Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə25/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   21   22   23   24   25   26   27   28   ...   243

45 

 

enantiosemlər  omonimlərlə oxşardır. Hər iki söz qrupunda sözlər ifadə planına görə eyni olur. Antonimlər 



əks mənalı sözlərdir. Onların deyilişi və yazılışı, yəni ifadə planları fərqli olur. Lakin onlar həm də bir-birinə 

əks mənaları ifadə edir. Bu baxımdan enantiosemlər və antonimlər arasında fərq var.  

Mifonimlərin öyrənilməsi göstərir ki, bir qrup mifonimlərdə enantiosemiya hadisəsi də özünü göstərir. 

Belə mifonimlər kosmos-xaos, xeyir-şər, işıq-zülmət kimi əks anlayışların eyni mifonimlərlə ifadəsi nəticə-

sində yaranır. Mifonimlər zaman keçdikcə müəyyən transformasiyalara uğrayır. Onların ifadə və məzmun 

planlarında müxtəlif dəyişmələr baş verir. Mifonimlərdə məna dəyişmələri əks mənaların ifadəsi ilə 

nəticələnirsə, bu, enantiosemlərin yaranmasına gətirib çıxarır. Mifoloji dünyagörüşündə ikili qarşıdurma 

mühüm əhəmiyyətə malikdir. Mifoloji baxımdan belə ikili qarşıdurmanın bir sözlə ifadəsi müxtəlif 

səbəblərlə bağlı ola bilər. Hal-hazırda Al arvadı, Al / Hal anası şəklində işlənən Al iri döşlü, döşlərini 

çiynindən yuxarı atan şər ruhlu mifoloji varlıqdır. Lakin ayrıca mifoloji strukturlarda Al / Hal anası həm də 

ilkin Ulu Ana kompleksi ilə bağlanır. Arxaik strukturlardan ən tutumlusu hesab edilən Ulu Ana özündə Boz 

qurd, Xızır, Qarı nənə, Hal anası kimi müxtəlif mifoloji varlıqlarla bağlanır. Ulu ana kompleksindən doğan 

Al ruhu, özündə həm həyatverici başlanğıc, həm də o biri dünyanın sahibi kimi dəyərləndirilir. Ulu Ana iri

sallaq döşlü qadın kimi təsvir olunur. Artımı, bolluğu, məhsuldarlığı bildirən Ulu Ana obrazından yaranan Al 

/ Hal anası, Albastı, Al qarısı, Al arvadı obrazları şərin təmsilçilərinə çevrilmişdir. Azərbaycan mifoloji 

mətnlərində də hal anası, al arvadı şəklində verilən obraz şərin təmsilçisidir. Bu mətnlərdə hal anası cin kimi 

qiymətləndirilir, zahı qadınların ciyərini çıxarır, uşaqlarını öldürür (4, 92-96). Eyni bir kompleksin 

funksional olaraq dəyişməsi, müxtəlif transformasiyalara uğrayaraq semantik şaxələnməsi, həm nizamlayıcı 

kosmik başlanğıcı, həm də dağıdıcı xaosla bağlılığı bildirməsi ikili qarşılaşmanın əsasında vahid bir sistemin 

dayandığını göstərir. Al lekseminin mifoloji baxımdan həm xeyrin, həm də şərin təmsilçisi kimi qəbul 

edilməsi onun linqvistik baxımdan bir enantiosem kimi qiymətləndirilməsinə əsas verir. Eyni xüsusiyyəti biz 

qarı, əyə / yiyə, tos, cin, pəri, div, əjdaha kimi mifoloji obrazları bildirən mifonimlərdə görürük. 

Qarı Ulu Ana komplektindən ayrılan mifoloji obrazdır. Azərbaycan folklor nümunələrində, nağıllarda 

çox işlənən, mifoloji baxımdan həm artımı, bolluğu, həm də ölümü, dağıdıcı başlanğıcı rəmzləşdirən bir 

obrazdır. Nağıl süjetlərində ona həm xeyri təmsil edən İpək qarısı, həm də şəri təmsil edən Küp qarısı, Napak 

qarı, Köpək qarı kimi rast gəlinir. Qonşuluqda yaşayan iki qarı varmış (1, 69). Bu qarıların əməllərinə görə 

birinə İpək qarı, o birinə isə köpək qarı deyirmişlər. Qarı lekseminin mifoloji baxımdan həm xeyrin, həm də 

şərin təmsilçisi kimi mənalandırılması onun linqvistik baxımdan bir enantiosem kimi qiymətləndirilməsinə 

əsas verir. 

Əyə / Yiyə qədim türk dini mifoloji təsəvvürlərinə görə, qoruyucu ruhlara verilən addır. Hami ruh 

məzmununa malik olan, türk tanrıçılıq düşüncəsi ilə bağlı olan ruhlara verilən ad kimi qəbul edilir. Mifoloji 

yozuma görə, Erlik / Yerlik göydən endirilərkən qoruyucu, hami ruhlar da yerə göndərilmişdir. Bu söz qədim 

türk yazılı abidələrində, türk dillərində müxtəlif fonetik variantlarda işlənmişdir. Qədim türk lüğətində «idi» 

şəklində «sahib yiyə» mənasında işlənir. Əyələr sahiblik məzmununa malikdir. Türk etnik-mədəni 

sistemində ümumi mifoloji düşüncəyə görə, hər bir şeyin əyəsi, yəni sahibi var. Əyələr / yiyələr sahib olduğu 

məkanda yaşayar və onu qoruyarlar. Əyə və yiyə qarşılaşdırılmasında yiyənin törəmə olduğu, söz əvvəli 

mövqedə «y» samitinin səsartımı hadisəsinin nəticəsi olduğu qənaətinə gəlirik. Mifoloji təsəvvürlərdə əyələr 

daha çox cinlərə yaxın tutulur. Lakin əyələr cinlərdən fərqli olaraq adam cildində görünürlər. Demonoloji 

təsəvvürlərə görə, xeyirxah ruh məzmunu verən əyələr bəzən öz məzmununu dəyişir, «acıqlı», «qəzəbli», 

«zərərgətirici qüvvə» kimi mənalandırılır. Bəzən əyələrlə cinlərlə, pərilər arasında bir ortaqlıq yarandığını 

görürük. Əlbəttə, bu, əyələrə sonradan təhkim olunmuş simvolik, rəmzi xarakterli mənadır. İnanışlara görə, 

əyələri hirsləndirərkən sayğısızlıq göstərilənlər onların qurbanlarına çevrilirlər.  

Mifonimlərdə enantiosemiya hadisəsini öyrənərkən fars dilindən Azərbaycan dilinə daxil olan div və 

ərəb dilindən alınma cin sözlərinə nəzər salmağı vacib bilirik. 

 Div – fars mənşəlidir. İzahlı lüğətdə bu söz «müsbət qəhrəmanlara qarşı qoyulan çirkin, eybəcər, 

həddindən artıq cəsarətli, buynuzlu, əfsanəvi vücud, heyvan mənasında verilir. Belə bir fikir var ki, divlər 

daha qədimlərdə İrandilli xalqların təsəvvürlərində hami ruh, xeyirxahlıq qüvvəsi olmuşdur. Türk 

xalqlarının, eləcə də azərbaycanlıların mifoloji düşüncəsinə görə, divlər qaranlıq dünya ilə bağlı olan, qeyri-

adi, heybətli görünüşlü, əsasən, insanlarla qidalanan, canı şüşədə və ya göyərçində olan varlıqlardır. Lakin 

bəzən divlərin də xeyirxah bir qüvvə kimi mənalandırıldığını görürük. 

«Avesta»da divlər şər allahının – Əhrimənin göstəricilərini yerinə yetirən qüvvələr kimi təqdim edilir. 

İran mifologiyasında divlərin atəşpərəstlikdən əvvəlki və sonrakı çağlarla bağlı semantikası axtarılmışdır. 

Azərbaycan nağıl və dastanlarının dilində tez-tez rast gəlinən  divlər əfsanəvi personaj olub şər qüvvə kimi 

çıxış edir. Divlər yerin əlçatmaz qatlarında, real olmayan məkanlarda yaşayan, qeyri-adi görünüşlü, qorxunc, 

canı özündə deyil, şüşə içindəki göyərçində olan, şəri təmsil edən bir varlıq kimi təqdim edilir. Onlar tilsim 



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə