Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə39/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   35   36   37   38   39   40   41   42   ...   243

72 

 

* Matching pictures to words 



Şəkil sözlərə uyğunlaşdırmaq 

* Matching parts of words to other parts, eg: beginnings too endings. 

Sözlərin ayrı-ayrı hissələrini bir-birinə birləşdirmək,məs: başlanğıc hissəni sonuna 

* Matching words to other words, eg: collocations, synonyms, opposites, sets of related words, 

etc. 

Sözləri verilmiş digər sözlərə uyğunlaşdırmaq, məs: söz birləşmələri, sinonimlər,antonimlər, onunla 



əlaqəli sözlər və s. 

* Using prefixes and suffixes to build new words from given words. 

Verilmiş sözlərə suffikslər və ya prefikslər artırmaqla yeni sözlər düzəltmək 

* Classifying items into lists 

Sözləri ardıcıllıqla təsnif etmək 

* Using given words to complete a specific task 

Verilmiş sözlərdən istifadə edərək tapşırığı tamamlamaq 

* Filling crosswords, grids or diagrams 

Cümlələrdə boşluqları doldurmaq 

* Memory games 

Yaddaş oyunları 

Lüğətin tədrisi zamanı hər bir müəllim əvvəlcədən dərsin planını qurmalı və lüğəti hansı bilik və 

bacarıqlar üzərində inkişaf etdirəcəyini bilməlidir. Bu məqalədə göstərilmiş dərs planında lüğətin 

öyrədilməsi Qrammatikanın tədrisi zamanı həyata keçirilir. (BC İNSETT COURSE MATERİALS - 2009) 

Təlim prosesində şagirdləri dilin bacarıq və vərdişlərinə yiyələndirmək üçün hər bir müəllimin təlim 

məqsədi olmalıdır və bu məqsədlər ardıcıl planlı şəkildə həyata keçirilməlidir. Hər bir dərsin təlim 

prosesindən sonra, müəllim “ Mənim şagirdlərim bu dərsdə nə öyrəndilər?” sualına “bəli”cavabı verə bilirsə, 

deməli o növbəti dərsə başlaya bilər. Əgər bu sualın cavabı “xeyr”dirsə o zaman müəllim çətinliyin səbəbini 

aydınlaşdırmalı və yaxud digər üsullardan istifadə etməlidir. Dil müəllimləri daim axtarışda olmalı, şagirdləri 

dilin bacarıq və vərdişlərinə mükəmməl yiyələndirmək üçün lüğət ehtiyatlarını zənginləşdirməlidirlər. 

Dilin yüksək səviyyədə tədris olunmasında qrammatikanın öyrədilməsi və öyrənilməsi əsas amillərdən 

biridir. Azərbaycan dilində olduğu kimi, eynilə də İngilis dilinin qrammatkasında, sözlərin cümlədə yeri və 

düzgün isifadə olunması qaydalarını bilmək vacib və zəruridir. 

İngilis dilinin lüğət tərkibi çoxlu sayda sözlər, söz birləşmələri, frazeoloji birləşmələr, idiomlar,vulqar 

sözlərlə və.s zəngindir. Araşdırmalar nəticəsində belə məlum oldu ki, İngilis dilinin grammatikasında, 

tələffüzündə və nitqində bir neçə problemli sözlər vardır ki, onlar cümlə daxilində istifadə olunarkən çox 

zaman səhvlərə yol verilir. 

İngilis Qrammatisti Alice Maclin-in “ Reference Guide to English” adlı qrammatika kitabınin 99-cu 

səhifəsində bu sözlər “çaşdırıci sözlər” (və yaxud problemli sözlər)  termini altında  aşağıdakı kimi təhlil 

olunur və Azərbaycan dilində belə bir termin mövcud deyil. 

1.

 Accept, except 



Accept – feldir. Azərbaycan dilinə “qəbul etmək” və yaxud “bəyənmək” kimi tərcümə olunur. 

Except- isə sözönüdür. Mənası isə “başqa” “hər şeydən, hər kəsdən başqa” deməkdir. 

Məs: I  accept (receive) your apology. 

Everyone will go except  Tom (Tom is not included) 

2.

 According to, Accordingly 



According to – Azərbaycan dilinə “kimə və nəyə görəsə” kimi tərcümə olunur. 

Accordingly – isə budaq cümlələrin əvvəlində “nəticədə”, budaq cümlələrin sonunda isə “uyğun 

tərzdə, uyğun olaraq” kimi tərcümə olunur. Məs: 

According  to the weatherman, it will rain tonight. 

It may  rain tonight. You should dress accordingly. 

3.

 Affect,effect 



Affect- feldir. Azərbaycan dilinə “dəyişmək” və yaxud “təsir etmək kimi” tərcümə olunur. 

Effect-  cümlədə həm fel,həm də isim kimi işlənə bilər.Fel kimi işləndikdə Azərbaycan dilinə“səbəb 

olmaq”, İsim kimi isə “nəticə” kimi tərcümə olunur. 

 

Ex: Lack of sleep affects my work (verb) 



The effect of the protests was a change in the bus route 

4.

 After,afterward,afterwards 




73 

 

After- tabeli budaq cümlələrdə sozönü kimi çıxış edərək “nədənsə sonra” mənasını verir. 



Afterward və yaxud afterwards - hər ikisi cümlə daxilində zərflik kimi çixış edir və eyni cür 

işlənərək Azərbaycan dilinə “gec” “sonra” kimi tərcümə olunur.Məs: 

Charles came after me (preposition) 

Charles came after I did. (conjunction) 

Afterward(s) I came. (adverb) 

Ingilis dilinin lüğət tərkibində bu kimi sözlərə bənzər təxminən yüzlərlə söz vardır ki, onların cümlə 

daxilində istifadəsi zamanı çox səhvlərə yol verilir. Elə məhz bu səbəbdən  elmi tədqiqat işinin aktuallığı - bu 

cür “priblemli ” sözləri araşdırıb tədqiq etməkdir. 

5.

 All together, altogether - hər ikisinin yazılış qaydasinda bir fərq vardır. 



All together – ayrı yazılır və mənası “hər şeyin” və yaxud “hər bir kəsin bir yerdə və ya bir 

qrupda” olması deməkdir. 

Altogether- isə bir yerdə yazılaraq “L” hərfinin birinin düşməsi nəticəsində 

mənası dəyişir və tərcüməsi “tamamilə” deməkdir.Məs: 

The class went all together to the mountains on the same bus.(in one group) 

The decision is altogether wrong.(completely) 

İngilis dilinin lüğət təkibində digər bir qisim sözlər vardır ki ümumi bir  termin kimi “comparison”- 

müqayisə, “contrast”- ziddiyyət bildirən sözlərdir.  Azərbaycan dilindən fərqli olaraq “müqayisə” ümumi 

termin kimi sözlər  arasında oxşarlıq və fərqliliyi ifadə etməsinə baxmayaraq, müqayisə və ziddiyət 

(comparison and contrast) bildirən sözlər dedikdə, müqayisə - oxşar sözləri, ziddiyyət isə fərqli sözləri 

arasında tədqiq edilir. Müqayisə və ziddiyyət haqqında bilikləri yalnız bir yolla  əldə etmək olar. Sözlər 

arasındakı müqayisə və ziddiyyəti fənnlər arasında və yaxud  bir fənn üzrə istifadə olunan sözlər arasında 

tədqiq etmək mümkündür. Qrammatik quruluşlarına görə oxşarlıq bildirən sözlər : 

6.

 Like and As 



Like - sözönüdür. As - isə budaq cümlənin təqdimedicisi kimi çıxış edir. 

Məs: David behaves like his fatherş 

David is as tall as his father 

7.

 Alike and similar 



Alike - cümlədə həmişə təyin edən sözdən sonra gəlir. 

Similar - cümlədə ondan sonar isim işlənir. 

Ex:   Norway and Sweden alike in climate. 

Their similar habits show how alike they are. 

Elmi tədqiqat işinin sonunda belə bir nəticəyə gəlmək olar ki,  bu cür “prolemli sözlər”in araşdırılıb 

tədqiq olunması müasir İngilis dilinin tədrisində çox vacib və zəruri məsələlərdən biridir. 

 

Ədəbiyyat 



1.

 “ Reference Guide to English” – Alice Maclin 

2.

 “ Grammar and Composition Handbook”-Glencoe Mc Graw-hill  



3.

 “Advanced Grammar in USE” –Martin Hewings  

4.

 “Fundamentals English Grammar”- Betty Schrampfer Azar  



 

 

DÜRDANƏ RƏHİMZADƏ 



Filologiya üzrə fəlsəfə doktoru, dosent 

Azərbaycan Tibb Universiteti  

 

OĞUZ DİLLƏRİNDƏ YENİ SEMANTİKA QAZANMIŞ ƏRƏB ALINMALARI 



                                                                                    

Açar sözlər: oğuz dilləri, ərəbizmlər, semantik dəyişiklik, yeni məna. 

 

The comparison of Arab borrowings in Oghuz group of Turkish languages demonstrates different changes in 



these words. These borrowings change phonetically, grammatically and semantically. Semantic changes are more 

interesting, because many words gain absolutely different, new definition. 

Keywords: Oghuz languages, Arabisms, semantic change, new definition 

 

Türk dillərindəki ərəb  alınmaları bu və ya digər aspektdə müxtəlif dövrlərdə tədqiq olunmuşdur. Alın-



malarda baş verən fonetik adaptasiya, semantik dəyişikliklər, qrammatik uyğunlaşmalar zaman-zaman  müx-


Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə