Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə29/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   ...   25   26   27   28   29   30   31   32   ...   71

Elmira Fikrətqızı 
 
95
Hep böyle mi geçecek tutsak yıllarımız güneş dizgesinde? 
… Bu turuncu alev ne ölü kıtalar ötesinde 
Nevada çölünden Sibiryayadek bulutlar mantar mantar 
Belli ki Uzak Doğudan ta Uzak Batıya evrensel  
Bir yeni Ergenekondayız. 
 (Türkay, 1969: 16-17) 
 
Bütün bəşəriyyətin taleyinin ölümsaçan düymələrdən asılı olma-
sının təsviri ilə başlayan “Atom savaşı” başlıqlı ikinci hissədə bu 
müharibənin dəhşətlərini göz önündə canlandırmaqdadır. 
İnsan fəaliyyətinin, texniki tərəqqinin onun özünə qarşı yönəl-
məsi isə çıxılmaz vəziyyəti daha da ağırlaşdırır. Şairin dediyi kimi
əgər texniki tərəqqi sahəsindəki fəaliyyət ölümə “hamilədirsə”, bə-
şəriyyətin gələcəyi sual altındadır. 
Poemanın bu hissəsində T.S.Eliotun “Yararsız torpaq” əsərinin 
izlərini görmək mümkündür. Yalnız Qərb dünyasının yox, Nyu-
yorkdan Pekinə qədər hər bir ölkənin varlığının XX əsrin fəlakətləri 
ilə üz-üzə qalması, torpağın və qadınların “dölyataqları”nın ingilis 
şairinin poemasında olduğu kimi rəmzi qısırlığı ölü şəhərlərdən qə-
dim bir ruhun peyda olub insanlığa: 
 
Siz yıkınız yıkabileceğiniz ve usun ölçüsüz kazanları  
Kaynıyor bir yerlerinizde gezegenlerarası 
Kent oyuklarında da barınılmaz artık gidelim haydi çek 
Ağaç kovuklarından ölü boşluklara sayrı yurtları. 
 (Türkay, 1969: 18) 
- deyə  səslənməsi artıq Qərb mədəniyyətinin bir tufana tuş  gəl-
məsindən, uçurumun kənarına yaxınlaşmasından xəbər verir. (Tür-
kay, 1993: 51) Sadəcə T. S. Eliot bu çökməni Avropa məkanına aid 
edirsə, Osman Türkay “böhran arealını” daha da qloballaşdırır: 
 
Güneş de çıldırdı bu kan cümbüşünde 
Mağara havalarıyla kıvırıyor da. 


Osman Türkayın poetik irsi 
 
 
96
New York Londra Moskova Pekin 
Düştü birer birer en eski yıldızlar da 
Boşlukta kayan kaldırımlara.  
(Türkay, 1969: 18) 
 
Lakin ikinci şeir nikbin sonluqla bitir. Poemanın üçüncü hissəsi 
həm də  “İşıq çocuqlarının savaşı” adlanır və bu müharibə  əvvəlki 
bölümdə  bəhs edilən savaşa qarşı yönəlmişdir.  Şair  əsərin üçüncü 
hissəsi ilə səsləşən eyniadlı məqaləsində ürək ağrısı ilə dünya əhali-
sinin yarısının yarıac vəziyyətdə, digər yarısının da tam ac olduğu-
nu yazır. Birləşmiş Millətlər Təşkilatı 55 ölkədə aclıqdan qurtulma 
həftəsi təşkil etmiş, insanlığın bu ən “önəmli” düşməninə qarşı 
aksiya keçirmişdir. Londonda Müqəddəs Paul katedralında tələbələr 
ac insanlığın acısını paylaşmaq üçün oruc tutmuşlar. Tələbələrin 
başqasının dərdini, yoxsulluğunu könüllü paylaşmaq kimi bu insani 
hərəkətləri şairi riqqətə gətirmişdir. 
Məqalədə  və  şeirdə  ədibin yeni dünya üçün verdiyi model də 
diqqəti cəlb edir. O, hal-hazırda yalnız aclıq-toxluq təzadında deyil, 
yüksək inkişaf və gerilik, texnika və texniki inkişafdan geri qalma 
və digər bu kimi qütblər oxunda ikiyə bölünmüş dünyanı tarazlıq 
halına gətirmək üçün vahid dünya dövləti ideyasını irəli sürür. 
Sülh və müharibə mövzusunda yazılmış əsərlərdən biri də “Dün-
yamızın portreti – 1990” poemasıdır. 1990-cı ildə Altun Zürafə mü-
kafatına layiq görülən bu poema həm qədim zamanlardan indiyə 
qədər fəlsəfənin və digər elmlərin mövzusu olan insan və dünya 
münasibətlərindən, həm də yaşadığımız çağın bəzi qlobal prob-
lemlərindən bəhs edir. Bu şeir Türkayın fəlsəfi  əsərlərindəndir. 
M.Heydeqqerin “Alimin dünyası xalis obyektivlik, şairin dünyası 
isə obyektivliklə subyektivliyin vəhdətidir” (İsmayılov, 1994: 49) 
fikrinə istinad edərək deyə bilərik ki, Türkay bu poemasında dünya-
mızın, kainatın həqiqi, obyektiv mənzərəsini və görmək istədiyi, 
arzuladığı, fikrində qurduğu modelini yaratmışdır. Əsər dörd hissə-
dən ibarətdir. Şair dünyamızın ilk həqiqi mənzərəsini “aklın değişik 


Elmira Fikrətqızı 
 
97
boyutlarında bir gözlem kulesi” adlandırdığı Nyu-Yorkda vaxtı ilə 
yerləşən məşhur Dünya Ticarət Mərkəzinin  ən üst mərtəbəsindən 
seyr edib anlatmaqdadır. 
Poemada simvolik bir qağayı təsviri vardır. Bu quşun şairə həs-
rətlə baxması və şeir oxuyan bir insandan ona zərər toxunmayacağı-
nı anlaması istər-istəməz bir şairin yaşadığı ölkədə olmasa belə, ha-
radasa uzaqlarda təbiətin harmoniyasının pozulmasından xəbər ve-
rir. Bəhs etdiyimiz hissənin “Gök dizgelerinin anlamlı mantığı: 
uyum ve devinim...” misrası ilə bitməsi də bu simvolizmi təsdiqlə-
miş olur. 
Yer üzündə yalnız təbiətin deyil, onun bir parçası olan insanın, 
insan yaşamının da harmoniyası pozulmuşdur. Bioloji varlıq kimi 
bir-birindən fərqsiz olan insan dünyası birinci, ikinci, üçüncü səviy-
yədə dünyalara bölünmüşdür. Göy üzünün maviliklərindən üçüncü 
dünya ölkələrinə enən şair qələmi bu dünyanın ən gerçək və ən acı 
cizgilərini təsvir etməyə çalışır: 
 
İşte bakınız  
şu göğsü kurumuş 
ve açlıktan 
salt iskelet olmuş 
Hintli annenin 
kucağındakı çocuğa 
ırmaktan su içmiş diye 
ömrü boyunca kör yaşayacak 
kör gidiyor gençliğine 
geleceğe. 
 (Türkay, 1990: 333) 
 
Çətin ekoloji şəraitdə yaşayan bu insanlar çör-çöp və palçıqdan 
tikilmiş miskin evlərinin açar dəliklərindən Amerika və digər inki-
şaf etmiş ölkələrə baxırlarsa və öz məskənlərini radio, televiziya sə-
sinə, elektrik işığına qərq etməyi xəyallarında belə təsəvvür etmir-


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə