Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə65/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   61   62   63   64   65   66   67   68   ...   243

121 

 

GÜNEL RÜSTƏMZADƏ 



Bakı Dövlət Universiteti 

 

MÜASİR AZƏRBAYCAN DİLİNİN LÜĞƏT TƏRKİBİNİN ALINMALAR 



HESABINA ZƏNGİNLƏŞMƏSİ 

 

Açar sözlər: lüğət tərkibi, alınma sözlər, dil əlaqələri.  



 

Borrowings might be included into the language when the language is lack of word stock. These words are 

stabilized in the vocabulary of language after a while, and obtain kinship in language. Borrowings are considered the 

main sources to enrich the vocabulary of language. 

Key words: vocabulary stock, obtaining words, language communication. 

 

Yalnız öz milli sözlərindən ibarət olan saf bir dil yoxdur. Dünya xalqları arasındakı müxtəlif əlaqələr 



(ictimai-siyasi, mədəni-maarif, elmi-iqtisadi və s.) əlqələr öz təsirini dildə göstərir. Bu əlaqələrin nəticəsində 

bir dildən başqa dilə söz keçməsi üçün zəmin yaranır. Dillər arasındakı əlaqə və münasibətlər hələ qədim za-

manlardan, hətta ibtidai icma quruluşu dövründən başlayır. Şübhəsiz ki, həmin dövr-lərdə nisbətən bəsit olan 

bu proses getdikcə artmışdır. Ç.X.Bakayev göstərir ki, insan cəmiyyətinin inkişafı prosesində xalqlar və 

onların dilləri bir-biri ilə daim əlaqədə olur. Dünyada başqa xalqlardan tam təcrid olunmuş xalq təsəvvürə 

gətirmək çətin-dir. Müxtəlif mədəniyyətlərin qarşılıqlı əlaqələrinin sıxlaşması, ictimai həyatın sürəkliliyi 

Şərq və Qərb xalqlarının yaxınlaşmasına, ümumdünya mədəniyyətinin nailiyyətlərindən faydalanmaq 

imkanının yaranmasına gətirib çıxarır. Bunun nəticə-sində xalqlar, onların dilləri qaynayıb qarışmış, bir-

birinə qarşılıqlı təsir və sözalma prosesləri baş vermişdi.  

Xalqlar arasında mövcud olan əlaqələr daha çox ictimai səciyyə daşıyır. Hər hansı bir dilin müxtəlif 

qatlarının inkişafının müəyyən mərhələlərində baş verən bu və ya digər dəyişikliklər onun yalnız daxili 

inkişaf qanunları ilə məhdudlaşmır. Belə dəyişikliklərin müəyyən hissəsi onun bilavasitə ictimai-iqtisadi, 

siyasi-mədəni və s. əlaqədə olduğu qohum olmayan dillərin təsiri nəticəsində yaranır və dilin formalaş-ması, 

zənginləşməsi və inkişafında müəyyən rol oynayır. “Müasir dövrdə dillərin bir-birinə qarşılıqlı təsiri və 

alınmalar ictimai həyatda mühüm rol oynayır və hətta qəti şəkildə demək olar ki, qanunauyğun bir haldır”. 

[4, 261] Ən qədim dövrlərdən özünü göstərən bu proses millətlərarası əlaqələrin, ünsiyyət əlaqələrinin, 

qloballaş-manın daha da genişləndiyi və möhkəmləndiyi bir vaxtda daha da sürətlənmişdir. 

Yer üzündə elə bir dil yoxdur və elə bir dil təsəvvür etmək mümkün deyil ki, başqa dillərlə qarşılıqlı 

əlaqə və ünsiyyətdə olmasın. Qonşu xalqların qarşılıqlı münasibəti öz əksini bilavasitə dildə tapır. “Dillərin 

qarşılıqlı əlaqə və təsiri dedikdə birinci növbədə sözalma və yaxud sözvermə prosesi başa düşülür” . [4, 263] 

Dilə kənar dil elementlərinin təsiri dedikdə burada zorakı təsir deyil, dilin öz təbii inkişafı, tələbatı 

nəticəsində olan təsir başa düşülməlidir. Burada xüsusilə zərurət nəticəsində alınan sözlər daha çox nəzəri 

çəkir. Yeni anlayışları ifadə etmək üçün dilin öz daxili imkanları kifayət etmirsə, bu və ya digər anlayışı 

adlandırmaq üçün leksik vahid yoxdursa başqa dillərdən müvafiq anlayışı ifadə edən sözün alın-ması zəruri 

olur. Təsadüfi deyildir ki, müasir dövrdə beynəlxalq miqyasda çox zən-gin dil hesab edilən ingilis və rus 

dillərində kənar dil elementləri, alınmalar xüsusi lay təşkil edir və bu dillərin tədqiqatçıları həmin cəhəti dili 

zənginləşdirən, əlvan-laşdıran, ünsiyyət üçün daha yararlı edən hal kimi qiymətləndirirlər. 

Alınma sözlərin mənimsənilməsində sözü alan dilin spesifikası nəzərə alınmazsa, bu dilin fonetik və 

qrammatik normaları gözlənilməzsə, alınmış söz və-təndaşlıq hüququ qazana bilməyəcək və gec-tez dildən 

çıxacaqdır. Bu özü də göstərir ki, başqa dildən söz alınması mexaniki xarakter daşımır. 

Azərbaycan dili lüğət tərkibi, söz ehtiyatı baxımından dünyanın ən qədim dillərindən olub geniş və 

zəngin daxili imkanlara malikdir. Buna baxmayaraq bütün digər dillər kimi  Azərbaycan dili də iqtisadi-

siyasi əlaqələrdən kənarda qalmamış, dünyanın bir sıra yaxın və uzaq dilləri bilavasitə, yaxud dolayı yolla bu 

və ya digər dərəcədə Azərbaycan dilinə öz təsirini göstərmişdir. Bu münasibətlə S.Cəfərov yazır: “Dünyanın 

başqa xalqları kimi Azərbaycan xalqı da tarix boyu müxtəlif xalqlarla yaxın və uzaq bir şəkildə əlaqə və 

münasibətdə olduğundan həmin xalqların dillərindən Azərbaycan dilinə minlərcə söz keçmişdir. Bu proses 

dilin leksikasını zənginləşdirən əsas bir amil olaraq indinin özündə belə fəal bir surətdə davam etməkdədir” . 

H.Həsənov Azərbaycan dilinin lüğət tərkibindəki müxtəlif sistemli dillərə aid sözləri keçmə yoluna 

görə iki qismə ayırır: gəlmə sözlər, alınma sözlər. “Gəl-mə sözlər zorakılıq, məcburetmə yolu ilə dilin lüğət 

tərkibinə keçən sözlərdir... Azərbaycan xalqı həmin sözlərin mənasını dərk etmədən məcburiyyət qarşısında 

işlətməli olurdu... indi demək olar ki, bu sözlərin çoxu dilimizdən çıxmışdır.” [3, 117] Müəllif daha sonra 

qeyd edir: “ “Alınma” termini adı altında bir dilə xas olan fonetik, morfoloji, leksik və sintaktik ünsürlərin 




122 

 

başqa dilə keçməsi nəzərdə tutulur. ” [3, 117] Müəllif alınma sözləri belə qruplaşdırır: a) beynəlminəl sözlər; 



b) ümumişlək alınma sözlər; c) ekzotizmlər; ç) varvarizmlər. 

Beynəlminəl sözlər – Bir-biri ilə yaxın qohumluğu olmayan bir sıra dillərdə eyni və ya çox yaxın 

mənada mənada məlum olan sözlərin bir növü beynəlminəl sözlər adlanır.  Bu leksik qrupda hamı tərəfindən 

qəbul edilmiş ictimai və dəqiq elmlərə, mədəniyyət və incəsənət sahəsinə aid məfhumları ifadə edən 

terminlər birləşdirilir. 

Ümumişlək alınma sözlər – Bu tipli alınma sözlər Azərbaycan dilinin leksik sisteminə tamam keçə-

rək dilimizə xas olan qrammatik əlamətləri, leksik mənanı qəbul edərək müxtəlif üslublarda işlədilən, dilimi-

zin fonetik sisteminə uyğun olaraq səslənən, Azərbaycan hərfləri ilə yazılan, hamı tərəfindən dərk edilən 

sözlərdir. 

Ekzotizmlər – Mənasında bu və ya digər xalqın ictimai həyatının adət və məişətinin fərqli cəhətlərini, 

spesifik milli xüsusiyyətlərini ifadə edən sözlərdir. 

Varvarizmlər – Bu və ya digər xalqa aid olan əşyaları, hadisələri, adətləri təsvir etmək, yerli koloriti 

yaratmaq məqsədilə həmin dilin sözlərinin başqa bir dildə heç bir dəyişiklik edilmədən işlədilməsidir. [3, 

126]   


Alınma sözlər müəyyən tarixi faktorlar, məkan və zaman münasibəti ilə əlaqədar olaraq müxtəlif 

dillərdən dilimizə keçmişdir. S.Cəfərov belə sözləri öz tarixiliyi etibarilə Qafqaz dillərindən, ərəb, fars, rus 

dili və rus dili vasitəsilə başqa dillərdən keçən sözlər olmaqla 5 qrupa bölür. 

Bu proses müasir dövrümüzdə də davam edir. Dövlətimiz (eləcə də xalqımız) müstəqillik qazandıqdan 

sonra dilimizin inkişafı üçün də yeni üfüqlər açıldı, Belə ki, əvvəllər dünya mədəniyyətinə yolumuz rus dili 

vasitəsilə açılırdısa indi müstəqil Azərbaycan müxtəlif xalqlarla birbaşa münasibət qurur. İqtisadi, ictimai-

siyasi, elmi əlaqələrimiz sayəsində Azərbaycan dilinə dünyanın müxtəlif dillərindən (ingilis, alman, italyan, 

Türkiyə türkcəsi və s. ) yeni leksik-semantik vahidlər daxil olur. Belə vahidlər Azərbaycan dilinin lüğət 

tərkibini zənginləşdirən parlaq mənbə kimi diqqəti cəlb edir. Dilimizə keçən alınma sözləri funksiyalarına 

görə bir neçə qrupa ayırmaq olar: 1. Məişət əşyalarının adlarını bildirən alınma sözlər: şkaf, stol, stul, vaqon, 

lampa, abajur, bakal, çardaq və s. 2. Kənd təsərrüfatı və tikinti ilə əlaqədar olan alınma sözlər: traktor, 

kombayn, kran, asfalt və s. 3. İncəsənətə aid olan alınma sözlər: kino, serial, drijor, melodiya, fotoqraf, 

ballada və s. 4. Hərbi sahəyə aid olan alınma sözlər: kapitan, mayor, leytnant, pulemyot, tank, snayper və s. 

5. Kompyuter texnologiyalarına aid olan alınma sözlər: skayp, printer, java və s 

                                           

Ədəbiyyat 

1. Bayramova A. Leksik alınmaların dilin zənginləşməsində rolu, Bakı-2009 

2. Cəfərov S. Müasir Azərbaycan dili. Leksika. II hissə. Bakı-2007 

3. Həsənov H. Müasir Azərbaycan dilinin leksikası. Bakı-1988 

4. Xudiyev N. Azərbaycan ədəbi dili lüğət tərkibinin inkişafı. II cild. Bakı-2012   

 

 

HEYDƏR QULİYEV 



Filologiya üzrə fəlsəfə doktoru  

Azərbaycan Dövlət Aqrar Universiteti 

AİDƏ  İSMAYILOVA 

Azərbaycan Dövlət Aqrar Universiteti 

                                                                                                             

AZƏRBAYCAN VƏ İNGİLİS  DİLLƏRİNDƏ FEİLİN  

İCBAR NÖVÜ 

 

           Açar sözlər: feil, icbar növ, məchul növ, söz sırası, konstruksiyalar 



 

Сausative voice in English and Azerbaijani languages 

In English and Azerbaijani, the causative form is used when we don't do someting ourselves, instead we arrange 

for someone else to do it for us.The article is dedicated to reveal the difference and similarities of causative voice and 

its constructions in English and Azerbaijani languages.The formation and meaning of the causative voice and verbs are 

analysed in this paper in detail.It is very important to know the causative constructions in order to differenciate them 

from passive voice.  

 Keywords: verb, causative voice, passive voice, word order, constructions 

          

Feilin icbar növü iş və hərəkətin başqası tərəfindən icra edilməsini bildirir. Burada işi və hərəkəti 

şəxsin özü etmir, onun əmri, təkidi, icazəsi, xahişi və s. ilə başqası edir. Dünyanın bir çox dillərində feilin 

icbar növünü əmələ gətirən şəkilçilər yoxdur. Lakin belə dillərdə icbar növünü ifadə etmək üçün müxəlif 




Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə