Sosial fəlsəfə
97
tələbidir.
Müasir dövrdə transmilli şirkətlərin ölkələrin lokal sərhədlərini keç-
məsi və iqtisadiyyatın getdikcə daha çox beynəlmiləlləşməsi ilə yanaşı, mə-
dəniyyətdə də beynəlmiləlləşmə amilinin artması müşahidə olunur. Hərbi
güc amilinin yerini beynəlxalq investisiya siyasəti, iqtisadi asılılıq tutur.
Sərhədlərin beynəlxalq ictimaiyyət üçün açılması, turizmin və mədəni əla-
qələrin inkişafı milli-mədəni dəyərlərin də transmilli miqyas alması ilə nəti-
cələnir. Belə bir şəraitdə öz qınına çəkilmək, özünü mühafizə taktikası yerit-
məklə kifayətlənmək qorxulu sonuclara gətirə bilər.
Daha düzgün yol ikitə-
rəfli və çoxtərəfli münasibətlər qurmaq, mədəniyyətlərarası dialoq və polilo-
qa nail olmaqdır. Belə bir şəraitdə beynəlxalq ictimai rəyə təsir edən
amillərin də əhəmiyyəti artır. Mədəniyyət amilinin aktuallaşmasının
səbəblərindən biri də budur.
Böyük şairimiz Hüseyn Cavid hələ ötən əsrin əvvəllərində
uzaqgörənliklə deyirdi:
Turana qılıncdan daha kəskin ulu qüvvət
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!
Lakin yüksək mədəniyyətə sahib olmaq işin bir tərəfidir. Qarşıda du-
ran növbəti vəzifə bu mədəniyyətin beynəlxalq miqyasda tanınması və mil-
lətimiz haqqında təsəvvürlərin düzgün məcraya yönəldilməsidir.
Digər tərəfdən, və ən əsası, mədəniyyət
özü özünü inkişaf etdirə bil-
məz; bunun üçün ilk növbədə ictimai tərəqqinin əsas hərəkətverici qüvvəsi
olan elm və onun tətbiq mexanizmləri
inkişaf etdirilməlidir.
Ədəbiyyat:
1.
Xəlilov S. Tarixin səhvi// “Ulu çinar”, 2010, No 2.
2.
Xəlilov S. Təbiətin istiqamətlənmiş inkişafı və onun əsas müəyyənedici
şərtləri // ADU-nun Elmi Əsərləri “Tarix və fəlsəfə” seriyası, 1973, № 3.
3.
Kenneth P. The Great Divergence: China, Europe
and the Making of the
Modern World Economy. Princeton, 2000.
4.
Февр Л.. Бои за историю. М., Наука, 1991.
5.
Фукуяма Ф. Конец истории и последний человек. М., АСТ, 2010.
Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
98
Салахаддин Халилов
Культура и цивилизация
(резюме)
В статье заново рассматриваются понятия «культуры» и «цивилиза-
ции». По мнению автора, культура является национальным, а цивилизация –
общечеловеческим
явлением.
Поэтому
культура
разных
народов
рассматривается на горизонтальной, а различные типы цивилизаций на
вертикальной плоскостьях. Cледовательно, разновидность цивилизаций
объясняется как нахождение разных народов на разных ступенях одного и
того же, общего для всего человечества, процесса, движущей силой которого
является наука. То, что западная цивилизация находится на более высоком
уровне, связано не культурным разнообразием или с религией, а более
оптимальным отношением к науке.
Ключевые слова:
культура, цивилизация, наука, Восток и Запад,
ислам, христианство, диалог.
Salahaddin Khalilov
Culture and Civilization
(abstract)
The concepts of “culture” and “civilization” are reconsidered in the article.
For author, the culture is a national phenomenon and the
civilization is universal
phenomenon. Therefore, the cultures of different nations are considered on the
horizontal plane and the different kinds of the civilizations are considered on the
vertical plane. Consequently, the variety of the civilizations
is explained as the
being of the different nations on the different levels of the one common process of
the humanity whose driving force is the science. The high level of the western
civilization is not related with the cultural diversity or with the religion, but with
the optimal attitude to the science.
Keywords:
culture, civilization, science, East and West, Islam, Christianity,
dialogue.
99
Elmi-fəlsəfi həyat
“Quranı yenidən düşünərkən”
Birinci Beynəlxalq Simpozium
(3-5 May 2013, Ankara, Türkiyə)
May ayında Türkiyənin paytaxtı Ankara şəhərində Elmi İstiqamətlərin
Düşüncə Təməllərini Araşdırma İnstitutunun təşkilatçılığı ilə “Quranı yeni-
dən düşünərkən” mövzusunda Birinci Beynəlxalq Simpozium keçirilmişdir.
Üç gün davam edən tədbirə dünyanın 20-dən çox ölkəsindən bir sıra gör-
kəmli alim, o cümlədən amerikalı islamşünas
Oliver Leaman, Pakistan əsil-
li, BBC-nin məşhur əməkdaşı, müxbir-yazıçı Ziyaəddin Sərdar və s. alimlər
qatılmışdır.
Simpoziumun əsas məqsədi teoloqların, ilahiyyatçıların sahəsi sayılan
belə bir mövzunu filosofların müzakirəsinə çıxartmaq, imanı, ilahi vəhyi sırf
düşüncə prizmasından araşdırmaq olmuşdur. “Quran və ərəb dili”, “Quran
və etika”, “Şərq və Qərb dialoqunda Quranın yeri və rolu” və s. maraqlı və
aktual mövzular üzrə təşkil olunmuş seksiyalarda işini davam etdirən Sim-
poziumda maraqlı müzakrələr keçirilmiş və təkliflər irəli sürülmüşdür.
Simpoziumda Azərbaycanı fəlsəfə elmləri doktoru Könül Bünyadzadə
təmsil etmiş və “Quran – İslamın potensialı tam gerçəkləşdirilməmiş əsas
ideyası kimi” mövzusu ilə məruzə etmişdir.