95
keçmiş zamanda baş vermiş hər hansı bir hərəkət indiki zamanla ifadə oluna bilər. Məsələn:”Nabat səhər
gözünü açar-açmaz dünən İkramın ona dediklərini həyəcanla anasına danışdı. Səkinə xala diqqətlə qızını
dinlədikdən sonra onu sakitləşdirərək dedi: fikir vermə,qızım, İkramdır danışır da.“ Bu cümlədəki “danışır
da” ifadəsi indiki zaman söz-forması olmasına baxmayaraq keçmiş zaman anlamında istifadə olunmuşdur.
“Saleh hirslə anasından qardaşının nə zaman gələcəyini soruşanda onun əvəzinə atası Əkrəm kişi – ay bala,
sənə bir dəfə dedik ki sabah gəlir- deyə cavab verdi.” Bu cümlədə isə indiki zamanda istifadə olunan “gəlir”
feili gələcək zaman anlamında işlənmişdir. Belə ki, “sabah gəlir” ifadəsi “sabah gələcək” ifadəsinin əvəzinə
işlənmişdir.
Ümumiyyətlə nitq prosesində eynizamanlılıq qalır və qeyri-eynizamanlılıq müxtəlif dərəcələrdə ifadə
oluna bilər. İndiki zaman söz-formalarında tam və natamam eynizamanlılıq ifadə olunur. Bu fikir dilimizdə
indiki zamanın ifadə formalarına da tam uygun gəlir. Belə ki, eynizamanlılıq zamanı nitq prosesi və
müəyyən bir hərəkətin icrası eyni zaman daxilində olur. Məsələn: hər hansı bir idman reportajı zamanı icra
olunan hərəkətlər danışıq zamanı ilə ardıcıl olaraq dəyişir və indiki zamanla ifadə olunur. “Rəşad Zamanov
qapıya dogru qaçır və topu qapıya vurur. Lakin top qapı dirəyinə dəyir” bu cümlələrdəki “qaçır”,”vurur” və
“dəyir” feilləri indiki zamanda olsa da həmin hərəkətlərlə eynizamanlılıq yox ardıcılzamanlılıq təşkil edir.
Yəni hərəkətlər artıq icra olunduqdan sonra onlar haqqında məlumat indiki zaman feilləri vasitəsilə verilir.
Natamam eynizamanlılıq hərəkətin nitq prosesi ilə eyni zamanda olması ilə bərabər müəyyən qədər keçmişə
və ya gələcəyə aid olur. “Biz dərsə başladıgımız gündən mən bu yerdə otururam” cümləsində hərəkətin
icrasının başlanma zamanından indiki zamana və sonraya aidliyi sadəcə indiki zaman vasitəsi ilə ifadə
olunur.
Azərbaycan dilinin qrammatikasında eynizamanlılıq anlayışı tarixi indiki zaman termini ilə ifadə
olunur və “İzahlı dilçilik terminləri lügətində öz izahını“keçmişdə baş verən hərəkəti, hadisəni nəql edərkən
işlənən indiki zaman” kimi tapır. (3.67) Bundan başqaindiki zaman söz-formaları ilə ifadəolunan hər hansı
bir hərəkət eynizamanda nitq prosesi zamanı ilə üst-üstə düşür və ya müəyyən bir müddət ərzində davam
edən zamanı ifadə etmiş olur. Məsələn:“Yavaş danış, o biri otaqda uşaq yatır” cümləsindəki hərəkətin icrası
indiki zaman feili ilə ifadə olunduğuna baxmayaraq “uşaq oyanana qədər” davam etməlidir. “Sənə dedim
axı, bu haqda bir kəlmə də danişma” cümləsində isə xəbər indiki zaman feili ilə ifadə olunmasına
baxmayaraq bu hərəkətin heç bir zaman icra olunmaması anlamında işlənmişdir.
Nitq prosesində indiki zaman söz-formaları hər hansı bir hərəkətin ya keçmiş zamanda icra
olunduğunu, ya da davamlı icrasını ifadə etmək imkanına malikdir. “Biz bu evdə 20 ildən artıqdır ki
yaşayırıq”,”Volqa çayı cənuba dogru axır”, “Cəmilə İqtisad Universitetində təhsil alır”, “Baki-Moskva qatarı
həftənin cümə günləri axşam saat 19.00-da yola düşür” cümlələrindəki xəbərin indiki zaman feilləri ilə ifadə
olunmasına baxmayaraq onların hər biri ayrı-ayrılıqda müəyyən bir zaman anlamını ifadə etmiş olur. Yəni
burada birinci cümlədə müəyyən bir prosesin 20 illik müddəti əhatə etməsi,ikinci cümlədə hər hansı bir
hərəkətin daim təkrarlanması, üçüncü cümlədə hərəkətin müəyyən zaman kəsiyində davam etməsi, dördüncü
cümlədə isə illər boyu davam edən bir proses indiki zamanla ifadə olunmuşdur.
İndiki zaman söz-formalarının semantik xüsusiyyətləri keçmiş və gələcək zamanda olan söz-
formaların ifadə etdikləri məna ilə üst-üstə düşə bilər. Müqayisə edək: “Biz sizi çoxdan axtarırıq (axtarırdıq),
mağaza axşam saat 10-a qədər işləyir (işləyəcək),onların təyyarəsi sabah günorta gəlir (gələcək)”.
İndiki zamanla uzun müddət davam edə biləcək, həmin işin keçmişdə, indi və gələcəkdə icrası ifadə
oluna bilər. “Araz çayı Azərbaycanı iki hissəyəbölür” ,”Toğrul həmişə elədir-öz bildiyini heç kəsə vermir”
və s bu tip cümlələr “bu olmuşdu, var və olacaq” formasına əsaslanır.
Feilin hər üç zamanının bir-birini ifadə edə bilmə xüsusiyyəti nitq prosesində keçmiş, indiki və gələ-
cək zamanların funksional xüsusiyyətlərində özünü göstərmiş olur. Dilimizdə hər üç zamanda baş vermiş hə-
rəkəti ifadə etmək üçün ümumi bir formal əlamət və ya sintaktik vasitə yoxdur.Belə bir anlayışı ifadə etmək
üçün zaman kateqoriyasının hər üç zamanı ifadə edən formal əlamətlərindən istifadə olunur. “Sadıq mərd
insandır. O, həmişə sözünün üstündə durur, dururduvə duracaq”cümləsi nitq prosesində “Sadıq mərd adam-
dır. O, həmişə sözünün üstündə durur” cümləsindən istifadə edilir və eyni mənanın ifadəsinə xidmət edir.
İndiki zaman anlayışı və hərəkətin icrası müxtəlif istiqamətlərdə xarakterizə oluna bilər. Situasiyadan
asılı olaraq hərəkətin davamlılığı bir neçə istiqamətdə ola bilər. Yəni zamanla məhdudlaşmayan sabitlik
indiki zamanla ifadə oluna bilər. “Kür çayı Xəzər dənizinə axır” cümləsində hərəkətin icrasının davamlı və
ya məhdudluğu indiki davamedici zamanla ifadə olunur. “Yer öz oxu ətrafında fırlanır” cümləsində minil-
liklər boyu davam edən və davam edəcək işin (daimi və davamlı hərəkət) icrası indiki zamanla ifadə olunur.
“Nazlı nənə beşinci mərtəbəyə çətinliklə olsa da qalxır” (məhdud bir zaman kəsiyində icra olunan davamlı
hərəkət) cümləsində indiki zamanla ifadə olunmuş hərəkətin icrası zamanın müəyyən bir anı ilə bağlıdır.
96
İndiki zaman söz-formaları vasitəsilə hərəkətin icrası konkret zamanla əlaqədar olaraq da ifadə oluna
bilər. Onu da qeyd edək ki, bu feilin hər üç zamanında olan söz-formaları üçün xarakterik funksional
xüsusiyyətdir. “Məryəm çox avadlı qızdır.O,bu məsələni 5 dəqiqəyə həll edir (edib, edəcək).
İndiki zaman feilləri vasitəsilə gələcək zamanda olacaq bir hərəkət haqqında təsəvvür yaratmaq da
mümkündür. “Təsəvvür edin ki, siz onunla bir müddətdən sonra görüşürsünüz və o yalnız sizin üçün rəqs
edir” cümləsində indiki zamanla müəyyən bir müddət sonra baş verəcək bir hərəkət ifadə olunur.
Nitq prosesində danışanın hər hansısa bir hərəkəti gələcək zaman icra edəcəyi halda indiki zamanla
ifadə etməsi mümkündür. “Beş dəqiqə sonra iclasa girirəm – girəcəyəm”, “Bu gün mən tələbə yoldaşlarımla
görüşürəm – görüşəcəyəm”. Bu kimi cümlələr şifahi nitqlə yanaşı yazılı nitqdə də öz əksini tapır.
Bildiyimiz kimi indiki zaman hal-hazırda icra olunan hərəkət haqqında məlumat verir.”Gülgəz oturub
dərsini oxuyur”. Lakin nitqimizdə elə cümlələrə təsadüf edirik ki, onların xəbərinin indiki zamanla ifadə
olunmasına baxmayaraq icra olunan hərəkət davamlı olur. Bu tip cümlələrdə indiki zamanı daha da
qüvvətləndirmək üçün “hələ (də)”, “hec çür və söz və birləşmələrdən istifadə olunur. “Bayaqdan axtarıram,
kitabı hələ də tapa bilmirəm” və ya “Heç cür başa düşə bilmirəm ki,bu işin sonu necə olacaq”.
İndiki zaman feilləri şəxs sonluqları qəbul etdikdə hansı şəxsin hansı zaman daxilində icra etdiyi
hərəkətlər və zamanın bir-birini əvəzetmə mənası danışıq prosesində meydana çıxır. “Mən deyirəm, mən də
eşidirəm”, Nə edirsən et o öz havasından qalmır. Cümlələrdə bəhs olunan hərəkətlər situasiyadan asılı olaraq
hər üç zamana aid ola bilər.
Indiki zamanda III şəxsin funksional imkanları daha genişdir. Hər hansı bir hərəkətin gələcəkdə
icrasını təsdiqləmək məqsədilə III şəxsin tək və cəmində olan söz-formalar istifadə oluna bilər. Təbii ki, bu
mətn daxilində özünü biruzə verə bilər. Çünki bu hal iki şəxs arasında olan bir dialoqa üçüncü bir şəxsin
müdaxiləsi nəticəsində baş verir. “-Sən sabah kəndə gedirsən. – Hə gedir, başqa söz ola bilməz”. Digər bir
misal vasitəsilə indiki zamanda III şəxsin keçmişində icra olunan hərəkətin kinayə ilə ifadəsini izah edə
bilərik. “-Ay qız , gördün də Fərhad onu necə borclu çıxartdı.-Əşi, danışır da , sübut eləsin”.
Nitq prosesində sintaktik üsullarla müxəlif zaman anlayışlı sözlərin vasitəsilə indiki zamanda hərə-
kətin davamlılığının müxtəlif ifadələri mümkündür. Məsələn: “Həmişə Lətafət sənin vəziyyətinlə maraq-
lanır” (daimi hərəkət). “Nadir arabir buralarda görünür” (zaman-zaman təkrar olunan hərəkət. “Hər an (tez-
tez, həmişə və s.) onu düşünürəm” (tez-tez icra olunan hərəkət) “Adəti üzrə Hicran belə danışmır” (daimi
icra olunan hərəkət). Ümumiyyətlə feilin zaman kateqoriyasının fumksional məna çalarları çox zəngindir.
Ədəbiyyat
1.
E. Dəmirçizadə “ Azərbaycan dilinin üslubiyyatı” . Bakı. 1862
2.
Q. Bağırov “ Azərbaycan dilində feillərin leksik-semantik inkiçafı”.Bakı. 1982
3.
“İzahlı dilçilik terminləri lüğəti” . Bakı. 1989
4.
М.Щелъякин “Фунеционалъная грамматика русского языка “Москва. 2001
FİKRƏT ƏLİZADƏ
Filologiya üzrə fəlfəfə doktoru, dosent
Bakı Dövlət Universiteti
DİLÇİLİK ETÜDLƏRİ
(dilçilik həqiqətləri, anomaliyalar və fərziyyələr)
Açar sözlər: flektivlik, kök samitləri, sözün tam hissəsi və bir qismi
Linguistic studies (Linguistic facts, anomalies and assumptions)
If the vocabulary of all languages of the world consider consonant terms, it is possible to find many similarities.
With their help it is possible to identify the etymological essence of endings, suffixes and auxiliary parts of speech.
There are cases where one word intrinsically conveys the meaning of the whole sentence, or part of the same word
corresponds to its value.
Keywords: Flexion, root consonants, word and part of speech
Bir sıra dünya dillərində normal halda söz sütunları olan kök samitləri cəmi üç vahid təşkil edir.
Lakin bunların sınması - eliziyaya uğraması nəticəsində iki və hətta bir kök samiti qala bilər. Burada bəzən
dil daşıyıcısı olan xalqın ya psixoloji , ya da dilində olmayan danışıq səslərini əvəz etmə istəyi /məcburiyyəti
bir kök samitinə də təsir edə bilər. Xalqın nəfəs - ruhunu əks etdirən saitlər isə çox zaman daha dəyişkən,