54
Yüz sürürlər xəlqi-aləm səgrəşüb damaninə,
Yoqsə
bir sahibkəramət, bir rövşənramidir? (s. 353);
Bana sunduqların cami-cəfayi, sundun əğyarə,
Meyi-eşq ilə guya məsti-övkar olduğum bildin? (s. 463);
“Divan”ın dilindəki şirinlik, sadəlik, aydınlıq və ifadəlilik daha çox əsrlərdən bəri işlənərək cilalanan,
cilalandıqca daha çox anlaşılan leksik vahidlər – (çapuk, yel, yüz sürürlər, lış etdik, sana, biz, dedik, bana,
sunduqların, sundun, bildin)xalis türk mənşəli sözlərdir.
Şairin türk mənşəli sözlərdən hansı dərəcədə və nə məqsədlə istifadə etdiyi aydın görünür. R.Bağda-
dinin türk mənşəli sözlərdən geniş istifadə olunması onun yaradıcılığının bütün türk dilli xalqlar arasında
anlaşılmasını da asanlaşdırır.
Ədəbiyyat
1.
Bağdadi R. “Divan”dan seçmələr. Bakı, 2005
2. Musabəyli A. R.Bağdadi: mühiti, həyatı, poetikası və Divanı (əlyazma qaynaqları əsasında). Bakı: Elm, 2005
AYGÜN ƏLİLİ
Bakı Slavyan Universiteti
DİL TƏLİMİ QANUNLARININ TƏDQİQİ
Açar sözlər: dil, dil təlimi, nitq, müəllim
The study of the laws of language training
Scientists demonstrate various perspectives towards language training rules. The first initiative in this field was
taken by the Russian language methodists. L. P. Fedorenco, the leading speacialist on Russian language methodology,
discussed language training rules which subsequently were discussed by the specialist of the analogical field,
N.S.Rojdestvensky. The professor on teaching methodologies of Azerbaijani language Bashir Ahmadov was interested
in studying the rules, principles and requirements of Azerbaijani language and talked about three major rules of
language training in his book, namely “Rules, principles and methods of Azerbaijani language training”.
L.P.Fedorenco defined seven rules, while N.S.Rojdestvensky mentioned three.
Key words: language, language training, rules, learner, teacher, training, speech
Azərbaycan dili tədrisi metodikası elminin tədqiqat obyekti orta məktəbdə Azərbaycan dili təlimi
prosesidir. Bu elm vasitəsilə, ilk növbədə, dil təliminin qanunları, prinsip və tələbləri aşkara çıxarılır, iş
prosesində təlimin bu qanun və prinsiplərə müvafiq şəkildə qurulmasını təmin edə biləcək daha effektli,
səmərəli üsul və vasitələr müəyyənləşdirilir, onlardan düzgün istifadə yolları öyrədilir. Ümumiyyətlə,
Azəraycan dilinin tədrisi metodikası elmi Azərbaycan dilinin proqram məzmununu, dil təliminin qanun,
prinsip və metodlarını, məktəbdə şagirdlərə dil üzrə veriləcək bilik və vərdişlərə yiyələnmək yollarını
araşdıran müstəqil bir elm sahəsidir.
Qanun və qanunauyğunluq kimi sözlər mənaca yaxın olsalar da, paralellik təşkil etmir, deməli, bir-
birinin üzərinə düşmür. Qanun –maddi aləmin mühüm, zəruri, nisbi sabitlik təşkil edən, təkrar olunan, müəy-
yən şərait daxilində həmişə hadisənin inkişaf istiqamətini müəyyənləşdirən daxili əlaqələrdir. Qanun obyek-
tiv xarakter daşıyır və insandan asılı olmayan prosesdir. Biz qanunu öyrənə, aşkara çıxara bilərik, öz işimizi
qanunun tələbləri əsasında qura bilərik, amma onu məhv edə, dəyişdirə bilmərik. Daha dəqiq mənbə olaraq
Azərbaycan dilinin izahlı lüğətinə də müraciət edə bilərik. Lüğətdə “qanun” aşağıdakı kimi şərh olunur:
“Qanun -1. İctimai və hüquqi münasibətlərin hər hansı bir sahəsini nizama salmaq üçün dövlət
tərəfindən müəyyən edilən nizamnamə. Seçki qanunu;
2. Hamı üçün məcburi olan üsul, nizam, qayda. Əxlaq qanunları, imla qanunları;
3. Obyektiv aləmin hadisələri arasında müəyyən qaydada təzahür edən zəruri əlaqə və qarşılıqlı
asılılıq, səbəb və nəticə arasında mövcud olan daxili əlaqə. [2,217]
Bəs dil təlimi qanunları hansılardır və bu qanunlardan istifadə zamanı hansı çətinliklər meydana çıxır?
Təlimin əsasında idrak nəzəriyyəsi dayanır və təlimdə iki fəaliyyətlilik özünü göstərir: müəllimin
fəaliyyəti (öyrədən) və şagirdin fəaliyyəti (öyrənən). Şagird də özünə görə alimdir, lakin fərq ondadır ki,
müəllim hamıya məlum olmayan məsələləri açır, şagird isə hamıya məlum olan, lakin özünə məlum olmayan
məsələləri tədqiq edir. Müəllimin rolu isə həmin məsələlərə istiqamət vermək və onu tezləşdirməkdir. Təlim
55
qanunları öyrədənə məlum olduqda, o, öz işini bu qanunlara müvafiq quracaq və lazımi müvəffəqiyyət əldə
edə biləcəkdir. Təlim qanunları da bizə məhz elə bunun üçün lazımdır. Əlbəttə, təlim qanunlarını öyrədənin
xüsusiyyətində axtarmaq daha səmərəli nəticə verə bilər. Çünki bizim bütün işlərimizin səmərəsi onu öyrədə
bilməyimizlə ölçülür.
Metodika sahəsində dil təliminin qanunlarını müəyyənləşdirməyə son zamanlar meyil göstərilmişdir.
Bu sahədə ilk təşəbbüs rusdilli metodistlərə məxsusdur. Rus dili metodikası üzrə görkəmli tədqiqatçılardan
L.P.Fedorenko, daha sonra isə N.S.Rojdestvenski dil təliminin qanunlarından bəhs etmişlər.
Alim, pedaqoji elmlər doktoru Lidiya Prokofyevna Fedorenko yeddi qanunauyğunluq müəyyənləşdir-
mişdir. Həmin qanunauyğunluqlar aşağıdakılardan ibarətdir:
Birinci qanunauyğunluq –İnsan dili öyrənərkən üç müxtəlif məsələni mənimsəmiş olur: fonetik,
qrammatik və leksik mənalar.
Leksik məna dildənkənar mənadır, maddi varlığın cisim və hadisələri ilə əlaqədardır. Qrammatik məna
da bilavasitə dillə bağlı olmayıb, məntiqi kateqoriyaları, cisim və hadisələr arasındakı əlaqə və münasibətləri
ifadə edir. Fonetik hadisələr isə sırf dil hadisəsidir, çünki maddi aləmdə onlara uyğun gələn heç bir şey
yoxdur.
Müəllif öz fikrini ümumiləşdirərək qeyd edir ki, dilin mənimsənilməsi yuxarıda göstərilən üç sahənin
mənimsənilməsinin mürəkkəb prosesi olub, dil və qeyri-dil hadisələrinin qarşılıqlı əlaqəsindən ibarətdir.
Fedorenkonun fikrincə, leksik və qrammatik məna bilavasitə dillə deyil, obyektiv varlıqla, fonetika isə dilin
özü ilə bağlı olduğundan belə bir nəticə çıxarmaq olar: dili yaxşı bilmək üçün fonetikanı yüz, qrammatikanı
əlli, sözləri isə bir faiz bilməklə kifayətlənmək mümkündür.
Sonra əsərdə göstərilir ki, demək, dilin mənimsənilməsi fonetika, qrammatika və leksikanın
öyrənilməsidir. Bu, obyektiv qanundur, həmin qanun isə təlimdə hər üç sahəyə ayrılıqda yanaşmaq prinsipini
irəli sürür.
İkinci qanunauyğunluq –Uşaq məktəbə gələnə qədər dili praktik yolla mənimsəyir, onda “dil
həssaslığı” meydana çıxır. Bu o deməkdir ki, uşaq əvvəllər eşitmədiyi, təsadüf etmədiyi dil hadisəsini
qəflətən işlədir və həm də düzgün işlədir. Məsələn, uşaq göy-ər-mək, boz-ar-maq tipli sözləri bilir və bu tipli
sözlərin təsiri ilə köz-ər-mək, yaş-ar-maq sözlərini özü müstəqil işlədir.
Müəllif bu fikrin əsasında belə bir prinsip irəli sürür: təlimdə “dil həssaslığı”na arxalanmaq,
qrammatikaya mərkəzi yer vermək lazımdır.
Üçüncü qanunauyğunluq –Uşaq fonetik, qrammatik və leksik vahidlərlə birlikdə emosionallığı,
ifadəliliyi də öyrənir. Bu qanun tələb edir ki, təlimdə dilin ifadəliliyinə diqqət yetirilsin.
Dördüncü qanunauyğunluq –Yazılı nitq şifahi nitqin hərflərlə ifadəsidir. Bu qanun təlimdə yazılı və
şifahi nitqi müqayisəli öyrətmək prinsipini irəli sürür.
Beşinci qanunauyğunluq –Dili mənimsətmək fikrin maddi qabığını mənimsəmək deməkdir. Bu qanun
təlimdə fikrin maddi qabığına diqqət yetirmək, yəni fikrin ifadə forması üzərində iş aparmaq prinsipini irəli
sürür.
Altıncı qanunauyğunluq –Dili mənimsəmək danışıq aparatının fiziki məşqini, hərəkət üzvlərinin
fəaliyyətini tələb edir. Bu qanun təlimdə danışıq orqanları və əlin məşqi üzrə xüsusi iş aparmaq prinsipini
irəli sürür.
Yeddinci qanunauyğunluq –Uşaqda dili mənimsəməyə aid müəyyən zəmin yaradıldıqdan sonra
tədricən materialın həcmi artırılmalı, məzmunu zənginləşdirilməlidir. Bu qanun təlimdə sürəti tədricən
artırmaq prinsipini irəli sürür.
Beləliklə, aydın olur ki, L.P.Fedorenkonun müəyyənləşdirdiyi qanunların çoxu nöqsanlıdır və
dəqiqləşdirilməlidir.
Yuxarıda qeyd etdiyim ki, bu sahədə ikinci fikir söyləyən rus alimi N.S.Rojdestvenskidir. Alimin irəli
sürdüyü üç qanuna nəzər salaq:
1.Nitqin formasını (dili) onun məzmunu (fikir) yaradır. Dildə mənasız heç bir şey yoxdur. Ona görə də
dili öyrədərkən hər bir formanın ifadə etdiyi mənanı uşağa başa salmaq lazımdır.
2. Nitqin yazılı və şifahi növləri bir-biri ilə əlaqədardır. Ona görə də təlimdə buna əsaslanmaq
lazımdır.
3. Dilin müxtəlif cəhətlərini diferensiasiya etməklə kifayətlənmək olmaz, nəticə etibarilə birləşdirmək,
sistemə salmaq lazımdır.
Prof. B.Əhmədov isə hər iki rus aliminin müəyyənləşdirdiyi on qanunu qruplaşdıraraq üç qanunun
olması qərarına gəlmişdir. Bir növ, bu üç qanun seçmə, qruplaşdırma yolu ilə yaradılmışdır. B.Əhmədovun
müəyyənləşdirdiyi üç qanun aşağıdakılardır: