Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə60/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   56   57   58   59   60   61   62   63   ...   98

Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
151
1977-ci il SSRİ Konstitusiyasının qəbulundan sonra, gömrük işini 
tənzimləyən hüquqi sənədlərə yenidən baxıldı, gömrük qaydalarında bəzi 
dəyişikliklər edildi. Məsələn, SSRİ-nin dövlət sərhədinin keçən sərnişinlərin 
yüklərinə gömrük nəzarəti qaydaları bir qədər sadələşdirildi. 70-ci illərin 
sonu – 80-ci illərdə sovet gömrük qanunvericiliyində  qəbul edilən bir sıra 
hüquqi aktlar və qaydalar əslində valyuta və qiymətli metalların qaçaq-
malçılığı ilə mübarizədə gömrük nəzarətinin səmərəsini artırmaq məqsədi 
daşıyırdı. 
Sovet gömrük rejiminin sərt  şəraitində müttəfiq respublikanın xarici 
bazara daha geniş  xarici  bazara  çıxışının təmin edilməsi həyati zərurət 
olmaqla bərabər, yaxın və uzaq perspektivə hesablanan düşünülmüş  təşki-
lati-inzibati tədbirlərin və iqtisadi stimullaşdırmanın həyata keçirilməsini 
tələb edirdi. Tarixi inkişafın obyektiv nəticəsi olaraq milli respublikaların 
xarici iqtisadi-ticarət əlaqələrinin, o cümlədən qərb ölkələri ilə əlaqələrinin 
genişlənməsi ilə müşahidə olunurdu. Bir sıra müttəfiq respublikaların 
rəhbərləri müxtəlif ölkələrə gedən nümayəndə heyətlərinə rəhbərlik etməyə, 
təsərrüfat xarakterli müqavilələr imzalamağa başlamışdı.  İqtisadi  əmək-
daşlığın təkmilləşdirilməsi üçün görülən tədbirlər sırasında xarici iqtisadi 
əlaqələrin inkişafına dair Respublika hökumətinin qəbul etdiyi qərarların 
mühüm əhəmiyyəti olmuşdur. Eyni zamanda bu proses bir tərəfdən beynəl-
xalq gərginliyin zəifləməsi və sovet xarici siyasətində “yumşalma” meyl-
lərinin güclənməsi, digər tərəfdən isə, xarici ticarət sahəsində respublikalara 
qismən də olsa müstəqillik verilməsi və ilə bağlı idi. Azərbaycanın xarici 
siyasət fəaliyyətinin mühüm istiqamətlərini aşağıdakılar təşkil edirdi: 
- xarici iqtisadi-ticarət fəaliyyətinin respublikanın iqtisadi imkanlarına 
və tələbatına uyğunlaşdırılması; 
- iqtisadiyyatın strukturunda ixrac yönümlü istehsal sahələrinin xüsusi 
çəkisinin və ixrac malların rəqabət qabiliyyətinin artırılması;   
- xarici iqtisadi-ticarət  əlaqələrində idarəçiliyin yenidən qurulması, 
müəssisə və təşkilatların xarici bazara sərbəst çıxışının təmin edilməsi; 
- ixracda xammal və strateji malların üstünlüyünün tədricən aradan 
qaldırılması, hazır məhsulun payının artırılması və s. 
Azərbaycanın xarici iqtisadi fəaliyyətinin geniş xarakter alması və əsas 
istehsal sahələrinin xarici bazarlara yol tapmasında Heydər  Əliyevin bir 
ümdə məqsədi var idi: Azərbaycanın iqtisadi cəhətdən müstəqil yaşamasının 
əsaslarının yaradılması  və möhkəmləndirilməsi. Respublikanın sözün əsl 
mənasında öz təbii sərvətləri və iqtisadi potensialının tam sahibi olmaması, 
xarici iqtisadi əlaqələri yönləndirən mərkəzi idarələrin mövcudluğu kimi bir 
çox maneələrə baxmayaraq, bu strateji xətt məqsədyönlü və ardıcıl şəkildə 
həyata keçirilməkdə idi. Beləliklə, respublika iqtisadiyyatında həyata 
keçirilməkdə olan yeniləşmənin  əsas istiqamətlərindən biri beynəlxalq 
iqtisadi əməkdaşlığa meylin güclənməsi idi. 


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
152
Ulu öndərin yüksək təşkilatçılıq və  məqsədyönlü fəaliyyəti qısa 
müddət  ərzində respublikanın ixrac potensialını artırmağa imkan verdi. 
Nəticələr özünü elə birinci ildə göstərmiş oldu. Azərbaycan SSR Xarici İşlər 
Nazirliyinin Azərbaycan KP MK-ya təqdim etdiyi “1970-ci ildə Azərbaycan 
SSR-nin xarici ölkələrlə əlaqələri” haqqında hesabatda göstərilirdi ki, 1969-
cu illə müqayisədə ixrac mallarının ümumi dəyəri 7,7 mln. manat artmışdır. 
Xüsusilə, neft emalı və neft kimyası, yüngül, yerli, tikinti materialları, kənd 
təsərrüfatı  və ticarət nazirlikləri, “Azneftsənayemaş”, “Azneft”, “Xəzər-
dənizneft”, Dövlət üzümçülük və  şərabçılıq Komitəsi, “Azərkitab”, 
Sumqayıt alüminium və kimya zavodları, Bakı yod zavodu və başqa 
təşkilatlar ixrac öhdəliyini yerinə yetirmişdi. Rəqəmlər ilk uğurlardan xəbər 
verirdi. Bütövlükdə 1970-ci ildə respublikanın 70 müəssisəsi dünyanın 60 
ölkəsinə məhsul ixrac etmişdi. 
 Bununla bərabər, Azərbaycan iqtisadiyyatını təmsil edən müəssisə və 
təşkilatların xarici bazara istiqamətlənməsi, ixrac mallarının dünya stan-
dartlarının tələblərinə uyğunlaşdırılması  və çeşidinin artırılması sahəsində 
hələ çox iş görülməli idi. Hesabatda “Xəzərbaqı” idarəsi, “Azgeofizika” 
tresti, Boru-prokat, Q.Musabəyov adına maşınqayırma, “Bakelektro-
avtomat”, Bakı transformator və Kirovabad (Gəncə) cihazqayırma zavod-
larının ixrac planlarının yerinə yetirilməsi sahəsində geriliyə yol verildiyi 
göstərilirdi. Azərbaycan SSR ixracının  əsas hissəsini təşkil edən neftin 
müstəqil surətdə dünya bazarına çıxarmaq imkanından məhrum idi. Eyni 
zamanda neft tullantılarının xarici bazarda satışına kvotalar ayrılması  və 
lisenziyalar verilməsi tamamilə mərkəzin ixtiyarında qalırdı. İstehsal olunan 
pambığın 88, sulfanolun 86, neft məhsullarının 64, polad boruların 97, neft-
mədən avadanlığının 75 faizi respublikadan kənara - SSRİ-nin digər 
bölgələrinə  və xarici ölkələrə aparılırdı. Hesabatda qeyd olunurdu ki, əgər 
respublika təşkilatları göstərilən xammal və avadanlıqları xarici bazara 
müstəqil surətdə çıxarsa idi, respublika büdcəsinə milyonlarla əlavə valyuta 
vəsaiti daxil olardı [160, 38]. 
Azərbaycan KP MK-nın birinci katibi vəzifəsini daşıyarkən Heydər 
Əliyev dühasının üstünlüyü özünü sosializm sisteminin verdiyi məhdud 
imkanlardan xalqımızın milli maraqlarının maksimum dərəcədə istifa-
dəsində və xarici iqtisadi fəaliyyətin daha səmərəli idarə edilməsində özünü 
göstərirdi. Ulu öndər Heydər  Əliyev Azərbaycan iqtisadiyyatının müxtəlif 
sahələrində böyük imkanların mövcud olduğunu yaxşı bilir, buna görə  də 
ixrac potensialından daha səmərəli və  məqsədyönlü  şəkildə istifadəsinə 
çalışırdı. Onun bilavasitə  təşəbbüsü ilə bu sahədə  qəbul edilən qərarlar və 
həyata keçirilən tədbirlər həmin dövrdə Azərbaycanın xarici iqtisadi-ticarət 
əlaqələrinin  əvvəlki illərə nisbətən  əhəmiyyətli dərəcədə inkişafına gətirib 
çıxardı. 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə