Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə232/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   228   229   230   231   232   233   234   235   ...   243

429 

 

gəraylılarıni ümumiyyətlə, xalq şeiri üslubunda yazdığı şeirlərində əsasən xalq ruhunun hakim olduğunu 



desek heç de yanılmarıq. 

Zakirin   poeziyasında yarından şikayət motivləri də vardır ki, bu tipli şeirlərində şair həm yarından 

gileylənir, həm də onu dərdlərinin tək dərman adlandırır. Məs : 

Ey cismimin canı, gözümün nuru, 

Elədiyim əndü vəfadan utan! 

Gecə-gündüz çaxər kimi dərində 

Çəkdiyim cövr ilə cəfadan utan! (7.səh 187) 

Şairin öz yarına olan sitəmləri o qədər güclü bir vüsət alır ki, Hətta Züleyxa, Şirin Leyli kimi sevgi 

simvolları ilə yarım müqayisə edərək birldirir : 

Ey bimürvət neyləmişdim sənə mən? 

Rahi-ümmidimə döşədin tikən. 

Məhəbbət yolunda bəlalar çəkən 

Züleyxadan, Şirindən, Leyladan utan! ( 7.səh 187) 

Digər bir şeirində isə Q.Zakir məşuqənin öz aşiqini həm dərdə salmasından, həm də ona şəfa 

verməsindən söhbət açır. Buna görə də  aşiq həm kədərli, həm də şad və nikbin olur. Məhəbbətində sədaqət 

və mətanətli olan romantik aşiq öz məşuqəsinin cövrü-cəfasından, onun etinasızlığından və rəhimsizliyindən 

incisədə, onları özü səadət və fərəh sayır: 

Bir tərəfdən artırır qəm, 

Bir tərəfdən edir mərhəm, 

Həm öldürür zaxiri, həm 

Qaçır haraya gözlərim. ( 7.səh 61 ) 

Şair sənətkarlığını böyüklüyü sayəsində bir çox qoşmalarında sujetli lirikanın da ən gözəl 

nümunələrini yarada bilmişdir. Sadə sujeti olan şeirlərində aşiqin məşuqəyə məhəbbəti tərənnüm olunur. 

Lirik-romantik qəhrəman sevgi yolunda nə qədər əzab və iztirab çəksə bədbinləşmir, onun ümidi daima 

yaşayır. 

Dün düşdü güzarım yarın kuyinə, 

Dərdi qəm cevrəsin alıbdı gördüm 

Soruşdum əhvalın, cavab vermədi 

Gözləri yaş ilə dolduğun gördüm 

 

Ahu-zar çəkməkdən yox olub var , 



Ayinəsin tutmuş möhnət qubarı 

Əyyami-xəzana dönüb baharı 

Saralıb gül rəngi solubdu gördüm . ( 7.səh180 ) 

Zakirin sənətkarlığına məxsus xüsusiyyətlərindən bəhs edən Əli Saləddin yazır: “ Zakirin şeirləri xalq 

musiqi havaları ilə oxunsaydı, şairin özünün dediyi kimi, bu şeirləri aşıqların yaratdığı poetik  parçalardan 

seçmək mümkün olmazdı. Ona görə ki, həmin şeirlərin mayasında  aşıq sənətindən gələn xüsusiyyətlər 

çoxdu. Dil, ifadə, üslub, oxşatmalar həm Zakirdə, həm də aşıq sənətində eynilik təşkil edir. Bu qarşılıqlı 

əlaqə Zakiri  bir xalq şairi səviyyəsinə çatdırmışdır. ( Əli.S.səh 19 ) 

Xalqın içərisindən çıxan Zakir qoşmalarında gözəllərin tərəfində böyük ustalıqla vermişdir. Zakirin 

lirik qəhrəmanı yüksək, saf, estetik duyğularla yaşayan, sözün əsil mənasında gözəlliyə pərəstiş edən bir 

obrazdır. O həm gözəllərin mənəvi, əxlaqi, zahiri görkəmindən gözəlliyindən yazmış, həm də sifətlərin 

olmasının zəruriliyindən danışmışdır. Şair təsvir etdiyi gözəlləri quru, cansız deyil, mənəvi keyfiyyətləri, 

onlara bəslədiyi yüksək münasibəti, adət və ənənələri ilə birlikdə təsvir etmişdir. ” Onun gözəlləri  “ əhdi 

dürüst„ “ iqrarı möhkəm „  “məkr, hiylə bilməyən " , həyalı, namuslu, məhəbbətində sədaqətli, hünərli və 

insanlardır. ( 4, səh 212 ) 

Gəzmişəm cahanı mən, görməmişəm 

Sənin kimi gözəl ellər içində. 

Bərabərin yoxdu huri-pəridə, 

Tək düşübsən mələk-mənzər içində 

 

Zərrəcə eyib yox al yanağında 



Qaşında, gözündə, tər buxarında 

Sənəmlər oturmuş solu-sağında 

Sən məni tapassan ülkər içində ( 7.səh  89) 



430 

 

Digər bir qoşmasında isə gözəlin xarici gözəlliyi ilə ağlını vəhdətdə verərək, təsvir etdiyi gözəli bütün 



təbiətdən, dünyadan, cahandan daha da üstün tutur. 

Müdrik ola, aqil ola əhli-hal 

Bilməyə ki, nədir nərgiz məxrüd, 

Dişi gövhər, ağzı şəkər, dili bal, 

Dodaqları qənddi-müxərrər gözəl. ( 7.səh 224 ) 

Gözəlin canlı təsvirini verən şux qoşmaları ilə Zakir öz sələfi Vaqifə yaxınlaşır. Lakin onun 

qoşmalarının əksəriyyəti həqiqi məhəbbəti və aşiqin ruhunu tərənnüm edən şeirlərdir ki, Zakir yaradıcılı-

ğındakı ən səmimi lirikanı bunlarda görmək mümkündür. Qasım bəy Zakirin qoşmalarının orijinallığı və onu 

M.P.Vaqifdən fərqləndirən cəhətlərin ən başlıca isə Zakirin qoşmaları ruh və zövq etibarı ilə aşıq şeirinə 

daha yaxın olmasındadır.  Həmçinin Q. Zakirin şeirlərində lirik qəhrəmanın ehtrasları daha örtülü  və pərdəli 

ifadə edilir.  Həmçinin Zakirdə “ Lirik qəhramanı gözəllik və onun aşiqini romantik tülə bürünmüş ovqatı, 

yaşantıları dərdli könlü,  həsrət, intizar, və xəbəri şəxsi motivlə yaşaması, məzmun və mahiyyət kəsb edir, bu 

iztirabların daha da ictimai- sosial səbəblərdən yaranması əsaslandırılır ”. ( 1, səh.153) 

Zakir məhhəbət və gözəlin tərifini təkcə qoşmalarında deyil, gəraylarında ifadə etmişdir. Şairin 

gəraylıları ruh, məzmun etibarı ilə şifahi xalq ədəbiyyatına daha çox yaxındır. Hətta gəraylılardan 

möhürbəndlər olmasa, xalq yardıcılığı nümunələrdən fərqləndirmək olmazdır. 

Hər aşiqin bir yarı var, 

Əlamətdi mənim yarım 

Başdan ayağa naz ilə 

Nəzakətdi mənim yarım. ( 7.səh250 ) 

Şair gəraylıların nadir nümunələrini yazılı ədəbiyyatda yartmışdır, həmin nümunələrdə şifahi xalq 

ədəbiyyatının deyimləri, simvolları həddindən çoxdur. 

Hanı Şirin, hanı Leyli 

Var idi aşiqə meyli. 

Dərhdən getdi gileyli 

Keçən dövrana bir baxmaz. ( 3, səh 181 ) 

Bu nümunədə şifahi xalq ədəbiyyatında geniş yayılmış Şirin, Leyli adlarına rast gəlirik. Həmin adlar 

dillər əzbəri olmaqla özlərində müəyyən qisim əxlaqi keyfiyyətləri və insan taleyini əks etdirir. Zakir həmin 

adların simasında fikrini daha aydın ifadə etmişdir. Onu da qeyd etmək lazımdır ki, Q.Zakirin ədəbi 

ictimaiyyətə iyirmi bir gəraylısı məlumdur. 

“ Zakirin gəraylıları daha çox sevgi-məhəbbət, öyüd-nəsihət, dünya və insan haqqında fəlsəfi 

düşüncələr və.s. bu kimi məzmun daşıyır. “Bəhri bəlaya qərq oldum ”, “ Bilməm keçid hörməliyəm ”, “ 

Gözəl çox olur sevdiyim ”, “ Nə müddətdir dost yolları „ və.s kimi gəraylıların hər biri poetik baxımdan 

mükəmməldir və janrın klassik nümunələri səviyyəsindədir. ” (1 , səh. 191) 

“Keçdi növbəti-zimistan „ misrası ilə başlanan gəraylı şairin canlı təbiətini tərənnümünə həsr edilmiş 

ən şux və gözəl şeirlərdəndir. Şeirdə qışın getməsi, aləmə həyat verən bahar fəslinin gəlişi təsvir olunur. 

Zakir lirik qəhramanın eşqini şiddətini bildirmək üçün qışla yazı qarşılaşırır, yaz fəslində təbiətin və 

canlıların şad-xürrəm olduqları bir vaxtda aşiqin dərdinə çarə tapılmadığını, onun yara həsrət qaldığını, hər 

yer baharın hökm sürdüyünü, yalnız aşiqin məhəbbətlə dolu ürəyində hələdə qış olduğunu söyləyir. 

Keçdi növbəti-ximistan

Yenə fəsli bahar oldu. 

Əndəbi binəvanın 

Sənəti ahu- zar oldu.  (6.səh242) 

Ümumiyyətlə, Q.Zakirin gəraylıları məna və məzmununa, bütövlükdə aydınlığına, xalq ruhuna 

yaxınlığına, məzmunu və fikir dərinliyinə görə fərqlənir. Şair gəraylılarında  gözəldən, gözəllikdən 

danışsada, bütövlükdə şəxsi, ictimai mənaları aşılamışdı. Zakirin gəraylılarında  vəsf etdiyi gözəllik və 

məhəbbət aşiq poeziyasındakı gözəlləmələrdə olduğu kimi həyatıdır, canlıdır, düşündürücü və təsirlidir. 

Qasım bəy Zakir xalq şeiri üslublu şeirlərində gözələ öz zəif, incə hiss və duyğularını bildirməklə 

kifayətlənmir, həm də özünə qədər ki, qoşma və gəraylılardan fərqli olaraq onun dövrə, zamana, ictimai-

sosial mühitdə münasibəti, ictimai əhval-ruhiyyəsində qabarıq şəkildə ifadəsini tapır. “ Gözüm yolda qaldı, 

könül intizar”, “ Dost yolu bağlandı, ümid kəsildi “, “ Qadir ALLAH səbəb sala araya “, “ Dost yolunda cəfa 

çəkdim, can üzdüm ”, “ Nə müddətdir, iştiyaqın çəkdiyim „ , “ Fələk səndə nə adətdir „ misraları ilə başlanan 

qoşma və gəraylılarında ictimai-sosial məzmunu diqqəti cəlb edir. Bu şeirlərdə çərxin sitəmindən, dövrün 

zülmündən, zalım fələyin qana susmasından, taleyin ədalətsizliyindən  şikayət edilir. İctimai-siyasi 

məzmunlu şeirlərdə daha çox fələyə müraciət forması vardır. Məlumdur ki, istər şifahi ədəbiyyatımızda, istər 



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə