Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə60/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   56   57   58   59   60   61   62   63   ...   243

111 

 

fonetik dəyişiklik edilərək olduğu kimi lüğət tərkibinə gətirilməsi çox təhlükəli haldır. Belə sözlərin 



dilimizdə qarşılığı olmadığı halda həmin anlayışlar kalka üsulu ilə tərcümə olunmalı, yaxud dilin daxili 

imkanlarından istifadə edib sintaktik yolla yeni sözlər yaradılmasına cəhd olunmalıdır. 

Müstəqilliyimizi qazandıqdan sonra Azərbaycan dilinin hərtərəfli inkişafı, zənginləşməsi, milliləşməsi 

üçün dövlət səviyyəsində beynəlxalq tələblərə cavab verən bütün hüquqi bazalar yaradılmışdır. Dilimizin 

dövlət dili və rəsmi dil kimi bütün fəaliyyət sahələrində başqa dillərlə bərabər hüquqda işlənməsi haqda 

qanunlar qəbul olunmuşdur. İndi bircə şey qalır: ana .dilini sevənlər – sıravi vətəndaşlar, ziyalılar, yazıçılar, 

qəzetçilər, dilçilər məsuliyyət hissini artırsın, işlətdiyi hər sözə şüurlu yanaşsın, dili ürəkdən sevsin. 

Müasir Azərbaycan dili lüğət tərkibinin ümumi mənzərəsi, müxtəlif leksik – semantik kateqoriya və 

qrupların kəmiyyət və keyfiyyətcə artım səviyyəsi ona dilimizin dünyanın durmadan tərəqqi edən elmi

mədəni, siyasi, texnoloji inkişafı ilə bərabər addımladığını təsdiqləyir, zəngin lüğət ehtiyatına, mükəmməl 

qrammatik quruluşa, sonsuz poetik ifadə gücünə malik olan Azərbaycan dili dünyanın inkişaf etmiş dillərilə 

bir sırada dayanır, müasir sivilizasiyanın mürəkkəb elmi-fəlsəfi anlayışları ilə yüklənmiş dərin məzmunları 

ifadə etmək gücündədir. 

 

 



GÜLBƏNİZ İSMAYILZADƏ 

Azərbaycan Dövlət İqtisad Universiteti 

 

MODAL  ƏDATLAR MODAL MƏNALARIN İFADƏSİNDƏ LEKSİK VASİTƏ KİMİ 



 

Açar sözlər:  tədqiqat, ədat, modallıq, leksik vasitə, dilçilik, modal ədatlar, cümlə, fikrə münasibət 

bildirmək 

 

Modality can be expressed with intonation and particles  too, not just with verb formations. In research of 



turcological linguistic, special modal particles get differentiated. Stimulative semantics of those particles are specially 

concerned. Research shows that compared to modal words, particles shows modal meanings with similar weak and 

neutral form. 

Key words: modality, research, particles, lexical way, linguistics, modal particles, sentence, reaction to thought  

 

Türk dillərinin bir-biri ilə münasibəti, onlar arasında olan dialektik əlaqə, bağlılıq təkcə modal sözlərlə 



deyil, həmçinin modallıq bildirən ədatlarla da öz ifadəsini tapır. Köməkçi adlar içərisində bağlayıcılar, 

qoşmalar, eləcə də nidalar modal sözlər və ədatlardan fərqli olaraq qrammatik münasibətləri ifadə edir. Bunu 

modal ədatlar haqqında demək olmaz. Modal ədatlar türk dillərində birinci növbədə leksik münasibətləri, 

leksik mənaları əhatə edir, daha sonra qrammatik funksiyaları yerinə yetirir. 

Tədqiqatın gedişi göstərir ki, həmin modal mənalar (təhrikedicilik və s.) türkmən dilində baka türk və 

qaqauz dillərində haydi, yakut dilində du, qaqauz, kumık və Azərbaycan dillərində ko\koy\qoy, Azərbaycan, 

başqırd, qaraçay-balkar, qaraqalpaq, türk, xakas dillərində s a n a\s i n a,  çuvaş dilində k a\ğ a və s. xüsusi 

ədatlarla öz ifadəsini tapa bilmişdir. 

Türk dillərinin cümlə strukturu elədir ki, həmin konstruksiyaları ədatsız da işlətmək mümkündür. Bu 

vaxt deyilən fikrə münasibət bir qədər aydın ifadə edilə bilməz. Amma, bununla belə, həmin cümləyə hansı 

bir ədat əlavə etsək, o zaman danışanın subyektiv münasibətini öyrənmiş olarıq: subyektiv münasibət həmin 

leksik vasitə ilə müxtəlif oriyentasiya nöqtəsinə yönələ bilir. Məsələn, türk dilində “yapacaqsınız?” 

cümləsindəki modallıq “yapacaqsınız mı?” cümləsindəki modallıqdan zəif və neytraldır. Eləcə də, bu dildə 

“Kim qeldi?” cümləsi ilə ”Aceba kim qeldi?” cümləsi arasında da modallıq cəhətdən fərq mövcuddur. 

İkincidə “aceba” ədatı modal mənanı xeyli gücləndirmişdi. Həmçinin, Azərbaycan dilində “Bu işi bir mən 

görməmişəm” cümləsi ilə “Bu işi bir mən ha görməmişəm?” cümlələrini modal məna bir-birindən 

fərqləndirir. Sonuncu cümlədə “ha” qüvvətləndirici ədatı modallığı yarada bilmişdir. 

Türk dillərində modallığı ifadə edən mi, ki ədatları bəzi hallarda bəlkə (Azərb.), belki (qaqauz), bəlki 

(türkmən),  və s. modal sözünün sinonimi kimi çıxış edərək konstruksiyaya ehtimal, güman mənasını verir. 

Fikrin baş tuta bilməyəcəyini çatdırmaq üçün birgə işlədilir. Məs: Sən deyirsənmi ki, quzuları oğurlayan 

Siracdır (S.Əhmədli) –Sən deyirsən bəlkə quzuları oğurlayan Siracdır. Birinci cümlədə olan “mi” və  “ki” 

ədatları ehtimal modallığını formalaşdırmış, daha doğrusu, ehtimal modallığı həmin ədatlarla ifadə 

olunmuşdur. Bu ədatların əvəzinə  “bəlkə” modal sözünü də işlətmək mümkündür. Bu zaman ədatlarla 

modal söz arasında sinonimlik meydana çıxır. Müasir türk dilində olan “Kıyamet mi koptu?”, “Ondan mı 

korktu?” cümləsində olan “mı” ədatını “belke” modal sözü ilə əvəz etmək mümkündür: “Kıyamet belke 

koptu”, “Ondan belke korktu”. Ehtimal mənası hər iki cümlədə adekvat şəkildə qorunub saxlanmışdır. 




112 

 

Ümumiyyətlə, mı ədatının təhrikedici modallığın təzahüründə ifadə imkanları genişdir. Məs.: “Dekabr 



ayi yetdi-mi, kiş başlandı” (qaraçay-balkar); “İnsan çalişti-mi, hər şeyi başarir”(türk); “Aklima bir şey 

kovdum-mu, mutlaka yaparim”(türk) və s. 

İmperativ modallıq təkçə modal sözlərlə deyil, eləcə də modal ədatlarla da ifadə olunur. İmperativ 

modallıqda vadaredici, sövqedici, təşviqedici, təhrikedici mənalar üstünlük təşkil edir. Həmin modallıq qeyd 

olunan xüsusi əlamətlərlə, məna incəliklərinə görə səciyyələnə bilir. Modallığın bu növü idrak (dərketmə) 

prosesinin məhsulu kimi meydana çıxır. 

Türk dillərində imperativ modallıq ifadə vasitələrinə görə iki qrupa bölünür: leksik və qrammatik. 

İmperativ modallıq leksik vasitələrlə ifadə olunur. Məs.: “Demə” imperativ formasını  “sus”  leksik 

ekvivalenti ilə əvəz etmək olur. 

Türk dillərində modal ədatların başlıca xüsusiyyəti özünəməxsus ifadə imkanlarının az olmasıdır. 

Həmin cəhətinə görə modal ədatlar modal sözlərdən fərqlənir. 

Modal ədatların türk dillərində özünəməxsus, ”xüsusi’’ leksik mənaları vardır. Məsələn, bu dillərdə 

“bir’’ sözü həmin “xüsusi’’ mənanı ehtiva edir. ”Xüsusi’’ məna kontekstdə modallığı qabarıqlaşdırır. 

Məsələn, müqayisə edək: Mən deyəni alsaydın, səni çox istərdim - Bir mən deyəni alsaydın, səni çox 

istərdim. (Azərb); Birinde beni dövdi, dövdi... Bir ay yataktan kalkamadım – Birinde beni bir dövdü, bir 

dövdi... Bir ay yataktan kalkamadım (Y.Kemal.”İnce Memed”).Beni bulursa... Allah var demez – Memed: 

Bir beni bulursa...Allah var demez.” Bir ədatı həmin dillərdə xüsusi leksik mənanı gerçəkləşdirir. 

Tədqiqat göstərir ki, bir sıra ədatlar türk dillərində modal mənaların ifadəsində leksik vasitə kimi çıxış 

edir. Bunları aşağıdakı kimi qruplaşdırmaq olar: 

1.  Qüvvətləndirici modallıq. Modallığın bu növü türk dilində “ama’’(amma), ”bile’’, ”bir”, ”bire”, 

”bre”, ”hatta”, ”hay”, ”hele”, ”ki”, ”ya”, ”haydi” və s. Azərbaycan dilində “amma’’, ”hətta”, ”ki”, ”lap” və 

s.; qaqauz dilində “ko”, ”xadi”, ”xa”, ”xela”, ”dit”, ”ya” və s. qüvvətləndirici ədatlarla (leksik vasitə) ifadə 

olunur. 

Bila ədatı qaqauz dilində qüvvətləndirici modallığı ifadə edir. Xep onnarlan bila bulunurdu jandarların 

baş yardımjıları - qaardizlər (N.Baboqlu); Vani çıktıynan şkoladan etişti yolda Todijiy da ikisi bila qidardılar 

onnara  (N.Baboqlu). 

Hətta/hatta ədatı Azərbaycan dilində: Hətta torpaq qazmanın üstündə belə ot cücərmişdi (İ.Şıxlı); 

Hatta babam da konuşdu (danışıq dilində). 

Ko\qoy ədatı. Qaqauz dilində: Ko başlasın kendina ekmek kazanmaa...(N.Baboqlu), Ko kazmada 

kalsın, - dardi aklınja Delaoltu (N.Baboqlu), Ko taa biraz buu da xepsini san da annayjan (N.Baboqlu); 

Azərbaycan dilində: -Qoy, mən düşüm, sənin də səhəngini doldurum (İ.Şıxlı). 

Xa ədatı. Qaqauz dilində: Nain da doyun, sizi qidi axmaklarını xa-a! (N.Baboqlu). 

2.  Məhdudlaşdırıcı modallıq. Modallığın bu növü türk dilində ‘’ancak’’, ’’sade’’, ’’sirf’’, ’’salt’’, 

’’yalniz’’ və s. məhdudlaşdırıcı ədatlarla ifadə olunur. 

Ancaq/ancak ədatı ilə ifadə olunan modallıq. Azərbaycan dilində: Ancaq artıq gec idi. Ancaq o da 

yazıqdı (İ.Şıxlı). 

Yalnız  ədatı ilə ifadə olunan modallıq: Yalnız bu zaman qonaq dönüb Zərnigara baxdı.Yalnız kiçik 

qızı qızın üstünə acıqlandı (İ.Şıxlı). 

Sade  ədatı qaqauz dilində məhdudlaşdırıcı modallığı ifadə edir: Sade o etişmeer, bir olmaz iş için 

olulerdan para da almaa (N.Baboqlu). 

Ama/amma ədatı əksər türk dillərində məhdudlaşdırıcı modallığı ifadə edir. Məs:Qaqauz dilində ama 

olsa xorujulara dein toplayasın!(N.Baboqlu); Ama neredan almaa, açan xiç yokluktan çıkameerun. 

(N.Babaoqlu).  Azərbaycan dilində: Amma mən deyəni etmədin (danışıq dilində). 

3.Təsdiq modallığı. Modallığın bu növü subyektiv modallığın mahiyyətini aydınlaşdırır. Təsdiq 

modallığı türk dilində ‘’evet’’, ’’gerçekten’’, ’’şübhesiz’’, ’’hakikatan’’, ’’tabii’’, ’’mutlaka’’, ’’muhakkak’’, 

’’vallahi’’, ’’tamamiyla’’, ’’iyi”, ’’tamam’’, ’’hay hay’’, ’’peki-pekiyi’’, ’’pekala-pek ala’’, ’’beli’’ və s. 

Azərbaycan dilində ’’bəli’’, ’’hə’’, ’’xeyir’’ və s. qaqauz dilində ‘’da’’, ’’ola’’ və s. təsdiq ədatlarla ifadə 

olunur. 


Azərbaycan dilində təsdiq modallığı dialoji nitq şəraitində reallaşır. Məs:-Deyəsən hava aydınlaşır? - 

Hə.  O, bizə gəlmişdi? - Hə. (İ.Şıxlı). 

Qaqauz dilində təsdiq modallığının ifadəsində ”d a’’ ədatı aparıcı mövqe tutur. Məs: Da sormuş 

karılar, nasıl salqın bu, ne kabaatı kuçuk uşakların da allaa onnarı sade topleer? (N.Baboqlu). 

Ola ədatı qaqauz dilində təsdiq modallığını ifadə edir. Məs:- Ola, qelin, deyjan, ne zaamet, ama 

xepsimiz etiştirameeriz buula qozal çiçeklik, ama janabinnerinizda xojma var (N.Baboqlu). Ola dardi 

ufkesinda Delaoltu ‘’adam uşaklarına’’(N.Baboqlu). 



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə