690
Rövzeyi‐mütəhhər – pak məzar
Rubəru – üzbəüz
Rudi‐xun – qandan ibarət çay
Rum – qədim Vizantiya
Rusiyah – üzüqara
Ruygərdan – üzü dönmüş
Ruzi‐cəza – axirət günü
Ruzi‐Ələst – Ələst günü. Yaradılışın ilk günündə Allah‐təala ilə insanlar
arasında bağlanan əhd günü.
Ruzigar – zəmanə, dövran, həyat
Rübab(ə) – İmrəül‐qeys bin Ədinin qızı, İmam Hüseyn (ə)‐ın xanımı, Əli
Əsğər və Səkinənin anası
Rücu` – qayıtmaq
Rüx – üz, sifət
Rüxsar – üz, çöhrə
Rüxsət – icazə, rüsxət
S
Sahəti‐Mina – Mina (Məkkə yaxınlığında hacıların qurban kəsdiyi yer)
fəzası, məkanı
Sahibəza – yas sahibi
Sahibi‐zəmanə – zəmanənin sahibi. Sonuncu İmam Mehdi (ə.f) nəzərdə
tutulur.
Sahibül‐əsr – Əsrin sahibi. İmam Mehdi (ə.f) nəzərdə tutulur
Saqiyi‐Kövsər – cənnətdə olan Kövsər bulağının saqisi (su paylayanı)
Həzrət Əli (ə) nəzərdə tutulur
Sail – dilənçi
Sal – il
Salar – rəhbər, başçı
Saleh (ə) – Səmud qövmünə göndərilmiş peyğəmbərdir. Ərəb olmasına
baxmayaraq Tövratda adı çəkilmişdir.
Sara – Həzrət İbrahim (ə)‐ın birinci zövcəsinin adı
Sariban – dəvələri sürən
Sayə – kölgə
Sayəban – kölgə salmaq üçün örtü
Satir – örtü
691
Seyd – ov
Seydvəş – ov kimi
Seyl – sel
Seyyid – ağa, cənab
Seyyidüş‐şühəda – şəhidlərin ağası. İmam Hüseyn (ə)‐ın ləqəbi
Seyyümbarə – üçüncü dəfə
Səba – yüngül və lətif meh
Səbarə – üçüncü dəfə
Səbt – yazıb qeyd etmə
Səbz – yaşıl
Səcdəgah – səcdə edilən yer
Səd – yüz
Sədparə – yüz parça, parça‐parça
Sədri‐zin – yəhərin üstü
Səfheyi‐rüxsar – üz, sifət
Səf‐səf – dəstə‐dəstə
Səfidru – üzü ağ
Səfşikən – məc. qəhrəman, pəhləvan
Səfdər – səfləri dağıdan. Həzrət Əli (ə) nəzərdə tutulur
Səhl – asan
Səhmü səlabət – mətinlik, cəsarət
Səhi – qədd‐qamətli, düz
Səhni‐çəmən – çəmənlik
Səgi‐əbtər – quyruğu kəsilmiş it
Səğir – kiçik, Əli Əsğərə işarədir
Səqqa – saqi, suçu
Səqər – cəhənnəm
Səqt – uşaq salma
Səlsəbil – cənnətdə olan çeşmələrdən birinin adı
Səkinə – Həzrət İmam Hüseyn (ə)‐ın Rübabdan olan qızı
Səmavat – səmalar, göylər
Səməndər – əsatirə görə odda yaşayan və odu təcəssüm edən canlı
Səmumi‐sitəm – səmum zülmü. Səmum səhralarda əsən çox şiddətli, isti
və quru küləkdir
Səndəl – stul, kürsü
Sənəm – məc. gözəl, sevgili
Səngi‐bəla – bəla daşı
692
Sər – baş
Sərfəraz – başı uca
Sərdar – komandan, başçı
Sərəndib – Hindistanın cənubunda yerləşən indiki Seylon adası.
Rəvayətə görə Həzrət Adəm (ə)‐ın behiştdən gəlib düşdüyü ilk yerdir
Səri‐dürah – iki yol ayrıcı
Sərgərdan – avara
Sərnigun – yıxılmış, məhv edilmiş
Sərmənzil – mənzil başı
Sərməst – sərxoş
Sərsəri‐sitəm – zülm sərsəri. Sərsər çox bərk və soyuq küləyə deyilir
Sərvər – başçı, rəis
Sərvəri‐dövran – zəmanənin rəhbəri
Sərzəniş – məzəmmət
Sərzəmin – ölkə, yer
Səyyad – ovçu
Səyyarə – planet
Səza – layiq, yaraşan
Sibi‐behişt – behişt alması
Sibti‐Peyəmbər – Peyğəmbər nəvəsi. İmam Hüseyn (ə) nəzərdə tutulur
Sidq – doğruluq, səmimilik
Sili – sillə
Sinan – nizənin ucu
Sinan – Sinan ibn Ənəs. Ömər ibn Sədin qoşununda vuruşan canilərdən
biri. Deyilənlərə görə, İmam (ə)‐ın başını kəsib nizəyə taxmış və bu işinə
görə ibn Ziyaddan mükafat istəmişdi.
Sindi ibn Şahək – İmam Museyi‐Kazım (ə)‐ın qatili
Sinəçak – məc. yaslı
Sinn – adamın yaşı
Sipər – qalxan
Sir – tox, doymuş
Sirab – sudan doymuş
Siraət – yayılmaq
Sirişk – göz yaşı
Siyah – qara
Siyəhkər – günahkar
Siyəhru – üzüqara
693
Sitarə – ulduz
Sitəm – zülm
Sitəmkər – zülmkar, zalım
Sövt – səs, səda
Sultani‐məzluman – məzlumların sultanı, İmam Hüseynə (ə) işarədir
Susən – zambaq
Suzi‐ətəş – susuzluqdan yanmaq
Suziş – yanğı, ağrı
Süfuf – səflər
Süleyman (ə) – Bəni İsrail peyğəmbərlərindən Davud (ə)‐ın oğludur.
Qurani‐Kərimdə adı çəkilmişdir.
Sükna – sakin olma
Süruri‐qəlb – ürəyin şadlığı
Ş
Şafiyi‐ruzi‐məhşər – axirət gününün şəfaət verəni. Məhəmməd
Peyğəmbər (s) və ya Əhli‐Beyt (ə)‐dan hər hansı biri nəzərdə tutulur.
Şaha – ey Şah. Bur. İmam Hüseyn (ə) nəzərdə tutulur
Şahanə – şah kimi, şaha layiq
Şahi‐din – dinin şahı. Bur. İmam Hüseyn (ə) nəzərdə tutulur
Şahi‐Hicaz – Hicazın şahı. İmam Hüseyn (ə)‐a işarədir
Şahi‐məzluman – məzlumların şahı. İmam Hüseyn (ə) nəzərdə tutulur
Şahi‐insü can – bütün canlıların şahı, bur. İmam Hüseyn (ə) nəzərdə
tutulur
Şahi‐Yəsrib – Mədinənin şahı. İmam Hüseyn (ə) nəzərdə tutulur
Şahi‐Nəcəf – Nəcəfin şahı. İmam Əli (ə) nəzərdə tutulur
Şahi‐şəhidan – şəhidlərin şahı. İmam Hüseyn (ə) nəzərdə tutulur
Şahi‐Kərbəla – Kərbəlanın şahı. İmam Hüseyn (ə)‐a işarədir
Şahi‐mərdan – mərdlərin şahı. Həzrət Əli (ə)‐a işarədir
Şahi‐vala – məqamı ali olan Şah
Şaki – şikayətçi
Şam – Dəməşqin digər adı
Şamiyan – şamlılar, dəməşqlilər
Şami‐qəriban – lüğəti mənası “qəriblərin gecəsi” deməkdir. İmam
Hüseyn (ə)‐ın və digər şəhidlərin şəhadətə yetişmələrinin ilk gecəsi
(məhərrəm ayının 10‐dan 11‐nə keçən gecə). Bu gecədə məscidlərdə və
Dostları ilə paylaş: |