Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə55/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   51   52   53   54   55   56   57   58   ...   243

103 

 

İRADƏ VƏLİYEVA, KƏMALƏ HÜSEYNOVA 



Azərbaycan Texniki Universiteti 

 

ENSİKLOPEDİK LÜĞƏTLƏRDƏ İNGİLİS DİLİ MƏNŞƏLİ SÖZ VƏ TERMİNLƏRİN  



İFADƏ ÜSULLARI 

 

Açar sözlər: sovet dövrü, ensiklopedik lüğətlər, termin, qrammatika. 



 

Investigation the translation words engilshs ensiklopedic dictionnari 

 

The article ingestigates the translation styles of English origin words and terms of the Azerbaiyan lauguage at 



the use of member compasite and wouycomposent terms at the Azerbaijani terminological dietiouuairies. The article 

deals with phonetic influence of the vowels to the consonants- accomodation or contrary also the dropping of the sound 

in English-elision.The article deals with the borrowings and semanticaldevlopement of the words enriching the 

ensiclopedic variant of the English language. 

Key words: soviet period, encyclopeadic dictionnarie, termin, grammaire  

 

Məlum olduğu kimi, Azərbaycan dilinin izahlı lüğəti kitabları 4 cilddən ibarət olub, akademik 



M.A.Dadaşzadənin rəhbərliyi ilə 1969-cu ildə başa çatmışdır.Geniş oxucu kütləsi üçün tərtib edilmiş bu ilk 

filoloji lüğət, Sovet hakimiyyəti illərində respublikamızda iqtisadiyyatın, həm də keyfiyyətcə dilimizin lüğət 

tərkibində meydana çıxmış yeni mənalar, məfhumlar və məna incəliklərini izahlı anlamını açıb 

göstərmişdir.”Azərbaycan dilinin izahlı lüğəti” kitabı müasir ədəbi dilimizin bütün leksikasını əks etdirməyi 

nəzərdə tutmuşdur.Lüğətdə əks olunan ana dili sözləri ilə yanaşı Şərq mənşəli ərəb və fars sözləri, həmçinin 

Qərb mənşəli ingilis alman, fransız və s. mənşəli sözlər də daxil edilmişdir.Lüğətdə əcnəbi sözlərin 

mənşəsinin verilməsi xüsusi çətinlik törədən məsələlərdən biridir.Çünki, məlum olduğu kimi, əcnəbi sözlərin 

çoxu müxtəlif dillərdə olduğu kimi yazılmır və işlənmir.Lüğətdə həmçinin əks olunan ingilis dili mənşəli 

sözlər də dilimizin lüğət tərkibinə keçərək onun fonetik və qrammatik qanunlarına uyğunlaşaraq işlənmişlər. 

İngilis dilinə məxsus sözlər idman, ailə-məişət, hərbi sənaye və bir çox sahələrdə işlənməklə yanaşı, elm və 

texnika sahəsində də onlardan geniş şəkildə istifadə edilmişdir.Lakin bununla yanaşı Azərbaycandilinin 

izahlı lüğətlərində əks olunan ingilis dili mənşəli sözləri tədqiq edərkən aşağıdakı prinsipləri nəzərə almaq 

lazımdır: 

1)

 İngilis dilinə məxsus söz və terminləri düzgün və səlist ifadə etmək, 



2)

 Onların məna və məna incəliklərinin açıb göstərmək, 

3)

 Hər hansı bir ingilis dilinə məxsus söz və terminlərin işləndiyi sahənin hüdüd və çərçivəsini 



müəyyən etmək, 

4)

 İngilis dilinə məxsus söz və terminlərin ana dilinin fonetik və qrammatik dəyişikliyə uğramasını 



açıb göstərmək və s. 

5)

 Azərbaycan dilinin izahlı lüğəti müəyyən dərəcədə normativ bir lüğət olduğundan orada işlənən 



ingilis dilinə məxsus söz və terminlərin heç də hamısını əhatə etmir.Azərbaycan dilinin izahlı lüğətində əks 

olunan, özünəməxsus yer tutan ingilis dili mənşəli sözləri öz işlənmə məqamlarına görə aşağıdakı qruplara 

bölmək olar: 

a)Azərbaycan dilinin izahlı lüğətində əks olunan ingilis dili mənşəli sözlərin əksəriyyəti terminoloji 

xarakter daşıyır.Termin qəti surətdə müəyyənləşmiş mənaya malik olan sözdür.İngilis dilinə məxsus sözlərin 

Azərbaycan dilinin izahlı lüğətinə daxil olunması üçün əsas şərt onlara olan tələbat və onların az-çox geniş 

yayılmasıdır.Azərbaycan dilinin izahlı lüğətində tibb, biologiya, ailə-məişət, texnika, iqtisadiyyat, hərbi 

sənaye və s. sahələrə aid yüzlərlə alınma sözlər vardır ki, bunların da müəyyən bir hissəsi ingilis dilinə 

məxsusdur. 

b)Azərbaycan dilinin izahlı lüğətində əks olunan ingilis dili mənşəli sözlərin daha bir işlənmə sahəsi 

onların ümumtəhsil məktəbləri üçün tərtib edilmiş dərslik və dərs vəsaitlərində, həmçinin elmi-kütləvi 

ədəbiyyat, mətbuat səhifələrində və s. sahələrdə işlənməsidir. 

Quruluşca növləri: İngilis dili mənşəli sözlər Azərbaycan dilinin izahlı lüğətində struktur quruluş 

baxımından aşağıdakı növlərə ayrılır: 

1.Sadə tərkibli ingilis dili mənşəli sözlər: 

Məsələn; avral,lift,boks,futbol,kompyuter,rinq,akr,bunker,allo,vaqon,vağzal və s. 

2.Anadilinəmənsubşəkilçilərləişlənəndüzəltmə tipli ingilis dili mənşəli sözlər, 

Məsələn; boksçu,liftçi,vaterpolçu,futbolçu və s. 




104 

 

3.İngilis və başqa Avropa dillərinə məxsus iki sözün birləşərək mürəkkəb tərkibli sözlər.Məsələn; 



vaqon-restoran,qaz-holder,kinofilm,qazlift və s. 

FONETİK ARAŞDIRMA: 

Azərbaycan dilinin izahlı lüğətində ingilis dili mənşəli sözləri yazılış və fonetik tərkibinə görə 

aşağıdakı kimi qruplaşdırmaq olar: 

1.Yazılmış və fonetik tərkibini dilimizdə saxlayanlar:Məsələn; lift-lift,film-film və s. 

2.Yazılışına görə fərqli, lakin fonetik tərkibcə dilimizə yaxın sözlər.Məs: check-çek və s. 

3.Həm yazılış, həm də fonetik xüsusiyyətlərinə görə fərqlənən ingilis mənşəli sözlər. .Məsələn: 

meeting-mitinq və s. 

Qeyd etmək lazımdır ki, başqa əcnəbi sözlər kimi, ingilis dili mənşəli sözlər də dilimizə rus dili 

vasitəsilə keçmişdir və onun fonetik, qrammatik qanunları əsasında formalaşmış və onlar Azərbaycan dilinin 

4 cildlik izahlı lüğətində rus dili variantında olduğu kimi işlənmişlər.Azərbaycan dilinin izahlı lüğətində rus 

dilindən və rus dili vasitəsilə ingilis dilindən alınan sözlərin əksi orijinala maksimum dərəcədə yaxın 

yazılır.Amma, hər halda ingilis sözlərinin Azərbaycan dilindəki trələffüzü rus dilində olduğundan müəyyən 

dərəcədə fərqlənir.Azərbaycan dilinin izahlı lüğətində işlənən ingilis dili mənşəli sözləri Azərbaycan dilinin 

fonetik sisteminə tabe olması qanunauyğun və obyektiv prosesdir.Bu terminlərin, yəni ingilis dili mənşəli 

sözlərin fonetik cəhətdən dilimizdə dəyişilməsi dil sistemləri arasındakı fərqlərdən irəli gəlir. 

A.A.Reformatski bu barədə yazır:” Biz ana dili və öyrəndiymiz əcnəbi dilin ayrıca bir səsini deyil, sistemdə 

götürülmüş tam fonetik kateqoriyaları müqayisə etdikdə, hər bir fonetik sistemin özünəməxsusluğuna 

inanırıq.Bu hər bir dilin özünəməxsus təkrarsızlığı, hər bir dilin əsas xüsusiyyətidir.” 

ORFOQRAFİK TƏHLİL: 

Azərbaycan dilinin izahlı lüğətində ingilis dili mənşəli sözlərdən bəhs etdikdə orfoqrafik təhlil 

aparılması zəruri və məqsədə müvafiq hesab edirik. 

Orfoqrafiya- yazılı nitq formasıdır.Orfoqrafik təhlil Azərbaycan dilinin yazı normalarına görə 

qanunlaşdırılmış müxtəlif təzahürləri, onların yazılmışının tənzimləməsidir.Əlbəttə, bütün bunlar müəyyən 

prinsiplər əsasında müəyyənləşir və dilimizin daxili inkişaf qanunlarına əsasən uzlaşır.İngilis dili sözlərinin 

orfoqrafik mənimsənilməsinin əsas içtimai mahiyyəti dil daşıyıcılarından yazılı anlaşmasını təmin etməkdir. 

Bunun əsasında Azərbaycan dilinin orfoqrafiya qaydaları durur.Həmin qaydaların özəyini isə fonetik, 

morfoloji və tarixi ənənəvi prinsiplər təşkil edir.Bə”zən orfoqrafiyanın əməli qaydalarına ciddi riayət 

olunmadıqda eyni tipli ingilis sözlərinin yazılışında müxtəlifliyə yol verilir. 

Məs:, Azərbaycan dilində” d“samiti “r” samiti iyanaşıişlənir.Məs:dörd,dərd,mərd,yurd və s. 

Burada  “ d” samiti karlaşsa da tam “ t “ samiti tələffüzündə düşmür.Bu qayda ingilis dili mənşəli 

sözlərə şamil edildikdə bə”zən yazılış normasında vahidlik prinsipi pozulur.Məsələn,  standard– standart, 

crossvord – krasvord, start- start. 

Rus dili vasitəsilə ingilis dilində alınmış bu sözlərdə qoşa samitli sözlərin yazılış ingilis və Azərbaycan 

dillərində müxtəlif olurlar. Məs: cottedj-koteç; crassvord-krasvord,voleyballe-voleybal,effect-efekt, 

differential-diferensyal və s. 

QRAMMATİK  TƏHLİL: 

Azərbaycan dilinin izahlı lüğətində əks olunan ingilis dili mənşəli sözlərin qrammatik təhlili dilçilik  

və lüğətçilik baxımından maraqlı bir məqam olub, əcnəbi sözlərin ana dilimizin qrammatik qaydalarına 

uyğunlaşmasını, onun lahəm ahəng işlənməsini, nəzəri diqqətimizi cəlb edir. Qrammatik mənimsəmə 

dedikdə ingilis sözlərinin dilimizin morfoloji kateqoriyalarına uyğunlaşmasını nəzərdə tutur. Ana dilinin 

qrammatik ölçülərini nəzərə almadan  qəbul edilmiş əcnəbi sözlər formasız, biçimsiz leksik parça kimi qəbul 

edilir. Azərbaycan dilinin izahlı lüğətlərində əks olunan ingilis dili mənşəli sözlərin aşağıdakı seçilmiş 

sözlərdə ana dilimizin qrammatik qanunlarına uyğunlaşaraq işlənməsinə nəzər salaq: 

a)-çı, çi, çu, çü-şəkilçiləri ilə:liftçi,  voleybolçu,  traktorçu,  rekordçu,  kombaynçı,  buldozerçi 

b)layıcı, ləyici-şəkilçiləri ilə,ştamp-ştamplayıcı,asphalt-asfaltlayıcı,şrift-şriftləyici,press-presləyici 

v)  lamə, ləmə-şəkilçiləri ilə:şirf-şirfləmə,pres-presləmə,mina-minalama 

q)  ləşdirmə-şəkilçisi ilə:modern-modernləşdirmə,kredit-kreditləşdirmə 

SEMANTİK   ARAŞDIRMA: 

Azərbaycan dilinin izahlı lüğətlərində əks olunan ingilis dili mənşəli sözlərin semantic təhlili xüsusi 

maraq kəsb edir. 

Qeyd etdiyimiz kimi, əcnəbi sözlərin ana dilimizdə mənimsənilməsi iki xüsusi əlamət daşıyır: 

1.Formal əlamət 2.Funksional əlamət 

Formal mənimsəmə - əcnəbi sözün fonetik, qrafik və morfoloji xarakterini alan dilin müvafiq 

normalarına maksimum yaxınlaşma xəttinə deyilir. Funksional mənimsəmə-əcnəbi sözlərin leksik-semantik 



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə