Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə54/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   50   51   52   53   54   55   56   57   ...   243

101 

 

İLAHƏ ƏLİYEVA 



Bakı Dövlət Universiteti 

 

MÜRƏKKƏB CÜMLƏDƏ PROPOZİSİYA 



 

Açar sözlər: hadisə - propozisiya, mürəkkəb cümlə, forma, məzmun. 

 

The semantic part of the sentence which contains the unity of form and content is the object of research recent 



times. The complex sentence which has a complex structure learning semantic point of view is required clarifying some 

terms, which one of them is proposition. Sometimes the name of situation is presented as a standart content of the 

sentence. We think that we must agree with the opinion of V. A. Belosapkov in this field. So the main character of 

proposition is to be predicative and unpredicative and in this situation the proposition includes event and process. And 

the that is why the complex sentence contains two propositions. 

Key words: proposition-event, the complex sentence, form, content 

 

Cümlənin ənənəvi təsnifatında forma və məzmun planına əsaslanma bütün dillər üçün xarakterikdir. 



Sistemin hər bir yuvası formal və semantik əlamətlərə malikdir ki, onlar da bir-biri ilə qarşılıqlı əlaqədədir. 

Qədimlərdən bu iki tərəf dilin tədqiqində paralel şəkildə araşdırılsa da, daha çox diqqət dil vahidlərinin 

struktur tərəfinə yetirilmişdir.  dövrümüzdə isə dil vahidlərinin məzmun tərəfinin tədqiqi xüsusi şəkildə 

intensivləşmişdir. Dilin ünsiyyət, fikri ifadə və adlandırma vasitəsi olması onun semantik tərəfinə diqqəti önə 

çəkir. Məzmunun ifadəsini çətinləşdirən hər hansı struktur zaman-zaman dildə özünə işləklik qazana bilmir 

və dildən çıxır.  

Son vaxtlar dilçilikdə cümlənin semasioloji cəhətdən tədqiqinə xüsusi diqqət yetirilir. U.Veynrix 

göstərir ki, “Dilin semantik nəzəriyyəsinin vəzifəsi cümlənin mənasının, onun tərkib hissələrinin tam 

müəyyən edilmiş mənalarından nə yolla törəməsini izah etməkdir” (1: 166-167). 

Cümlə semantikası, adətən, az  müəyyənləşmiş və kifayət qədər ciddi strukturda təqdim olunur. Ona 

görə də cümlənin semantik aspektinə daha çox bir struktur, mücərrəd anlayış kimi baxılır. Bu fikir daha 

dəqiq kompozisiyalı sintaksis konsepsiyasında özünü göstərir ki, burada cümlə semantikası proporsional və 

situativ strukturların birləşməsi ilə yaranan bəzi semantik konfiqurasiyalar vasitəsilə ifadə olunur. Qeyd 

etmək lazımdır ki, semantik konfiqurasiya cümlənin minimum semantikasıdır, daha dəqiqi, cümlənin 

meydana çıxmasının ilkin şərtidir.  

Cümlə semantikasından bəhs edərkən sadə və mürəkkəb cümlədə bu məsələnin necə əks olunması 

daha çox diqqət mərkəzində durur. Eyni bir hadisənin  müxtəlif konstruksiyalarla verilməsi linqvistik və 

ekstralinqvistik faktorlarla bağlı olduğundan onların ifadə etdiyi məzmunu da tam adekvat hesab etmək 

olmaz. Sadə və mürəkkəb cümlələr təkcə quruluş fərqinə görə deyil, habelə ifadə etdikləri məzmun cəhətdən 

də bir-birindən bu və ya digər dərəcədə fərqlənir. 

Dilçilikdə mürəkəb cümlədə semantika məsələsi ilə bağlı müəyyən terminlərin dəqiqləşdirilməsinə 

ehtiyac var. M.İ.Çeremisina və T.A.Kolosova bu məsələyə xüsusi diqqət yetirərək qeyd edirlər ki, xüsusilə 

aqlütinativ dillərdə mürəkkəb cümlənin həm forması, həm də semantik cəhəti ilə bağlı tədqiqi zamanı qarşıya 

çıxan əsas çətinliklərdən biri anlayış və terminlərin çatışmazlığıdır (2: 28). Bu terminlər, hər şeydən əvvəl

mürəkkəb cümlədə komponentlərdə verilən faktın necə adlandırılması ilə əlaqədardır. Bu fakt ayrı-ayrı 

dilçilər tərəfindən müxtəlif adlarla adlandırılmışdır. Məsələn, S.D.Kasnelson işin vəziyyəti, T.P.Lomtev 

hadisə, N.D.Arutyunova, İ.P.Susov və b. situasiya, B.A.Beloşapkova, T.B.Şmelyeva propozisiya, M.İ.Çere-

misina fakt, digərləri habelə proses, hərəkət və s. adlardan istifadə etmişlər. Demək lazımdır ki, eyni dilçi bu 

mənada bir neçə termindən də yeri gəldikcə istifadə etmişdir. Müəlliflər bu terminlərin bəzilərini əsas termin 

kimi, digərlərini isə onların sinonimi kimi işlədirlər. Lakin bəzi hallarda dilçilər bu terminlərin fərqli anlama 

malik olduğunu önə çəkirlər. Məsələn, N.P.Susov “hadisə”(sobıtie) terminini, adətən, təktərkibli cümlələr 

üçün işlədir. Onun fikrincə, situasiya mütləq şəkildə elementlərə parçalanır, hadisə isə hissələrə parçalanmaz 

strukturdur, üzdəki strukturda relyativ-sintaktik üzvlənməyə malik olmur.  

“Propozisiya” termini dilçilik ədəbiyyatında tez-tez işlənir və adətən, semantik nüvə kimi qəbul edilir. 

Bəzən isə hadisənin, situasiyanın adı, cümlənin standart məzmunukimi də təqdim olunur. Lakin N.D 

Arutyunova bu fikirdədir ki, “propozisiya” termini həm məntiq elmində, həm də dilçilikdə müəyyən 

dəyişikliyə uğramışdır. B.B.Boqdanov isə “propozisiya” termininə qəti şəkildə etiraz edərək, cümlə 

məzmununun konstitutiv vahidinin predikativ ifadə olduğu fukrundə israr edir(3:6-17). 

Propozisiya haqqında nisbətən qəbul edilən fikir onun qeyd edilən cümlədə hadisənin, işin 

vəziyyətinin modeli olmasıdır. V.A Beloşapkova propozisiya adı altında cümlənin elə obyektiv məzmunu 

başa düşülür ki, o, onu müşayiət edən bütün digər subyektiv fikirlərdən və ona bu və ya digər cümlənin 



102 

 

formal təşkilini verən proyeksiyadan kənardır(4: 363).Müəllif “hadisə” adı altında situasiyanın “çıxış” və 



“bitən” vəziyyəti kimi təqdim olunan dəyişməyə yönələn hərəkəti başa düşür. Onun fikrincə, propozisiyanın 

ilkin, əsas xarakteri onların predikativ və qeyri-predikativ konstruksiyalar ola bilməsidir. Bu məqamda 

propozisiya hadisə və proses anlayışlarını özündə ehtiva edir.  

T.B.Şmelyeva hadisələrlə dolu olan və məntiqi xarakterli propozisiyaları ayırır. Semantik modelin 

birinci məğzi dünyada yer alan hadisə və situasiyalardır, ikinci model isəəqli əməliyyatların, məntiqi 

inkişafın nəticəsinin əksidir. “Yağış olduğuna görə o gələ bilməmişdi” cümləsində müəllif üç propozisiyanın 

varlığını göstərir; bunlardan ikisi hadisə ilə əlaqəli(subyektin hərəkəti və metereoloji situasiya) və bir 

məntiqi(bu hadisələr arasında səbəb əlaqəsinin qurulması)(5:7).Propozisiyanın hadisəvi və məntiqi 

qruplarına bölünməsi digər dilçilərin də əsərlərində özünə yer tapmışdır. 

Qeyd edək ki, dilçilikdə propozisiya, bir qayda olaraq, semantik obyektlərin məcmusu kimi başa 

düşülür. Buraya predikativ və qeyri-predikativ konstruksiyaların həm reduksiya olunmuş, həm də nominal 

vəziyyətdə olan elementar cümlə tipləri daxildir. Elementar cümlə dedikdə tərkibində predikativ vahidə 

çevrilə bilən komponentlərin olmadığı sadə monopredikativ cümlələr nəzərdə tutulur. Məsələn, Oğlan bir 

azdan vaqonun pəncərəsinə yaxınlaşdı(V.Sultanlı) cümləsi ona görə elementar cümlə hesab edilir ki, onu ya 

ayrı-ayrılıqda, ya da mürəkkəb cümlə daxilində iki cümlə şəklində vermək mümkün deyil. Aşağıdakı 

cümlədə isə vəziyyət başqa cürdür:Ətrafın belə sakit olmasından oğlan çox narahat olurdu(V.Sultanlı). Bu 

cümlədəki fikri iki cümlə şəklində də vermək olar: 1)Oğlan çox narahatdır (ki); 2)Ətraf sakitdir. 

Bu tip cümlələr elementar olmayan cümlə kimi təqdim olunur və bunlarda iki prepozisiya qeyd olunur. 

Lakin bunlarda varlıq situasiyası yoxdursa, onlar elementar olmayan cümlələr kimi qəbul edilmir. 

Mürəkkəb cümlə semantikasının düzgün müəyyənləşməsində reduksiya faktının aydınlaşdırılmasının 

əhəmiyyəti böyükdür. Elementar cümlənin reduksiyası dedikdə hər hansı cümlənin daha böyük sintaktik 

vahidin daxilində iştirak etməsi, daha doğrusu, sadə strukturlu cümlənin mürəkkəb cümləyə çevrilməsi 

prosesi nəzərdə tutulur. Dilçilikdə bu tip reduksiyanın iki növü ayrılır. Birinci halda  reduksiya faktına sadə 

kompressiyanın nəticəsi kimi baxılır, daha doğrusu, reduksiyaya uğrayan cümlənin çıxış vəziyyətinin qalan 

hissələrinin yenidən qurulmaması şərtilə dublyor komponentlərin kənarlaşdırılması hecabına sıxılması kimi 

nəzərdə tutulur. Məsələn, iki cümləyə nəzər salaq: Murad oxuyur. Murad yazır.  

Bu iki cümlənin mübtədası eyni olduğundan və xəbərləri həmin mübtədalarla eyni qrammatik 

əlaqədədə  olduğundan onlardakı “Murad” sözündən biri sıxışdırılıb aradan çıxarılır və cümlələri birləşdirib 

bir konstruksiya yaratmaq olar: Murad oxuyur və yazır. Göründüyü kimi, burada ikinci cümlə öz müstəqil 

mübtədasını itirərək reduksiyaya uğramışdır. Bu halda reduksiyanın nəticəsi iki predikativli monosubyektli 

forma olur.  

Qeyd edək ki, bu tipli reduksiya zamanı əlavə edilən başlayıcının xarakterindən asılı olaraq, alınan 

konstruksiya həmcins xəbərli sadə cümlə olduğu kimi, tabeli mürəkkəb cümlə kimi də dərk oluna bilər, çünki 

tabelilik bağlayıcısı iştirak edən konstruksiya subyektin eyni və ya fərqli olmasından asılı olmayaraq tabeli 

mürəkkəb cümlə kimi alınır. Buna baxmayaraq, hər iki halda konstruksiyada iki propozisiya mövcud olur.  

Reduksiyanın ikinci növündə kompressiya reduksiyaya uğrayan komponentin qalan hissəsində 

yenidənqurma ilə müşayiət olunur. Məsələn: Kamil vazanı əlindən saldı. Kamil qəmləndi. Mübtədanın 

obyektə olan müxtəlif münasibətinə görə reduksiya da müxtəlif formalarda ola bilər. 1)Kamil vazanı əlindən 

salaraq qəmləndi; 2)Vazanı əlindən salan Kamil qəmləndi. 3)Kamil vazanı əlindən saldığı üçün qəmləndi. 

Bu cümlələrin bir konstruksiyada birləşdirilməsi zamanı mürəkkəb cümlə də formalaşa bilər. Məsələn: 

Kamil vazanı əlindən yerə saldı, ona görə də qəmləndi. Burada ikinci komponentə qəlib-söz əlavə etməklə 

konstruksiya səbəb budaq cümləli tabeli mürəkkəb cümləyə çevrilmişdir.  

Dilçilikdə bu baxımdan cümlələri iki qrupa ayırırlar. Birincisi bir propozisiyanı ifadə edən sadə 

monopredikatıv cümlədir ki, bunlar hadisə kimi reallaşır. İkincisi sadə monopredikativ, lakin semantik 

cəhətdən elementar cümlə olmayıb, bir neçə prepozisiyanı ifadə edən cümlələrdir. Bu tip konstruksiyalarda 

komponentlərdən biri, daha dəqiqi, predikativ formada olan komponent  hadisə kimi reallaşır. Sadə cümlə 

daxilində predikativ olmayan və nominasiya kimi verilən propozisiya isə “hadisə”(yavleniye) adlandırılır. 

Predikativ nominalizasiyaya uyğun gələn propozisiya nominallaşmış “hadisə” (sobıtie) termini ilə 

adlandırılır. Bütöv cümlə formasına qarşı olan reduksiyaya uğramış konstruksiyalar da “hadisə-propozisiya” 

adı ilə qeydə alınır.  

 

Ədəbiyyat 



1. Вейнрейх У. О семантической структуре языка.—«Новое в лингвистке», V,Москва, 1970 

2. Черемисина М.И., Колосова Т.А. Очерки по теории сложного предложения. «Наука», Новосибирск, 1987 

3. Белошапкова В.А., Земская Е.А., Милославский И.Г., Панов М.В. Современный русский язык. «Высшая 

школа», Москва, 1981, 363 c. 

4. Шмелева Т.Б. Смысловая организация предложения и проблема модальности//Актуальные проблемы 

синтаксиса. Москва 1984, с.78-100 

 



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə