Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə47/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   43   44   45   46   47   48   49   50   ...   243

88 

 

Dil ünsiyyətə xidmət vasitəsi kimi yarandığı üçün o, səs siqnalları, səs birləşmələri, söz birləşmələri, 



cümlə / söyləm/ halında mövcud olur. Bu vahidlərin hər hansının ilkinliyini iddia etmək çətindir. Məsələ 

ondadır ki, biz dilin konkret dövründə ünsiyyətə xidmət üçün vasitələrin kompleks halında mövcudluğundan 

/ bunların bəzisi potensial halda mövcud olur/ və zaman keçdikcə onlarda baş verın forma dəyişmələrindən 

danışırıq; bu zaman ayrı-ayrı formaya malik dil vahidləri müxtəlif dövrlərdə təxminən eyni funksionallığa 

malik olur. Məhz A.Riftin bu prinsipi əsas tutaraq qədim akkad dilindən danışarkən “ awat ukbü “ ( слово, 

которое он сказал) konstruksiyasını misal götürərək, bunu budaq cümlə məzmununa malik olan məsdər 

tərkibi hesab edir və bu dildə budaq cümlələrin ad konstruksiyalarından əmələ gəldiyi fikrini irəli sürür. 

/18,61;63/ 

“XIII əsrdə yaranan və zəmanəmizə qədər gəlib çıxan yazılı abidələrimizin təhlili göstərir ki, belə bir 

dil bir-iki əsrdə yarana bilməzdi “ (12,104 ). Ayrılıqda götürülmüş hər hansı vahid olmadığı kimi, ayrılıqda 

götürülmüş hər hansı bir dil də yoxdur. Bütün türk dillərində olduğu kimi, Azərbaycan dilində də ümumtürk 

qatı ilə bağlı cəhətlər çoxdur. İlkin quruluşlara isə mütəq və mütləq ilkin nöqteyi-nəzərdən yanaşmaq 

lazımdır. Çünki “ dilin qədimliyinə getdikcə cümlə tiplərini ayırmaq , onları bugünkü cümlə ölçüləri ilə thlil 

etmək özünü doğrultmur “ (22,50).  Qədim türk dövrü abidələrində bir-birini şərləndirən, bir-biri üçün əsas 

olan, biri o birinə ümumi şəkildə aid olan cümlə birləşmələri daha çox diqqəti cəlb edir. Bəzi hallarda bu 

birləşmələr, sadə cümlələrin sıralanması və zəncirvari birləşməsi mətn xarakteri daşıyır. Kul tiqinin şərəfinə 

yazılmış böyük abidədə belə faktlar çoxdur: ( Bəriyə tabğac budun yağı ermis, yıraya baz kağan, tokuz oğuz 

budun yağı ermis, kırğız, kurıkan, otuz tatar, kıtay, tatabı kop yağı ermis )- Sağ tərəfdə tabğaç xalqı düşmən 

olmuş, sol tərəfdə baz xan, doqquz oğuz xalqı düşmən olmuş, qirğiz, kurıkan, otuz tatar, kıtan, tatabı- hamısı 

düşmən olmuş. ( Kul tiqin ( böyük abidə ),14 –Ktb).

*

 

Əlbəttə, biz bu konstruksiyaları mürəkkəb cümlə /o cümlədən tabeli mürəkkəb cümlə  / hesab etmək 



fikrində deyilik. Lakin bu və ya digər semantik –sintaktik münasibətdə olan komponentlərin birləşməsi 

nəticəsində əmələ gəlmiş tabesiz və ya tabeli mürəkkəb cümlələrin ilkin elementlərinə bu konstruksiyalarda 

rast gəlinir. Əslində bu, üç komponentli, zaman əlaqəli tabesiz mürəkkəb  cümlədir. 

Gül tigin abidələrində, o cümlədən qədim türk dövrünə aid digər abidələrdə aşağıdakı cümlə 

quruluşlarına rast gəlinir: 

1.1. Komponentləri şərt-nəticə məna əlaqəsində olan tabeli mürəkkəb cümlə quruluşları / şərt budaq 

cümləli TMC-lər/. Bu tipli cümlələrdə tərəflərdən biri o biri üçün şərt olur, adətən, ikinci komponent 

birincinin nəticəsi kimi çıxış edir. 

Komponentlər arasında –sar, -sər şərt şəkilçisi işlənir. Qədim türk yazılı abidələrində -sar,-sər 

formasında işlənən bu şəkilçi,bir çox türkoloqların fikrincə, r səsinin düşümü nəticəsində inkişaf edərək –sa,-

sa formasına keçmişdir. ( bu baradə bax:3,18). 

Şərt konstruksiyalarındakı uzlaşma, xəbərin şəxsli formada işlənməsi –sar-ın  -sa-ya keçməsindən 

sonrakı prosesdir. Əsil şərt budaq cümlələri də elə o zaman yaranmışdır /Əlavə olaraq bax:4,8). 

Qədim türk yazılı abidələri üzrə tədqiqatların demək olar ki, hamısı –sar, -sər şərt şəkilçisi vasitəsilə 

şərt budaq cümlələrinin əmələ gəldiyini qeyd edirlər. 

-sar –sər-i feili bağlama hesab edənlərdən V.M.Nasilov onu həm feil in şərt şəkilçisi kimi, həm ersər 

şəklinin tərkib hissəsi kimi, həm də şərt budaq cümləsinin əlaməti kimi səciyələndirir. (23,63,69,84-85) 

Mübahisə doğuran cəhət er (ol-maq) feil i ilə -sər-in birləşməsinin ayrıca şəkil hesab edilməsidir. Fikrimizcə, 

ersər də olursar, bolsar, ölsər, yanılsar kimi  şərt məzmunlu feil  şəkillərindədir. 

A.N.Kononov –sar,-sər-in feil i sifət kimi üç funksiyasını qeyd edək : 1) təyin ; 2) verba finita ( şəxsli 

forma) ; 3) şərt feili bağlaması ( bax:24,128; 132-134 ). 

O, həmçinin , mübtədası olan –sar,-sər formalı feil ləri şərt budaq cümləsinin xəbəri, mübtədası 

olmayanları isə feil i sifət tərkibinin mərkəzi hesab edir (24,233 ). Onun –sar,-sər şəkilçili feili sifətləri ( 

əslində budaq cümlənin xəbərini ) təyin kimi təqdim etməsi isə özünü doğrultmur. Müəllifin Yenisey 

abidəsindən ( Birinci Altın –Göl abidəsi-bax:26,265) nümünə gətirdiyi “ atsar alp ertiniz, utsar kuç 

ertiniz...”( «Вы были героем, который должен был (метко ) стрелять, Вы были  силой, , которая  умела 

побеждать»)  misalı (24,128) dörd komponentdən (iki tabeli mürəkkəb cümlədən ) ibarətdir. Sar,-sər-in feili 

bağlama hesab edilməsi də qüsurludur. 

Kul tiqin yok ersər , kop eltəçi ertiqiz!- Kul tiqin olmasa idi, hamınız məhv olacaq idiniz . ( Ktb-50)  

T(e)nri oğlı ersər zmuran, küzi alğay, İlik kan ersər, altun alğay. Birük otaçı emsər ot yem alğay...( Əgər o, 

                                                            

*

Nümunələr Ə.Şükürlünün “Qədim türk yazılı abidələrinin dili”(Bakı.1976) kitabından götürülmüş və S.E.Malovla 



tutuşdurulmuşdur (Bax: ədəb.-15) Əlavə olaraq, Ə.Rəcəbov və Y.Məmmədovun “Orxon –Yenisey abidələri“ 

(Bakı,1993) kitabından da istifadə edilmişdir. 




89 

 

allahın oğludursa, zümrüdü, mədhiyyəni götürəcək. Əgər o, xandırsa, onda qızılı götürəcək. Əgər o, 



həkimdirsə, onda dava- dərmanı götürəcək.) (“ Cadugərlərin sitayişi” abidəsi,22-25-ci sətirlər) 

Şərt konstruksiyalarının ikinci qismində komponentlərin sayı artır: belə ki, bir neçə -sar formalı 

komponent ilk növbədə işlənir, sonra nəticə ifadə edən komponent gəlir. Beləliklə, şərtlər -- nəticə 

sıralanması əmələ gəlir: 

Üzə tenri basmasar əsra yir telinməsər, türk budun, ilinin, törünün kem artatı? – Yuxarıdan tanrı basıb 

əzmədisə, aşağıda yer dəlinmədisə,türk xalqının elini,  dövlətini kim məhv etdi?(Ktb-22) 

1.2. Komponentləri arasında qarşılaşdırma mövcud olan mürəkkəb cümlə quruluşları (qarşılaşdırma 

budaq cümləli TMC) 

Bu cümlələrin komponentləri arasında da –sar,-sər formaları işlənir, lakin şərt konstruksiyalarından 

fərqli olaraq, onlardakı fikir, məna bir-birinə qarşı qoyulur, müqayisə olunur: 

/...bir kisi yanılsar, oğuşu, budunu kıdmaz ermiş- bir adam yanıldısa da ,onun qəbiləsi, nəsli yolunu 

azmadı ( Ktk-6). 

1.3. Abidələrdə nisbi tabelilik əlaqəsində  olan və -sar,-sər şəkilçiləri ilə formalaşan cümlələrə də rast 

gəlinir. Bunların içərisində tamamlıq və zaman / препозитив/ budaq cümlələri xüsusilə diqqəti çəkir. 

a/Bağlayıcı söz // nisbi əvəzlik paraleli ilə əmələ gələn tamalıq budaq cümləsinə Kul tiqin abidəsində 

rast gəlinir: 

/ Nenen sabım ersər benqu taşka  urtum--Nə sözüm vardı, bu daşa yazdım/( Ktk-11). 

b/ uyğur yazılı abidələrindən hesab olunan “ Cadugərlərin sitayişi “ və ya “Sehrkarların sitayişi “ (bax 

: 27,296-299) abidəsində nisbi tabelilik yolu ilə əmələ gəlmiş zaman budaq cümlələri müşahidə olunur: 

İnçı ol moğoç-lar neçukin Uruslumtun onup bardı-lar ersər, ol yultuz yemə olar-nı birlə barır erdi- 

Beləliklə, o cadugərlər Yerusəlimdən necə çıxıb getdilərsə, o ulduz da onlar ilə gedir idi; Qaçan ol moğoçlar 

Bidilx umka teqdi-lər ersər , ol yulduz təbrəmədin şuk turdu- O cadugərlər ki, nə vaxt ki, Viflemə çatdılar, o 

ulduz tərpənmədən dik durdu (8,9,10,11,12,13-sətirlər) (10,105), (27,300). 

Bu cümlələrdə nisbi əvəzlik ( bağlayıcı söz) kimi neçukin və  qaçan sözləri iştirak edir; birinci 

cümlədə müqayisə --zaman, ikincidə isə zaman məzmunu yaradır. Amma hər iki cümlə prepozitiv zaman 

b.c.-li  TMCdir. 

F.Korş nisbi əvəzliklə ( bağlayıcı sözlərlə) tabeli mürəkkəb cümlələrin formalaşmasını bütün dillər 

üçün ilkin mərhələ hesab edir. O, bu barədə yazır: “Известно, что так называемая относительная предло-

жения во всех языках более и менее первобытных…  так как  во всех языках не совершенно диких мы 

находим относительное предложения в большем или меньшем развитии (13,14). 

Dilimizin sonrakı mərhələləri üzrə müşahidələr göstərir ki, bu tipli ilkin cümlə quruluşları iki cür 

a/там simmetriya formasında /nisbi əvəzlik // bağlayıcı söz~ коррелат/ б/ ilkin formada/ təkcə bağlayıcı 

sözün iştirakı ilə işlənir. 

Qədim türk yazılı abidələrində komponentləri bir-biri ilə tabelilik əlaqəsində  olan və intonasiyanın 

köməyi ilə formalaşan cümlə strukturlarına da rast gəlinir. İntonasiya, ritm və sıralanmanın əsas rol oynadığı 

bu konstruksiyalar yalnız söyləm qəlibinə girəndə, ünsiyyətə xidmət göstərəndə tabelilik və tabesizlik 

əlaqəsində olan komponentlərin qarşılıqlı semantik əlaqələrin ifadəsi kimi meydana çıxır. Yalnız cümlələr 

arasındakı “məntiqi bağlılığın bağlayıcılarla möhkəmləndirilməsinə daha artıq fikir verilməsi“ (prof. 

H.Mirzəzadə) ya bağlayıcıların, ya da müstəqil mənaya vahid leksik vahidlərin tabelilik əlaqəsi yaratmaq 

roluna keçməsini şərtləndirir. Prof.H.Mirzəzadənin yazdığı kimi,“ tarixən tabeli cümlələrdə bağlayıcılar o 

dərəcədə az işlənmişdir ki, onları tabesiz mürəkkəb cümlələrdən ayırmaq belə müəyyən qədər çətin 

olmuşdur. (16,353) 

Abidələrdə səbəb-nəticə və ya səbəb- nəticələr sıralanmasına malik olan, yalnız intonasiyanın köməyi 

ilə formalaşan cümlələrə daha çox rast gəlinir. 

Misallar: ... özü yanıltı, kağanı ölti, budunı kün kul boltı- özü yanıldı, xaqanı öldü, xalqı qul, kəniz 

oldu; (Ktb-20) 

İnim Kul tiqin kerçək boltı, özüm sakıntım; görür gözüm görməz teq, bilir biliqim bilməz teq boltı, 

özüm sakıntım .- Kiçik qardaşım Kul tiqin öldü. Özüm qəmə- qüssəyə batdım, görən gözüm görməz tək, 

düşünən başım düşünməz kimi oldu , özüm dərdə-qəqmə batdım ( Ktb-50 ). 

Əslində bu tipli mürəkkəb cümlələrdəki əlaqə növünü nə tabesizlik , nə də tabelilik hesab etmək 

mümkündür. N.Z.Hacıyeva bu məsələdən danışarkən yazır: 

“Цепь присоединенных друг к другу предложений связаны единством смыслового целого. 

Каждое последуюшего предложение конкретизирует, а какой мере что уточняет содержание 

предыдушего…Этот структурной прием построния сложных предложений наблюдается во многих  




Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə