Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə36/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   32   33   34   35   36   37   38   39   ...   243

66 

 

Həsrəti-ləli-ləbin, ey gülüzarım, lalə tək



Dağdar etmiş məni, getmək cigərdən qarəsi. [8; s.23] 

Və ya: 


Qoyma qalsın sinədə, dərdi-dilin izhar qıl, 

Vəqti-rəhlətdir, könül dərdə, utanmaqdır əbəs. [8; s.63] 

Lakin XIX əsr Qarabağ ədəbi mühitinin nümayəndələri əsasən izafət tərkiblərini türkləşdirərək onları 

ana dili sintaksisi qəlibində təqdim etməyə daha çox çalışmışlar. 

Yar cövrü cismim içrə candan artıqdır mənə, 

Can, məgər dərdü qəm canandan artıqdır mənə. [8; s.47] 

Klassik poeziyada alliterasiya əsasından sabitləşmiş qoşa sözlər “Məclisi-üns” , “Məclisi-fəramuşan” 

üzvlərinin yaradıcılığında çox geniş yer tutur. Əvvəldən bir və ya iki hərfi eyni olan iki söz semantikaca da 

bir-birinə yaxın olduğundan bir ümumi anlayış ifadəsi üçün birləşir ki, bu anlayış bütövlükdə alınmış vahidin 

bildirdiyi anlayış olub komponentlərin hər birinin ayrılıqda bildirdiyi anlayışdan zəngindir. Məhz elə bu 

məna zənginliyi və səslərin ahəngdarlığının yaratdığı effekt həmin vahidlərin şeir üçün əvəzsiz vasitə 

olmasını təmin edir. 

Nə Cami-cəmdir o, camımdı mənim, 

Ki, söylər içdikdə olsun nuşim. [8; s.377] 

Və ya: 

Göstər camalını o məhü mehrə, dövrə gəl



Mövcudsan görüm tazə bir dövr mən səni. [8; s.61] 

Beləliklə, XIX əsr Qarabağ sənətkarları yalnız sözlərin deyil, səslərin də ahənginə biganə qalmayaraq 

yaratdıqları sənət nümunələrinin hər birinin səslərin musiqisi əsasında tərtib olunmasına xüsusi önəm 

vermişlər. 

Ədəbiyyat 

1.  Adilov M. Füzulinin üslubu və poetik dili, B.1996 

2.  Adilov M. Klassik ədəbiyyatımızda dil və üslub, B.1991 

3.  Барашков П.П. Аллитерационная форма стиха и ее влияние смсловое значение некоторых слов. Труды Института 

языка, литературы и истории якутского филиала Сибирского отделения АНССР вып 1(16) Якутск 1959, s106-111 

4.  Eren Hasan.Türk yazısında alliteration. Türkdili 1975, N287, s. 421-425 

5.  Хамзаев М.К. Основы тюркского стихосложения.Алма-ата, 1963 

6.  Жирмунский Б.М. Ритмико-синтактический параллелизм как основа древнетюркского нaродного эпического стиха 

“Вопросы языкознания” 1964, N4, s.3-24 

7.  Журавлев А.П. Звуки смысл, М.1988 

8.  Nəvvab M. M. Təzkireyi-Nəvvab, B.1997 

 

 



CAVANŞİR MURADOV 

Filologiya üzrə fəlsəfə doktoru, dosent 

Bakı Dövlət Universiteti   

 “KOMPÜTER” KONSEPTİ DÜNYANIN DİL MƏNZƏRƏSİNDƏ

*

 

 



Açar sözlər: konsept, termin, kompüter, koqnitiv dilçilik, linqvokulturologiya.  

  

The concept “computer” in the languages of the world 



 

The article deals with the history of formation of concept «computer»; there are shown its meaning 

and imagelly–perceptical features. 

Key words: concept, term, computer, cognitive linguistics, linguoculturology. 

 

Koqnitivizm idrakı və onunla bağlı daxili prosesləri öyrənir. Koqnitivizm yalnız dilçiliklə deyil, bu 



gün bütün elmlərdə özünü göstərir. Deməli, elə özü də bir elm sahəsi kimi formalaşır. Yəni koqnisiya infor-

masiyanın qəbulu, həzm edilməsi və yenidən təqdim edilməsidirsə, bu proses bu elmlərin əsasını təşkil edir. 

Koqnitivizmin ümumi istiqamətləri insanın təfəkkür mexanizminin öyrənilməsi, müxtəlif yollarla 

insana gələn informasiyanın emalı, dünyanın idrak qəlibləri, koqnitiv aktları təmin edən sistemlərin quruluşu, 

təfəkkür aktlarını təmin edən ruhi proseslərin öyrənilməsi kimi formalaşır. Koqnitivizm hətta kompüter 

proqramlarının təşkilini və bu proqramların mətni anlamaq və istehsal etmək qabiliyyətini öyrənir. 

                                                            

*

 Məqalə universitetdaxili “50+50” qrant proqramı çərçivəsində hazırlanmışdır. 




67 

 

Koqnitivizm insanı biliyi emal edən bir sistem kimi dərk edir. Aydın məsələdir ki, informasiyanın 



yenidən təqdim olunması dildə baş verir. Deməli, dili məhz xalq təfəkkürü baxımından öyrənmək olar. 

Bundan əlavə, koqnitivizm biliyi və təfəkkürü məhz dildə təqdim olunduğuna görə öyrənə bilər. Buradan 

belə bir nəticə çıxarmaq olar ki, elm sahəsindən asılı olmayaraq koqnitiv istiqamət dilçiliyi bir nömrəli elm 

kimi dəyərləndirir. Məhz təbii dil şüur və təfəkkürü nümayiş edən bir səhnədir. İlk növbədə ona görə ki, 

təfəkkürün nəticələri bizə dil işarələri formasında təqdim olunur. 

Aydın məsələdir ki, koqnitiv dilçilik tarixən strukturalizmə qarşı reaksiya kimi formalaşır. Lakin 

koqnitivizm prinsiplərinin dilçiliyə gəlməsində bir sıra humanitar elmlərin böyük rolu olmuşdur. İlk növbədə 

burada müasir psixologiyanın adını çəkmək lazımdır. Ümumiyyətlə, psixologiya və həmçinin koqnitiv 

psixologiya müasir dil nəzəriyyəsinə güclü təsir göstərmişdir. Digər tərəfdən, dilçilik və psixologiyanın 

ümumi maraq dairəsini nümayiş etdirən psixolinqvistika da koqnitiv dilçiliyin formalaşmasına öz təsirini 

göstərir. Əslində, dil nəzəriyyəsinin insan amilinə xüsusi diqqət verməsində ictimai və etnik amillərin də rolu 

kifayət qədər böyükdür. Məsələn, çox qədim zamanlardan insanlar başa düşüb ki, müxtəlif dillərdə danışan 

xalqların kütləvi şüurunda ətraf mühitin və ümumiyyətlə, dünyanın da fərqli mənzərəsi mövcuddur. 

Hər bir elmdə olduğu kimi, koqnitiv dilçilik də öz əsas anlayışlarını müəyyən etməlidir. Yəni koqnitiv 

dilçiliyin işlətdiyi anlayışlar bir sistem təşkil etməlidir və zəruri səciyyə daşımalıdır. Sistem anlayışı bütün 

terminlərin və onların arxasında dayanan məfhumların  bir-biri ilə sıx əlaqədə olmasını tələb edir. Zərurilik 

isə koqnitiv dilçiliyə məhz yeni məzmunlu terminləri aid edir. İlk növbədə bu o deməkdir ki, bu hələ 

koqnitiv dilçilikdə işlənən terminlərin hamısı yeni deyil. Lakin elə sözlər də var ki, koqnitiv dilçilik onlara 

yeni məzmun verir. Beləliklə də, özünün xüsusi anlayışlar aparatını yaradır. 

E.Piriyev yazır: “Koqnitiv dilçiliyin fundamental terminlərindən söhbət düşərkən, ilk növbədə təfək-

kür, idrak, bilik, anlayış, konsept, konseptləşmə, konseptual sistem, koqnisiya, koqnitiv qəlib, koqnitiv sütun, 

dünyanın mənzərəsi, verballaşma, milli mentalitet, mədəniyyət və mədəni məkan və s. yada düşür (2, 9). 

Koqnitiv paradiqmanın sürətli və müzəffər yürüşünün əsasında dilçilikdəki antroposentrik 

tendensiyalar durur. Koqnitivizm hal-hazırda liderlik edir və öz orbitinə digər paradiqmaları gətirməyə iddia 

edir, lakin ümumi antroposentrik panoramada o, öz strukturuna görə dil-koqnitiv səviyyə yaxud tezaurusa 

malik olan dil şəxsiyyəti nəzəriyyəsinin yalnız bir hissəsidir. 

Koqnitiv dilçiliyin əsas obyekti nitq-fikir fəaliyyətinin mexanizmləri, nitqin yaranması və 

qavranılması prosesləridir. Onun əsas məqsədi dilin semantik sistemində (leksik və qrammatik mənalarda) 

möhkəmləndirilmiş dil biliyinin qeyri-dil biliyi ilə necə bağlı olduğunu, təbii dilin mental dillə (fikir dili ilə) 

qarşılıqlı təsirini anlamaqdır. 

Koqnitiv dilçiliyin bugün üçün əsas nailiyyətləri bunlardır: 

1) dil mənzərəsinin tərkib hissəsi kimi daxil olduğu dünyanın koqnitiv (mental) mənzərəsi haqqında 

təlim; 

2) bu mənzərənin (sistemin) komponentləri kimi dünya haqqında biliklərimizin ayrı-ayrı kvantlarının 



mental reprezentantları kimi çıxış edən konsept və freym haqqında təlim; 

3) kateqoriyalaşmanın yeni nəzəriyyəsi. 

Buna müvafiq olaraq dilçilik tədqiqatlarında bir sıra yeni aksentlər, o cümlədən, insan ünsiyyətinin 

dilxarici amillərə, məsələn, dünya haqqında insanın biliklərinə istiqamətlənmə meydana çıxdı. 

Fərdin şüurunda gerçəklik məfhum və konsepsiyalar formasında əks olunur və onun bilik və təcrübə 

sistemin formalaşdırır. Məfhum və konsepsiyalar əşya və hərəkətlərin əsas xassələrinin əsasında qurulur. 

Konseptlər yaddaşın məzmun vahidləri, strukturlaşdırılmış biliklərin kvantları kimi başa düşülür. Konseptin 

reprezentasiyasının “həcm-praqmatik” variantları müxtəlifdir: konseptlər söz, söz birləşməsi, cümlə, bütöv 

mətnlə reprezentasiya oluna bilər. Freymi metaforok olaraq özünəməxsus “kartoteka” kimi təsəvvür etmək 

olar ki, orada məfhumlar olan vərəqlər kök prinsipinə görə birləşmişdir. 

Linqvokulturoloji tədqiqatlar son dövrlər geniş vüsət almışdır. Kompüter cəmiyyətin müasir həyatında 

ən mühüm hadisələrdən biri olub, yüksək sosial əhəmiyyətə malikdir. Lakin bu fenomen Azərbaycan 

dilçiliyində linqvokulturoloji nöqteyi-nəzərindən tədqiqat obyekti olmamışdır. 

Linqvokulturologiyanını əsas vahidi linqvokulturoloji konseptdir. Linqvokulturoloji konseptlər dil 

şüurunda və kommunikativ davranışda təzahür edir və çoxsaylı ölçüyə malikdir. 

Elmi-texniki tərəqqinin inteqrasiyası və mədəniyyətlərarası təmasların inkişafı şəraitində bir dil 

mədəniyyəti birliyinin digər dil mədəniyyəti birliyindən “konseptləri idxal etməsi” yaxud “konseptləri 

alması” kimi hadisələrlə qarşılaşırıq. Bununla bağlı mədəniyyətlərarası ünsiyyət prosesinin ayrılma tərkib 

hissələrindən biri olan alınma konseptlərin tədqiqi aktuallıq kəsb edir. Alınma konseptlərdən biri də 

kompüter konseptidir ki, o, ingilisdilli mədəniyyətdən digər mədəniyyətlərə, o cümlədən rus və Azərbaycan 

mədəniyyətinə keçmişdir. Müasir Azərbaycan cəmiyyətində kompüter sosial dəyərlər sırasına daxil olaraq 



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə