Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə48/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   44   45   46   47   48   49   50   51   ...   243

90 

 

ранних памятниках, его можно рассматриватъ как типичный для строя тюрксих языках (8,126)  ” 



Bizim fikrimizcə, bu konstruksiyalarda  tabelilik münasibətləri daha aparıcıdır. 

Dilçilikdə sadə cümlələrin tabesizlik əlaqəsi əsasında birləşməsi və bunun əsasında tabeliliyin 

yaranması fikri mövcuddur. U.B.Aliyevin sözləri ilə desək, “ мысл о соединении двух предложений на 

базе сочинения и возниковении на этой базе подчинения бесспорна “ (6,266). Lakin bu heç də o demək 

deyildir ki, bütün tabesiz mürəkkəb cümlələr son nəticədə tabeliyə çevrilir. “Budaq cümlə vəzifəsində o 

cümlə möhkəmlənib qalır ki, onlar vasitəli modallıq bildirirlər, yəni sual, əmr və arzu ifadə edirlər “ 

(14,490). 

Bizim fikrimizcə , burada məsələni başqa şəkildə qoymaq, daha doğrusu, problemə başqa baxış bucağı 

altında diqqət yetirmək lazımdır. Ilkin dövrlərdə yalnız intonasiyanın köməyi ilə müəyyən olunan mürəkkəb 

cümlələr üçün tabelilik və ya tabesizlik münasibətləri diffuz vəziyyətdə olmuşdur. Dildə tabeli və tabesiz 

mürəkkəb cümlələrin  yaranması həmin bu potensial mənbədən başlanır, daha doğrusu, ilkin parataksisdə 

həm tabelilik, həm də tabesizlik “ gizlənmiş” olur ki, bu da intonasiya, ritm, sıralanma / semantik- 

konstruktiv / vasitəsi ilə müşayiət olunur. 

Qədim türk yazılı abidələri üzərindəki müşahidələr bəzi hallarda tabesizlik və tabelilik 

münasibətlərinin tam differensiallaşdığını aydın şəkildə göstərir. 

Yırakınta yalmasınta yuz artuk okun urtı yizək başına bir tequrmədi-- Silahına,plaşına yüzdən artıq ox 

vurdular, ordu başçısına bir ox ( vura bilmədilər)  (Ktb-33); Kırkız kaqanın ölürtimiz, elin altımız -- Qırğız 

xanın öldürdük, elin aldıq ( Ktb-36).Göründüyü kimi, bu nümunələrdəki komponentlərarası semantik- 

sintaktik əlaqələnmə onların tabesizlik əlaqəsində olduğunu açıq-aşkar nümayiş etdirir. Birinci qarşılaşdırma, 

ikinci isə ardıcıl zamanlı sadalama əlaqəsində olan bu cümlələr əvvəlki / tabelilik münasibətində  olanlar/ 

cümlələrdən məna və qrammatik cəhtdən bağlılığının zəifliyi ilə ciddi şəkildə fərqlənir. 

Deməli, ilkin parataksisdən başlanan təkamül prosesi mürəkkəb cümlənin hər iki növünü əhatə edir;  

bu prosesin bir-biri ilə çarpazlaşan/ keçid tipləri bir fakt kimi mövcuddur/ mərhələlərini inkar etmirik. Hər 

iki cümlə quruluşu paralel şəkildə təkamül yolu keçir; bunun hansının birinci, hansının ikinci olduğunu 

söyləmək çətindir. Onlar ünsiyyətə xidmət edən kommunikativ vahid kimi mövcud olur. 

 

Ədəbiyyat  



1. Абдуллаев А.З.  Пути возникновение сложнoподчиненных предложений в тюркских языках. “СТ”. 1970. N 3. 

стр. 53-59. 

2. Abdullayev Ə. “ Kitabi- Dədə-Qorqud” dastanlarında tabeli mürəkkəb cümlələr. ADU-nun “ Elmi əsərləri “ . 1973. N 

2. səh. 61-70. 

3. Abdullayev Ə. Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr, dərs vəsaiti. Bakı, “Maarif ”, 1974. 

4. Абдурахманов Г.А. Основы синтаксиса сложного предложения современного узбекского литературного 

языка, Ташкент,1960. 

5. Адмони В.Г. Синтаксис  современного немецкого языка . Л..1973. 

6.Алиев У.Б. Синтаксис карачева – балкарского языка .М..1978. 

7. Vəliyev K.N “Kitabi-Dədə-Qorqud” un dilində tabeli mürəkkəb cümlə sistemi “Azərbaycan dilində tabeli mürəkkəb 

cümlə məsələləri” ADU nəşri, 1983. səh.39-44. 

8. Гаджиева Н. З. К вопросу о методах изучения истории тюркских  языков. В кн: «Тюркологические 

исследования» М. –Л. 1988 

9. Dəmirçizadə Ə. Azərbaycan ədəbi dilinin tarixi. I hissə.Bakı, 1979 

10. Şükürlü Ə. Məhərrəmov A. Qədim türk yazılı abidələri. APİ-nin nəşri. Bakı, 1976 

11.  Есенов Х. М. Условные и уступительные придаточные предложения  в современном  казакском  языке. 

АКД, 1961 

12. Zeynalov F. R. Türkologiyanın əsasları. Bakı, 1981 

13. Корш Ф. Способы относительного подчинение. М. 1977 

14. Ломтев Т. П. Очерки по историческому синтаксису русского языка. М. 1956  

15. Малов С. Е. Памятники  древнтюркской писменности. М. –Л. 1951 

16.  Mirzəzadə H. Azərbaycan dilinin tarixi sintaksisi. Bakı, 1968 

17. Поцелуевский А. П.  Основы синтаксиса тюркского литературного языка.  

 Ашхабад, 1975 

18. Рифтин  А. О двух путях  развития сложного предложения  в аккадском языке. «Советское языкознание» 

том 3.Л. 1987 

19. Спринчак Я.А. Очерк   русского  исторического синтаксиса (сложное предложение)  Киев, 1964.  

20.  Убрятова Е. И. Исследования по синтаксису якутского  языка . II. Сложное предложение. Новосибирск, 

1976 

21.  Cavadov Ə. Azərbaycan dilində tabeli mürəkkəb cümlənin məna özəyi(cütözəklilik) Namizədlik disser. Bakı,Ə 



1988 

22. Cəlilov F. Mürəkkəb cümlə sintaksisi (bağlayıcısız tabeli mürəkkəb cümlələr) .Bakı, 1988.  




91 

 

23.  Насилов В. М. Язык Орхоно-Енисейских памятников. ИВЛ.М. 1960 



24.  Кононов  А.Н. Грамматика языка тюркских рунических памятников( VII-IX  вв.) Л. 1980 

25. Seyidov Y. Mərdanova  S. Azərbaycan dilçiliyində qrammatika problemləri. Bakı, 2008 

26. Rəcəbov Ə. Məmmədov Y. Orxon- Yenisey abidələri. Bakı , 1993. 

27. Дмитриева  Л. В. «Хуастуанифт» (введение, текст, перевод)  В сб.: «Тюркологические исследования» М.-Л. 

1963 

 

 



ƏLİHEYDƏR AĞAKİŞİYEV 

Filologiya üzrə fəlsəfə doktoru, dosent 

Bakı Dövlət Universiteti 

 

    MİLLİ DİL QLOBALLAŞMA ŞƏRAİTİNDƏ 



 

Açar sözlər: qloballaşma, milli dil, Azərbaycanda dili, etnik identiklik, cəmiyyət 

 

This article discusses general trends in the development of national languages in the era of globalization. There 



is rapidly growing influence of English in all areas, its impact on the national languages. The reasons that lead to 

"brain drain". There have been for the protection of the national language measures in the Republic of Azerbaijan at 

the state level. 

Key words: globalization, the national language, Azerbaijani language, ethnic identity, society 

 

Məlum və təkzibolunmaz faktdır ki, siyasi, mədəni və etnik özünüdərkin formalaşması, ilk növbədə, 



dillə bağlıdır, çünki bu prosesdə dil həlledici rol oynayır, cəmiyyətin mütəşəkkilliyinə yardımçı olur, qədim 

mədəniyyətin daşıyıcısı və etnik identikliyin göstəricisi qismində çıxış edir. 

Lakin qloballaşmanın vüsət aldığı müasir dövrdə bu cür yanaşma artıq aktuallığını itirməkdə və rədd 

edilməkdədir. «Postmilli», «millətfövqü», «qlobal eyniyyət» kimi terminlərin meydana çıxması da məhz elə 

buradan qaynaqlanır. Artıq qlobal eyniyyət – identiklik də bərqərar olmaqdadır. Bu, özünü iri şəhərlərdə 

məskunlaşan, yalnız öz yaşam tərzini təmin etməyə meyllənərək, milli mənsubiyyətindən, milli kimlyindən 

uzaqlaşan insan tipinin meydana çıxmasında bariz şəkildə büruzə verir. Belə bir zümrənin formalaşmasında 

müasir informasiya texnologiyaları, cəmiyyətin virtuallaşması, dünyanın qloballaşması müstəsna rol oynayır. 

Təbii ki, bütün bunlar dillərin inkişafına da təsirsiz ötüşmür, bu inkişafın sürətlənməsi ilə yanaşı, onların 

unifikasiyasına, müxtəlif dillərin inkişafında ümumi qanunauyğunluqların meydana çıxmasına gətirib çıxarır. 

Müstəqillik əldə olunduqdan sonra Azərbaycanda dilimiz yeni inkişaf mərhələsinə qədəm qoymuş, 

dünyanın bir çox digər dilləri kimi, dinamik dəyişikliklərə məruz qalmışdır. Bu inkişafda qəbul olunan 

qanunların, müxtəlif illərdə dövlət səviyyəsində Azərbaycan dili ilə bağlı dövlət başçılarının verdiyi fərman 

və sərəncamların son dərəcə böyük rolu olmuşdur. Belə ki, Azərbaycan dilinin dövlət dili kimi statusunun 

möhkəmlənməsinə yönəlmiş bu rəsmi sənədlər dilimizin saflığının qorunub saxlanmasına, hərtərəfli tətbiqinə 

və dinamik inkişafına yardımçı olmuşdur. 

Lakin bu da təkzibolunmaz bir faktdır ki, dünyanın bir çox dillərində olduğu kimi, Azərbaycan dilində 

də dövrlə, dünyada cərəyan edən proseslərlə və s. bağlı tam bir sıra neqativ hallar yer almaqdadır. Bunların 

sırasında, ilk növbədə, jarqonlaşmanın güclənməsini, ədəbi dil normalarına əməl olunmamsını, onlara biganə 

və hətta saymazyana münasibəti, dilə külli miqdarda əcnəbi söz və ifadələrin nüfuz etməsini (xüsusən, 

anqloamerikanizmlərin), dil istifadəçilərinin böyük əksəriyyətinin loru danışıq dilinə ütünlük vermələrini 

göstərmək olar. 

Kifayət qədər geniş vüsət alan və gələcəkdə dilimiz üçün çox mənfi nəticələr doğura bilən bu prosesdə 

sıravi vətəndaşlarla yanaşı, kütləvi informasiya vasitələrinin, dövlət qurumlarının, bəzən isə hətta ziyalıların 

bir qisminin xüsusi rol oynadıqlarını qeyd etmək zəruridir. Belə ki, müasir dövrdə bir sıra əcnəbi dillərə 

bələdliyin (ilk növbədə, ingilis dilinə) həyatda uğur qazanmaq, karyerada irəliləmək, maddi rifah əldə etmək 

üçün önəmli olduğunu görən sıravi vətəndaşlar bu dillərin öyrənilməsinə üstünlük verərək, doğma dillərinə 

qarşı biganələşir, həm şifahi, həm də yazılı nitqdə onun normalarının kütləvi şəkildə pozulmasına yol 

verirlər. Belə hallara nəzarət etməli, onlara qarşı mübarizə, təşviqat və təbliğat işləri, maarifləndirmə 

aparmalı olan rəsmi qurumlar isə bu istiqamətdə fəal görünmür. Bura, yuxarıda qeyd etdiyimiz kimi, kütləvi 

informasiya vasitələrinin və bəzi rəsmi dövlət qurumlarının Azərbaycan ədəbi dilinin normalarını kobud 

şəkildə pozmaları həllarını da əlavə etmək lazımdır. Ölkə KİV-lərində həm yazılı, həm də şifahi dildə ədəbi 

dil normalarının pozulması kütləvi hal almış, nitqin dəqiqliyi və düzğünlüyünə verilən tələblər tamamilə arxa 

plana keçmişdir. 




Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə