Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə26/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   22   23   24   25   26   27   28   29   ...   74

63 
Əsas hissə 
Kitabxana xidmətinin səmərəliyinin artması, onun təkminləşdirilməsi 
kitabxana işi proseslərinin təşkilində elmi yeniliklərdən və dünyanın qabaqcıl 
təcrübələrindən yaradıcılıqla istifadəni tələb edir. Çünki mənəvi xidmət 
üsullarının çoxu artıq bugünkü oxucuların tələbini ödəmir. Ona görə də müasir 
dövrdə kitabxanaların avtomatlaşdırılması, elektron kataloqların yaradılması, 
ümumiyyətlə, kataloqlaşdırma problemləri bütün dünya mütəxəssislərinin 
diqqət mərkəzinə çevrilmişdir. Belə ki, kompüter texnologiyasının inkişafı 
şəraitində informasiya mübadiləsinin həll edilməsi bilavasitə onlardan asılıdır. 
Bu problem hələ 1999-cu ilin aprel ayında keçirilmiş “Beynəlxalq və milli 
kataloqlaşdırma: bu gün və  gələcəkdə” adlı beynəlxalq konfransda geniş 
müzakirə edilmişdir (4, s.10). 
Müasir dövrdə “elektron kitabxana” anlayışının müxtəlif tərəfləri bir-
birindən əsaslı şəkildə fərqlənmir. Məsələn, elektron informasiyalar sahəsində 
dünyada məşhur mütəxəssis, prof. V.Arms elektron kitabxanaya belə bir tərif 
vermişdir (1, s.10.): “Elektron kitabxana əlaqədar servisi olan, rəqəm 
formasında mühafizə edilən, informasiyanın sistemləşdirilmiş  və idarəedilən 
kolleksiyasıdır”. Müəllifin fikrinə görə, bu tərifdə “idarəedilən” sözü əsas 
anlayışdır; belə ki, məlumatın süni peykdən axını hələ elektron kitabxanadan 
verilən informasiya deyil; həmin məlumatların müəyyən sistemdə  təşkili və 
idarə edilməsi artıq elektron kitabxanadır; elektron kitabxana çoxlu 
istifadəçilərin müraciəti üçün müəyyən sistemə, idarəetmə strukturuna və 
informasiya kolleksiyasına malik olan kitabxanadır. 
Digər bir Amerika mütəxəssisi Devid Rayt elektron kitabxananı “rəqəm 
kitabxanası” adlandırır və ona belə bir tərif verir: “Rəqəm kitabxanaları geniş 
istifadəçi qruplarının asan və  əlverişli istifadəsini təmin etmək məqsədilə 
sənədlərin seçilməsini, emalını, onlara intellektual müraciəti, sənədlərin 
interpretasiyasını,  şəbəkədə paylanmasını, həmçinin informasiyanın tamlığını 
və mühafizəsini təmin edən qurumlar və onların peşəkar mütəxəssisləri 
tərəfindən yaradılan fondlardır”. 
Göründüyü kimi, konseptual baxımdan hər iki tərif arasında prinsipial 
fərqlər azdır. Eyni zamanda hər iki tərifdə  ənənəvi kitabxanalar üçün 
xarakterik olan funksiyalar (sənədlər emalı, sistemləşdirilməsi, mühafizəsi, 
axtarış və s.) öz əksini tapmışdır. Burada yalnız metod, üsul və texnologiyalar 
fərqləndirilə bilər. Sosial və informasiya funksiyaları  hər iki kitabxana üçün 
eynidir. 
“Elektron kitabxana” anlayışında “kitabxana” sözü ənənəvi baxımdan 
şərti məna daşıyır. Belə ki, elektron kitabxanalar nəşriyyatlar, arxivlər, elmi-
tədqiqat idarələri, iri biznes qurumlar və  əlbəttə, mövcud (ənənəvi) 
kitabxanalar tərəfindən yaradılır (1, s.11). Böyüklüyündən və kiçikliyindən 
asılı olmayaraq onların ümumi cəhətləri aşağıdakılardır: 


64 
1. Elektron kitabxanalar korporativ, milli, transmilli və qlobal şəbəkələr 
üçün mövcud olan aparat və proqram vasitələrinə, mübadilə protokollarına 
malikdir; 
2. Sənədlər strukturlaşmış formaya və axtarış proseduralarına malik olur; 
3.  Əlaqədar təşkilatın serverində yerləşdirilir və  şəbəkə ilə uzaq 
məsafədən istifadə olunur; 
4. Web texnologiyalar əsasında və onlayn rejimində fəaliyyət göstərirlər. 
Hazırda coğrafi  əhatəsi etibarilə kontinental (məs: ümumavropa), milli 
(ölkə) və yerli (korporativ) elektron kitabxanalar mövcuddur. Bundan başqa, 
predmet sahələri (məs: humanitar və texniki elmlər), nəşr tipləri (məs: dövri 
nəşrlər, nadir kitablar, təsvirlər və s.) və problem istiqamətləri (məs: 
intellektual mülkiyyət, rəqəm texnologiyaları) üzrə elektron kitabxana 
layihələri və real fəaliyyət göstərən elektron kitabxanalar vardır (3). 
Elektron kitabxanaların yaradılmasının bir neçə obyektiv səbəbi vardır:  
1.  İstifadəçi müəyyən kitabxanaya gəlmədən, istənilən coğrafi  ərazidə 
yerləşməsindən asılı olmayaraq həmin kitabxananın elektron resurslarından 
birbaşa istifadə edə bilər; 
2. Çap əsərlərini istənilən yerdə (evdə, çöldə, nəqliyyatda gedərkən və 
s.) oxumaq daha əlverişli və rahatdır. Lakin onların geniş coğrafi məkanda 
axtarışı  və tapılması  və  əldə edilməsi xeyli vaxt tələb edir və oxumaq üçün 
almaq müəyyən kitabxanada qəbul edilmiş xidmət qaydaları ilə bağlıdır. 
Məsələn, kitabxanaya oxucu kimi üzv olmadan kitab verilmir, yaxud müəyyən 
müəssisə  və ya idarənin kitabxanasından kənar  şəxslərin abonement yolu ilə 
kitab alması  çətindir; dövri nəşrlər və  təknüsxəli digər növ nəşrlər, 
ümumiyyətlə, evdə istifadə üçün verilmir və s. Son illər elektron kitabxanaları 
və digər növ elektron nəşrləri evdə oxumaq üçün kiçik, çəkicə yüngül portativ 
(cib) aparatlar və onların xüsusi proqram vasitələri hazırlanmışdır. Bunlardan 
Peanut Reader, Soft Book Reader, Netlibrary və digər səyyari oxu vasitələrini 
göstərmək olar (4); 
3.  Ən qiymətli və nadir nüsxəli  ədəbiyyatı istifadə etmək üçün onları 
müəyyən ölkədə mühafizə edən kitabxanaya getmək, ya da mümkün hallarda 
onun foto və ya kserosurətini almaq lazım gəlir. Elektron kitabxana olduqda 
isə bütün bunlara ethiyac qalmır. Çünki mövcud kitabxanaların elektron 
resursları (elektron kitabxanaları), ilk növbədə, həmin  ədəbiyyatı mühafizə 
edir; 
4. Elektron kitabxanalar heç vaxt bağlı olmur. Bu yaxınlarda Britaniya 
Universitetində aparılmış  tətqiqatlar göstərmişdir ki, həmin universitetin 
elektron kitabxanasına müraciət edənlərin 49-50%-i kitabxananın bağlı olduğu 
müddətdə, iş vaxtından sonra müraciət edən oxuculardır (1, s.14). Ənənəvi 
kitabxanalardan fərqli olaraq uzaqlaşdırılmış (elektron) kitabsaxlayıcıda digər 
oxucuda istifadədə olduğu üçün “əldədir”, yaxud fiziki cəhətdən köhnəldiyi 
üçün “istifadə üçün yarasızdır” cavabı verilən, kataloqda, polkada öz həqiqi 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə