Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə50/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   46   47   48   49   50   51   52   53   ...   243

93 

 

daha yüksək zirvələri fəth etmək, cəmiyyətdə aparıcı mövqelərə yiyələnmək üçün daha çox şans verir. 



Müasir dövrün gerçəkliklərini nəzərə alaraq, bu fikirlə müəyyən qədər razılaşmaq olsa da, həmin prosesin 

çoxlarının diqqət yetirmədiyi, əksəriyyət üçün aşkar olmayan bir sıra neqativ nəticələrini də  vurğulamaq son 

dərəcə önəmlidir. 

Gənclərin yabançı dildə, haqqında danışdığımız halda – ingilis dilində təhsil almaları, ilk növbədə, 

qaçılmaz şəkildə onlara yabançı dünyagörüşünün, dəyərlərin, meyarların, məntiqin aşılanması deməkdir. Bu 

halda, dil milli kimliyin dəyişdirilməsi, milli mənəviyyatın aşılandırılması, yad təfəkkür tərzinin aşılanması 

vasitəsi qismində çıxış edir. Uşaqlıqdan və ya gənc yaşlarından başqa dildə danışan, başqa xalqın ədəbiyyatı, 

mədəniyyəti, davranış etiketləri nümunəsində böyüyən, püxtələşən şəxslərdə doğma dilə, mədəniyyətə, adət-

ənələrə, ən yaxşı halda, soyuq, biganə, etinasız münasibət formalaşır. Belə insanlar üçün «vətən», «doğma 

torpaq», «babaların yurdu» kimi anlayışlar mücərrədləşir, boş, mənasız sözlərə çevrilir. Onların şüarı 

«İnsanın güzəranı harada yaxşı keçirsə, vətən də oradır» deyimi olur. 

İngilis dilinin xüsusilə son bir neçə onillikdə bütün dünyada hegemon dilə çevrilməsinin gizli neqativ 

təsirinin ikinci istiqaməti elmlə bağlıdır. Hazırda elmi əlaqələr sahəsində ingilis dili demək olar ki, bütün 

digər dilləri sıxışdırıb çıxarmağa nail olmuşdur. Ötən əsrin 70-ci illərindən etibarən, dünyada elmi 

materialların ingilis dilində çap edilməsi ənənəsi böyük sürətlə yayılmağa başlamışdır. Təbiət elmləri, dəqiq 

elmlər və riyaziyyat sahəsində elmi nəşrlərin böyük əksəriyyəti ingilis dilindədir. Milli dillərdə çap olunan 

elmi əsərlərdə isə mütləq ingilis dilində rezüme verilməsi tələb olunur. Milli dillərdəki elmi terminologiyanı 

beynəlxalq adlandırılan və təbii ki, ingilis dilində olan terminologiya ilə uyğunlaşdırmaq zərurəti yaranır və 

doğma dildə elmi əsər yazan tədqiqatçılar ikili terminologiyadan istifadə etmək məcburiyyətində qalırlar. 

Belə çətinliklərlə üzləşən gənc alimlər artıq milli dildə yazmaqdansa, ingilis dilində yazmağa üstünlük 

verməyə başlayırlar. İlk baxışda, burada elə bir qorxulu məqam, mənfi çalar nəzərə çarpmasa da, bəzi 

neqativ cəhətlər mütləq qeyd edilməlidir. Birincisi, milli dilin elm dili qismində işlədilməsinin azalması, bu 

sahədən uzaqlaşdırılması birmənalı şəkildə dilin zəifləməsinə, inkişafdan qalmasına səbəb olur. İkincisi, elmi 

əsərlərin ingilis dilində  yazılması və çap edilməsi inkişaf etmiş ölkələrin müvafiq qurumlarına, 

təşkilatlarına, şirkətlərinə bu əsərlərlə, onların apardıqları araşdırmalarla tanış olaraq, istedadlı, perspektivli 

alimləri bu və ya digər yolla cəlb etmək imkanı verir. «Beyin axını» adlandırılan bu prosesin isə ona məruz 

qalan ölkələr üçün hansı cınacaqlı nəticələr doğurduğunu, fikrimizcə, izah etməyə ehtiyac yoxdur. Xüsusən, 

Azərbaycan kimi inkişaf etməkdə olan ölkələr üçün. 

İngilis dilinin sürətlə yayılmasına və milli dilləri üstələməsinə xidmət edən daha bir önəmli amil də 

var. Bu, gənclərin təhsil almaq üçün xarici ölkələrə üz tutmalarıdır. Doğrudur, təhsil almaq üçün başqa 

ölkələrə yollanan gənclərin heç də hamısı ingilis dilində təhsil almır. Onların arasında rus, türk, alman, 

fransız və s. dillərdə təhsil alanlar da kifayət qədər çoxdur. Lakin bəziləri ingilisdilli olmayan ölkələrdə də 

tədris ingilis dilində olan fakültələrdə və ali təhsil müəssisələrində oxuyurlar. Təbii ki, təhsillərini bitirdikdən 

sonra onların ən istedadlı və perspektivlilərinin böyük hissəsi vətənə qayıtmır. Fikrimizcə, gənclərin xaricdə 

təhsil alaraq, elə orada da iş tapıb  qalmalarına, dolayısı ilə olsa da, Azərbaycan Respublikasının da 

qoşulduğu Bolonya prosesi də yardımçıdır. Belə ki, bütövlükdə mütərəqqi olan, ayrı-ayrı ölkələrin təhsil 

sistemlərinin yaxınlaşmasına, inteqrasiyasına, qoşulan ölkələrdə təhsil sisteminin ümumi səviyyəsinin 

mümkün qədər yüksəlməsinə və  hamı üçün keyfiyyətli təhsil almaq üçün bərabər imkanlar yaradılmasına 

xidmət edən bu proses gənclərin xaricdə təhsil almaları üçün daha geniş imkanlar yaradır. 

Qloballaşma dövründə milli dilin başqa dillər, tərəfindən məruz qaldığı sadalanan təsirlər, ingilis 

dilinin  get-gedə artmaqda olan nüfuzu barədə deyilənlər heç də milli dillərin, o cümlədən Azərbaycan 

dilinin gələcək inkişaf perspektivləri ilə bağlı pessimist nəticələr çıxarmağa əsas vermir. Sadəcə, milli 

dillərin inkişafına mənfi təsirləri tam ciddiliyi ilə nəzərə almaq və onlara qarşı qabaqlayıcı  sistemli tədbirlər 

həyata keçirmək zəruridir. Bu baxımdan, Azərbaycan dili kifayət qədər üstün durumdadır, çünki 

respublikamızda milli dilə dövlət qayğısı var. Bu qayğı öz əksini Azərbaycan dilini dövlət dili kimi təsbit 

edən qanunda, dil haqqında fərman və sərəncamlarda, onun mühafizəsi, tətbiqi və inkişafına dair dövlət 

tərəfindən ardıcıl şəkildə həyata keçirilən proqramlarda tapır. 

 

Ədəbiyyat  



1. Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair 

Dövlət Proqramı. http://www.president.az/articles/7744 

2. Hüseynova   İradə. “Heydər  Əliyev və Azərbaycanda elm-təhsil siyasəti”. Ümummilli lider Heydər  Əliyevin anadan 

olmasının 85 illiyinə 

 həsr olunmuş 

 

“Heydər 



Əliyev və 

Azərbaycanda dövlət qadın siyasəti” mövzusunda 

ümumrespublika konfransının materialları, s.14 

3. Данило Ж.М. Образование как фактор национальной безопасности// Мир образования – образование в мире. 

М., 2001, №1, с. 78-87. 



94 

 

4. Кулиджанишвили А.Э. Глобализация и национальные культуры. 



 Сб. материалов международного 

симпозиума (Зугдиди, Грузия, 19-20 мая 2004 г.) Под ред. 

В.В.Парцвания, Санкт-Петербургское 

философское общество, 2004. C.142-154. 

5. Алпатов В.М. Глобализация и развитие языка // Вопросы филологии. 2004. № 2. С. 23-27 

6. Гриценко Е.С., Кирилина А.В. Язык и глобализация: задачи и направления социолингвистического анализа // 

Вестник Минского государственного лингвистического университета. Сер.Филология, 2010, №6, С. 14 – 21 

 

 



FATİMƏ HƏSƏNOVA   

Azərbaycan Dillər Universiteti  

 

İNDİKİ ZAMAN FEİLLƏRİNİN FUNKSİONALLIĞI 



 

Açar sözlər: feil, funksional qrammatika, qrammatik kateqoriya 

 

There are two directions in each language in – expression and maintenance. Traditional qrammar usually lears 



the qrammatical meaming of the words and parts of spreech, but functional qrammar defines the expression of words 

and their role in the morphological of system of language and speech. 

Key words: verb, functional qrammar, qrammatical cateqory 

 

Nitq hissələrinin və onların qrammatik kateqoriyalarının funksionallığı butövlükdə dilin qrammatik 



quruluşunun funksional xüsusiyyətlərini aşkara çıxarır. Müəyyən bir fikrin ifadəsində dil sistemində mövcud 

olan qrammatik qanunauyğunluqlar və qrammatik vahidlər dilin müxtəlif mərhələlərində əlaqələnməsi ilə 

birbaşa bağlıdır. Dil vahidlərinin tətbiqi və inkişaf səviyyəsi fikrin ifadəsinə müxtəlif mövqelərdən 

yanaşmağa imkan verir. Bütün bunlar müəyyən kateqorial situasiyadan asılı olaraq müəyyən bir funksional-

semantik sahələrin yaranmasına gətirib çıxarır.Bu, dil sistemini nitq sistemi ilə paradiqmatika ilə 

sintaqmatikanı bir-biri ilə əlaqələndirir ki, bu da qrammatikanın nitqə təsiri ilə nəticələnir. Belə ki, bu 

sistemdə söhbət “nitq prosesi ilə bağlı dil daşıyıcılarının ixtiyarında olan potensial imkanlardan, onların 

mənalarından, funksional qrammatikanın əsasını təşkil edən qrammatik elementlərdən, bu elementlərin 

müəyyən mexanizm  və quruluşundan gedir” (1.33). Yəni hər bir dil daşıyıcısının nitqinin formalaşmasında 

və fikrinin izahında əsas yer tutan nitq hissələrinin qrammatik kateqoriyalarının nitq prosesindəki rolu – 

funksional imkanları funksional qrammatikanın əsasını təşkil edir. Qeyd etdiyimiz kimi, dildə mövcud olan 

söz-formaların qrammatik cəhətdən dəyişməsi və bir-biri ilə əlaqələnməsi nitq prosesinin yaranmasına 

gətirib çıxarır. Bu zaman isə bu qrammatik kateqoriyaların formal əlamətlərinin ifadə etdikləri qrammatik 

mənalar nitq situasiyasından asılı olaraq bir-birini əvəz edə bilir. Bu fikri elmi şəkildə təsdiq etmək üçün 

Azərbaycan dilinin qrammatik quruluşunda işlənmə tezliyinə görə digər nitq hissələrindən fərqlənən, ən 

zəngin nitq hissələrindən biri olan feillərigötürək və onların zaman kateqoriyasının (indiki zaman) nitq 

prosesində əvəzlənmələrini praktik şəkildə müşahidə edək. 

Feilin zaman kateqoriyası nitq prosesində fikrin ifadəsinin konkretliyinə, dəqiqliyinə (hadisənin hansı 

zaman daxilində ifadəsi), məntiqiliyinə xidmət edir. Hal və hərəkətin nə zaman icra olunması cümlənin 

predikatı olan xəbərin (feillə ifadə olunan) –cümlənin mənasını daha dəqiq ifadəçisidir. Bildiyimiz kimi 

zaman kateqoriyası bir-birindən fərqli üç söz-formadan ibarət olub, leksik-semantik üsullarla hər hansı bir 

zaman kəsiyində baş verən hərəkət haqqında məlumat verir. Nitqdə bu, danışanın nitq prosesinə başlaması, 

davam etməsi və sonu deməkdir. Belə ki, indiki zaman söz-formaları nitq prosesi ilə eynizamanlılıq təşkil 

etdiyi halda (Məryəm məktəbdən qayıdır), keçmiş və gələcək zamanlar nitq prosesi ilə eynizamanlılıq təşkil 

etmir. Belə ki, keçmiş zamanda hərəkət nitq prosesindən əvvəl  (Cəmilə uzanıb əlindəki kitabı vərəqləyir, 

hərdən də açıq pəncərədən bayıra baxırdı), gələcək zamanda isə nitq prosesindən sonra baş verəcək hərəkəti 

bildirir (Universitetimizin ikinci krs tələbələri Tələbə Elmi Cəmiyyətinin keşirdiyi elmi konfransda iştirak 

edəcəklər). 

Q.Bağırov “Azərbaycan dilində feillərin leksik-semantik inkişafı” adlı əsərində haqlı olaraq qeyd edir 

ki, “feillər əsas nitq hissələrindən biri olub, nitqin inkişafında lazımlı və əhəmiyyətli bir həlqə təşkil 

edir”(2.16.) Alimin həlqə adlandırdıgı, nitq prosində əsas rol oynayan feillər nitqdə fikrin formalaşmasına, 

mənanın dəqiqləşməsinə, hərəkətin hansı zaman daxilində inkişaf etməsinə xidmət edir. Nitq prosesində 

eynizamanlılıq və qeyri-eynizamanlılıq müxtəlif formalarda ifadə oluna bilər. O cümlədən də indiki zaman 

söz-formaları da tam və natamam eynizamanlılıqla ifadə olunur. 

İndiki zaman söz-formaları nitq prosesində hal-hazırda icra olunan hərəkəti bildirdiyi kimi funksional 

baxımdan keçmiş və gələcək zamanla da  eynizamanlılıq təşkil edə bilər. Belə ki, müəyyən bir dialoq zamanı 




Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə