ƏLİ FƏHMİ DÜNYASI
157
unudulmağa qoymayacaq. Nə var-dövlət, nə şöhrət da-
lınca qaçmadın. Əksinə, ata-babalarından sənə qalan sər-
vətini də ehtiyacı olanlara, tələbələrinə payladın. Əli Fəh-
mi çox gözəl bilirdi. ”Elmi oğru apara bilməz, əcəl də öl-
dürə bilməz. Elm zamanın gərdişindən nəx arab olandır,
nə də seldə suda batıb qərq olan.”
Deyirlər ki, insan doğulanda adını valideynləri qoy-
ur, qismətini Allah yazır, qiymətini isə xalq verir. Bir də
deyirlər ki, dalınca xeyir danışılan adamın adı ölməz. İn-
sana xalqın qiymətindən qiymətli, xalqın sevgisindən şirin
bir sevgi ola bilməz. Heç bir Allah bəndəsi arasnda fərq
qoymazdı Əli Fəhmi. Heç vaxt İnsanları yaşadıqları əra-
ziyə görə ayırmazdı.
Həzrəti Əli “Divani Əmir” əsərində yazırdı: “İnsan-
lar timsal cəhətincə biri birinin eynidirlər, çünki, onların
hamısının atası Adəm, anası isə Həvva olmuşdur. İnsanlar
bir biribdən yalnız bir yolla, Allaha daha çox ibadət et-
məklə və ona daha çox yaxın olmaqla fərqlənirlər”. Yetim-
ləri rayonlardan Bakıya gətirər, oxutdurar, maraqlanıb so-
ruşanlara “oğlumdur”-deyərdi. Sədi Şirazinin yazdığı ki-
mi: “Vəziyyətinə görə deyil, ləyaqətinə görə” insanlarla
rəftar edirdi. Tez-tez övladlarına deyərdi ki, “Kiminki bir
dünyası var, onun iki sifəti var, kiminki iki dünyası var,
onun bir sifəti var”. Əli Fəhmi əsil elm fədaisi idi. Özünü
elm yolunda şəhid etdi. Övladları xatırlayır ki “O, 4-5 sa-
atdan artıq yata bilməzdi. Şəhiddən də bir məqam uca idi.
Çünki, əsil alim idi. Sevimli Peyğəmbərimiz buyurub:
“Qiyamət günü alimin mürəkkəbi şəhidin qanından qiy-
Yeqzar Cəfərli
158
mətlidir”, və yaxud “Bir saat elmlə məşğul olmaq, 60 ru-
kət namaz qılmaqdan üstündür”.
Əli Fəhmi kimi insanlar bizdən yalnız cismani ayrılır-
lar. Bu gün onun ruhu və bir də ki, ədəbiyyatşünaslıq elmi
üçün yetişdirdiyi yüzlərlə tələbəsi bizim aramızdadır.
Deyirlər ki, tələbələri onu öz valideynlərindən çox istəyir-
dilər. Onun vəfatından sonra ADU-da yerinə Zöhtabə xa-
nım adlı bir müəllimə təyin olunur. Müəllimlərinin yox-
luğundan təsirlənən tələbələr bir müddət auditoriyaya
girmirlər. O, tələbələri böyük çətinliklə dərsə cəlb edə bil-
mişdi.
Həyatı az-çox dərk etdiyim andan həmişə bu sualın
axtarışındayam. Niyə insanların zərrə-zərrə qazandıqla-
rından onların özlərindən daha çox ətrafındakılar bəhrələ-
nirlər. Çiçək öz ətrini özünə deyil, insanlara bəxş etdiyi ki-
mi, insanlar da oxuyur, öyrənir, amma, başqalarına öyrə-
dir. Onların elmindən başqaları faydalanır.
Azərbaycan ədəbiyyatında klassik poeziyanı, əruzu
ayrı-ayrılıqda bilən alimlərimiz çoxdur, amma onların heç
biri bütün bunları birlikdə Əli Fəhmi kimi bilmirdi. Onun
ən böyük üstünlüyü də bunda idi. Axı ”minlərlə ulduz bir
ay qədər işıq saça bilməz”- deyirlər. Bütün şüurlu
ömrünün gecəsini, gündüzünü, xalqın xidmətinə sərf etdi,
onu maarifləndirdi, şirin söhbətləri ilə feyziyab etdi, ona
görə də onun dəfnində iştirak edənlər “Millətin atası
öldü”- deyirdilər. Çox heyif ki, əcəl səni xalqımızın əlin-
dən vaxtsız aldı, apardı. Neyləyəsən? Karvansara adlanan
bu dünyamıza:
ƏLİ FƏHMİ DÜNYASI
159
Hər gələn qonar, əylənməz
Aşıq Abbas Tufarqanlı
Məzarının sinə daşında Füzulinin adı yazılmış kitab
həkk etdirməklə şairə olan məhəbbətini də özünlə məzara
apardın. Bu iki il müddətində səni öyrənə-öyrənə Nəsimi-
nin, Füzulinin və Seyid Əzimin mənəvi dünyasından az
da olsa bəhrələnə bildim. Əli Fəhminin son mənzili üzə-
rində düşünə-düşünə mən də ilhamımın son mənzilə ye-
tişdiyini hiss edib, iki ildən bəri gərgin əməyimin məhsulu
olan bu nadir, əvəzsiz şəxsiyyət haqqında yazdığım sətir-
lərə son nöqtə qoydum.
Allah səni rəhmət etsin, Əli Fəhmi, axirət məqamın
uca, yerin cənnət olsun.
Hər kəlam bir əsrin mənası imiş,
Hər məna bir ömrün ziyası imiş,
Bu dünya söhbətlər dünyası imiş,
Məndən də bu söhbət dünyada qaldı.
N. Həsənzadə.
Yeqzar Cəfərli
160
Əli Fəhminin şeirləri
NƏ BƏXTƏVƏRSƏN
Həyatın bağçadır, hər yanın bahar,
Hər yanın qırmızı, sanki laləzar.
Səndə təbiətin gözəlliyi var.
Bilmirəm ləlsən, yoxsa gövhərsən,
Qırmızı geyinmiş nə bəxtəvərsən.
Bütün vücuduna yetirdim nəzər,
Süni bir bəzəkdən görmədim əsər.
Bilmirəm mələksən, yoxsa bəşərsən,
Qırmızı geyinmiş nə bəxtəvərsən.
Səni coşdurmasın bəxtəvərliyin,
Həyatın olmasın nisgilli, qəmgin,
Sən oxu, qoy artsın elmin, biliyin,
Həyat səni sevər, sən də sevərsən ,
Qırmızı geyinmiş nə bəxtəvərsən.
Bədahətən deyilmiş bu şeri Əli Fəhmi M.Müşfiqin
tapşırığı ilə Dövlət Filarmoniyasında Qərbi Azərbaycan-
dan olan müğənni Qəmər xanıma həsr etmişdir.
ƏLİ FƏHMİ DÜNYASI
161
1941-ci il İyun ayında N.Nərimanov adına Azər-
baycan Tibb İnistutununu bitirmiş həkimlərin təntənəli
yubileyi münasibətilə 1961 il, 25 iyun tarixdə yazılmışdır.
İllər quş qanadlı ötüşdü bir-bir,
Şəvə saçımıza dən düşdü dostlar!
Bu ömür karvanı durmadan gedir,
Bizdən gəncliyimiz gen düşdü dostlar!
İyirmi ildirki, ayrılmışıq biz,
Xeyli həsrət qaldıq bir-birimizə,
Lakin ayrılmamış könüllərimiz;
Bu gün bax! Yenə də gəldik üz-üzə.
Sənət cəbhəsinin dostlarıyıq biz,
Dünyada dostluğun əvəzi varmı?
Bizi illər belə ayırsa izsiz,
Səadət, məhəbbət unudularmı?
Biz bu illər boyu səninlə dostum,
Həyatda çox yollar keçib, aşmışıq,
Bəzən Moskvada, qızıl meydanda,
Bəzən cəbhələrdə qucaqlaşmışıq.
Vətən dağlarında şimşək çaxanda,
Düşmən mərmiləri vurub, yıxanda,
Vətən mülkündəki kaşanələri,
Özünü əsgər tək verdi irəli.
Dostları ilə paylaş: |