Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə52/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   48   49   50   51   52   53   54   55   ...   243

97 

 

etnopsixolinqvistik faktor kimi  özünü əks etdirir. Elə dialektlərimizdəki səs əvəzlənmələrini buna bariz 



nümunə kimi göstərmək olar. 

Bir kök samitli sözlər dilimizdə azlıq təşkil edir. Xüsusən leksik mənası olan sait+ samit tip sözlərin 

sayı 57,samit+sait quruluşunda 7,ümumilikdə isə  64 söz  var. 

Dillər qısa və uzun tərkibli sözlərə, yəni  söz uzunluğuna görə də fərqlidir. Məsələn, bir sıra Afrika 

dillərində  sözdə bir-iki səs kifayətedicidirsə, Çin, türk dillərində əsasən üç səsli sözlərə üstünlük verilir, rus 

dilində altı səsli söz ,alman,irland dillərində isə daha uzun tərkibli sadə quruluşlu sözlər normal hesab olunur. 

Türk dilləri, o cümlədən Azərbaycan dilində sadə söz  nə qədər qısa olsa da, onu şəkilçilər vasitəsilə  

genişləndirmək olar və belə söz başqa dilə çevriləndə xeyli söz işlənməlidir: 

İnternasional-laş-dır-dıq-lar-ınız-dan-dır-lar-mı? 

maliyyə-ləş-dir-dik-lər-iniz-dən-dir-lər-sə 

Başqa dilə tərcümə edilərsə, leksik imkanlardan istifadə edən dildə uzun bir cümlə alınar. 

Sözün quruluşca aldadıcı tərəfləri ola bilər: zahirən fər-li – fər-siz sözləri quruluşca düzəltmə kimi  

görünsələr də, kök hissə heç bir məna vermədiyindən onları sadə söz kimi qəbul edirik. 

Adətən insanlar normal danışmaq məqsədilə samitlərlə saitlərin kombinatorikasından istifadə edirlər. 

Lakin  ərəb, erməni,xorvat, çexlər samitlərə üstünlük verən xalqlar sıraslndadır. 

Ərəblər az qala kətəbə (yazmaq, yazdı) kəlməsini KTB,  dərəsəni  (öyrənmək, öyrəndi) isə DRS  

kimi,ermənilər əslən ərəb sözü olan MəXaRiCi (rusca MaQaRıÇ-hədiyyə) kişi adı olan MKRTıÇ  və ya 

XZBZoTS (cızmaq),  xorvatlar ölüm mənasında olan sözü SMRT  (rus dilində SMeRT`) deyə işlətdiyi 

halda, çexlərdə nəinki bir söz – SMRÇKa (soyaddır), hətta bütöv cümlə samitlərdən ibarət ola bilər: 

STRÇ PRST SKRZ KRK. – Barmağı boğazın içinə sal. (Adətən burun-boğaz həkimi xəstəyə belə 

deyir). 

Maraqlıdır ki, normal insan  ömrü çex və ruslarda alın yazısı kimi verilən çelovek – insan sözündə 

aşkarlanır: çelo(alın) + vek (əsr) = (alnına bir əsr yazılmış mənasında başa düşülür). 

Bəzən müxtəlifsistemli dillərdə mənaca şaxələnmə nəticəsində qəribə bağlılıq yaranır:  HeN (ing - 

toyuq) – HiN (toyuqların qaldığı yer); əLiL – iLL   (ing. – xəstə). 

Sözlər zəmanənin hökmü ilə öz mənasının keyfiyyətini dəyişə bilər: 

Qədim Romanın pul vahidi talant olub. Maddi cəhətdən zəngin olanlar talantlı (pullu) hesab olunduğu 

halda, bizim dövrdə  mənəvi, yaradıcılıq baxımından  zəngin olanlara talantlı, istedadlı deyirlər. 

Tarixin vurduğu amansız yaralar  xalqın mənəviyyat payı olan dildə də əksini tapır. Vicdan, qeyrət, 

intiqam, vətən kimi türk mənəviyyatının  mahiyyətinə uyğun sözlər ad, soyadlarımız kimi ərəblərin at 

oynadan vaxtında dəyişdirilib və həmin sözlər unudulub. 

Hazırda türk dilində işlənməyən əsl türk sözləri başqa dillərdə,xüsusən rus dilində qalmaqdadır: 

Kolbasa – kol+basa (köçəri türklər qiyməni təmizlənmiş heyvan bağırsağına qolları ilə basıb 

sıxırlarmış və belə yemək tədarükü yol adamı üçün çox əlverişli olub). 

Karandaş = kara+daş (Bu söz əsl türk sözü olsa da, onu biz rus dili vasitəsilə gələn alınma söz kimi 

qəbul edirik). 

Tovariş – davar+eş  (mal dostu = malda şərik. Türklərdən qoyun-quzu, inək   almaq istərkən onların 

qiymətini xəbər alanda çox zaman  satan ”davar  eşimindir” deyə  qonşuluqdakı satıcı dostuna işarə etdiyinə 

görə  bu sözü slavyanlar yoldaş anlamında qəbul etmişlər). 

Bəzən qohum dillərdə belə, leksik əksliklərlə üzləşilir. Bir sıra türk dili ilə formaca eyni, amma 

mənaca fərqli sözlər buna misaldır: 

Türklər  kız kardeşim dedikdə çoxlarımızı gülmək tutsa da, onların anlayışı daha düzgün çıxır: 

karındaeş – kardeş (qədeş –Bakı) –qardaş – kız  kardeş. Türk  ana  qarnında bir-birinə  eş-dost  yaranmış 

övladların hansı cinsdə olmasını dəqiqliklə bildirir.   Eş elementi  formaca sadə, əslində mürəkkəb tərkibli 

sözlərin tərkibində mövcuddur: yoldaş = yol-da- eş, sirdaş= sir-də - eş, sağdış – sağ-da- eş, soldış = sol-da-

eş, arxadaş= arxa-da-eş və s. 

Səsləniş  və semantik cəhətdən yaxın olan “eşq”  sözü “əşəqə” adlı sarmaşığın adından götürülüb. Bu  

sarmasıq  gülün dibində bitir və ona boğacaqmış, zədələyəcəkmiş kimi sarılır. Amma müəyyən müddətdən 

sonra  günəşin ən isti vaxtında  bütün bitkilərlə birlikdə bu sarmaşıq da yanıb-solur. Əslində isə gülə əzab 

verən kimi görünən sarmaşıq onun həyatını xilas edir. 

kızmak – qızışmaq (Bəzən Azərbaycan tükcəsində də həmin məna özünü göstərir: gözü qızmaq); 

düşmek – enmək (bəzən gözdən düşmək  yuxarı başdan aşağıya enmək mənasını verir); çalmak –  

oğurlamaq  (bəzən  həmin mənada çalıb-çapmaq işlədirik); çabuk – tez, cəld, sürətlə  (bu söz gizli mənasına 

görə çevik  ilə səsləşir: “Bir az çevik ol, çevik tərpən”); sümük – burun  iltihabı – flrtdıq; çöpçü  – zibilçi 




98 

 

(Azərbaycanda  ağız-buruna üfürüb - sovurma  ilə boğaz oyuqlarından çör-çöp çıxaran ara həkimi ); kıç – 



bədənin arxası  (qıç). 

Elə tip söslər var  ki,onların içində iki nüxtəlif xalq üçün leksik material gizlənir: 

KəNDöZ(türk.) – KəNDi + öZ 

NoSoK  - SoCK (ing.) – corab 

DəMiR – iRon (yunan; ing. – dəmir;ütü) 

ÇiYəLəK – ÇiLeK (türk) 

BöCəK – JuK   (rus)               (C = dJ ) 

BüTüN – TüM (türk)              (N – M - spontan əvəzlənmə ) 

BəDəN – TəN   (fars)              (D – T ) 

ViNoQRaD (rus. - üzüm)  - ViNo (rus- çaxır) + GRaPe (ing.- üzüm) 

eŞŞəK – eŞ + ŞəK 

Eşşək çox ehtiyatlı, hər səsə həssas olduğu üçün qulaqlarını şəkləyir və xalq arasında o, sahibini ayıq 

salan ,bir növ,qulağı şək(də) olan eş - dost kimi tanıyır. Təsadüfi deyil ki,ABŞ demokratlarının bayrağını da 

bu dözümlü, zəhmətsevər heyvanın rəsmi bəzəyir. 

Maraqlıdır ki, türklər bu sözə daha həssalıqla yanaşaraq, həyat yoldaşlarına eş deyirlər.  Hətta 

“Aygün”  jurnalının əməkdaşl  türk qızından soruşub ki, onun həyatında ən gözəl kompliment nə olub?  O: – 

Eşşək gözlü kız. 

Həqiqətən də,  heyvanlar arasında ən gözəl gözlər eşşəyə məxsusdur. 

Şərq dünyasının bir parçası olan Azərbaycanda nəyinsə böyük ölçüdə olduğunu göstərmək istədikdə, 

onu eşşək, dəvə və ya fillə müqayisə edirlər: 

Eşşək boyda kitab; Eşşək boyda boyu var... Qarpız (arbuz /rus./) sözünün etimoloji əsasına baxdıqda  

bu fikir təsdiqlənər: 

qar =xər (fars.) –eşşək+ buze (orta fars.) – xiyar. Mənası eşşək boyda xiyar çıxır. 

Ona görə ki Orta Asiyadakı kimi İranda da bir qisim qarpızlar xiyar  kimi uzunsov olurlar. 

Birəni  dəvə etmək (türk);Dəvədən  böyük  fil var;  “Allah dəvəyə qanad versə idi,üçmamış dam 

qalmazdı” (atalar sözü); - Sən bu işi nə vaxt edəcəksən? - Dəvənin quyruğu yerə dəyəndə (danışıqdan); -Mən 

bu gün on aldım.-Yox,dəvə (danışıqdan). 

Milçəkdən fil düzəltmək =Делать из мухи слона (rus.); Qarışqadan fil eləmə. 

Yeyib, kökəlib,olub fil (danışıqdan). 

Dildə eliziya nəticəsində  sözlər tanınmaz hala düşə bilər: 

MeYiT(ərəb.) – MeaT (ing. – əT (meyit); eaT (ing.– yemək) = əT 

Qədim insanların əsas bişmiş qidası ov zamanı öldürdükləri heyvan meyitləri , onların əti olmuşdur. 

LeoN =LeV – Leo 

uYKu (türk) –YuXu –- uY/u/(maq) – u(xələc.-yuxuya getmək, yatmaq) 

LeJat` – Lie (ing) – (yatağa, yerinə) uzanmaq 

MaY – Me (fars) 

BıT`(rus.)  – Be (ing.) – olmaq 

tSiFRa(rus.) – SıFıR – ZeRo(ing.) 

oDiN (rus.) –oNe  (ing.)  – bir 

DVa (rus.)/TWo (ing.) –  Duo (latın.) – Do (fars)  –  iki 

TRi (rus.) –ThRee (ing.) – Se (fars) –  üç 

TeN (ing.) – oN 

KüLl (ərəb.)– KoLl(ibri.) – aLl (ing.) – bütün 

TeBya (rus.) – Te (latın) – sənə 

SeBya (rus.) – Se (latın) – özünə 

MəNi /-ə/ - MeNya /MNe – Me (ing.) 

HuVa / kişi cinsi/ (ərəb.) – HiYə / qadın cinsi/ (ərəb.) –He (ing. kişi cinsi) – -Hu (ərəb.k.c. lll şəxsin 

təki: kitəbuhu – onun kitabı) –  -Hi (ərəb.q.c. lll şəxsin təki: kitəbihi – onun kitabı) – o 

Bəzən yeganə samit də düşür, ancaq sait qalır: 

oN (rus) – o (Azərb. –lll şəxsin təki) – u (fars) 

Müxtəlif dillərdə olan bəzi şəkilçilər və ya köməkçi vasitələr öz mahiyyətlərinə görə səsləşirlər: 

oF(ing. –Yiyəlik hal  önqoşması)   - oV (rus.dilində  kişi cinsli canlılara aid olan Yiyəlik halın cəmi: 

Rodina  l`vov– Şirlərin vətəni) 

FRom (ing. – Çıxışlıq hal  önqoşması)– BəR (fars) – klassik fars poeziyasında bəzən Çıxışlıq halı 

bildirir ) . 



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə