ƏLİ FƏHMİ DÜNYASI
97
Füzuli Əli Fəhmi
yaradıcılığında
Ədəbiyyatşünas alim professor Əkrəm Cəfər qeyd
edir ki, ”Biz Əli Fəhmini qüdrətli bir qələm sahibi kimi ta-
nıyırıq. Hələ 1958-ci ildə onun “Füzuli qəzəllərinin bəzi
poetik xüsusiyyətləri” mövzusunda yazdığı monoqrafiya-
sı həmin mövzuda yazılmış əsərlərin ən dəyərlisi ən key-
fiyyətlisidir”. Əsəri gələcəkdə oxuyan hər bir kəs hörmətli
professor Əkrəm Cəfərin fikri ilə razılaşacaq. Əsərdə nəzə-
ri müddəalar dahi şairdən gətirilən konkret misallarla
yaxşı əsaslandırılır. Bu əsər bütün oxucular üçün xüsusilə
də ədəbiyyat müəllimləri, tələbə və aspirantlar üçün fay-
dalı bir əsərdir. Füzuli sənətkarlığında məcazlar, təşbihlər,
mübaliğələr və s. poetik kateqoriyalar təhlillə izah edilir,
tutarlı dəlilərlə oxuculara çatdırılır.
Füzuli qəzəllərində
məcazlar
Əli Fəhmi elə bir alimdir ki, o hər hansı bir elmi mə-
qalə və monoqrafiya yazırsa onu əvvəlcə orijinaldan oxuy-
ub, tanış olardı. Füzuli yaradıcılığında bədii təsvir vasitə-
lərini tədqiq etməzdən qabaq o Türküstanlı alim Sadəddin
Teftazinin (1356-1433) “Mütəvvəl” əsərində məcaz, onun
növləri ilə ətraflı tanış idi. Ərəb dilində yazdığı bu əsərin-
də Təftazi “Əlməcazi Qəntərətül-həqiqəyə” yəni- məcaz
həqiqətin körpüsüdür- demişdi. Bütün digər məqalələri
kimi burada Əli Fəhmi məcazın növləri olan təşbih, istiarə,
Yeqzar Cəfərli
98
rəmz, kinayə, mübaliğə haqqında da oxuculara ən sadə
dildə məlumat verir. Azərbaycan şerində demək olar ki,
məcazlardan istifadə etməyən elə bir şair və yazıçı yox-
dur, amma onun ən gözəl nümunələrini Füzuli yaratmış-
dır. Əli Fəhmi Füzuli haqqındakı məqalələrində şairin ya-
radıcılığında məcazın müxtəlif növlərinə aid yüzlərlə
nümunə gətirmişdir, bu cür məcazı ifadələr Füzuli şerinə
yenilik və təravət gətirir.
Dahi şairin bədii təsvir vasitələri içərisində ən çox
diqqət verdiyi növ epitetlər ( bədii təyinlərdir ). Qeyd et-
mək lazımdır ki, şairin bu növ qəzəlləri daha yığcam, da-
ha yüksək şer dilinə malikdir. Onun bu cəhətini Əli Fəhmi
də xüsusi olaraq qeyd edir: “Bədii təyin yaratmaq işində
Füzuli klassiklərimiz arasında xüsusi yer tutmuşdur”. Mə-
qalənin bu bölməsində alim Fizulinin ayrı-ayrı qəzəllərin-
dən iqtibaslar gətirməklə bunları sadə yolla təhlil edir,
oxucular üçün başa düşülən edir. Təsadüfi deyildir ki,
Füzulinin yaradıcılığına dönə-dönə müraciət etmiş sonra-
kı şairlər ən çox şairin bu cəhətindən bəhrələnmiş, onlar
üçün ilham mənbəyi olmuşdur.
Təşbihlər- Bənzətmələr
Füzulinin elə qəzəlləri vardır ki, əvvəldən axıra kimi
sırf təşbihlərdən yaradılmışdaır. Məsələn:
Gözümdə bəslənib, qiymət bulan neymanı gördüm,
Sədəfdə gövhər olan qətreyi-bəranə bənzətdim.
Bir beytinin iqtibas kimi verdiyimiz “Bənzətdim” rə-
difli qəzəlini Əli Fəhmi görün necə təfsir edir. O, göstərir
ki, şair sevgilisinin atdığı qəmzə oxalarının yarasını, qan
ƏLİ FƏHMİ DÜNYASI
99
saçan gözə, yaranın ətrafına sırayla sancılmış oxları onun
kiprpklərinə, sökülmüş sinədə olan qəmzələrin xəyalını
xarabalığa yığılan yolkəsənlərə, göz içərisində bəslənən
yağış qətrəsinə bənzədir. Kitabın bu bölməsi üzərində iş-
lərkən bir sıra alimlərin məcazlarla bağlı tədqiqatlarını
araşdırdım. Əli Fəhmi qəzəllərlə bağlı öz təhlilini elə sadə
yolla izah edir ki, bir adi tələbə belə bunları oxuya, başa
düşə və öz fikrini ifadə etməyi bacarır. Əli Fəhmi Füzulini
oxuculara sadə bir şair kimi təqdim edir. “Füzuli qəzəllə-
rində təsvir etdiyi surəti elə yaradır ki, hər hansı bir rəs-
sam həmin qəzəli bir dəfə oxumaqla onun rəsmini yarada
bilər”.
Əsərdə Füzulinin təbiət təsvirləri ilə bağlı qəzəlləri
də ətraflı təhlil olunmuşdur. Məlum olduğu kimi şairin
məhəbbət qəzəlləri ilə yanaşı təbiətin təsviri ilə bağlı çoxlu
qəzəlləri də vardır. Əli Fəhmi yazırdı: ”Şair təbiətdə hadi-
sə və əşyaların bütün xasiyyətlərinə hərtərəfli bələd ol-
duğu üçün bir beytdə 3, 4 bəzən 5 bənzətmədən ibarət
olan silsiləli təşbihlər yarada bilmişdir”.
Bülbüli-qəmzədəyəm, bağu-baharım sənsən,
Dəhənü, qəddü rüxün, qönçəvü sərvü- səmənim
Tək bir beytdə Əli Fəhmi 5 qüvvətli təşbihin yaradıl-
dığını göstərməklə gözəl bir səhnə yaradır. Şairin aşiqi
bülbülə, məşuqəni bağa və bahara gözəlin ağzını qönçəyə,
boyunu sərvə, sifətini isə yasəmənə bənzətdiyini göstərir.
Bir-birinə yanaşı yazılmış bu təşbihlər oxucu qarşısında
çox maraqlı bədii lövhə yaratmışdır. Füzuli bənzətmələri-
nin çoxlu maraqlı cəhətləri vardır ki, onlardan biri də şai-
rin bənzəyən varlığı bənzədiləndən çox-çox üstün tutma-
Yeqzar Cəfərli
100
sıdır. Füzulinin yaratdığı təşbihləri Əli Fəhmi Nəsiminin
yaratdığı təşbihlərlə müqayisə edir. O, yazır: ”Şair öz hiss
və fikirlərini aydın ifadə etmək üçün vaxtı ilə Nəsiminin
öz fəlsəfi fikirlərini ifadə etmək üçün istifadə etdiyi ərəb
hərf və kəlmələrindən bacarıqla istifadə etmişdir. Bildiyi-
miz kimi hərflərinin bir neçəsi rəmzi mənalar ifadə edir”.
Özündən əvvəlki və dövrünün şer mədəniyyətinə
dərindən bələd olan Füzuli təşbihləri təsvir etdiyi hadisə-
lərə sıx bağlamağı bacarırdı. Əli Fəhmi şairin məhz bu cə-
hətlərini “təsvir hədəfinin düzgün vurduğu üçün oxucuda
canlı və unudulmaz təsəvvürlər yarada bilməsini” təqdir
edirdi.
İstiarələr və metaforalar
Şairin qəzəllərində istifadə olunan məcazlardan biri
istiarələr- mataforalardır. Əli Fəhmi məcazın bu növünü
bənzətmələrə oxşadır və qeyd edir ki, “ Bənzəyən ilə bən-
zədilən arasında olan ədatlar və sifətlər eynilə yoxdur”:
Dil üzadır bəhs ilə, ol arizi cananə şəm,
Od çıxır ağzından etməzmi həzər kim, yanə şəm.
İstiarələrin bir cəhəti də var ki, onların vasitəsilə hər
hansı cansız varlıqları şəxsləndirmək və onlara danışdır-
maq mümkündür. Digər şairlərdə olduğu kimi Füzulidə
də cansız əşyalara rast gəlinir. Füzuli irsini dərindən bilən
Əli Fəhmi qeyd edir ki, Füzulinin eşq, məhəbbət motivli
qəzəllərinə nisbətən, təbiət təsvirlərinə həsr etdiyi qəzəllə-
rində istiarələrə daha çox yer verir.
Penceyi bərki çinar etmiş mühəyya şanələr,
Anlamış guya kim sünbül kakilinin tabı var.
Rahətüçün fərş salmış sebzeyi- tər gülşənə,
Dostları ilə paylaş: |