Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə40/113
tarix25.06.2018
ölçüsü2,84 Mb.
#51331
1   ...   36   37   38   39   40   41   42   43   ...   113

                                                                                                            

161


Elə bir igidə hörmət var, şan var, 

Bədəndən çıxınca dəyərli cövhər, 

Ona öz qadını arxa çevirər. 

Qorxunc bir küləkdən sönərsə çıraq, 

Nə fərqi, köşk olsun yeri, ya torpaq. 

Göydə ol, yerdə ol, fərqi yox bunun, 

Torpaqsan, yenə də torpaqdır sonun. 

Şor sudan torpağa düşərsə balıq, 

Ölüncə qarınca yemidir artıq. 

Dünya keçidinin qaydası budur, 

Gəldinsə dayanma, köçmək doğrudur. 

Birini ucaldar, atar ortaya, 

Birinə "məclisdən qalx" deyər dünya. 

Göy günbəz altında gəl qurma büsat, 

Kəhrəba qələdə yaramaz nişat!

157


Üzünü kəhrəba kimi saraldar, 

Əlbəsən lacivərd bir rəngə çalar

158



Aslanlar şəhrinə düşən bir ceyran 



Qorxunc bir ölümü gözlər hər zaman. 

Köçməyə quş kimi qanad aç göyə, 

Şərabla məst olma "şən yerdir" deyə. 

Ildırımtək şığı, bu dünyanı yax, 

Ancaq bu dünyada durma, ol uzaq! 

Pərvanə, səməndər "od" deyə gedər, 

Birisi yorğalar, biri iməklər. 

Arpanın yerinə çöp yedi eşşək, 

Öldü sahibi də eşşək öləntək. 

Bir dövlət şahıdır, ya şah dövləti, 

Bir zəhmət yoludur və yol zəhməti. 

Kim bilir bu köhnə, bu qoca dünya 

Nələr gizlətmişdir mağarasında. 

Köhnə bir çuvaldır bu qat-qat torpaq, 

Xəzinə sevməyir səs-küy qoparmaq. 

Hər yeni kisədə qızıl səs verər, 

Yeni küp dolduqca xoş nəfəs verər. 

Kim bilir bu divlər yurduna dövran 

Nə tarix yazmışdır yaxşı, yamandan? 



                                                                                                            

162


Nə aqil kəslərlə oynamış oyun? 

Nə dikbaş kəslərdən qoparmış boyun? 

Bu fələk səninlə deyildir canbir, 

Tikdiyi libaslar iki rənglidir. 

Gah səni firiştə kimi yüksəldir, 

Gah bağlar qolunu divlərlə əlbir. 

Səni bir çörəklə anmaz gecələr, 

Bir qoğal bağışlar göyə hər səhər. 

Bu yeddi dəyirman başında neçin 

Boynunu bükürsən bir arpa üçün? 

Xızrtək belə bir ruzini gəl at, 

Süd, xurma nə gərək, var abi-həyat! 

Bu vəhşi, yırtıcı, divxislət insan 

Səmimi dost deyil, uzaq ol ondan! 

Hər maral ovçunun zülmündən qaçar, 

Yırtıcı vəhşidir hələ insanlar. 

Çöldə şux bir ceyran düşməyir ələ. 

Insandan sığınır dağa, köhülə. 

Aslan ki, ormanda etmişdir məskən, 

Qorxaraq gizlənmiş insan şərindən. 

Insanda insanlıq öləndən bəri 

Itmiş insanlığın parlaq gövhəri. 

Insanlıq nəqşini oxusan bir-bir, 

Bilərsən bugünkü insanlıq nədir. 

Bəbəyin qapağı neçin qaradır? 

Insanlıq ölmüşdür, matəm saxlayır. 

Nizami, susmağa adət et, ancaq, 

Deyilməz sözləri danışma, burax! 

Sən də kəs səsini, danışma daha, 

Yat, ya da pambıqla qulağın tıxa! 

Lacivərd fələkdən ibrət al barı. 

Al ilə aldır bu, sarıyla sarı. 

Yüz rəngə boyanar gecələr baxsan. 

Bahartək gündüzə qurar gülüstan. 

Günəşdən bir çeşmə doğunca səhər, 

O da bir çeşmənin rənginə girər. 




                                                                                                            

163



                                                                                                            

164


İSKƏNDƏRIN IRAN BAŞÇILARI ILƏ 

ƏHD-PEYMAN BAĞLAMASI 

O meynə qanını, ey saqi, tez dur, 

Od almış xəz kimi beynimə doldur! 

Etsin mey özümü unudan kimi, 

Iki məğz yaratsın mənə dan kimi

159



Ey dövlət, hardasan, məni sevindir, 



Mehdi qapısında taxtını endir

160


Mehdi hüzuruna endiyin zaman 

Bir salam gətir o, uca dərgahdan. 

Bu dövlət onunçun sənə vermiş baxt 

Ki, təndən yaraşıq tapsın tacü taxt. 

Səninlə insanın üzü parıldar, 

Bu dünya tikməmiş sən kimi paltar. 

Tanrının adıyla doğan peykərsən, 

Gövhərlər içində vahid gövhərsən. 

Əlinə cilovu tapşırmaq olur, 

Bizdəndir hər zəfər, sən mərdanə dur! 

Göstər ki, hardadır qapın, bazarın 

Ki, olum hər zaman mən tələbkarın. 

Bilirəm, ey dövlət, tutmuşam soraq, 

Qapındır şəhriyar qapısı ancaq. 

Hər yerdə olsan da edərəm xidmət, 

Hər zaman bəslərəm səmimi hörmət. 

Odur ki, söyləyir ağıllı bir ər: 

- Bu gövhər satana dövlətdir gövhər. 

Doğrudur, belə bir gövhəri ələ

Keçirmək mümkündür yalnız dövlətlə. 

İskəndərdə vardı ağıl və tədbir, 

Dövlətin gücüylə oldu cahangir. 

Ona olmasaydı rəhbər dövlət, baxt, 

Olmazdı düşmənə qalib heç bir vaxt. 

Dövlətə pərəstiş edən bir nəfər 

Dövlət pərgarını belə nəqş edər: 



                                                                                                            

165


Yaranın ulduzu olunca nihan 

İskəndərə qaldı bütün bu cahan. 

Daraya mal olan təzə və köhnə, 

Heç saya gəlməyən dolğun xəzinə. 

Taparaq onları araşdırdılar, 

Dənizdən dənizə quraşdırdılar. 

O qədər tacü taxt və çadır vardı, 

Onlara ölçülər, çəkilər dardı. 

O qədər gövhər var, hesabdar belə

Nə barmaqla sayar, nə də ürəklə. 

Tabaqlar, sinilər, büllurlu, zərrin, 

Nalları söküldü yük çəkənlərin. 

Cins ərəb atları - yəhəri qızıl, 

Xəta qulamları - kəməri qızıl. 

Qədərsiz şahanə paltar və qumaş, 

Minlərcə lök dəvə, yükləri daş-qaş. 

Paltarın, silahın sayı yox, sayan 

Hesaba vurmağa tapmadı imkan. 

Misalı olmayan əntiq-bahalı 

Şeylər var xüsusi xəzinə malı. 

Xəznədə nə qədər qızıl-gümüş var, 

İskəndər adına sikkə vurdular. 

O qədər xəzinə keçdi əlinə, 

Oldu gövhər kimi yanan xəzinə. 

Gövhərlə parladı qara ürəklər, 

Şəbçıraq kəlməsi bundanmış məgər?! 

Işıqdan xəzinə xoşlanmaz deyə, 

Zülmətdə gedilir hər xəzinəyə. 

Neçin bəs xəzinə tapanın üzü 

Günəştək parlaqdır şadlıqdan gözü? 

Torpaqsan, gərəkdir olsun xəzinən. 

Sərvətsiz torpağı olarmı sevən? 

Kişiyə sərvətdir verən yüksəliş, 

Dünyada onunla doğrulur hər iş. 

Qızıl bir meyvədir, zəfəran saçar, 

Zəfəran kimi də qəlbini açar. 

Məğribdə yaşayan hər qara zənci 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə