Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə33/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   29   30   31   32   33   34   35   36   ...   243

60 

 

Dilin xarakteri, özünəməxsusluğu isə yalnız bir neçə nəsil dəyişdikdən sonra bilinir, amma dil bütün 



bu nəsilləri bir-birinə bağlayır, onlar da öz növbəsində özlərini məhz dildə biruzə verirlər... çünki dil millətin 

özünü əks etdirir və onu təmsil edir”. Həmçinin hər bir dil ayrılıqda öz istifadəçilərinin məxsusi cəhətlərinin 

daşıyıcısı olsa da, digər dünya dillərilə daim kontaktdadır. Dillər arasında əlaqələrin olması dillərin 

inkişafında başlıca amillərdən biridir. 

Hər bir dil özündə dünya tarixinin bir hissəsini yaşadır, əvvəlki dövrləri araşdırmaqda əvəzolunmaz rol 

oynayır və ən əsası, ondan istifadə edən xalqların, tayfaların tarixini, mədəniyyətini, inkişafını özündə əks 

etdirir. Məhz buna görə, dil – mədəniyyətin güzgüsüdür. “Yer üzündə dünya xalqları bir-birilə çoxcəhətli 

əlaqələrə malik olduğuna görə onların dilləri də qarşılıqlı şəkildə bir-birinə təsir göstərir və bir-birini 

zənginləşdirir. 

Dilin lüğət tərkibinin inkişafı prosesi xalqın tarixi inkişafı ilə vəhdət təşkil edir”. Dilçilərin əksəriyyəti 

dünyada kontaktlaşmayan dilin olmadığı fikrindədir. Görkəmli rus dilçisi Boduen de Kurtene öz məqaləsində 

bu məsələyə toxunaraq qeyd edirdi ki, “Dillərin bir-birinə qaynayıb-qarışması məsələsinə baxsaq, razılaşmalı 

olacağıq ki, saf və digər dillərə qarışmayan dil yoxdur və ola da bilməz”. Dillərin bu şəkildə 

kontaktlaşmasının əsas səbəbi kimi mədəniyyətlərarası əlaqəni və digər mədəniyyətli onsanlarla ünsiyyətə 

olan tələbatı göstərmək olar. E.Sepir bununla bağlı yazırdı: “Ünsiyyətə olan tələbat, hər hansı bir dildə 

danışanların qonşu və ya mədəniyyət baxımından dominant dillər ilə vasitəsiz və ya vasitəli kontaktına səbəb 

olur...İzolyasiya edilmiş hər hansı bir dil və ya dialekt göstərmək çətin olardı”. 

Buna əsasən müxtəlif mədəniyyətlərə aid materialların tərcüməsi də təsir edir. Mədəniyyətlərarası 

əlaqələrin yaranmasında tərcümələr mühüm rol oynayır. Əgər əvvəlki dövrlərdə fars və ərəb dillərindən 

tərcümələr Şərq dilləri və mədəniyyəti ilə əlaqələrimizi sıxlaşdırmış və nəticədə dillərin zənginləşməsinə 

səbəb olmuşdusa, XIX əsrdən başlayaraq bölgədə rus dilinin aparıcı rol oynaması ilə əlaqədar rus dilindən 

edilən tərcümələr artmışdır. 

Müxtəlif sənədlər, həmçinin rus klassiklərinin əsərləri dilimizə tərcümə edilməklə həm dilin lüğət 

tərkibini zənginləşdirmiş, həm də müxtəlif üslubları inkişaf etdirərək cümlə quruluşlarında yeniliklərə səbəb 

olmuşdur. 

Dünyanın ən qədim xalqlarından biri olan Azərbaycanlılar çox qədim mədəniyyətə malikdir. 

Azərbaycan mədəniyyət və incəsənətindən olan nümunələr ABŞ, Britaniya, Fransa, İran, İtaliya, Misir, 

Türkiyə və s. kimi dünyanın bir çox ölklərində muzeylərdə qorunub saxlanılır. Mədəniyyət incilərinin belə 

rəngarəng olmasına isə təbii ki, Azərbaycan xalqının yüksək zövqə malik olması, yaşayış tərzi və inkişaf 

tarixi təsir göstərmişdir. 

Arxeoloji qazıntılar zamanı tapılan nümunələr bir daha sübut edir ki, Azərbaycan xalqı qədim 

dövrlərdən bəri müxtəlif sahələrini nəzərdən keçirsək görərik ki, hər bir sahə özünəməxsus gözəlliyi, 

orijinallığı və milliliyi ilə fərqlənir. Bu, dövrümüzə qədər gəlib çatmış nümunələrdə hərtərəfli öz əksini 

tapmışdır. Misal olaraq, qədimi xalçalar, ziynət əşyaları, gündəlik istifadə qabları, alətlər, heykəllər, şəkillər

ədəbiyyat və musiqi nümunələrini və s. göstərmək olar. Nəsillərdən-nəsillərə ötürülən musiqimiz çox qədim 

tarixə malik olmaqla yanaşı, ürəkləri fəth etmə xüsusiyyəti ilə də yalnız xalqımızın deyil, bütün dünya 

xalqlarının zövqünü oxşamışdır. 

Heç də əbəs yerə deyil ki, muğamlarımız və aşıq sənəti BMT təşkilatı olan UNESCO tərəfindən dünya 

mədəniyyəti irsinə daxil edilmişdir. Azərbaycan musiqisi təkcə muğamlarla məhdudlaşmasa da (burada xalq 

mahnıları, aşıq sənəti, rəqslər, bəstəkar musiqilərini və s. yaddan çıxarmaq olmaz) onlar Azərbaycan 

mədəniyyətini dünyaya tanıdan fəxrimizdir. 

Həmçinin  arxitektura  sahəsində dövrümüzə qədər gəlib çatmış, öz əzəməti ilə insanları heyran edən 

tarixi abidələrimiz var. Qədim insanların həyat tərzini təsvir edən – 500 illik yaşı olan Qobustan qaya 

rəsmləri, eləcə də paytaxtımız Bakının simvolu sayılan Qız qalası, İçəri şəhər, Şirvanşahlar sarayı, Memar 

Əcəminin müəllifi olduğu Möminə xatun türbəsi, şimali və cənubi Azərbaycanı birləşdirən Xudafərin 

körpüsü və s. milli arxitekturanın parlaq nümunələri hesab edilir. 

Eynilə  ədəbiyyat sahəsində olan inciləri göstərmək olar. Nizami Gəncəvi, M.Füzuli, İ.Nəsimi, 

M.P.Vaqif, M.F. Axundov, C.Məmmədquluzadə, S.Vurğun, İ.Əfəndiyev, B.Vahabzadə və s. kimi dahilərin 

ədəbiyyatımıza verdiyi töhfələr əvəzolunmaz dəyərə malikdir. 

Bu kimi nümunələri rəssamlıq, kino, teatr və s. mədəniyyət sahələrində də qeyd etmək olar. Bütün 

bunlar xalq yaradıcılığının parlaq inciləridir. 

 

Ədəbiyyat 



1.  

Dəmirçizadə Ə.M. Azərbaycan ədəbi dilinin tarixi. I hissə, Bakı: Maarif, 1979. 

2. Pennycook A. The cultural Politics of English as an International Language. Harlow, Essex, UK: Longman Group 

Ltd, 1994.

 



61 

 

AYTƏN ALIYEVA 



                                                          Bakı Slavyan Universiteti 

 

XARİCİ DİL ÜNSİYYƏTİNİN TƏDRİSİNİN LİNQVİSTİK ƏSASLARI 



 

Açar sözlər: söz, passiv, aktiv, şifahi, yazılı, nitq, şərt, işarə, dialoq 

 

According to the characteristic and its usage in the speech, each aspects of the language is divided into active 



and passive fund. Limit between active and passive fond is changeable. The Difference between active and passive fund 

is purely psycholinguistics objective laws, it means ,words of active fund arealways used in oral speech more precisely 

in dialogue, but passive ones are in written speech. 

Key words: word, passive, active, oral, orally, written, speech, condition, sign, dialogue 

 

Lingvistika dedikdə ilk növbədə dilin 3 aspekti- fonetika, leksika və qrammatika yada düşür. Dilin hər 



bir aspektinin xüsusiyyətrindən və nitqdə işləməsindən asılı olaraq iki hissəyə aktiv və passiv ehtiyata ayrılır. 

Aktiv ehtiyat aktiv dil ehtiyatına, münasib olaraq passiv ehtiyat isə passiv dil ehtiyatına daxildir. Aktiv və 

passiv ehtiyata hər bir dildə danışan xalqın sosial qruplarının və müəyyən yazıçıların dilində ayırmaq olar. 

Aktiv ehtiyata fikrinizi ifadə etmək üçün istifadə etdiyimiz, yiyələndiyimiz sözlər daxildir. Aktiv 

ehtiyata daxil olan sözlər fikrin ifadəsi olmaqla yanaşı, həm də dinləyəndə cavab fikrini oyadır. 

Passiv ehtiyat fondu aktivdən daha genişdir. Passiv fonda daxil olan sözlər elə sözlədir ki, onları 

yalnız oxuyan və yazan zaman işlədirsən, onların mənasını hər hansı bir kontekstdən anlamaq mümkündür. 

Deməli, aktiv fonda daxil olan sözlər fıkrin ifadəsində istifadə olunmaqla mənanın formaya 

çevrilməsində rol oynayır. Onlar çox vaxt dildə reallaşandır, bütün dil orqanları tərəfindən istifadə olunur və 

danışıq dilinin formalaşmasında iştirak edir. Avtikdən fərqli olaraq passiv fonda daxil olan sözlər isə aktivlə 

üst-üstə düşmür və şıfahi nitqdə istifadə olunmur. Bu ifədəbr dili mənimsəyənə mətn, mühazirə və şərhləri 

oxuyan zaman anlaşılandır. 

Aktiv və passiv ehtiyatın bir-birindən fərqli cəhətləri о demək deyil ki, dil qarşılıqsız olaraq aktiv və 

passiv deyə iki уегə bölünür, əksinə dildə elə sözlər vardır ki, misal olaraq qrammatik vasitələr həm şifahi 

nitqdə, həm də mətni oxuyan zaman da rast gəlinir, yəni həm reseptiv, həm də produktiv nitq fəaliyyəti 

zamanı istifadə edilir. 

Aktiv və passiv fond arasındakı sərhəd dəyişkəndir, dil öyrənənlərdə söz ehtiyatı artdıqca sözlər 

passivdən aktiv ehtiyata keçir və danışıq dilində istifadə olurnur. Ana dilində inkişaf etmiş dil hissiyətına 

görə passiv ehtiyatın sözləri asanlıqla aktivə keçə bilir. Xarici dili öyrənən zaman isə passiv və aktiv ehtiyat 

arasındakı fərq daha çox nəzərə çarpır və bu fərqin də aradan qaldırılması heç vaxt öz-özünə baş vermir

bunun üçün çox vaxt tələb olunur. 

Aktiv və passiv ehtiyat arasındakı fərq sırf obyektiv psixolinqvistik qanunauyğuluqdur. Belə məlum 

olur ki, aktiv ehtiyata daxil olan sözlər şifahi nitqdə, daha dəqiq desək dialoq formasında, passiv isə yazılı 

nitqdə istifadə olunur. Bu mənada şifahi və yazılı nitqin nə olduğunu aydınlaşdırmaq yerinə düşərdi. 

Əvvəlki illərin metodikasında şifahi və yazılı nitqi belə fərqləndirirdilər ki, əgər ünsiyyət prosesinin 

yaranmasında akustik kanal iştirak edirsə və nitq danışıq səsləri ilə həyata keçirsə, bu- şifahi nitqdir, yox 

əgər ünsiyyət vizual kanalın köməyi ilə həyata keçirsə və nitq qrafıkada cəmlənirsə bu zaman bu-yazılı 

nitqdir. 

Bu klassifikasiyanm yanlış olduğu bəllidir və bundan belə nəticə çıxır ki, dialoq - şıfahi nitqdir və əgər 

həmin dialoq yazılı formadadırsa deməli bu artıq yazılı nitqdir. Ancaq formasına görə şıfahi nitq hec də 

yazılıdan üstün deyil, çünki, deyilən hər bir şey yazıla bildiyi kimi, yazılan hər bir şey də ucadan oxuna bilir. 

Yazılı bir mətn ucadan oxunan halda dilin heç bir komponenti dəyişmir, leksika, qrammatika və üslubi 

xüsusiyyətlər olduğu kimi qalır. Ucadan oxunan zaman dilin akustik kanalı istifadə olunsa belə bunu şıfahi 

nitq adlandırmaq olmaz. Şifahi və yazılı nitq ilk növbədə üslubuna görə fərqlənir. Nitqin müxtəlif üslubları 

(nitq formaları) müxtəlif məqsədlər və müxtəlif ünsiyyət şəraitinə uyğunlaşır. 

Şifahi nitq təkcə akustik kanalın işlənməsi ilə deyil eləcə də xüsusi ünsiyyət üslubunun və leksika, 

qrammatik və fonetik dil aspektlərinin işlənməsi ilə xarakterizə olunur ki, bunu da şifahi nitq üslubu 

adlandırmaq olar. Şifahi nitq təbiətinə görə dialojidir. Şifahi nitq zamanı fıziki olaraq ən azı iki adamın 

iştirakı mütləqdir. Bu da şifahi nitqin situativliyindən xəbər verir. Şifahi nitq zamanı dil elementlərinin sayı 

mümkun qədər azalır vo onları intonasiya, mimika, jestlər əvəz edir. Şifahi nitqə sadə söz birləşmələri, sadə 

sintaktik konstruksiyalar xarakterikdir. Ellipsiyalı cümlələr, nida cümlələri, mənanı qüvvətləndirən sözlərə 

də şifahi nitq zamanı daha çox yer verilir. 




Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə