86
daim, həmişə tövşən (tövşəyən), əvvəl-əvvəl meyvə verən birləşmələri zaman zərflərinin feili sifətə
yanaşması ilə formalaşmışdır. Zaman zərflərinin feili bağlamaya yanaşması ilə formalaşan birləşmələrə də
rast gəlinir, məsələn, Yoxsa doğmuş aradə bir afitabi-şəmi-bəzm, Çeşmi-mərdüm anə hər su müştəri
nisbətlüdür (1,66), Yarı gördüm bu gün xəndan oturmuş, Yanağı tazə gül, reyhan oturmuş (1,112), Hər səhər
ta sübh olunca tapmazam çün rahəti, Bəndəni qayğudan azad etdiyin, yəni ki, nə? (1,181), Əvvəl göricək
şəfi olur kəs, Çox görsə sözi qəbul edər bəs (1,296), Gəl öyüd verəyim, öyüd alırsan, Xidmət eylə genə gülü
bulunca (1,332). Nümunələrdəki doğmuş aradə bir, bu gün xəndan oturmuş, hər səhər ta sübh olunca, əvvəl
göricək, genə (yenə) bulunca birləşmələri məhz zərflərin feili bağlamaya yanaşması ilə formalaşmışdır.
Xətainin dilində maraqlı bir formaya da rast gəlinir: Gecə-gündüz istəkim dildarım bulmuşam, Canü dil
qurtuldu ğəmdən, ğəmgüsarım bulmuşam (1,141). Misaldakı itsəkim sozü ilk baxışdan istəyim sözü kimi
təsir bağışlasa da, əslində, məzmundan da aydın olduğu kimi, istədiyim sözünün qısaldılmış formasıdır və
adverbiallaşmış sözün feili sifətə anaşması ilə düzəlmişdir.
3) Kəmiyyət bildirən adverbiallaşmış sayın feili bağlamaya yanaşması ilə yaranan birləşmələrə də rast
gəlmək mümkündür, məsələn, Ğəm könlünə xeyli kar qılmış, ya cövri cəfami yar qılmış? (1,304). Misalda
xeyli kar qılmış birləşməsindəki xeyli qeyri-müəyyən sayi adverbiallaşaraq kar qılmış – köməkçi feil
vasitəsilə düzəlmiş feili bağlamaya yanaşmışdır. Başqa bir misalda – Qönçə tək ləlini xəndan etdiyin, yəni
ki, nə? Lalə tək bağrımı pür qan etdiyin, yəni ki, nə? (1, 212) misalında pür (dolu, tünd, çox) adverbial-
laşaraq qan etdiyin feili sifətinin kəmiyyətini bildirir. Xətainin dilində həmçinin kəmiyyət məzmununu ifadə
edən adverbiallaşmış düzəltmə sözlərin feilə yanaşması ilə birləşmə yaratdığı hallara da təsadüf olunur,
məsələn, Gər yüz il kuyində can ver, meyli yox hər dəm sənə, Ey könül, sən munca əfğan etdiyin, yəni ki,
nə? (1,213)
–ca,-cə zərf düzəldən şəkilçisi adverbiallaşma yaratmağa daha çox meyillidir. Prof. Q.Kazımov həmin
şəkilçinin bu xüsusiyyətinə diqqət çəkir: “Sözün kökü ilə -ca,-cə şəkilçili forma arasında az da olsa, məna
fərqi var. Sözlərin kökünə nisbətən, -ca, -cə şəkilçili formada adverbiallıq güclüdür. Sözlərin kökləri əksərən
həm sifət, həm də zərf kimi çıxış edə bildiyi halda, -ca, -cə şəkilçili formada adverbiallıq üstündür və bu cür
sözlər əksərən zərf kimi özünü göstərir. Lakin bir çoxunda məna fərqi azdır. Görünür, bu şəkilçi sifətlərin
tədricən zərfləşməsinə xidmət edən vasitə kimi inkişaf etməkdədir. ” (5,319)
Ş.İ.Xətainin dilində işlənən yanaşma əlaqəli zərf birləşmələrinin əsas tərəfini feili bağlama, feili sifət
və məsdər təşkil edir, asılı tərəfi isə tərz, zaman və az da olsa kəmiyyət zərfləri ilə ifadə olunmuşdur.
Ədəbiyyat
1. Ş.İ.Xətai. Seçilmiş əsərləri. Bakı, 2005
2. M.Hüseynzadə Müasir Azərbaycan dili (Morfologiya). Bakı, 1973
3. H.Mirzəzadə. Azərbacan dilinin tarixi qrammaikası. Bakı, 1990
4. Y.Seyidov. Azərbaycan dilinin qrammatikası. Bakı, 2013
5. Q.Kazımov. Müasir Azərbaycan dili. Bakı, 2010
ƏHƏD CAVADOV
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Bakı Dövlət Universiteti
OĞUZAQƏDƏRKİ ABİDƏLƏRİN DİLİNDƏ TABELİ MÜRƏKKƏB CÜMLƏ TİPLƏRİ
Açar sözlər: tabeli mürəkkəb cümlə, tip, dil, oğuzaqədərki abidələr
Semantically-syntactical features of the difficult-subordinated sentences with additional definitions
and circumstances (On the basis of a Gul Alipoem’s“Gisseyi-Jusuf”)
In the article the difficult-subordinated sentences, including with additional definitions and the circumstances
used in a Gul Ali’spoem “Gisseyi-Yusuf” are considered. Their semantically-syntactical features
as a result of research
Here reveal it is possible to draw a conclusion, that in a Gul Ali’spoem “Gisseyi-Yusuf” the difficult-subordinated
sentences, with allocation of a defined member, and also some kinds adverbial subordinate clauses (time, the reason, a
condition and opposition) are used. The considered sentence structures have shown affinity to public language. The
given research is actual from the point of view of wider studying of native historical grammar.
Key words: compound sentences, types, language, pre-Oghuz monuments.
TMC-nin təkamülü məsələsi Azərbaycan dilçiliyində, ilk dəfə olaraq, prof. Ə.Z.Abdullayev tərəfindən
tədqiqata cəlb edilmişdir. O, TMC-nin bir qisminin ilkin sadə cümlənin genişlənmiş üzvünün dinləyiciyə
87
daha asan çatması üçün cümlənin yükünü azaltmaq xatirinə “kənara çıxıb” müstəqil cümlə təşkil etməsi
yolu ilə, bir qisminin isə sadə cümlələrin cüt-cüt birləşib ayrılması yolu ilə yarandığını göstərir (1, 56-59).
Əsası A. Riftin tərəfindən qoyulmuş bu problem zaman-zaman türkologiyada, o cümlədən Azərbaycan
dilçiliyində mübahisə obyektinə çevrilmiş, müxtəlif fikirlərin yaranmasına səbəb olmuşdur.
Türkoloqlardan A.N.Kononov, E.A.Qrunina, U. B. Aliyev, N. Z. Hacıyeva, A. Z. Abdullayeva hər iki
yolun mövcudluğunu qəbul edirlər. A.N. Baskakov, Q. Q. Saitbattalov, T. A. Bertaqayev, Q. İ. Baytuqaye-
va A. Riftinin tezisinə qarşı çıxaraq göstərirlər ki, “kənar çıxma” aqqlütinativ dillər ( həmçinin türk dilləri)
üçün nəinki əsas deyil, hətta qəbuledilməzdir. Q.A.Abdurrahmanov, İ.X.Axmetov isə birinci yolu müdafiə
edir və içərisində feil i tərkiblər olan sadə cümlələrin budaq cümlə əmələ gətirməsini qəbul edirlər.
Azərbaycan dilçilərindən M.Şirəliyev, Ə.Abdullayev, Z.Tağızadə, K.Abdullayev hər iki yolun müm-
künlüyünü irəli sürür, Ə.Sadıqov, F.Cəlilov, İ.Əhmədov isə “kənara çıxma” prosesinin TMC-nin inkişaf yo-
lu kimi qəbul olunmasına etiraz edirlər. Prof. H. Mirzəzadə mürəkkəb cümlələrin, sadə cümlələrin tarixən
yanaşması yolu ilə əmələ gəlməsi fikrinin tərəfdarıdır. Prof. Y. Seyidov “kənara çıxma” yoluna etirazını bil-
dirərək yazır: “Bu,çoxdankı versiyadır, praktik cəhətdən sübutu mümkün olmayan nəzəri fikirdir” (25, 249-
250)
Biz A. Riftinin “kənara çıxma” nı aqqlütinativ dillər üçün (deməli, həm də Azərbaycan dili üçün)
əsas hesab etməsi fikrinə etiraz edir, əlimizdəki dil faktlarına əsaslanaraq, TMC-nin təkamülündə sadə
cümlələrin cüt-cüt birləşib ayrılmasını əsas və başlıca yol hesab edirik. Bu zaman bir komponent ya o biri
komponentin bu və digər informativ çatışmazlığını aradan qaldırmağa xidmət etmiş, ya da ki, tərəflər
arasında qarşılıqlı şərtlənmə (sözün geniş mənasında) mövcud olmuşdur. Hər iki halda TMC-nin kompo-
nentləri nitq aktlarının yerinə yetirilməsinə, informasiyanın ötürülməsinə xidmət edir ki, elə bu da ünsiyyət
vasitəsi olmağın əsas şərtidir. V. Q.Admoninin də belə bir fikri maraq doğurur ki, “bütün hallarda budaq
cümlə baş cümlədəki informasiyanın (bu sözün geniş mənasında) genişləndirilməsinə, onun dəqiqləşdirilmə-
sinə və ona əlavələr edilməsinə xidmət göstərir” (5, 328)
Göründüyü kimi, TMC-nin təkamülü problemi tezislər şəklində qoyulmuş, dildəki bu və ya digər
cümlə quruluşunu hansı yolla yaranması bir hipotez kimi irəli sürülmüşdür. Dilimizin tarixi sintaksisinə aid
qiymətli tədqiqatların müəllifi kimi tanınan prof. H. Mirzəzadənin monoqrafiyasında da müxtəlif dil
abidələrinin materiallarına bugünkü ölçülərlə yanaşılır( bax:16). Halbuki dilin qədim dövrlərinə “səyahət
etdikcə” bir-biri ilə bağlı cümlə tiplərini nəzərdən keçirdikcə belə bir nəticə hasil olur ki, dil materialı necə
var, elə də öyrənilməlidir. Hər hansı bir abidə tədqiq olunarkən bu, nəzərə alınmalıdır. Belə bir fikir də
doğrudur ki, “cümlənin tarixi inkişafını izləməyi onun tam formalaşdığı mərhələdən başlamaq məqsədəuy-
ğundur” (22, 46). Əlbəttə, “ilkin mərhələ” nin müəyyənləşdirilməsi çox çətindir, hətta “...ayrı-ayrı
modellərin, sintaktik vahidlərin yaranmasını dövrlər üzrə təsdiq edən dil faktları çox azdır və ya yox
dərəcəsindədir” (7, 39) Bütün bu çətinliklərə baxmayaraq, dilin sintaktik sisteminin, o cümlədən TMC
quruluşlarının müxtəlif dövrlər üzrə, ayrı-ayrı dil abidələri əsasında tədqiq olunması xüsusilə vacibdir.
Azərbaycan dilçiliyində bir neçə monoqrafiya və məqaləni nəzərə almasaq, dilimizin TMC sisteminin
təkamülü “təkamül” sözünün həqiqi mənasında ciddi və sistemli tədqiq olunmamışdır. Tədqiqatlar daha çox
leksik-morfoloji və üslubi istiqamətlərdə aparılmış, dilin daha çox mühafizəkar və az dəyişən yarusu
(sintaktik quruluş) diqqətdən kənarda qalmışdır. Tədqiqatların bu xüsusiyyəti müxtəlif dil abidələrinin
mürəkkəb cümlə, o cümlədən TMC sistemi haqqında mübahisəli mülahizələrin meydana çıxmasına səbəb
olmuşdur.( bax: 9,119- Prof.Ə.Dəmirçizadənin “ Kitabi-Dədə-Qorqud “ dastanlarında mürəkkəb cümlələrin
az işlənməsi və müxtəlif növlərdə olmaması fikri). Ayrı-ayrı abidələrimizin sintaksisi, həmçinin TMC
quruluşları ətraflı və ciddi tədqiq olunmamışdır.
Rus dilçiliyində ədəbi dilin müxtəlif mərhələlərində, ayrı-ayrı dil abidələrinin TMC sistemi hələ 50-ci
illərdə tədqiq olunmuş, bu barədə çoxlu doktorluq və namizədlik dissertasiyaları, monoqrafiya və məqalələr
yazılmışdır. Rus dilçilərindən E.İ.Korotayevin “Союзное подчинение предложений в русском
литературном языке второй половины XVII столетия“, В.Н.Мигиринин “Эволюция виды трансфор-
мации главного и придаточного предложений в русском языке“ doktorluq, Q.A.Kaçevskayanın “Из
истории сложноподчиненного предложение в русском литературном языке XVI в“ S.A.Bajenovun
“Придаточные предложение цели в древнeрусском языке / на памятникам XIV-XVI вв /” adlı
namizədlik dissertasiyaları ( 19, 12-14; 30 ) və bu kimi çoxlu tədqiqlər göstərir ki, hər bir dilin ayrı-ayrı
dövrlərinə məxsus abidələr əsasında o dilin sintaktik sistemini işləmək vaxtı çoxdan çatıb. Bizcə,
Azərbaycan dilinə aid edilən, ümumən oğuz qrupu dillərinə şamil olunan yazılı abidələrin xronoloji
ardıcıllıqla tədqiq olunması /TMC quruluşları baxımından / bu böyük və çoxcəhətli prosesin yalnız bir
tərəfidir. Bu məqsədin həyata keçirilməsi isə TMC sisteminin müasir səviyyəsində baş verən prosesləri və
hazırkı cümlə quruluşlarını daha dərindən öyrənməyə imkan verər.