84
Ədəbiyyat
1.
Azərbaycanca-rusca frazeoloji lüğəti. Bakı, - Elm, 1976, 247 s
2.
Azərbaycan folkloru. Bakı, - Şərq-Qərb, 2005, 360 s.
3.
Əsatirlər, əfsanələr, rəvayətlər. Bakı, - Şərq-Qərb, 2005, 304 s.
4.
Kramer S. Tarix Şumerdən başlanır. Bakı, 2009, 280 s.
5.
Qurban Səid. Əli və Nino. Bakı, - Altun kitab, 2010, 240 s.
6.
Мифы народов мира. Энциклопедия. Т. 1, М, - Советская энциклопедия, 1987, 671 с.
7.
Мифы народов мира. Энциклопедия. Т. 2, М, - Советская энциклопедия, 1987, 719 с.
8.
Купер Дж. Энциклопедия символов. М., - Золотой век, 1995, 401с.
9.
Тагиев М.Т. Русско-Азербайджанский фразеологический словарь. Баку, - Мутарджим, 2006, 352 с.
10.
Энциклопедия. Символы, знаки, эмблемы. Астрель, Москва 2004, 556 с.
ELNARƏ YƏYHAYEVA
Azərbaycan Dillər Universiteti
Ş.İ.XƏTAİNİN YARADICILIĞINDA ZƏRFİN TƏSRİFLƏNMƏYƏN FEİLƏ YANAŞMASI İLƏ
FORMALAŞAN FEİLİ BİRLƏŞMƏLƏR
Açar sözlər: zərf, feil, feili birləşmələr, söz birləşməsi, məsdər, feili sifət
In the article verbal compounds formed with postposition in Sh. I. Khatai are investigated. In the linguistic
literature vievs on postpositions are explained, comments are made with regaed to them. The issue of government of
cases by postpositions are also highlightrd. As well as it was shown that, the party used with postpositions is in
adoning relation with main being partciple and infinitiv.In this case word connected to the postposition is in nominative
case. In the article connections formed with different ways of meaning to postpositions are inestigated. In the article
reference are made to samples from Sh. I. Khatai works.
Key words: adverb, types of meaning, government relation, adjoining relation, verbal compounds, participle,
infinitive
Klassik Azərbaycan şeirinin ana dilində çox gözəl nümunələrini yaratmış Ş.İ.Xətainin yaradıcılığı
dilimizin sintaktik quruluşunu, eləcə də feili birləşmələrin öyrənilməsi üçün kifayət qədər material verir.
Əruz vəzni üçün xarakterik olan tabelli mürəkkəb cümlələr əvəzinə feili tərkibli sadə geniş cümlələrə
üstünlük verməsi şairin dilinin xalq dilinə yaxınlığı ilə izah olunur. Söz birləşmələrinin bir tipi olan feili
birləşmələr dilçiliik ədəbiyyatlarında daha çox struktur-semanik xüsusiyyətlərinə görə tədqiq olunmuşdur.
Bu baxımdan, feili birləşmələrin “ad+feil”, “feil+feil” və “zərf+feil” növlərini, eləcə də qoşmalı feili
birləşmələri ayırırlar. Söz birləşməsi təlimində birləşmənin növlərini, əsasən, əsas və asılı tərəflərə görə,
tərəflər arasında leksik-qrammatik münasibətə görə, tərəflər arasında qrammatik-semantik əlaqəyə görə
təsnif etmək olar. Bu bölgüdə ən yenisi sonuncusudur. Feili birləşmələr sintaksisin tədqiqat obyekti olduğu
üçün, əslində, onları sintaktik əlaqələr baxımından araşdırmaq daha məqsədəuyğundur. Feili birləşmələrin
tərəfləri arasında qrammatik-semantik əlaqələrdən danışarkən tabelilik əlaqəsindən, daha da konkretləşdir-
sək, yanaşma və idarə kimi sintakik əlaqələrdən, eləcə də subyekt, obyekt və relyativ məna əlaqələrindən
söhbət gedir. Düzdür, feili birləşmələr içərisində elələri var ki, onların tərəfləri arasında yanaşma və idarə
əlaqələrinin xüsusiyyətlərini görmək olmur. Asılı tərəfi adlıq halla ifadə olunan bu cür koordinativ
birləşmələrin tərəfləri arasında subyekt əlaqəsi mövcud olur.
Feili birləşmələrdə yanaşma əlaqəsi daha çox “feil+feil” tipli birləşmələrin, bəzi qoşmalı birləşmələrin
və asılı tərəfi zərflərdən ibarət olan bəzi “zərf+feil” tipli birləşmələrin tərəfləri arasında mövcuddur. Zərflər
təsriflənməyən feillərə yanaşaraq feili birləşmə yaratmaq imkanına malikdir. Digər nitq hissələri idarə
əlaqəli və koordinativ feili birləşmələrin formalaşmasında işirak etsə də onlar, zərfdən fərqli olaraq,
yanaşma əlaqəli birləşmələr yarada bilmir. Belə bir sual yaranır ki, birinci tərəfi isim, sifət, əvəzlik, sayla
ifadə olunmuş feili birləşmələrdən zərf+feil tipli birləşmələri fərqləndirən nədir? Zərfin feilə yanaşması ilə
formalaşan belə birləşmələrin tərəfləri arasında tərz, zaman, yer və kəmiyyət əlaqələri mövcud olur. Belə
birləşmələrin sayı digərlərinə nisbətən azlıq təşkil etsə də, istər müasir ədəbi dilimizdə, istərsə də klassik
üslubda yazılmış bədii nümunələrdə onlara rast gəlinir. Ş.İ.Xətainin dilində də belə nümunələrə təsadüf
olunur. Məsələn, Bağçan içindən axan su abi-heyvandır mana (1,30), Saxlayan daim səni şol sayeyi-
sübhandurur (1,74) misralarındakı içindən axan birləşməsi zərfin feili sifət tərəfindən idarə olunması ilə,
saxlayan daim (daim saxlayan) zərfin feili sifətə yanaşması ilə formalaşmışdır.
85
Tarixən digər nitq hissələrindən daha gec formalaşması, digər nitq hissələri ilə ortaqlı leksikaya malik
olması zərfi başqa nitq hissələrindən fərqləndirir. Bu səbəbdən də dilçilik ədəbiyyatlarında zərfə münasibət
birmənalı olmamaışdır. Məsələn, müəllifi prof. M.Hüseynzadə olan 1973-cü ildə nəşr olunmuş “Müasir
Azərbaycan dili (Morfologiya)” Ali məktəblər üçün dərslikdə zərf bölməsində müəllifin belə bir qeydi vardır
ki: “Sadə tərzi-hərəkət zərfləri öz forma və məzmununa görə sadə sifətlərdən fərqlənmir. Odur ki, belə szləri
sifət-zərf adlandırmaq da olar. Bu sözlər əşyaya aid olduqları zaman sifət, iş-hərəkətə aid olduqda zərf hesab
olunur.” (2,258) Bu fikir təxminən eyni şəkildə prof. H.Mirzəzadənin “Azərbaycan dilinin tarixi qramma-
tikası“ əsərində də təkrarlanır: “Müasir Azərbaycan dilindəki zərf-sifət uyğunluğu orta əsrlərin ədəbi nümu-
nələrində də özünü göstərir, deməli, bu qədimdən gələn prosesdir... Əslində qrammatik formaların,
morfemlərin müştərəkliyi sifət və zərfin leksik semantikası ilə bağlıdır – biri əşyanın, biri hərəkətin olmaqla
hər ikisi əlamət bildirir, əlamət anlayışının da məlum şəkilçilərivə qrammatik qəlibləri var. Buna görə də
sifətlə zərfin sözyaratma formaları üst-üstə düşür. ” (3,179-180) Prof. Y.Seyidov özünün “Azərbaycan dili-
nin qrammatikası” əsərində daha radikal mövqedən çıxış edərək zərfə olan müxtəlif münasibətlərin kifayət
qədər geniş xülasəsini və zərfin məqbul hesab etdiyi lüğət tərkibini vermişdir. Onun fikrincə, dilimizdəki
zərflər bunlardır: tərzi-hərəkət zərfi – yavaş, cəld, dürüst, sərbəst, asta, ahəstə, yanakı, çəpəki, yanaşı,
adbaad, yerbəyer, üzbəüz, dalbadal, birdən; zaman zərfi – indi, həmişə, bayaq, hələ, sonra, əvvəl, gec, tez,
sabah, dünən, tezdən, hərdən, çoxdan; yer zərfi – irəli, içəri, geri, yuxarı, aşağı, bəri, dişarı, bayır, uzaq,
yaxın; kəmiyyət zərfi – təkrarən zərfi vardır (4,360). O göstərir ki: “Hərəkətin dərk etmək anlamı təfəkkürün
ilkin inkişaf mərhələsinə aid olmadığından belə məfhumların ifadəsi üçün ayrıca sözlərə də ehtiyac
olmamaışdır. Bu anlayışlar dərk edildikcə dilin lüğətində olan və başqa məqsədlərlə istifadə edilən sözlər
köməyə gəlmişdir. Ona görə də hərəkətin müxtəlif cəhətlərdən izahı təkcə zərfin öhdəsində deyil; isim də,
sifət də, say da, əvəzlik də, feil də bu işi görə bilir. Hərəkət təkcə tərzə, məkana, zamana görə izah olunmur,
hər hansı hərəkətin bunlarla bərabər səbəbi, məqsədi də var, lakin bunları ifadə edən zərflər yoxdur, yəni belə
zərflər formalaşmayıbdır, bu mənaları ifadə üçün başqa nitq hissələrindən, başqa vasitələrdən istifadə edilir.
Təsadüfi deyil ki, hərəkətin əlamətini bildirmək üçün olan cümlə üzvü -- zərfliyin əhatə dairəsi, məna
növləri və məna çalarları hərəkətin əlamətini bildirmək üçün ayrılan nitq hissəsinin – zərfin mənasından
dəfələrlə zəngindir.” (4, 363) Alimin bu mövqeyi birmənalı deyil. Əgər bu deyilənlərlə razılaşsaq, zərfin
əhatə dairəsini xeyli kiçiltmiş olarıq. Digər tərəfdən, bir sözün iki nitq hissəsinin vahidi olması fikrini də
qəbul etmək çətindir. Zərf haqqında prof. Q.Kazımovun fikri müəyyən qədər bu deyilənlərlə səsləşsə də,
fərqli məqamlar da ortaya çıxır. Zərfləri bir nitq hissəsi kimi müəyyənləşdirməyin tarixən çətin olduğunu,
bunun zərflərin leksik mənaları ilə digər nitq hissələrinin leksik mənalarının yaxınlığı, zərflərin morfoloji
əlamətinin olmadığını, tarixən bəzi zərflərin başqa nitq hissələrinə, zərf olmayan bir sıra sözlərin zərfə aid
edildiyini söyləyən müəllif indi zərflərin bir nitq hissəsi kimi saflşdığını qeyd edir. Sadə tərzi-hərəkət
zərflərindən danışan müəllif sırf zərf kimi özünü göstərən zərflərlə yanaşı, zərf mövqeyində çıxış edən digər
sözlərə də münasibət bildirmişdir: “ Dilldə başqa nitq hissələri, xüsusən sifətlə qarışmayan və həqiqi mənada
tərz zərfi kimi fəaliyyət göstərən bir sıra sözlər var. Bura cəld, asta, dürüst, sərrast, yavaş, yeyin və s. kimi
sözlər daxildir. Bu sözlər tələffüz edilərkən ilk növbədə hal-hərəkət bildirən sözlər – feillər yada düşür...
Qalan hallarda sadə zərflər feil qarşısına düşən, yəni adverbiallaşan sifətlərlə qarışır və adverbial sifətlər zərf
hesab olunur...Bunları sifətin adverbiallaşması kimi anlamaq daha doğru olar.” (5,316-317) Fikrimizcə, zərfə
bu mövqedən yanaşmaq daha məqsədəuyğundur. Belə ki, leksik-semantik xüsusiyyətlərinə görə sifət, eləcə
də say olan sözlərin zaman-zaman əlamət və hərəkətə aid olduğunu inkar etmək olmaz. Lakin bu, həmin
sözlərin sifət olmaqdan çıxıb zərf olması demək deyildir, bu, həmin sözlərin cümlə daxilindəki mövqeyindən
irəli gələrək adverbiallaşmasıdır. Belə nümunələrə Xətainin dilində də rast gəlinir, məsələn, Nə bəla, bil kim,
yüküş cövri-cəfa qaldı mana (1,27), Zahid, ögünmə, taleyi, sədəm deyib yüküş (1,30). Birinci misalda yüküş
sözü cövri-cəfa isminə aid olub əşyanın əlamətini bildirdiyi halda, ikinci misalda ögünmə feilinə aid olub
hərəkətin əlamətini bildirir.
Xətainin diində zərfin təsriflənməyən feillərlə əlaqəyə girərək feili birləşmə yaratması, eləcə də
qoşmalarla birlikdə belə birləşmələrin formalaşmasında rol oynadığı hallara kifayət qədər rast gəlinir. Bu
birləşmələr həm idarə, həm də yanaşma əlaqəsi ilə formalaşır. Birinci tərəfi zərf olan yanaşma əlaqəli feili
birləşmələrdə zərf yanaşdığı feilləri müxtəlif cəhətlərdən izah edir:
1) Hərəkətin tərzini bildirən zərflərin təsriflənməyən feilə yanaşması ilə, məsələn, Hər münafiq kim,
sana könlündə inkar eylədi, Ta əbəd yanmağ cəhənnəmdə rəvadır, ya nəbi (1,212), Üstümüzdə dörd düşəli
çadirsən, Cümləmizi birdən bürüyüb gedər (1,331). Birinci misaldakı əbəd(i) yanmağ birləşməsində əbədi
zaman məzmunu ifadə etsə də, hərəkətin tərzini bildirir və zərfin məsdərə yanaşması ilə formalaşıb. İkinci
misalda tərzi-hərəkət zərfinin feili bağlamaya yanaşması ilə feili birləşmə yaranıb.
2) Xətainin dilində hərəkətin zamanını bildirən zərflərin təsriflənməyən feilə yanaşaraq birləşmələrin
formalaşmasında iştirakı daha fəaldır. Nümunələrə baxaq: Dünyanın varü yoxundan, ey Xətai qəm yemə,
Saxlayan daim səni şol sayeyi-sübhandurur (1,74), Meydanda atı həmişə tövşən,Uzatmış ana zəbanı susən
(1,263), Əvvəl-əvvəl meyvə verən ağaclar, Onlar da qalmayıb çürüyüb gedər (1,331) misallarında saxlayan