş dünyada sərvər?! 

 Hər yarpaq altında təlaş edən var, 

Hər mənzil başına bir yol gedən var. 

Bu müdhiş ilanla şətrənc oynama. 

Qarşı çıx, hiyləylə bunca qaynama! 

Öz mülkümdəm mənə iqta göstərmə. 

Süheylə baratı Yəməndən vermə!

139 

Qoyuna verilməz dələmə suyu, 



Onda öz qanı var, görəcək bunu. 

Qürurla bu qədər olma gərdənkəş, 

Torpaqdan yarandın, deyilsən atəş. 

Gəl burax bu kini, islaha yanaş, 

Qalaydan pozulur almaz kimi daş. 

Bir qab şərabın var, saxla can-başla. 

Sındırarsan onu, çarpışma daşla. 

Unutma, neft ilə doludur cahan, 

Söyüdü qoru bu odlu tufandan. 

Xoş keçdi, ələ al nuş ilə eyşi, 

Xəracla cahanda şəxsin nə işi! 

Biri yoxsuldan bağ əsirgəməmiş, 

O biri verməmiş bağından yemiş. 

Get, elə bir ov tap zəifdir məndən, 

Yağ çıxmaz sənə bu aslan böyründən. 

Heç mümkün deyilsə meyvəni dərmək, 

Budaqdan asılmaq nəyinə gərək. 

O zaman arzuna yetişərsən sən, 

Körpü sala bilsən böyük dənizdən. 

Bir düşün, bu qədər qürur nə gərək! 

Bəsləyirsən əbəs baş tutmaz dilək. 

Bax, gənclik nə yola çəkdi Bəhməni, 

Qorx bu əъdahadan ki, dişlər səni! 

Yolunu div vurar Isfəndiyartək, 




                                                                                                            

142


Rüstəmlə döyüşə çıxasan gərək! 

Divlərlə oturub dursa Süleyman, 

Qalmaz barmağında üzüyü, inan!

140


Çalış bu dünyada səhv eyləmə sən, 

Çox bizim kimilər yanmış səhvindən. 

Özünə verdiyin hesab düz deyil, 

Bu yanlış oyunu uduzdun, çəkil! 

Nədir bu xam xəyal, bu xam tərpəniş? 

Simurğu toruna kim sala bilmiş? 

Zəncidən deyilsən daha adamcıl. 

Bərbərdən igidmi çıxdın sən, ayıl! 

Kin ilə döyüşə başlayınca mən 

Nə qədər qan tökdüm zənci, bərbərdən. 

Qayıt bu kinindən artıq, yetişər. 

Insanı incitməz azad kişilər. 

Öncə sən bağladın kin mənə qarşı, 

Ilk səndən göründü ilanın başı. 

Ordunu sazladın qan içsin deyə. 

Üstümə gəlirsən basqın etməyə. 

Ölkəmə salırsan min fitnə, min kin, 

Atamın mülkünü almaqdır fikrin. 

Mənə də gərəkdir yığaraq əskər 

Belimə bağlayım hərb üçün kəmər, 

Ordumla bu dərin dənizdən aşmaq, 

Qılıncımla bir qan dənizi açmaq. 

Sanma mən sərxoşam, sən ayıq, huşyar, 

Mənim də başımda ağlım, huşum var. 

Taleyin gününü edibsə parlaq. 

Mən də xoşbəxtlikdən deyiləm uzaq. 

Sənə iş vermişsə köhnə ruzigar, 

O işdə mənim də məharətim var. 

Sənə tacın yardır, mənə qılınc yar, 

Səndə tac vardırsa, məndə qılınc var! 

Güvənmə taxtına sən, ey tacidar! 

Hər taxtın önündə bir də tabut var. 

Güvənmə ki, dağlar çəkmiş daş hasar, 



                                                                                                            

143


Elə zənn etmə ki, qırılmaz daşlar. 

Döyüş zamanında işlərkən əllər 

Dağlardan toz qopar, titrər təməllər. 

Bu dünya mülkünün gəlincə sonu 

Asanca mənimsər axtaran onu. 

Çıxarkən bir sənlik, mənlik ortaya. 

Ah, necə doymasın cana bu dünya?!

141


Bilirəm, bax, budur fikrinin canı: 

Tutmaz bir tərəzi iki batmanı

142



Məni öz daşınla gəl çəkmə daha, 



Bəhməni bununçun vurdu əъdaha

143


Cavabda daş, dəniz atsan ortaya, 

Dağ kimi daşımı ataram suya

144


Mən də zirehpuşam, qılınc oynatsan, 

Sülhə də razıyam, sülhə əl atsan. 

Gövhərdən, qılıncdan, nəyin var, çıxar, 

Mənim də bunlarda məharətim var." 

Elə ki, məktubu Dara dinlədi, 

Dimağı alışdı, kinlə inlədi. 

Durmadan topladı qədərsiz əskər, 

Daradan qalmadı geri İskəndər. 

Ortaya çıxardı güclü bir ordu, 

Silahdan onlara yaraşıq vurdu. 

Dara anladı ki, qızmış əъdaha 

Aslanın izini buraxmaz daha. 

Elə bir şövkətlə qalxdı yerindən, 

Dağlar da sarsıldı öz təməlindən. 

Nəhayət, gəldilər qarşı-qarşıya, 

Kinin qapısını açmışdı dünya. 

Cəzirə ki, Musil adlı ölkədir, 

Səfalı bir yerdir, xoş düşərgədir, - 

Bu yerdə toqquşdu iki tacidar, 

Dəhşətdən, vəhşətdən titrədi dağlar. 

Çarpışan şahlardan əsər axtarsan, 

Indi də o yerdə sümük taparsan. 



                                                                                                            

144


DARANIN İSKƏNDƏRLƏ

MÜHARİBƏSİ 

Ey saqi, şərabın ağzını dur aç, 

Vaxtı boş keçirmə, qədəhə mey saç! 

Xüsusi mey ilə xərab et bir an, 

Qurtarım canımı bu xərabatdan. 

Bu mavi göylər ki, daim seyr edər. 

Bu günəş, bu ay ki, dolaşıb gedər. 

Bunları sanma bir oyun-oyuncaq, 

Sərsəri deyildir bu geniş afaq. 

Pərdədə hər telin vəzifəsi var. 

Bizə bu hikmətlər deyil aşikar. 

Kim bilir ki, sabah nələr olacaq? 

Kim sönüb gedəcək, kim sağ qalacaq? 

Kimin paltarını atarlar çölə, 

Kim qoyar başına tac gülə-gülə. 

Yaxşıdan, yamandan xəbər verənlər 

Pak, təmiz şahlardan belə nəql edər: 

Çin şahı səhərə nəfəs verərkən 

Ulduzu günəşə dəyişdi Ədən

145


Toqquşma yerinə yetişdi ordu, 

Qaf kimi düz iki pərgarda durdu. 

Yollara töküldü dəmirdən tikan

146



Şeypurlar coşduqca qopdu həyəcan. 



Üz-üzə gəlirdi hər iki ordu, 

Nə ürəkdə dinclik, nə gözdə uyğu. 

Hər iki tərəfdə ordu qaynaşır, 

Qaynaşma ayağa, ələ dolaşır. 

Üz-üzə durdular döyüş yerində, 

Döyüşə cəsarət yox heç birində. 

Hamı düşünürdü bəlkə sülh olsun, 

Qılınclar qınında sakit otursun. 

Gənclikdən, qürurdan hər iki sərkəş

Birisi su idi, birisi atəş. 

Nəhayət, şəfqətdən kin etdi zühur, 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə