Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə56/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   52   53   54   55   56   57   58   59   ...   243

105 

 

dəyişməsi işlədilməsinin müxtəlif aspektlərini əhatə edir. Dilimizdə işlənən ingilis sözləri semantik sistemə 



daxil olur,müstəqil dəqiq mənalar qazanır. İngilis mənşəli sözlərin dilimizdə işlənərkən ilk növbədə mə”na 

seçimi faktı əsas götürülür. Əcnəbi sözlər dilimizin leksik semantik sisteminin tələblərinə müvafiq olaraq 

dəyişikliyə uğrayır. 

Dilimizdə semantik strukturunu genişləndirən ingilis mənşəli <> sözü də Azərbaycan musiqi 

terminologiyasında << komik operalar, musiqi nömrələrində oxunan satirik mahnılar>>  mə”nasında deyil, 

hal-hazırda tamamilə fərqli mə”nalarda işlənməyə başlayır: 1) caz elementləri ilə sosial-tənqidi məzmunlu 

mahnıların xüsusi növü; 2) Ən dəbdə olan və populyar mahnıların cazla muşaiyət olunması. 

Başqa bir ingilis mənşəli menager-menecer sözü 2 mə”na daşıyır: 1) Təsərrüfatda, idarəetmədə işləyən 

mütəxəsis; 2) peşəkar idmanda idmançıların məşq və yarışını təşkil edən şəxs. “ Menecer” sözünü 

Azərbaycan dilinin izahında rus dilindən gəlmə əlavə mənaları təkrar olunur: 

1)

 Şirkətlərin, bankların, maliyyə idarələrinin, onların struktur bölmələrinin rəhbər heyəti; 



2)

 Emissiyaların və borc istiqrazların kapital bazarında yerləşdirilməsini həyata keçirən rəhbər qrupun 

iştirakçıları. 

Ədəbiyyat 

1.

  Azərbaycan dilinin izahlı lüğətləri. 1, 2, 3, 4 cildlər. 1969 – 1987 – ci illər 



2.

  Nadir Məmmədli:  Alınma terminlər - 1997. “ Elm”  nəşriyyatı. 

3.

  Aslanov A.Ə. Azərbaycan ədəbi dilinin lüğət tərkibində dəyişikliklər. 



 

 

İSLAM VƏLİYEV  



Filologiya üzrə fəlsəfə doktoru, dosent  

Bakı Dövlət Universiteti  

 

SULİ FƏQİHİN “YUSİF VƏ ZÜLEYXA” MƏSNƏVİSİNİN DİLİNDƏ BƏZİ FONETİK-



MORFOLOJİ ARXAİZMLƏR 

 

Açar sözlər: S.Fəqih, Yusif və Züleyxa, tarixi inkişaf, Azərbaycan ədəbi dili, qrammatik quruluş, 



fərqlər  

 

Some phonetic and morphological arkhaisms in the lnaguge of the poem of “Yusif and 



Zuleikha” by Suli Fagih  

 

Suli Fagih’s couplet “Yusif and Zuleikha” takes an important place in the historical development of the 



Azerbaijani language in the XIII-XIV centuries. There are some phonetic distinctions in Suli Fagih’s language that are 

due to the following fact: the poem was written as the first monument in the native language (compare: O bənüm gözüm 

nuru, canım bənüm – She is the light of my eyes, she is my sweat heart; Şol quyudan bizə savuq su gətir – Bring us the 

cold water from the left well; Dörd yanadan turuban yalvaralum – We are standing on the four sides and beg you). The 

morphological structure of this written monument is very rich and varied (such suffixes as -isar, -ayım, -alum, -vuz, -

yü, -uban, -icek and others are very active). When comparing this poem’s morphological peculiarities with the old 

Azerbaijani language one can see that there are no serious distinctions between them. 

Key words:  Suli Fagih, “Yusif and Zuleikha”, historical development, Azerbaijani literary language, 

grammatical structure, distinctions  

 

Suli Fəqihin “Yusif və Züleyxa” məsnəvisinin fonetik-morfoloji xüsusiyyətlərinin müasir dilimizlə 



müqayisədə araşdırılması Azərbaycan dilinin tarixini, onun təkamül və ilkin vəziyyətini izləmək baxımından 

mühüm əhəmiyyət daşıyır.  

Klassik ənənələrin davamı kimi qələmə alınmış, mövzuya yanaşma tərzi baxımından orijinal olan 

S.Fəqihin “Yusif və Zülyexa”  poemasının tədqiqi Azərbaycan yazılı ədəbi dilinin ilkin inkişafı və təşəkkülü, 

XIII-XIV əsərlərin dil mənzərəsini araşdırmaq baxımından  maraq doğurur, dilin müxtəlif yarusları – leksik, 

fonetik və qrammatik xüsusiyyətləri haqqında müəyyən təsəvvür yaradır. Bədii dəyəri, mükəmməlliyi ilə 

digər “Yusif və Züleyxa” məsnəvilərindən fərqlənən, 4800 beytdən ibarət olan Suli Fəqihin yazdığı “Yusif 

və Züleyxa” poemasının üzü XVI əsrdə ağ rəngli, filiqranlı kağıza, hərəkəli, narın nəstəliq xətti ilə naməlum 

katib tərəfindən köçürülmüşdür. Məsnəvinin digər əlyazmasının 203 səhifədən ibarət olan mətni isə qara, 

sərlövhələri qırmızı mürəkkəblə, nəstəliq xətt ilə ağ rəngli, filiqranlı, Avropa kağızına hicri 1255-ci, miladi 

1839//1840-cı ildə Hafiz Məhəmmədəli  tərəfindən Qarsda köçürülmüşdür. Həmin nüsxə mütəxəssislər 

tərəfindən Qars nüsxəsi adlandırılmışdır (1, s. 4). Şairin irsini araşdırmış iranlı alim Xəyyampur əsərə yüksək 




106 

 

qiymət verərək yazmışdır: “Sulinin poeması türkdilli poeziyada yaradılmış ən sanballı “Yusif və 



Züleyxa”dır” (3, s. 3).   

Poemanın müəllifi, onun şəxsiyyəti, məsnəvinin yazıldığı tarix və məkan haqqında heç bir tutarlı fakt 

yoxdur. Müəllif məsnəvinin bir neçə yerində özünü Fəqih, bəzən də Fəqi kimi təqdim edir. Suli Fəqih 

haqqında çox məhdud bilgini yalnız müəllifin əsərindən almaq mümkündür: Səbr idərsən sən dəxi, Suli 

Fəqih (فق

 صول ), Övliyalar irdiginə irəsən; Suli Fəqi, (فق  صول ) dəxi eşigindən anun, Hiç üşənməz 

daima bülbüldürür, Söylə Fəqi, sən dəxi sığın həqqə, Andən özgə kim ola sana baqa və s.  Məsnəvinin 

özündən bəlli olur ki, Suli Fəqih xalqın milli təfəkkürünə, adət-ənənələrinə yaxından bələd olan sənətkar 

olmuşdur. Şairin təxəllüsü “başa düşmək”, “bilmək” mənasına uyğun gələn ərəb mənşəli “fəqih” sözündən  

(“fəqih” müsəlman hüququnun bilicisi, fiqh alimi, dini təlimə rəhbərlik etmək hüququna malik şəxs sayılırdı) 

götürülmüşdür (3, s. 190).  S.İbrahimov “Fəqih” sözünü ad, Suli sözünü isə təxəllüs kimi - şairin doğulduğu 

yer kimi göstərmişdir. O yazır: “Şairin adındakı “Fəqih” sözü elə bir mübahisə doğurmur. İslam 

dünyasındakı şəriət qanunları ilə məşğul olanlara həmişə fəqih demişlər... Fəqih şəriət hüquqşünası demək-

dir.; ...poemada şair sənəti barədə heç bir məlumat vermir və Fəqih sözünü də ad kimi işlədir” (3, s. 3).  

Suli Fəqihin “Yusif və Züleyxa” məsnəvisinin müasir Azərbaycan dili ilə müqayisə etdikdə bəzi 

fonetik fərqlərin mövcudluğu poemanın ilk anadilli abidələrindən biri kimi dilimizin təşəkkül dövründə 

yazıya alınması ilə bağlıdır. Məsnəvinin dilində müşahidə olunan fonetik fərqlərə müraciət edək: 

 1) Abidənin dilində bir sıra sözlər o  hərfi ilə deyil, a  hərfi ilə yazılmışdır: Sultan ol pəri qızı ilə 

avunur, Öpər, qucar, anunla sevinur; Əl avcilə hər biri timar edür; Əcəl irub sultani alu gedür; Hər həftədə 

anı bir höz div dutar, Çoq istədük ana dərman bulmadıq (s. 73); Tutubən yaqasını eylədi çak, Əli ilə başına 

savurdu xak (s. 146). və s. 

 2) Müasir dilimizdə m  samiti ilə tələffüz olunan sözlər bir sıra hallarda b  samiti ilə işlənmişdir: 

Züleyxa aydur ki, bir sanduq düz bana, Daxi nə dersən, verəyim bən sana (s. 99); Yusif aydur: – ya bənüm 

bu kömləgüm, Kim götürə Yəqubə, atam bənüm (s. 157); Bizə bunun kibi  təamlar həram, Nəbi təami 

degildür bu təam (s. 165); Ol şəkkər söznü söylə sən bizə, Tuti kibi söyləyüb dinlət bizə (s. 40) və s.  

3) Abidənin dilində t-d  və d-t əvəzlənməsi hadisəsinə tez-tez təsadüf olunur: Eşid  indi Yusifin 

əsrarini,  Yusifun qardaşlarının sözini (s. 42); Gerü gələvüz, deyəvüz qurt yedi, Qafil olduq, heç kimsənə 

tuymədi (s. 43); Hüsnlə donlərün gətürüb geydürür, Bir taş üstində anı oturtdurur (s. 48); Ol oğlan gerçək 

danuqluq verə, Bənüm içün sizə toğruluq verə (s. 95); Sərayə layiq içində toğmuş ay (s. 91).  

4) Söz əvvəlində  ı və ğ hərfləri işlənir: Çünki qırq yıl gəlübən olur təmam, Yəqub aydur ki, yusifə, ya 

ğulam (s. 166) ; Oquyanı, dinləyəni, yazəni, Rəhmətilə yarlığagil, ya ğəni (s. 173); Züleyxanın cehizin 

sultan görür, Barmağın ısırubən heyran olur (s. 75); Barmağın ısırur sultan görəcək (s. 84); Eşqün o dilə 

ğayət yaqdun bəni (s. 86).  

5) Digər abidələrdən fərqli olaraq Suli Fəqihin "Yusif və Züleyxa" poemasının dilində söz kökündə 

geminat səslərə daha çox rast gəlinir: Balu şəkkərdür həm yedikləri, Ağ ətləs sanmağıl geydükləri (s. 165); 

Turur ikən çıqa gəldi bir qoca, Ağ saqqallu qəddi var yəvlaq uca (s. 48); Səkkizinci doqrudur, xain degil, 

Toquzunci dilənür, xain degil (s. 80); yusif aydur: – bən ğammazluq  etməzəm, dünyadə bu ad ilə bən 

getməzəm (s. 83); Bən on toqquz keçməz ağca verürəm, sizdən bunu payinizlə aluram (s. 58) və s. 

6) Abidənin dilində q-x əvəzlənməsi üstünlük təşkil edir: Yazılarda varalum oq  atalum, ol çəmənlər 

üstünə həm yayalum (s. 41); Uşbu yaqında bənüm duşum olur, Duş içində bir əcayib iş olur (s. 41); Çünki 

qırq  yıl gəlübən olur təmam (s. 166);  Yuqu  gəlməz gözünə giryan edər (s. 167); Dinə oqu xəlqi, döşür 

ləşkəri (s. 169) Ana qırq mərmər dirək eyləyələr, Cəhan xəlqi həmanı söyləyələr (s. 89); Züleyxa aydur: 

Tanrı bəni saqladı (s. 122); Dedi kim, bunda yeyicək yoqdurur (s. 123).  

7) Söz əvvəlində bəzi hallarda v  samiti işlənməmişdir: Malik Rəbban həm bir gün gəlür, Yusifin 

önündə yüz yerə urur (s. 165); Arəm andə qorquban turdi, gəlür, Yəqub önündə yuzin yerə urur (s. 166); 

Ah edübən çağırıb nərə urur (s. 123) və s.  

8) Sağır nun hərfi məsnəvinin dilində işləkliyi ilə seçilir: Hər birimiz pəhlivaŋuz, pəhlivan, Padşahlər 

bizdən istərlər aman (s. 56); Taŋrı xod ana inayət eylədi, Anuŋ işin görklü ğayət eylədi (s. 52); Ol müəbbir 

aydur: necədür duşuŋ?  Eşüŋ olsun, taŋrı  olsun  yoldaşuŋ  (s. 53); Züleyxa aydur: –görklü tədbir eyləduŋ, 

Sən bu sözi böylə eyü söylədüŋ (s. 89); Sana nə oldı ki, ağladuŋ, bu dəm (s. 123);  Yusifüŋ əmri ilə vəzir 

turur (s. 124); Baŋa söyləŋ, gizləməŋ, əhvalıŋız (s. 125).   

9) Abidənin dilində b-p əvəzlənməsi hadisəsi sə özünü göstərir:  Zira dünya görüpdür: gələn keçər, 

Can quşi cümlə həvalərdə uçar (s.108) 

10) Məsnəvinin dilində ən çox yayılan fonetik hadisə y-g əvəzlənməsidir: Züleyxa xəstə olub döşəgə 

düşər, Eşq odundan yenə ürəgi  bişər (s. 87); Əməgüz  siz, yerə sərf etmənüz, Gögdən yerə qətrə yağmur 

enməyə (s. 114); Züleyxa ağlar, gerü evinə gəlür, Əlləri ilə başına dögər, turur (s. 118); Anı görəndə 




Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə