Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə49/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   45   46   47   48   49   50   51   52   ...   243

92 

 

Qloballaşma dövründə dünyada dillərin, o cümlədən Azərbaycan dilinin sadalanan mənfi təsirlərə 



məruz qalmasının getdikcə geniş vüsət alması və sürətlə kütləviləşməsi artıq narahatlıq doğurmağa 

başlamışdır. Bunların arasında xüsusi təşviş doğuranı isə inkişafın müasir mərhələsində böyük, çoxsaylı 

xalqlara məxsus dillər də daxil olmaqla (alman, fransız, rus, italyan və i.a.), dünya dillərinin əksəriyyətinin 

çox güclü yabançı dillərin (daha dəqiq desək, ingilis dilinin) təsirinə məruz qalmasıdır. Bəzi dilçilər və 

mütəxəssislər bunun elə bir qorxulu hal olmadığını, dəyişikliklərin yalnız nitqdə baş verərək, dil sisteminin 

olduğu kimi qaldığını iddia edirlər. Bəziləri isə hər hansı dilin alınmalarla zənginləşməsinin yalnız anlaşma 

və təmasa xidmət etdiyini, bu prosesləri, sadəcə, asanlaşdırdığını bildirirlər. Lakin belə mövqe tərəfdarları 

azlıq təşkil edir. 

Mütəxəssislərin əksəriyyəti bu problemlə bağlı həcəyan təbili çalır, xüsusən son onilliklərdə (keçən 

əsrin sonlarından etibarən) ingilis dilinin sürətlə ön plana çıxması, bütün dünya dilləri arasında lider 

mövqelərinə yiyələnərək, başqa dillərin inkişafına güclü təsiri, cəmiyyətin həyatının ən müxtəlif   sahələrində 

– siyasətdə, iqtisadiyyatda, mətbuatda, kütləvi informasiya vasitələrində, reklamlarda və s. aparıcı dilə 

çevrilməsi barədə danışırlar. Bu dilin beynəlxalq münasibətlərdə aparıcı vasitəyə çevrilməsi prosesi XX əsrin 

ortalarından başlamış, qlobal şəbəkələrin, internetin yaranması ilə isə görünməmiş bir vüsət almışdır. 90-cı 

illərdən isə artıq ingilis dili beynəlxalq münasibətlər və əlaqələr sistemində hegemon dilə çevrilmişdir. Bu 

gün dünyanın elə bir ölkəsi yoxdur ki, orada təhsildə, siyasətdə, kommersiyada, ümumiyyətlə, cəmiyyət 

həyatının istənilən sahəsində uğur qazanmaq, yüksək zirvə fəth etmək üçün ingilis dilini bilmək tələb 

olunmasın. Cəmi 60-70 il bundan əvvəl  Avropada əsas millətlərarası təmas dili olan fransız dili indi, hətta 

Fransa dövləti tərəfindən dəstəklənməsinə baxmayaraq, əvvəlki mövqelərini itirmiş, inkişaf etmiş digər 

ölkələrin dillərinin işlənmə arealı kəskin şəkildə daralmışdır. Keçmiş sosialist düşərgəsi ölkələrinin – Şərqi 

Avropa dövlətlərinin Avropa İttifaqına üzv olması ingilis dilinin beynəlxalq təmas vasitəsi qismində 

istifadəsini daha da gücləndirmişdir. Artıq Avropada vaxtilə aparıcı mövqelərə malik alman, fransız, ispan 

dillərinin ingilis dilindən alınmalarla zəngin «qolları» - Denglish (Germeng), Franglais, Spanglish meydana 

çıxmağa başlamışdır. Hətta çin dili də ingilis dilinin təsirinə məruz qalmış, nəticədə, «Çin ingiliscəsi» 

(Chinglish) meydana çıxmışdır. 

Qeyd olunduğu kimi, ingilis dili beynəlxalq həyatın bütün sahələrində hegemon statusuna yiyələnmiş, 

diplomatiya, kommersiya, turizm, hətta məhkəmə sahəsində də aparıcı dilə çevrilmişdir. Onun ayrı-ayrı 

xalqların dillərinə təsiri təkzibolunmazdır. 

Etiraz etmək olar ki, ingilis dilinin belə hegemonluğu yalnız beynəlxalq münasibətləri, millətlərarası 

təmasları ehtiva edir və bu, milli dillər üçün o qədər də təhlükəli bir hadisə deyil. Bir çoxlarında belə bir 

əminlik var ki, müstəqil dövlətlər ölkədaxili qanunvericiliklərində milli dillə dövlət dili statusu verməklə

dilin qorunması, onun ölkə daxilində tətbiqinin məcburiliyi, yabançı dillərə nisbətən üstün dominantlığı ilə 

bağlı müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməklə milli dili yad təsirlərdən qoruya, onun dinamik 

inkişafını təmin edə bilərlər. Dilə dövlət səviyyəsində belə qayğıya ən bariz örnəklərdən biri elə Azərbaycan 

Respublikasıdır. Müstəqilliyimizin bərpasında sonra respublikada Azərbaycan dilinə dövlət dili statusu 

verilməsi, onun tətbiqinin yaxşılaşdırılması, ölkə daxilində başqa dillərlə  müqayisədə üstün mövqedə olması 

ilə bağlı qanunlar, dövlət proqramı qəbul edilmiş, sərəncamlar verilmiş, bu sahədə görülən işlərə nəzarət 

üçün müvafiq qurumlar qarşısında vəzifələr qoyulmuşdur. Görülən işlər səmərəli bəhrəsini vermiş, 

Azərbaycan dilinin dövlət dili kimi tətbiqi yüksək səviyyədə təmin olunmuşdur. Bu səpkili və bu istiqamətdə 

tədbirlər dünyanın bir çox ölkəsində yer almışdır. Lakin bu, heç də o demək deyil ki, son zamanlar daha tez-

tez ortaya çıxan «İngilis dili başqa dilləri məhv edəcəkmi?» sualına birmənalı şəkildə və əminliklə «Yox» 

cavabını vermək olar. 

İngilis dilinin barəsində daha əvvəldə danışdığımız və aşkar xarakterli müdaxiləsindən başqa, 

üstüörtülü, gizli təsiri də diqqətdən kənarda qalmamalıdır. Bu təsir isə aşkar təsirdən daha təhlükəlidir və 

özünü bir neçə istiqamətdə göstərir. 

Birinci istiqamət təhsil sahəsi sayıla bilər. Məlum olduğu kimi, dünyanın aparıcı ali təhsil müəssisələri 

arasında ABŞ və İngiltərə universitetləri artıq onilliklərdir ki, aparıcı yer tutmaqdadır və yaxın gələcəkdə hr 

hansı bir ölkənin ali təhsil müəssisələrinin onları qabaqlaya bilməsi qeyri-realdır. Həmin universitetlərin 

məzunları dünyanın istənilən ölkəsində işlə təmin olunmaqda heç bir çətinlik çəkmir, elmi araşdırmalar 

sahəsində aparıcı mövqelərə yiyələnirlər. Təbii ki, bu universitetlərdə təhsil almaq üçün ingilis dilini 

mükəmməl bilmək tələb olunur. Tələb təklif yaradır və hər yerdə, o cümlədən Azərbaycanda nəinki tədris 

ingilis dilində olan məktəb və liseylər, hətta ingilisdilli uşaq bağçaları açılır. Ali təhsil müəssisələri də bu 

prosesdən  kənarda qalmır. Dünyada bəlkə də elə bir ölkə yoxdur ki, orada universitetlərdə milli dillə yanaşı, 

müxtəlif ixtisaslar üzrə ingilis dilində də  təhsil verilməsin. Yenə də etiraz oluna bilər ki, bu, zamanın 

tələbidir və ingilis dilini mükəmməl bilmək, bu dildə təhsil almaq gənclərə gələcək karyeralarını qurmaq, 



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə