118
(1901), “Yelizavrtpol quberniyasının 1910-cu il üçün yaddaş kitabı” (1910),
“Zaqafqaziyaya dair statistik məlumatlar məcmuəsi” kitablarında
Azərbaycan
ərazisi və onun əhalisi haqqında qiymətli materiallar vardır. Azərbaycan
xalqının etnogenezi prosesində iştirak edən skiflərin Azərbaycana gəlməsindən
bəhs edən M.Latışev və V.Smolinin “Известия древных писателей
греческих и латинских о Скифи на Кавказе” (1906), Qafqaz hərbi dairəsi
hərbi topoqrafiya şöbəsi tərəfindən tərtib edilmiş və çap olunmuş “Qafqaz
diyarının etnoqrafik xəritəsi” (1909) adlı nəşrləri göstərmək olar.
Təbiət elmləri, antropologiya və etnoqrafiya sevənlərin cəmiyyətinin
antropologiya şöbəsinin orqanı olan “Rus antropologiya jurnalı”nda çap
edilən
bir sıra məqalə Azərbaycanda yaşayan tatların, yaşadığı bölgə və yaşayış
məskənləri təsərrüfat məşğuliyyəti haqqında məlumat verilir. Burada yaşayan
dağ yəhudilərinin dilinin tat dili olduğu qeyd edilir, dinlərinin isə qriqoryan
məzhəbi olduğu göstərilir. A.İvanovskinin “Yezidlər” adlı məqaləsində bu
xalqın dili kürd dilidir və heç kəsə məlum
olmayan bir dinə sitayiş
etdiklərindən bəhs edir.
1917-ci il inqilabdan sonra Azərbaycan Demokratik Respublikası
yaradıldı. Hələ ilk günlərdən başlayaraq ölkədə etnoqrafik tədqiqat və
ölkəşünaslığın inkişafı ilə bağlı işlər görülməyə başlandı. 1919-1920-ci illərdə
yaradılan BDU-nun şərq fakültəsi, Xalq Maarif Komissarlığının Muzey-
ekskursiya şöbəsinin fəaliyyəti etnoqrafik tədqiqatların aparılması ilə məşğul
olurdu. Bununla XX əsrdə Azərbaycan etnoqrafiyasının
öyrənilməsinin ikinci
mərhələsi başlanır. Azərbaycan etnoqrafiya elminin ilkin addımlar atdığı
dövrün görkəmli nümayəndəsi Yusif Vəzir Çəmənzəminlidir. Qadağan
olunduğu üçün yalnız elmi arxivlərdə saxlanılan Məhəmməd Həsən Vəliyevin
(Baharlı) Bakıda rus dilində nəşr edilmiş “Azərbaycan” kitabında Azərbaycan
tarixi, etnoqrafiyası, təbiəti və iqtisadiyyatı haqqında məlumat verir.
Azərbaycanda Sovet
hakimiyyəti qurulduqdan sonra, 1923-cü ildə elmi
tədqiqat müəssisəsi olan Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin və
onun tarix-etnoqrafiya bölməsinin təsis edilməsi ilə Azərbaycan
etnoqrafiyasının öyrənilməsində böyük işlər aparılmağa başlandı.
Bu dövr
Azərbaycan etnoqrafiyası tarixində xüsusi bir dövr hesab olunur. 1923-cü
ildən 1929-cu ilədək, ATTC bazası əsasında Azərbaycan Mərkəzi İcraiyyə
Komitəsinin nəzdində Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu
yaradılanadək aparılan tədqiqatların nəticəsi kimi bir sıra nəşrlər meydana
gəldi. Azərbaycan xalqının etnik tərkibinin tarixi faktlarla tədqiq olunan
R.İsmayılovun “Azərbaycan tarixi” (1923), talışların məşğuliyyəti, adət-
ənənəsi, mədəniyyəti və tarixi abidələrinin tədqiqinə həsr edilmiş V.Ryuminin
“Талышский край. Ленкоран” (1923), Lənkərana səfəri zamanı talışların
etnoqrafiyasına dair xeyli material toplamış B.Millerin “Предварительный
отчет о поездке в Талыш летом 1925” adlı kitabları Sovet
hakimiyyətinin
yarandığı illərdə Azərnaycan etnoqrafiyası üzrə meydana gələn ilkin
sənədlərdəndir. Azərbaycanı Tədqiq və Tətəböö cəmiyyətinin yarandığı ildən
119
onu “Xəbərləri” və “Əsərləri” də təsis edildi və bu dövri və ardı davam edən
nəşrlərin səhifələrində Azərbaycan etnoqrafiyasını tədqiq edən İ.Mesaninovun,
V.Qordilyevskinin, A.Qubaydulinin, ilk milli etnoqraf kadrlardan
Ə.Ələkbərovun, D.Şərifovun, A.Qaraqaşlının xeyli sayda samballı elmi
məqalələrinə, əsərlərinə rasr gəlinir. 1932-ci ildə Azərbaycan DETİ əsasında
SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsi təşkil
edildi, 1935-ci ilin oktyabrında şöbə SSRİ EA Azərbaycan filialına çevrildi.
Artıq etnoqrafik
tədqiqat sahələri genişlənir, etnoqrafik araşdırmalar yeni
forma və məzmun kəsb edir və ixtisaslı alimlər yetişdirlməyə başlanmışdır.
Beləliklə, keyfiyyətcə yeni mərhələyə qədəm qoyan Azərbaycan etnoqrafiya
elmi ilə yanaşı, onun sənəd-informasiya kütləsi də yeni şəkildə formalaşmağa
başladı.
Nəticədə qeyd etmək lazımdır ki, Azərbaycan etnoqrafiya elminin ilkin
sənəd mənbələri hələ indiyədək heç bir tədqiqat işinin obyekti olmamışdır.
Yalnız bu mənbələrin tədqiqinə Azərbaycan etnoqrafiyası və folkloru üzrə
aparılan
tədqiqatlarda rast gəlinir ki, bu da Azərbaycan etnoqrafiyası üzrə
sənəd kütləsini tamlıqla əhatə etmir.
Ədəbiyyat
1.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya institu
tərəfindən 2008-2009-cu illərdə aparılması nəzərdə tutulan arxeoloji
ekspedisiyaların maliyyələşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında:
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı; 5 fevral 2008-ci
il//Azərbaycan.-2008.- 6 fevral.- S. 3.
2.
//Azərbaycan.-2012.- 27 aprel.- S. 1.
3.
Dadaşzadə, M. Azərbaycan xalqının orta əsr mənəvi mədəniyyəti: tarixi-
etnoqrafik tədqiqat /Red. T.Bünyadov. - Bakı: Elm, 1985. - 212 s.
4.
Əfəndiyev, Ə. Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu:
izahlı biblioqraiya.- Bakı: Qartal, 1998.- 217 s.
5.
Əliyeva, S. XX əsrin I yarısında Azərbaycanda etnoqrafiya elminin inkişafı
(Tarixi-etnoqrafik tədqiqat): tarix е. n. а. dər. аl. üçün təq. ed. dis.: 07.00.07 /
AMEA, Arxeologiya və Etnoqrafiya İn-tu.Bakı, 2001.- 169 s.
6.
Əsədova, Ə.“Kitabi Dədə Qorqud” dastanı etnoqrafik mənbə kimi. tarix e. üzrə
fəls. d-ru e. dər. аl. üçün təq. ed. dis-nın avtoreferatı : 07.00.07 /AMEA,
Arxeologiya və
Etnoqrafiya İn-tu. Bakı, 2010.- 24 s.
7.
Herodot. Tarix: 9 kitabda /Herodot; tərc. ed. P. Xəlilov; red.: A.Bağırov; rəs.: S.Şatikov Bakı:
Azərnəşr, 1998.- 329 s
8.
Hüseynov, Y. Qarabağnamələr Azərbaycan tarixini öyrənmək üçün mənbə
kimi /elmi red. Y.M.Mahmudov; rəy. K.K.Şükürov, Z.H.Bayramov.- Bakı:
Elm, 2007. - 216 s
9.
Təhmasib, M. Azərbaycan xalq dastanları orta əsrlər /M.H.Təhmasib ; red. H.Araslı ;
AzSSR EA Nizami ad. Ədəbiyyat İn-tu Bakı: Elm, 1972.- 397 s., S.21
10. Veysəlova, V. Azərbaycan məhəbbət dastanları etnoqrafik mənbə kimi: tarix
e.n.a.dər al. üçün təq. ed. dis-nın avtoreferatı: 07.00.07 /AMEA, Arxeologiya
və Etnoqrafiya İn-tu. – Bakı, 2010.- 24 s.