99
FoR (ing. “üçün” önqoşması) – BəRaye (fars.)
ToT (rus.- “o” işarə əvəzliyi) – To (ing. – Yönlük hal önqoşmaşı) – k To-mu (ona doğru)
To (ing. məsdər önqoşması: To sit) – T` (rus. – məsdər şəkilçisi: – sideT`) = oturmaq
NaD (rus. ) – Na (rus. ) – oN (ing.) – üzərində, səthində, -da
2
DəR (fars.- Yerlik hal önqoşması) – -da
2
(Azərb. -Yerlik hal şəkilçisi )
Kök samitlərinin ixtisarı şəkilçilərin yaranmasına səbəb olur. Lakin sınmış söz qəlpəsi olan şəkilçiləri
əzəli kök samitlərini bərpa etməklə söz şəklinə salmaq və ya tərsinə – sözün şəkilşiləşməsini izləmək olar :
ZaD (rus. - arxa) – Za(rus. – önqoşma – “arxada”)
NoT(ing- yox inkar ədatı ) –NeT (rus)- No (ing- feili inkar edir) – Ne (rus –ad və feilləri inkar edir) –
Ni (rus – adları inkar edir) - Nə xeyr (fars –yox, xeyr) – -Ma
2
(Azərb.- feillərin inkar şəkilçisi) – Mə (ərəb d-
də keçmiş zaman feillərinin inkar şəkilçisi) –-Lə (ərəb d-də ind.zam.inkar şəkilçisi, həmçinin “yox”ədatı) –
No (rus. qarşılıqlıığı bildirir: - amma), Çe (erm. -yox)
VıXoD (rus.) /eXiT (ing.)/ = çıxış – eX [eKS](ing. –keçmiş) – əZ (fars.- Çıxışlıq hal önqoşması) – iZ
(rus. Çıxışlıq hal önqoşması) – -dan
2
)
eNDo (yunan.) / NuTRo (rus.-iç ) –vNuTRi(rus.-içində) – eNTeR(ing.-giriş) – iNTo (ing.-içəriyə) –
iN(ing. – içində)
DeLat`(rus. – etmək) – Do (ing. – to do – etmək)
İnsanın düşüncə - fantaziyasını inkişaf etdirən fərziyyələrdir ki, onlardan hansı öz təsdiqini tapırsa, o
zaman elmiləşir.
Səmavi kitablardan danışanda deyirlər ki, ərəb dili Allahın dilidir . Nəzərə alaq ki, yəhudilərdə də belə
bir fikir var. RəBbin adının kök samitləri ilə tutuşdurma aşağıdakı nəticəni verir:
RəB – əRəB – iBRi – iVRit (rus.) – yeVRey(rus.)
Burada kök samitləri həm də əRəB və iBRi dili daşıyıcılarının köklərinin eyni olduğunu göstərir.
Belə bir müqayisə sələf və xələflər arasında ediləndə də düz çıxır:
LaTıN – iTaLyaN
Türk xalqlarının adlarında da bu aydınca görünür: TəRəKəmə (TəRK etmə), – TüRK – TRuXmen –
eTRusK ...
KuTlu (türk. – mübarək) – KuTsal (türk. – müqəddəs ) –KüTS (türk.) = QüDS (ərəb.) – GoD (ing. -
Allah) – GooD (ing. – yaxşı) –XoDa (fars.)
Vaxtilə dinlərin bir-birinə qarşı tolerant olmayan münasibətindən irəli gələn əsas etibarilə zidmənalı
sözlər də vardır:
XuDa (fars -Allah) – XuDo (rus. - pis)
PaK (fars - təmiz) – PaKost`(rus - murdarçılıq)
SaRaY (rus - tövlə )
iVRiT (rus.–ibri dili) – iFRiT(ə) (ərəb.- çoxbilmiş şər qüvvə)
Bir sıra dillərdə qüdrətli Roma İmperiyasını lərzəyə salmış hun cahangirinin adı
bir neçə cür yazılır: Attilla, Atilla, Attila, Atila. Onun türkmənşəli adının mənası ilə bağlı dörd
fərziyyə mövcuddur: 1) aTiL= iTiLdən (indiki Volqadan) gəlmə 2) aTlı (aDlı-sanlı), 3) aTlı, 4) aTTa =aTa
=baş(çı).
Tarixi faktlar təsdiqləyir ki, o, at belində savaşan , saçı at teli kimi oynaşan uzunsaçlı bir gənc sərkərdə
olub.Görəsən həqiqətdə onun adı nə bildirir? Cavab belə çıxır: At + telli
Universal tədqiqatçı Əliheydər Məmmədova görə, kəlağayı naxışı örpək üstündə rənglənmiş iki kəl
ayağının bu taya , o taya düşmüş izindən əmələ gəlir və bu tayda qalan hissə buta adlanır.
Onun oğuzlarla bağlı digər fərziyyəsi də maraq doğurur:
Ağ irqlilər başqalarına sarı, qara,qırmızı dərili deyirsə, başqa irqdən olanlar da hindular kimi ağ irqi
rəngiqaçqıın və s.cür adlandırırlar. Oğuzların bənizi açıq olduğundan onlara ağüz(lü) deyiblər. Məsələn,
ruslar oğuzlara həm deyiliş, həm də yazılışda aquzı adlandırırlar.
Mərhum akademik Tofiq Hacıyevin sözü ilə desək,türk dünyasının ana kitabı hesab olunan “Kitabi-
Dədə Qorqud”un adına gəldikdə qəribə düşüncə assosiasiyası ilə rastlaşmış oluruq. Dədı Qorqudun adı ilə
bağlı bir neçə fərziyyə vardır. Lakin türkcə onun adına (Dede Korkut) fikir verdikdə bir qədər dərin təhlil
etmək lazım gəlir...
Dastandan göründüyü kimi, Dədə bir el ağsaqqalı kimi xeyirdə, şərdə daim böyüklük etmiş,
cavanlara öyüd-nəsihət vermişdir. Təbii ki, hər bir öyüddə “ehtiyat igidin yaraşığıdır” mövqeyindın
yanaşdıqda, nədənsə çəkindirmə, yaxşı mənada qorxutma elementi gizlənir. Deməli, Oğuz elinə atalıq edən
Dədə xalqını qada –bəladan qorumaq məqsədilə onu ehtiyat naminə qorxudur. Belə çıxır ki, Dədə Qorqud
öyüd verən, qorxudan ata olduğu üçün Dədə Qorqud ( = Qorxud) türk təbirincə deyilsə, Dede Korkut olur.
100
Həmişə işlətdiyimiz ifadələr düşüncəmizə avtomatik yazılır. Lakin məlum olur ki, həmin ifadələr
kalka, tərcümə səciyyəlidir.
Deyirlər ki, riyaziyyat biliklərin anasıdır.Həmin cümlə əslində matematika sözünün içindədir:
MaTem-a-tika (rus. -mat`= ana) + tika (yunan.– bilik) zahirən söz, daxilən mürəkkəb söz formasında donuq
cümlədir Matematika (Riyaziyyat) biliklərin anasıdır (ana bilik) ifadəsinin tərcüməsidir.
Keçənə güzəşt deyiblər də tərcümədir.(fars.–qozəşt = keçdi)
Su həyatdır.– Akva est vita.(latın dilindən kalka cümlə)
Sezmədiyimiz halda, digər tipli söz içində cümlələrə rast gələ bilərik:
oXoTa (rus.) = oX + aT (qədimdə oxla ovlayırdılar)
PLaTa (rus.) = PuL+aT (ödəniş)
VoRoNa (rus.) = VoR (oğru) + oNa = O, oğrudur.
VoRoBeY(rus.) = VoR (oğru) + BeY (vur) = Oğrunu vur.
Hər bir xalq hər şeyi dünyagörüşünə əsasən adlandırır. Görəsən, bizim, türklərin əcdadları rəngləri
nəyə oxşadıb fərqləndiriblər?
Ağ – Uca DaĞın başı soyuq olduğundan orada hətta yayda qar olur. Çox güman ki, həmin ağlıq dağ
sözünün özündən törənmiş, d səsi eliziyaya uğramışdır. bir sıra türk dillərində Elə dağ sözündə hətta son
samit düşmüş, sonucda Tau, AlaTau və ya AlTaY sözündəki kimi Ğ başqa Y samiti ilə əvəz olunmuşdur.
Qara – KaRa (türk dilində bu söz çoxmənalıdır. Onlardan biri də toRpaQ (topRaK) mənasındadır).
Türklər Türk Kara Kuvvetləri dedikdə, QuRu qoşun növünü nəzərdə tutur. QaRa – torpaq, QuRu ərazi
rəngidir. Maraqlıdır ki, həmin bu samitlər neQR sözünün karkasına daxildir.
Sarı – (sinəsi sarı rəngdə olan vəhşi SaR quşu) Deməli, SaRı = sar rəngdə olan dedikdə, bu söz
quruluşca düzəltmə olur.
Qırmızı – QıRmıZ böcəyi (Ondan qırmızı rəng əldə olunub) – QıRMıZı
həmin böcəyinin rəngi(nə bənzər) mənasında işlənərək, düzəltmə sufət olur.
Mavi – Main (ibri) – Mə-un (ərəb) = su (su şəffaf olduğundan ya göyün, ya da dibindəkinin rəngini
göstərir. Əsasən işıqlı vaxtda göyin açıq-göy, yəni mavi rəngini özündə əks etdirir)
Abı – ab (fars. - su) – mavi sözünə sinonim olub, onun özəlliyini daşıyır. Bu söz də əslində quruluşuna
görə düzəltmədir.
Göy – göyə işarə kimi tündləşmiş səma rəngini əks etdirir.
Yaşıl –yaş, nəm,sulu olan bitkilərin əsas rəngi, yəni yaş+olanın rəngi
Tarixi mənbələrə görə, qədim türklər ucaboy, cüssəli,misrəngli, alagöz, göygöz, olmuşlar. Məlumdur
ki, açıq rəng işığın bütün qammalarını, çalarlarını tuta bilmədiyi üçün onu səpələyir,tünd rəng isə özünə
hopdurur.
Türklər gözlərinin açıq rəngdə olmasına görə yaşıl rəngi göydən seçə bilməmiş, yəni oftalmoloji dildə
deyilərsə, daltonik olmuşlar. Bunun üçün yaşıl rəngdə olan bitkilləri göy,göyərti, göylük , göyərmək kimi
qəbul etmişlər.
Digər rənglər xalqımıza tanış olan bitki, metal,qiymətli daşların adından əmələ gəlmişdir:
Bənövşə-yi, Narınc-ı, Yasəmən-i, Şabalıd-ı, Qəhvə-yi,Qızıl-ı, Gümüş-ü, Bürünc-ü, Firuzəyi.
Çəhra-yı rəng isə sağlam, qırmızmtıl rəngə çalan çöhrəyə işarədir.
Arxaik sözlərimizə yeni baxışla yanaşdıqda onların semantikasının mahiyyəti açılar:
DaMu – aiD (misir.) /aD (rus) - cəhənnəm
əSR-ük – SəR(fars. – baş) – kefli
əSəN(sağ-salamat) – HəSəN (ərəb. –yaxşı) – yaxşı, gözəl (türk: Esen kalın.– Sağlıqla- salamat
qalın).Yeri gəlmişkən,Çin dilində salam mənasında“Nin xao” deyərkən onun sətri mənası “Sən yaxşısan”
olur.Təbii ki, yaxşı olmaq sağ-salamatlıqdır.
SaYRu (xəstə) –SaYıqlayan
Ədəbiyyat
1. Успенский Л. Слово о словах, Ленинград: Лениздат, 1962.
2. Сулейменов О."АЗ и Я. Книга благонамеренного читателя". Алма-Ата, 1975
3. Фолсом Ф. Книга о языке. М.: Прогресс. 1974.