Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə57/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   53   54   55   56   57   58   59   60   ...   243

107 

 

yürəgimin key daşar (s. 134); Züleyxa döşəgə düşübən yatur (s. 88); Yusif aydur: diləgün oldur, varam (s. 



58) və s. 

Suli Fəqihin "Yusif və Züleyxa" məsnəvisinin morfoloji quruluşu öz rəngarəngliyi və zənginliyi ilə 

maraqlı xüsusiyyətlərə malikdir. Belə ki, abidənin dili müasir dövrlə səslənmələrlə yanaşı, fərqli cəhətlərə də 

malikdir:  

1) Xəbərlik şəkilçisi durur//dürür aktiv şəkildə müşahidə olunur: Yəqub aydur ki, bunlər 

kimlərdürür (s. 164); Malik aydur: –bu bənüm canımdurur, Könlüm içində həm canımdurur (s. 64); Bu 

qulumun on hünəri vardurur, ol hünərlər dəxi kimdə vardurur (s. 80); Qardaşum Yusifdurur xülqün 

sənün (s. 136); Bu zamanda ancılayın yoqdurur, Hüsni xülqi həm sana layiqdürür (s. 74) və s. 

2) Təsirlik hal şəkilçisinin -yı

 variantı geniş yayılmışdır: Züleyxayi həqq təala qurtarır, Ertə oluncaq 



pəri qızı gəlür (s. 78); Yəhudayı  çevrə-həlqə aldılər, Hər biri qəhqəhə edübgüldilər (s. 46); İbn Yəmin 

çuvalində  keyləyi, Gizləyübən Yusif qıldı hiyləyi (s. 140); Çıqarubən verdi ol vərəqəyi (s. 74); Aluban 

Züleyxayı getdilər (s. 75) və s. 

3) Cəm şəkilçisi ancaq bir variantda (-lər) işlənmişdir: Məlum oldı ki, nahaq işlərünüz, Gerü yəlan 

işlərə başlədünüz (s. 143); Qucuşubən ol qədər ağləşdilər, Şöylə ki, kəndulərindən keçdilər (s. 137); Həm 

səni qardaşlərinə ulaşdıran (s. 136) və s. 

4) Qəti gələcək zamanın -isər şəkilçisi ilə işlənməsi özünü göstərir: Bil bunu dinləyənlər böylə səvab, 

Bulisərdır  axirətdə bihesab (s. 96); Muştula ana kim, sultan olisər, Misr içində şahi-Kənan olisər  (s. 49); 

Qanda bənüm halalüm olisər,  Ey heyf ki, bənüm gülüm solisər (s. 76) və s. 

5) İndiki zaman şəkilçisinin ancaq dodaq variantı (-ur, -ür) işlənmişdir: Çıq, ya Yusif, kürsüyə, otur, – 

dedi, Bunun üstünə yaraşursən, – dedi (s. 113); Yusif andən durub gəlür, yəlvarur, Kəndünün nolacağın 

şol dəm bilür (s. 45); Qaçuban gəlür bir yerə sığınur (s. 45); Uş çələb səni quyudan qurtarur, Misr içində 

sənə sultanluq verur (s. 55) və s. 

6) Abidənin dilində birinci şəxsin cəmi -z şəkilçisi ilə işlənmişdir: Bizə düşməz ki, bunu öldürəvüz, 

Sinümüzü od ilə tolduravuz (s. 47); Əjdahalər gəlür isə tutəvüz, Parə-parə eyləyübən atavuz (s. 43); Bunlər 

aydur: – tasün dilin bilməzüz, Nə dedigündən xəbərdar olməzüz (s. 153) və s. 

7) Feilin əmr şəklinin birinci şəxsinin təki əksər hallarda -ayum, -əyüm,  cəmi isə -alum, -əlüm 

şəkilçiləri, ikinci şəxsinin təki isə -gil şəkilçisi ilə ifadə olunmuşdur: Ya Yusif , bən dəxi varub görəyim, Bir 

iki gün sənünlə turəyim (s. 170); Dedilər ki, atamıza varalum, Dört yanadən turuban yalvaralum (s. 41); 

Yusifi andə dilək eyləyəlüm, Yəlvarübən həm dəxi söyləyəlüm (s. 41); Həm Yusifün kömləgin çıqaralum, 

Həm varub bir oğlaq satun alalum (s. 43); Qızı aydur: – ya ata, bir dinləgil, Dinləyüb qoymə sözümi, 

anlagil (s. 74); Züleyxa aydır : – buna tədbir eyləgil (s. 89) və s. 

 8) Feilin vacib şəkli əksər hallarda -maq+gərək,  -mək+gərək, -sa+gərək, -sə+gərək forması ilə 

işlənmişdir: Qamu gələn dünyayə, getsə gərək, Cümlə ölüm şərbətin içsə gərək (s. 169); Dünya evinə gələn 

getsə gərək, Çarə verdi bana netsə gərək (s. 166); Yəqubə Yusifi gətürmək gərək, Tezrək bu işi bitürmək 

gərək (s. 172) və s. 

9) "Yusif və Züleyxa" məsnəvisinin dilində -ıcaq, -icək; -yu, -yü; -uban, -übən; -ubanu, -ibənü arxaik 

səciyyəli feili bağlama şəkilçiləri üstünlüyə malikdir: Eşidicək nərə uruban düşər, Fəhmü əqli dəxi başindən 

aşar (s. 136) ; yusifi bunlər göricək turdilər (s. 139); İbn Yəmin əqli gəlübən turur, İki qolin qaldurubanı 

varur (s. 137); Dinlənəydüm yatıbanı uyuyub (s. 87); Ağlayu-ağlayu həm Yusif gedər (s. 45); Bunu deyü 

ağliyə evə gəlür (s. 49); Sözünüz gerçək isə gətürəsiz, Neçə-neçə ağlayu  oturəsiz;  Oxşayu-oxşayu alə, 

gələsin (s. 130) və s. 

10) Məsnəvinin dilində maraqlı hadisə kimi məsdər şəkilçisindən sonra -lıq,  -lik şəkilçisinin 

işlənməsidir: Bunlər aydur: –  buğdayə gəldük yenə, Həm Sizi  görməkligə gəldük yenə (s. 140); Dünya 

bazarində sizi bir işə, Verdi kim kəhəl olmaqluq nişə (s. 42); Çünki on gün oldi görməklik yetər (s. 68) və s. 

Suli Fəqihin “Yusif və Züleyxa” məsnəvisinin lüğət quruluşunda olduğu kimi, uzun tarixi inkişaf 

prosesinin məhsulu olan fonetik və morfoloji xüsusiyyətlərin də səlişləşməsi, bəzi arxaik elementlərdən 

təmizlənmə və zənginləşmə baş vermişdir.  

 

Ədəbiyyat 



1.

 Hacıyeva Z. Suli Fəqih “Yusif və Züleyxa” (XIV əsr Azərbaycan yazılı abidəsi. Mətn və leksik oçerk). Bakı: 

“Maarif” nəşriyyatı,  1991   

2.

 Klassik Azərbaycan ədəbiyyatında işlənmiş ərəb və fars sözləri lüğəti. I cild. Bakı, 2005  



3.

 Suli F. Yusif və Züleyxa (İstanbul nüsxəsi: tərtibatçıları Sənan İbrahimov və Səbuhi İbrahimov). Bakı, 2008  

 



108 

 

İSMAYIL TEMİROĞLU  



Filologiya üzrə fəlsəfə doktoru, dosent  

Bakı Dövlət Universiteti  

 

MÜASİR AZƏRBAYCAN DİLİNİN LÜĞƏT TƏRKİBİNDƏ YENİLƏŞMƏ MEYİLLƏRİ 



 

Açar sözlər: cəmiyyət, dil, mətbuat dili, lüğət tərkibi, dil sistemi, inkişaf, neologizmlər 

 

The renewing inclinationsin the dictionarycomposition ofthe modern Azerbaijan language 



 

Connected with  the development of the science, technology, culture; the renewing process in the in the 

dictionary composition of the Azerbaijan language is observed in the last twenty years. Lexical richness, happening 

with the  hegemony of the press language, organizes the special layer(plast) in the modern Azerbaijan language. 

Key words: society, language, press language, dictionary composition, language system, development, 

neologisms 

 

Tarixi kateqoriya kimi insan toplumlarının yüksək inkişaf forması olan millətin formalaşması 



dövründə onun aparıcı atributu kimi dil xüsusi fəaliyyət statusu qazanır, yeni inkişafetmə imkanlarına malik 

olur. Ümumən cəmiyyətdə mədəni səviyyənin, elmin, texnikanın, təhsil sisteminin tərəqqisi dilin lüğət 

fondunun, qrammatik quruluşunun, funksional üslublar sisteminin də inkişafına dilxarici amil kimi ciddi 

impulslar verir, milli dilin sanki əl-qolu açılır, fəaliyyət dairəsi genişləndirilir. 

Bununla yanaşı dünya düzümündəki dəyişmələr, yeni dövlət tiplərinin yaranması, böyük dövlətlərin 

təzə ərazilərdə hökmranlığı, müxtəlif dillərdə danışan xalqlar arasındakı siyasi, hərbi, mədəni əlaqələrin 

intensiv formasının təşəkkülü yeni bir dil situasiyasının, dillər və dildə danışan insanlar arasında yeni 

münasibətlərin yaranmasına səbəb olur, milli dil və dövlət dili məfhumları bir-birindən fərqləndirilir. 

Müxtəlif dövlətlərdə yerləşdiyi ərazilərdən asılı olmayaraq Avropa dillərindən birinə dövlət dili statusu 

verilir, milli dillərin fəaliyyət dairələri daralır. Uzun müddət Hindistanda, Nigeriyada ingilis dili, Əlcəzairdə, 

Malidə, Qvineyada fransız dili, Sovetlər birliyində rus dili ayrı-ayrı milli dillər fövqündə dövlət dili 

funksiyası daşımışdır. Bəzi sənaye mərkəzlərində qarışıq (kreol) dillər meydana çıxmışdır: Cənubi Çin 

limanlarında «picin-ingilis», Polineziyada «bic-la-mar», fransızların afrikadakı müstəmləkələrində «pti-

neqr» və s. Müxtəlif dil areallarında başqa tendensiyalar da müşahidə olunur. Xalq dili əvvəlki əsrlərdən 

başlamış prosesi davam etdirərək yazılı ədəbi dilin elemntlərilə zənginləşməklə onu funksional cəhətdən 

üstələyir. Rus dili slavyan kilsə dilini, fransız dili latıncanı bir sıra türk dilləri ərəb və fars dilinin işlənmə 

sferaısını daraldır, milli dillərin müəyyən dialekt əsasında aydın seçilən konturları formalaşır. Beləliklə 

«milli dil», «ədəbi dil», «bədii ədəbiyyatın dili» anlayışları arasındakı yeni qarşılaşmalar, yeni sosial-

linqvistik münasibətlər meydana çıxır. Bu bölümün bir üzvü, tərkib hissəsi olan milli dil müəyyən tarixi 

inkişafın məhsulu kimi millətin meydana çıxması ilə şərtlənir.  Milli dil xalq dilinin vahid normaya malik 

olan bir formasıdır, ümumxalq dilidir. Dilin bu forması cilalanmış, nizama salınmış ədəbi (və ədəbi yazılı) 

dil statusundadır. Bu dil millətəqədərki köhnə ədəbi dildən qidalanmaqla yanaşı, onun fəaliyyətini 

məhdudlaşdırır. «Yeni dil»in yazılı və şifahi qolları bərabər inkişaf yoluna çıxır. 

Humboltun konsepsiyasında dilə fəaliyyət və sistem kimi yanaşma dilin tədqiqinə də zəruri  olaraq 

prosesual yöndən yanaşma tələb edir, təsadüfi deyildir ki, Humboltun dünyaya baxışı antistatik səciyyəlidir. 

Onun nəzəriyyəsində dil, fikir, ruh və s. hərəkət, fəaliyyət, inkişaf, proses kimi təqdim olunur. O, dünyaya 

fasiləsiz proses kimi baxır, onun üçün varlıq nəsə dəyişən, davam edən bir şeydir. Söz isə «hansısa bir artıq 

hazır substansiya kimi məlumat vermir və özündə yekunlaşmış, bitmiş məfhum daşımır, sadəcə müəyyən 

üsullarla məfhumun müstəqil əmələ gətirilməsinə təhrik edir. İnsanlar  şeylərin işarələrini dərk etdiyi və 

qaşılıqlı olaraq eyni bir mükəmməl məfhumun yaranmasına cəhd etdikləri üçün bir-birini anlamırlar. Onlar 

bir-birini ona görə anlayırlar ki, qarşılıqlı olaraq öz hisslərinin yaratdığı təsəvvürlər zəncirinin eyni bir 

həlqəsinə, daxili aləmlərində eyni bir məfhumlar sferasına toxunur, öz mənəvi aləmlərinin alətinin eyni bir 

dilinə toxunurlar, əvəzində hər birində müvafiq fəqət eyni olmayan məfhumlar ortaya çıxır». Dilin də məhz 

təfəkkürlə münasibətdə nisbi müstəqilliyi qabarıq şəkildə onda özünü göstərir ki, eyni bir təfəkkür məzmunu 

müxtəlif tipli dillərdə (eyni bir dildə də) ayrı-ayrı strukturlarda reallaşır. Buna görə də dil və təfəkkür 

kateqoriyalarını eyniləşdirmək olmaz. Bəzən dilçilikdə doğru olmayaraq dilin sintaktik tipindən çıxış edərək 

xalqın təfəkkürünün səciyyəsi və səviyyəsi barədə mülahizələr söyləyirlər. Lakin müxtəlif inkişaf 

səviyyəsinə malik olan dillərin müqayisəli təhlili sübut edir ki, təfəkkür dil münasibətində dilin 

tipologiyasının həlledici rolu yoxdur. 



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə