Microsoft Word Kitab111 Восстановлен


dedi  ki:  “Mən  Nadimin  nəvəsi  Şahin  Abdullayevlə  uzun



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə2/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   2   3   4   5   6   7   8   9   ...   144

 

 



dedi  ki:  “Mən  Nadimin  nəvəsi  Şahin  Abdullayevlə  uzun 

müddətdir  ki,  dostluq  edirəm.  Hər  zaman  özümün  yeni 

qəzəllərimi  onun  üçün  oxuduqda  çox  diqqətlə  qulaq  asar 

və fikrə gedərdi. Çox düşünürdüm ki, qəzəliyyata olan bu 

maraq  Şahin  müəllimdə  haradandır.  Bir  dəfə  söhbət 

əsnasında  o,  dedi  ki,  mənim  babam  da  şair  olub.  Amma 

təəssüflər olsun ki, əsərləri tam şəkildə çap olunmayıb. Bu 

işdə mənə yardımçı ol. Mən bu işi sənə həvalə etməyi ona 

məsləhət bildim”.  

Mən  bu  barədə  filologiya  elmləri  doktoru  Möhsün 

Nağısoylu  ilə  məsləhətləşməyi  qərara  aldım.  Möhsün 

müəllim 

mənə 

filologiya 

elmləri 

doktoru 

Əsgər 

Qədimovun  tərtib  etdiyi  kitabı  verdi  (Hüseyn  Nadim 

Naxçıvani.  Seçmə  şeirlər.  Azərbaycan  Dövlət  Nəşriyyatı, 

Bakı, 1993). Yeri gəlmişkən, kitabın həcmcə kiçik olmasına 

və  burada  əsasən  şairin  qəzəllərinə  yer  verilməsinə 

baxmayaraq,  Nadim  yaradıcılığı  haqqında  ilkin  məlumatı 

əldə etmək baxımından əhəmiyyətlidir.  

 

* * * 



 

AMEA 


Məhəmməd 

Füzuli 


adına 

Əlyazmalar 

İnstitutunda  Nadimin  iki  dəftərdən  ibarət  əlyazması 

qorunub  saxlanılır.  B‐7792  şifrəsi  altında  saxlanılan  

əlyazmanın  cildi  kartondur.  Ümumi  dəftərə  təhriri  xətlə 

köçürülmüşdür.  Həcmi  104  vərəqdən  ibarətdir.  Ölçüsü 

16,5x23,5 sm‐dir. 1a‐dan 17b‐yə qədər olan hissə səliqəli nəsx 

xəttilə  qara  mürəkkəblə  yazılmışdır.  Növhələr  ardıcıllıqla 

sıralanmışdır.  Əvvəldən  təxminən  10‐15  səhifə  düşmüşdür. 

Bəzi  növhələrə  müxtəlif  xətlərlə  düzəlişlər  edilmişdir. 

Əlyazmada  134  növhə  və  sinəzən,  payi‐minbər,  minacat, 

qəsidə və çavuşi yer almışdır. Bəzi növhələrə başlıq verilmiş, 




 

 



əksəriyyətində  isə  sadəcə  sinəzən  yazılmışdır.  Səkkiz  növhə 

natamam, bir növhə isə təkrardır. 

Nadimin  digər  əlyazması  B‐1241  şifrəsi  altında 

saxlanılır.  Ümumi  dəftərə  təhriri  xətlə  yazılmış  olan  bu 

əlyazmanın  da  cildi  kartondur.  B‐7792  şifrəsi  altında 

saxlanılan  dəftərin  davamıdır.  Bu  əlyazmada  141  növhə, 

qəsidə, payi‐minbər, müstəqil əfrad (bunlar orijinalda dübeyt 

adı  altında  verilmişdir)  yer  almışdır.  Həcmi  149  vərəq  olan 

əlyazmanın  ölçüsü  17,5x22,2  sm‐dir.  Burada  da  növhələr 

ardıcıllıqla sıralanmışdır. 10 növhə natamam, bir neçə növhə 

təkrar getmişdir. 

Bunlardan  başqa,  Nadimin  nəvəsi  Şahin  Abdullayev 

bizə  atası  mərhum  Məhəmməd  Abdullayev  tərəfindən  kiril 

əlifbasına  çevrilən  və  makinada  çap  olunmuş  dəftərləri 

təqdim  etmişdir.  Dəftərlərdən  biri  mərhum  Məhəmməd 

Abdullayevin 

kiril 

əlifbası 



ilə 

yazdığı 


əlyazmadır. 

Ümumilikdə,  makinada  yazılmış  növhələrin  sayı  62‐dir. 

Lakin  bunların  çox  hissəsinin  Nadimin  orijinal  əlyazma 

nüsxələrində 

mövcud 

olduğundan 



və 

növhələrin 

əksəriyyətində  çoxlu  səhvlərə  yol  verildiyindən  tərtib 

etdiyimiz  “Divan”a  daxil  etmədik.  Bundan  əlavə  Əsgər 

Qədimovun  tərtib  etdiyi  kitaba  düşməyən  bəzi  qəzəlləri  də 

“Divan”a  daxil  etdik.  Təəssüflə  qeyd  etməliyik  ki,  Nadimin 

qəzəllərinin  orijinalı  günümüzə  gəlib  çatmamışdır.  Bu 

səbəbdən 

biz 

mərhum 


Məhəmməd 

Abdullayevin 

dəftərlərindəki qəzəllərdən istifadə etməli olduq.   

Biz  Nadimin  növhələrini  hadisələrin  ardıcıllığı  ilə 

sıraladıq.  Növhələrə  başlıq  verərək  öz  qəhrəmanlarının  dili 

ilə  təqdim  etdik.  Qəzəlləri  də  divan  ədəbiyyatı  qaydalarına 

uyğun olaraq əlifba sırası ilə sıraladıq. 



 

 



Mərhum 

Məhəmməd 

Abdullayevin 

arxivindəki 

dəftərlərdə  olan  növhə  və  qəzəllərdə  çoxlu  xətalar  mövcud 

idi.  Bu  səhvlərin  düzəldilməsində  kitabın  redaktoru, 

qəzəlxan‐şair Hacı Arif Buzovnalının zəhmətini xüsusi qeyd 

etmək lazımdır.  

 

* * * 


 

Hüseyn  Nadimin  həyat  və  yaradıcılığı  haqqında  ilk 

məlumatı  “Şərq  qapısı”  qəzetində  (27  mart  1947‐ci  il)  Əli 

Hüseynov  adlı  müəllif  vermişdir.  “Hüseyn  Abdulla  oğlu 

(Nadim)”  adlı  bu  məqalədə  Nadim  haqqında  qısa  məlumat 

verilmişdir.  Sonralar  isə  onun  haqqında  müxtəlif  illərdə  bir 

neçə  məqalə  çap  olunmuşdur.  Fərman  Xəlilovun  “Nadim” 

adlı  məqaləsini  (“Şərq  qapısı”,  27  iyul,  1971‐ci  il),  Rasim 

Tağıyevin “Azərbaycan müəllimi” qəzetində (1 noyabr 1974) 

“Açılmamış  səhifələrdə  döyünən  ürək”  adlı  məqaləsini, 

Əsgər  Qədimovun  “Hüseyn  Nadim  Naxçıvani”  (“Şərq 

qapısı”,  23  may  1975‐ci  il)  adlı  məqaləsini  göstərmək  olar. 

Nadimin  ədəbi  irsindən  seçmə  nümunələri  ilkin  olaraq 

filolofiya  elmləri  doktoru  Əsgər  Qədimov  “Seçmə  şeirlər” 

(Azərnəşr,  1993)  adı  altında  kitabça  şəklində  çap  etdirib 

oxuculara çatdırmışdır. 

 

* * * 


 

Hüseyn  Abdulla  oğlu  Mehdiyev  (Nadim)  1871‐ci  ildə 

Naxçıvanın Nehrəm kəndində anadan olmuşdur. İlk təhslini 

mollaxanada alan Hüseyn, sonra Cəlil Məmmədquluzadənin 

dərs dediyi məktəbdə oxumuşdur. Təəssüflə qeyd etməliyik 

ki,  atası  vəfat  etdiyinə  görə  erkən  yaşlarından  böyük  bir 

ailənin  qayğısını  çəkən  Hüseyn  maddi  ehtiyaclar  üzündən 

təhsilini yarımçıq qoymaq məcburiyyətində qalmışdır. Lakin 




Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə