Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə36/113
tarix25.06.2018
ölçüsü2,84 Mb.
#51331
1   ...   32   33   34   35   36   37   38   39   ...   113

                                                                                                            

145


Yandı hər ürəkdə kinli bir qürur. 

Elə ki, qaynadı kinli bir hiddət, 

Ürəkdən büsbütün silindi şəfqət, 

Davullar gurlarkən dəhşət verərək, 

Təblin dodağından öpürdü fələk147. 

Sərxoş fillər ilə qızışdı meydan. 

Güzgü sınıb düşdü filin alnından. 

Şeypurlar qoparır aslan nərəsi, 

Dimağı doyurur nayın nəfəsi. 

Türk payı qopardı elə bir şivən 

Igidlər coşaraq qopdu yerindən. 

Zinclərin sədası elə müdhişdi, 

Bəzəkli günbədi dəlib keçmişdi. 

Meydanı bürüdü qanlı vurhavur, 

Döyüşdən igidlər getdikcə coşur. 

Sanki bir məhşərdir, yer, göy dağılır, 

Israfil şiddətlə surunu çalır. 

Göylərin yolunu tutdu toz. torpaq, 

Sağlığın yüyəni əllərdən uzaq. 

O qədər toz qonmuş tərkə, yəHərə, 

Yer göyə dönmüşdü, göy isə yerə

148


Ciyəri yandırır atəşli səda, 

Boğulur kəməndin halqaları da. 

Nəfəslər göydə bir buluddur guya, 

Qılınc şöləsindən yanırdı dünya. 

Qılınc oynadırdı torpaqla, qanla, 

Havanın dimağı dolurdu canla. 

Iran tacidarı səhərdən durdu, 

Sazladı olduqca mükəmməl ordu. 

Öncə sağ qanada bəzəklər saçdı, 

Əъdaha qılınclar ağzını açdı. 

Sonra da sol qolu nizama saldı, 

Cəbhəyə poladdan bir dağ ucaldı. 

Bir mərkəz dikəltdi cinahın gözü, 

Qapandı günəşin və ayın üzü. 

Bu mərkəz poladdan tökülmüş bir dağ, 

Sığınan kəslərə dəmir bir sığnaq. 



                                                                                                            

146


O yanda Rum şahı qurdu ordunu, 

Sanki bal arısı şan etdi mumu. 

Silah istəyənə payladı silah, 

Kömək istəyənə payladı pənah. 

Sağ-solu bəzədi qılınc və qalxan. 

Necə ki, canlanır çəmən buluddan. 

Dağtək möhkəmlətdi önü, arxanı, 

Göydə səyyarətək qurdu meydanı. 

Elə ki, hər tərəf sazladı ordu, 

Igidlər döyüşə çox hazır durdu. 

Qılınclar boyunla oynarkən artıq, 

Dünyanın gözündən çəkildi işıq. 

Çuxurlar qan ilə dolub daşaraq. 

Qırmızı kükürdtək qızardı torpağ. 

Əyri qılıncların əъdahasından 

Əъdaha yuvası olmuşdu meydan. 

Oxların nəhəngi yay pusqusundan 

Bir yerdə durmayır, şığıyır hər an. 

Qıvrım kəmənd olmuş bir ilan yenə, 

Ağzını açmışdır tutsun xəzinə. 

Coşduqca fillərin sərxoş nərəsi, 

Tıxandı ərlərin kəskin nəfəsi. 

Qılınclar o qədər boyun üzdülər, 

Qalmadı boynunu dik tutan bir ər. 

Ata öz oğluna bəslər ədavət, 

Oğul da ataya etməz məhəbbət. 

Az qaldı bayrağı qərq eyləsin qan, 

Nicat çadırını yığdı dünyadan. 

Yaylarda o qədər dartıldı oxlar, 

Yay çəkən əllərdə kəsildi qabar. 

Döyüşdən o qədər qızışdı meydan, 

Qığılcım sıçradı at nallarından. 

Ordu mərkəzində Daranın qəlbi 

Darıldı bir aslan ürəyi kimi. 

Kükrəyir, dağıdır sağ və solunu, 

Hər yana işlədir Bəhmən qolunu. 

Sarsılmaz qolunu atsa hər yana, 



                                                                                                            

147


Düşür düşmən başı ayaq altına. 

Hər cana çatırsa verməyir aman, 

Hər başa vurursa qoparır haman. 

Rumların qədərsiz töküldü qanı, 

Torpağa sərildi min pəhləvanı. 

Bu yanda qılıncla igid İskəndər 

Qaldırdı dünyada qanlı bir məhşər. 

Iki əl qan tökər, çalışır, durmaz, 

Hər əldə bir qılınc - kəsərli almaz. 

Iki əl qılıncı elə əridir 

Düşmən öz canına hayıf deməyir. 

Bir qılınc vurunca hər fil başına, 

Salardı başını ayaq altına. 

Kinini dənizə töksəydi, şəksiz, 

Hər yana atəşlər saçardı dəniz. 

Ağzından sanki bir aslan od saçır, 

Aslan qarşısından madyanlar qaçır. 

Daraya dedilər: "Bu qızmış aslan 

Çox adlı igidi saldı atından. 

Padşahın qəlbinə kin dolsun gərək, 

Belə filgövdədən qurtulsun gərək. 

Orduya əmr ver, dolaraq kinə 

Hər yandan yürüşlə axsın üstünə". 

Bu fikri Dara da gördü məsləhət, 

Ordular dəniztək etsin hərəkət, 

Hamısı sel kimi bir səmtə axsın, 

İskəndər üstünə cilov buraxsın. 

Daranın əmriylə ordu yer-yerdən 

Qaynayıb irəli atıldı birdən. 

Cilovlar parladı edərkən həmlə, 

Qılınca sarıldı iki əliylə. 

İskəndər görüncə elə divanı 

Atdı düşmən kimi şərmi, həyanı, 

Əmr etdi yerindən tərpənsin dəniz, 

Hər kəs öz canını tutmasın əziz. 

Düşmənin yolunu tutsun hər yandan, 

Keçirsin qılıncdan, verməsin aman. 



                                                                                                            

148


Qarınca, çibintək qaynadı meydan, 

Girdi bir-birinə hər iki cahan. 

O qədər ki, qılınc, ox yağdırdı qol, 

Qarınca tapmadı keçməyə bir yol. 

Gilə arısıtək çəkdilər neştər, 

Göylərdə oxları oxa tikdilər. 

İskəndərsə haman qorxulu anda 

Bir kötüktək möhkəm durdu meydanda. 

Bir igid yanaşdı o filpeykərə, 

Əl atdı Əhrimən kimi xəncərə, 

Dərindən bir yara açdı pəhləvan, 

O gənc sərv titrədi müdhiş yaradan. 

Zirehi dələrək kaftandan keçdi, 

Işə bax, ipəyi polad nə biçdi. 

Parlayan günəşin qolu dönmədi, 

O qüvvət altında bir an inlədi, 

Ağrıdan azacıq dincəldi canı, 

Qılıncla torpağa sərdi düşmanı. 

Düşmənin gücünü ölçmək istərkən 

Bundan təkan yedi qorxusuz düşmən. 

Düşündü meydandan çəksin yüyəni, 

Nizədən dincəlsin yorğun bədəni. 

yenidən bəxt ilə olaraq həmdəm, 

Durdu öz yerində möhkəmdən möhkəm. 

Bu falda bir zəfər, səadət gördü, 

Qolunda düşməndən çox qüvvət gördü. 

Bütün qüvvətini alaraq ələ 

Döyüşə qalxdı öz həmçəkisilə. 

Həmlədən-həmləyə keçirdi ordu, 

Su deyil, sanki qan içirdi ordu. 

Döyüşdə sınanmış iranlı birdən 

Rumların yolunu kəsdi hər yerdən. 

Meydanda zəiflik göstərdi rumlar, 

Onları edirdi əcəl giriftar. 

Yenidən mərdliklə namusa doldu, 

Dağ kimi yerindən tərpənməz oldu. 

Himmətlə tutdular əldə bayrağı, 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə