Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə39/113
tarix25.06.2018
ölçüsü2,84 Mb.
#51331
1   ...   35   36   37   38   39   40   41   42   ...   113

                                                                                                            

157


Kəyan geyimindən açdı bağları. 

Başını şahanə dizinə qoydu, 

Gecəni işıqlı gündüzə qoydu. 

Yuxudan gözünü açdığı zaman 

Dedi: "Qalx bu qara qanlı torpaqdan! 

Burax ki, solmada qurtuluş bağım. 

Qaralmaq üzrədir işıq - çırağım, 

Böyrümü, bax, necə yırtmış bu dövran! 

Bağrımın altında böyrümdür pünhan. 

Pəhləvan, ey başım üstünə gələn! 

Qoru öz böyrünü mənim böyrümdən. 

Bu böyrüm buludtək sökülsə belə, 

Qılıncın acısı getməmiş hələ. 

Padşahlar başını burax, qaldırma, 

Bu dövran qırmışdır məni, sən qırma! 

O hansı əldir ki, uzanır mənə, 

Kəyanın tacıyla oynayır yenə. 

Əl saxla, qarşında Daradır duran, 

Günəşdən aydındır bu, deyil pünhan. 

Günəşim saralıb düşüncə dərdə, 

Üzümə çəkərsən lacivərd pərdə, 

Sərvi başaşağı görmə şərməndə, 

Elə bir padişah, belə bir bəndə! 

Xəstəyəm, zəhmətdən qıl məni azad, 

Haqqın rəhmətiylə məni eylə yad. 

Dünyanın taxtında mənəm tacidar, 

Yerimdən tərpətsən məni, yer sarsar. 

Dadlı bir yuxum var. toxunma. burax, 

Odumu göy alsın, suyumu torpaq! 

Taxtından çevirmə yatan bir başı, 

Inlətmə, bu dünya tökər göz yaşı! 

Əcəlim yetişmək üzrədir, dayan! 

Məni öz halıma burax bir zaman! 

Fikrin tac çalmaqsa mənim başımdan, 

Azacıq aman ver, qoy çıxsın bu can! 

Bu dünya mülkündən açınca kəmər 

Başım da, tacım da getsə, yox zərər". 



                                                                                                            

158


İskəndər ağladı: "Aman, tacidar, 

Nökərin İskəndər mənəm. şəhriyar! 

Istəməzdim görüm torpaqda səni, 

Öz qanına qəltan olan bədəni. 

Nə etmək, bir işdir olmuş dünyada 

Təəssüf verərmi bu işdə fayda? 

Başını yenidən qaldırsan əgər, 

Kiçiklik edərdi sənə İskəndər. 

Heyhat, mən qocaman dənizlər aşdım, 

Köksümə qədər al qana bulaşdım. 

Təəssüf, azmadım bu yollarda mən

Atımın dırnağı qopmadı nədən? 

Bu ağır günləri görməyəydim mən, 

Ah, eşitməyəydim Dara inlərkən. 

And olsun hər qəlbi bilən sərrafa. 

Daraya ürəkdən istərəm şəfa. 

Bir şüşə daş ilə qırılsa naçar, 

Çarə qapısına tapılmaz açar. 

Əfsus, Isfəndiyar nəslindən sansız 

Mülkün yadigarı sən idin yalnız. 

Nə olur, mənə də ölüm qoşaydı, 

İskəndər və Dara qucaqlaşaydı. 

Nə etmək, istəklə gəlməyir əcəl, 

Məzara girilməz ölümdən əvvəl. 

Padşahın bir tükü gözümdə, inan, 

Daha qiymətlidir yüzlərcə tacdan. 

Bu dərin yaraya bilsəydim çara, 

Edərdim, sağalsın deyə bu yara. 

Nəyə lazım bu taxt, bu tac, bu şöhrət, 

Darasız qaldı bu möhtəşəm dövlət. 

Mən bu taxta, taca ağlayaram qan, 

Ayırmış Daranı təxtü tacından. 

Yox olsun dünyadan elə gülüstan, 

Bağbanı xəstədir. acı tikandan. 

Daranı öldürən dünyaya nifrət, 

Gündüzkən öldürür, verməyir fürsət. 

Bir çarə etməyə imkan yox məndə, 



                                                                                                            

159


Bu gənc sərvə gərək ağlayam mən də. 

Anlat ki, istəyin, tədbirin nədir? 

Qorxunuz kimdəndir, ümid kimdədir? 

Söylə ki, hər sözün mənə bir fərman. 

Itaət etməyə bağlaram peyman". 

Dara hiss edincə bu dost nəfəsi, 

Açdı gözlərini, şahanə səsi 

Şəfqətlə ucaldı: "Ey uca baxtım, 

Tək sənə yaraşır bu tacım, taxtım. 

Sorma bir ölüyə mən indi nəyəm? 

Xəzanə tutulmuş ölgün çiçəyəm! 

Hər kəsin şərbəti buzla duruldu, 

Mənim şərbətimsə yalnız buz oldu. 

Varlığım qərq olmuş qan dənizinə, 

Içərim susuzdan alışır yenə. 

Buluddan şığıyan bir şimşəyəm mən, 

Dodağım qurudur, sudadır bədən. 

Bu kuzə yanından sınıqsa bir az, 

Mumla, yapışqanla sağaltmaq olmaz. 

Bu dünya eyləyir qarət hər yeri, 

Birisi gətirir, alır o biri. 

Nə bu gün yaşayan bu gün əmindir 

Nə köçüb qurtulan, heyhat, çətindir! 

Gör mənim günümü, haqqa doğru qal, 

Qorx belə bir gündən, məndən ibrət al! 

Sözlərimi anıb dinləsən məni, 

Mənim kimi etməz bu fələk səni. 

Bəhməndən mən igid deyiləm daha, 

Bir aman vermədi ona əъdaha. 

Ya da igidəmmi Isfəndiyardan? 

Dünya zərbəsindən qurtarmadı can. 

Nəslimə əzəldən ölümdür qismət. 

Öldürən bu əmrə verir şəhadət. 

Olsun yeni taxtın qoy səninçin xoş, 

Mənimsə balıncım qalacaqdır boş. 

Mənimçin ağlamaq lazım gəlirkən 

Sorursan qəlbimin istəyini sən. 



                                                                                                            

160


Könlümdə sevimli üç istəyim var: 

Üçü də şahanə bəxtinə yarar: 

Birinci - günahsız ölümə görə 

Rəftar etməlisən ədalət üzrə. 

Ikinci - sən Kəyan taxtını alsan 

Ona heç bir zaman yetirmə ziyan. 

Bu kinin toxmunu Iranda əkmə, 

Kəyanın nəslinə xatimə çəkmə! 

Üçüncü - toxunma hərəmxanəmə, 

Saxla hörmətini, təhqir eyləmə! 

Rövşənək qızımdır, olduqca göyçək, 

Əlimdə bəslənmiş bu gözəl mələk. 

Öz süfrə yoldaşın etməklə ucalt, 

Süfrəyə incilər verir şən həyat, 

Könlünü çevirmə Rövşənəyimdən, 

Təbii, işıqla günəş olur şən"

153



İskəndər söz verdi, Dara qaş çatdı, 



Söz verən qalxarkən söyləyən yatdı. 

Gecənin gözünə qaranlıq axdı, 

Bağdadı Kaxsız və Kərxsiz buraxdı

154


Kəyanın ağacı düşdü meyvədən, 

Oldu Isfəndiyar zirehi kəfən. 

Dünyadan al günəş qanad çəkincə

Yaqut içdi, şəvə daldı sevincə

155


Böyük Dara üçün böyük İskəndər 

Ağladı axşamdan sabaha qədər. 

Özünə ağlardı görürkən onu, 

Bilirdi belə bir ölümdür sonu. 

Əbləq atlı səhər gəlib üfüqdən 

Axuru çəməndə yerləşdirirkən 

İskəndər əmr etdi: Daranı artıq, 

Daxmaya qoymaqçın olsun hazırlıq! 

Günbədi daş qala, taxtı qızıldan 

Qayrıldı ona bir müəyyən məkan. 

Türbəsi bitincə bitdi hər zəhmət, 

Dara zəhmətindən oldular rahət. 

Bədən qəfəsində nə qədər can var, 




Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə