Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə42/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   38   39   40   41   42   43   44   45   ...   243

78 

 

Bakıda da öz müsbət təsirini göstərmişdir. Ölkədə ilk dəfə olaraq, Bakı-Sabunçu elektrik qatarının istifadəyə 



verilməsi, yeni fabrik və zavodların işə salınması iqtisadiyyat sahəsində yeni-yeni yüzlərlə terminlərin 

yaradılmasına səbəb olmuşdur. İqtisadiyyatın müxtəlif sahələrində istər maşınqayırma, istərsə 

elektrotexnikaya, istərsə radiotexnikaya aid terminlər ərəb və fars məcrasından çıxıb rus dilin və Avropa 

mənşəli dillərə tərəf istiqamət almağa başlamışdı. Dilimizdə elmi-iqtisadi terminlərin sürətlə artması 

texnologiyamızın başqa sahələrinə də uz mbsbət təsirini göstərirdi. 

Elmi-iqtisadi tərəqqinin inkişafı ilə əlaqədar məfhum və anlayışları dilimizdə ifadə etmək tələbatım 

ödəmək üçün Qərbi Avropa dillərindən söz almaya olan ehtiyacı daha da artmışdı. Bu dövrdə aşağıdakı 

terminlər dilimizə daxil olmuşdur: antena, aviasiya, avtomat, amper, radio, radioqrama, aerofoto, asimmet-

riya, beton, batareya, blok, bufer, volf, voltmetr, velosiped, qaz, qazometr, generator, diapazon, indikator

kabel, kamera, katod, kod, kineskop, kondensator, korpus, maqnit, maqnitomer, element, dinamika, elektrik, 

elektron və s. 

Rusiya kapitalist istehsal münasibətlərinin bərqərar olması, Bakıda neft sənayesinin yeni inkişaf, 

mərhələsinə qədəm qoyması, iqtisadi-texniki tərəqqinin cəmiyyətin bütün sosial-iqtisadi sahələrində geniş 

vüsət alması və s. Bu kimi amillər Azərbaycan dilinin və onun iqtisadi terminologiyasının daha da inkişafına 

və zənginləşməsinə səbəb olmuşdur. 

Lizinq.  Lizinq sözündə bank krediti,icarə,investisiya elementlərini cəmləşdirən münasibətlər 

kompleksidir.Lizinq,lizinq verənlə lizinq alan arasında əskər hallarda uzunmüddətli xarakter daşıyan maliyə 

sazişidir.Lizinq müqaviləsinə görə lizinq verən lizinq alana lazım olan əmlakı satıcıya mülkiyyət hüququ ilə 

əldə etməli və lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməlidir.Lizinq-sənaye avadanlıqlarının, 

maşınların, yeni texnologiyaların, istehsal təyinatlı bina vətikililərin istifadəsinin 

XƏSUS

İ

 



sahibkarlıq 

fəaliyyəti formasıdır. Hal- hazırda lizinq ixtiyarı istelsalın inkişafı üçün kapitalqoyuluşlarının edilməsində 

əsas maliyyə mənbəyidir. Lizinqin bir sıra üstün cəhətləri vardır,onlara aşağıdakıları nümunə göstərə bilərik: 

Lizinq üzrə maliyyəşdirilmə bank kreditlərindən daha uzunmüddətlidir. Belə ki Azərbaycan 

banklarından 18 aydan artıq olan müddət üçün kredit verilmir, lakin lizinq üzrə kreditlərin verilməsində ən 

azı üç illik müddət nəzərdə tutulur; 

Maliyyə lizinqi, Sürətli amotuzasiya hesabına,kredit alana nz vergi borcları yükünü yüngülləşdirilmə 

imkan verir. 

1) Dilimizə daxil olan Qərbi Avropa mənşəli iqtisadiyyat terminləri. 

Bu dövrdə qabaqcıl ziyalı və ədiblərimiz tərəfindən Azərbaycan dilində çıxan qəzet və jurnallarda 

iqtisadi məfhum və anlayışları ifadə edən yeni söz və terminlər işlədilir. Bu növ terminlərin bir qismi əgər 

dilimizin daxili imkanları hesabına yaranırdısa, digər qismi isə rus dilindəki və yaxud rus dili vasitəsilə Qərbi 

Avropa dillərindən alınırdı. 

Yeri gəlmişkən qeyd etmək lazimdır ki, o dövrdə dilimizə daxil olmuş, iqtisadiyyata aid sözlər işlənmə 

dairəsinə görə çox məhdud olub ümumxalq dili səviyyəsinə qalxa bilməmişdir. Dilimizdə özünə yenicə 

təşəkkül tapmış bu növ iqtisadi terminlər sonralar işlənmə dairəsini daha da genişləndirmiş, dilin lüğət 

tərkibinə daxil olmuş və dildə özünə vətəndaşlıq hüququ qazanmışdır. Belə terminlərə misal olaraq

aşağıdakıları göstərmək olar: bank, banknot, aktiv, balans, kapital, agentlik, analitik, arbitaj, sosial yardım, 

referent, aspect və s. 

Həmin dövrdə nəşr olunan iqtisadiyyata aid kitab və lüğətlərdə, habelə müxtəlif adda çıxan burjua 

qəzet və jurnallarında bir sıra Qərbi Avropa mənşəli terminlərə rast gəlirik. Bu dövrdə istehsalın inkişafı və 

yem əmək alətlərinin meydana çıxması, elektrik mühərriklərinin və iş maşınlarının intiqallarının sənayedə 

geniş vüsət alması yeni İqtisadi terminlərin yaranmasına səbəb olmuşdur. 

2) XX əsrin əvvəllərində dilimizə daxil olan iqtisadiyyat terminləri haqqında. 

Ölkədə iqtisadiyyatın, elmin və texnikanın müxtəlif sahələrində bir çox cihaz və aparatların meydana 

çıxması iqtisadi terminologiyamızın daha da inkişaf etməsinə və zənginləşməsinə səbəb olmuşdur. Bu 

dövrdə ali və orta məktəblər üçün iqtisadiyyata aid dərslik və vəsaitlərin, ədəbiyyatın nəşr olunması, onların 

rus dilindən Azərbaycan dilində tərcümə edilməsi ilə əlaqədar Qərbi Avropa dillərindən dilimizə bir sıra 

iqtisadi terminlər daxil olmuşdur. 

İqtisadiyyat sahəsində baş verən dəyişikliklərin mahiyyəti aşağıdakı şəkildə ifadə edilmişdir: 

“Keçmişdə insanın bütün zəkası, onun bütün dühası yalnız bəzilərinə iqtisadi inkişafın bütün nemətlərini 

vermək, başqalarını isə ondan mərhum etmək üçün yaradılırdı. İndi isə iqtisadiyyatın, elmin bütün xariqələri, 

Ümumxalqın malı olacaqdır və bundan sonra insan zəkası və dühası heç bir zaman zorakılıq vasitəsinə, 

istismar vasitəsinə çevrilməyəcəkdir.” 




79 

 

İnqilabdan sonar ölkəmizdə geniş vüsət alan iqtisadi tərəqqi dilimizə təsir göstərir. Dilimiz ictimai 



həyatda baş verən bütün dəyişiklikləri iqtisadiyyatın bütün sahələrindəki inkişafı düzgün əks etdirməli, tutarlı 

termin və sözlərlə ifadə etməli idi. Buna görə də Azərbaycan dili birinci növbədə öz daxili imkanlarına nəzər 

salmalı, mümkün olmadıqda isə alınma sözlərdən istifadə etməli idi. Bu dövrdə iqtisadiyyat sahəsində 

meydana çıxan çətinlikləri aradan qaldırmaq üçün habelə, iqtisadi terminologiyamızı sistemə salmaq, 

dəqiqləşdirmək və unifikasiya etmək məqsədilə alim və mütəxəsislərimiz bir sıra lüğətlər nəşr etdirmişdilər. 

Bu lüğətlərdə bir sıra Avropa dillərinə məxsus və ya Azərbaycan dili ilə qarşılıqlı işlənən terminlər 

işlədilmişdir: avans, defisit, balans, bilet, bond, çek, denominasiya, subsidiya, rentabelik, kompensasiya, 

arenda, inflyasiya, suda, reforma, emissiya, dempinq, pul emissiyasi, pul rentasi, kapital dəyəri, pul 

kompensasiyasi, pul fondu, depozit, bank depoziti, defıcit kəsir, büdcə kəsiri, divident, iqtisadi divident 

dinamik balanslaşdırma, direktiv plan disproporsiya, emissiya intizami, diferensial qiymət, kolektiv 

müqavilə, konsessiya müqavilə, dolae zonası, dolar bloku, real gəlir və s. 

3) 


Sırf Azərbaycan dilinə məxsus iqtisadi terminologiyamızda işlənən dialekt və şivələrimizə məxsus 

terminlər. 

Qeyd etmək lazimdir ki, iqtisadi terminalogiyamızda dialekt və şivələrdən yeri gəldikcə istifadə etmək 

laziçdir. Məsələn: şırım, kərtən, vərdənə, iskənə, marxal, küz, ağıl, şişək, şadara və s. 

Akademik M. Şirəliyev və Azərbaycan MEA-nın müxbir üzvü Ə. Orucov öz əsərlərində qeyd etmişdir 

ki, Azərbaycan dilinin ayrı-ayrı dialekt və şivələrində çoxlu söz vardir və bunlar elm və iqtisadiyatın 

müxtəlif sahələrində termin yaradıcılığı üçün gözəl mənbə ola bilər. 

Dialekt və şivələrən geniş kütləyə məlum olmayan sözlər götürüb ona sözdüzəldici şəkilçi artıraraq 

terminaloji məna verməklə yeni söz, termin yaratmaq mümkündür. Belə söz-terminin ədəbi dildə 

möhkəmlənməsi üçün onun ifadə etdiyi məfhum və anlayışı və yaxud hər hansı bir predmet və hadisəni nə 

dərəcədə düzgün, dəqiq və tələffüzə yatan olub-olmamasından asılıdır . Elm və iqtisadiyatın sürətlə inkişafı 

etdiyi bir dövrdə, biz yeni termin yaradarkən tələm-tələsik əcnəbi dilərə müraciət etməməli, səbirlə öz daxili 

imkanlarımıza nəzər salmalı, dialekt və şivələrdə lap qədimlərdən yüzlərlə yatıb qalan sözlərdən bacarıqla, 

yaradıcılıqla, müasir zamana uyğunlaşmaq şərti ilə istifadə etməliyik.İctimai həyatımızın ayrı-ayrı sahələri 

üzrə terminologiyanın təkmilləşdirilməsi və dəqiqləşdirilməsin habelə onun yeni-yeni terminlərlə 

zənginləşdirilməsi üçün dialekt və şivələrimizdə bol-bol materil vardır. 

İqtisadiyyatın tərəqqisi ilə əlaqədar qarşıya çıxan əsas məsələlərdən biri ərəb və fars mənşəli termin və 

sözlərdən istifadə edilməsidir. Onlar ədəbi dilimizin lüğəti tərkibində xüsusi yer tuturlar və elmi-iqtisadi 

məfhum və anlayışların istifadəsi üçün zəngin mənbə hesab olunurlar. Ərəb və fars dillərindən vaxtilə 

alınmış sözlərə ana dilinə məxsus şəkilçilər artırmaqla yeni sözlər yaradaraq elm və iqtisadiyyatın müxtəlif 

sahələrin uğurla işlədilirlər. 

4) 


Elmin müxtəlif sahələrində işlənən elmi-iqtisadi-texniki terminlər 

Avropa dillərində elmi-iqtisadi terminologiyamiza daxil olmuş ictimai həyatımızın müxtəlif 

sahələrində işlənən aşağıdakı terminlərə nəzər salaq:Fizika eli sahəsində işlənən terminlər: 

amper,transformetor,aerodinamika, akkumulyator, akustika, amplituda, elektromaqnit, manometer, mexaniki 

eneıji, lazer və s. 

1. 


Riyaziyyat və həndəsə elmlərinə aid terminlər: laqorifma, kosinus, tangens, radikal,kvadrat, 

pramida,perimeter,parameter,konus və s. 

2. 

Astronomiya və kosmonavtikaya aid terminlər: teleskop, reflektor, fotoelektrik, fotometr, 



radioteleskop, spektral, analiz, asteroid, meteorit, terminator, kart, avtomat stansiya, elliptik orbit, ionlaşmış 

metallar, qalaktika, metaqalaktika, azimut, spektroqram, radiometr, siqnal spektri, elektron skaperləmə, 

radiolokasiya, kosmik monitorinq, kosmos, kosmonavt, kosmodrom, lunoxod, skafandr, orbit və s. 

5) 


Kimya elminə aid terminlər: oksid, etil, karbon, kobalt, ammonium, spirt, xlorit, maqnezium, 

kalium-silikat, natrium-sulfat, brom, manqan, bismut, oksigen, fosfor, platin, azot, aseton. aerozol və s. Tibb 

elminə aid terminlər: anamnez, diaqnoz, bronxit, qrip, allergiya, alveol, vitamin, alkoqol, amputasiya, 

transplantasiya, abort, anomaliya, rentgen, limfa, psixopatologiya, defektoloq və s. 

 

 

 




Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə