Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə9/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   5   6   7   8   9   10   11   12   ...   144

 

36 


 

Gözün qərasinə qurban, o mah cəmalə fəda, 

Nolar ki, bəzl edəsən bu mərizi‐biyarə. 

 

Xuda rizasinə, könlüm vüsal ilən şad et, 



Qəmimdən eyləmərəm şur zari‐dilparə. 

 

Bu Nadimin yüzünə bircə gül, səni Tari, 



Ki, qoyma yalvara könlüm cəhani‐biarə. 

 

* * * 



 

Var ümidim düşə gün bir də gülistan üzünə, 

Sala öz nurini bu səhndə reyhan üzünə. 

 

Çünki məşhurdür Misr içrə Züleyxayi‐həzin, 



Qalmayub həsrət o zər, Yusifi‐Kən`an üzünə. 

 

Gərçi hər aşiq olan, çox çəküb hicranü cəfa, 



Axırı qalmayub həsrət gözi canan üzünə. 

 

Rəhm qıl, aşiqüvi eyləmə avaravətən, 



Salma Məcnun kimi səhravü biyaban üzünə. 

 

O siyah zülflər ilə ruyüvi pünhan eləmə, 



Zülfüvi səf eləmə lə`li‐Bədəxşan üzünə. 

 

Baxgilən Xaliqə bir, rəhm elə müştaqüvə sən, 



Qeyz ilə baxmagilən, Nadimi‐nalan üzünə. 

 

* * * 



 

Dolubdur qan ilə könlüm, nigari‐mehriban üstə, 

Əcəb xari‐cəhan oldum, güli‐şirinzəban üstə. 



 

37 


 

Qəzəblənmiş gəlür dildar əlində xəncəri‐üryan, 

Qılınc əbruləri daim olub ruhi‐rəvan üstə. 

 

Kəmantək, didə ətrafın alub müjgani‐xunxarı, 



Xədəng atmaqlığa rüxsət verüb bu xəstə can üstə. 

 

Dolubdur gözlərim qan‐yaş, dili‐xunbarım aludə, 



Həyatım qət` olur axır, nigari‐xoşbəyan üstə. 

 

Deyən yoxdur, o mahparə məni‐naçarı əfv etsün, 



Düşüb bu halə əhvalım, uçur mahi‐cəhan üstə. 

 

Batub nari‐fəraq ilə, dönüb xakistərə qəlbim, 



Fəna oldı ömür, Nadim, əcəb huri‐cinan üstə. 

 

* * * 



 

Gözüm aludə olub aşiqi‐şeyda gözüvə, 

Maşaallah ola ol hüsnüvə, şəhla gözüvə. 

 

Bilürəm, öldürəcəklər sənün eşqündə məni, 



Beş dəqiqə edərəm, barı, təmaşa gözüvə. 

 

Qaşlarun qarə, gözün qarə, ləbün şəhdü şəkər, 



Heç gözəl, hüsnidə olmaz yəqin həmta gözüvə. 

 

Şövq ilə canımı qurban edərəm payündə, 



Aşiqin canı fəda, ey qədi rə`na, gözüvə! 

 

Məgər ki, aşiqü mə`şuqligün rəsmi budur, 



Qoy, qoyum ləblərimi misli‐Züleyxa, gözüvə. 

 



 

38 


 

Yetmədi vəslə əlim, söylədi ol cani‐həzin, 

Qaldı həsrət bu gözüm, Nadimi‐şeyda, gözüvə. 

 

* * * 



  

Genə bu mülki‐könül yandı, pürşərar oldı, 

Batub imarəti‐dil, uçdı tarümar oldı. 

 

 



Gəzərdi mürği‐könül bir vüsal sorağında, 

Vüsalə yetmədi axır, cəhanda xar oldı. 

 

Nə busə aldı ləbündən bu aşiqi‐xəstə, 



Nə gül yüzün gözə görsəndi, aşikar oldı. 

 

Nə gül yanaqlarun ağlar gözümi şad etdi, 



Nə əqlim özümə verdi, nə huşiyar oldı. 

 

Nə zülfi sinəmə sərdün, nə bağladun gözümi, 



Gözün fədası ilə məskənim məzar oldı. 

 

Ölüm zəmanı yetişdi, nolar ki, rəhm edəsən, 



İşıqlı gün necə, gör, gözlərimə tar oldı. 

 

Mürüvvət et, ölürəm, barı, gəl cənazəmi gör, 



Öləndə aşiqüvi gör, nə növ`i zar oldı. 

 

Yox ehtiyac ki, buyursun həkimü cərrahə, 



Fəraqın oldı səbəb, ömr zəhrimar oldı. 

 

Gəl, eylə başımın üstə tilavəti‐Qur`an, 



Deyim, bu Nadim, öləndə sənə düçar oldı. 

 



 

39 


 

* * * 


 

Fələk nədən məni cövri‐nigarə yandırdı, 

Salub fəraq oduna, aşikarə yandırdı. 

 

Bu kökdə qoydı məni küncə, misli‐divanə, 



Çün əndəlibsifət cövri‐xarə yandırdı. 

 

Nə vəslə yetdi əlim, nə vüsali‐yar oldum, 



Zülmlə nari‐fəraqə dübarə yandırdı. 

 

Çox istədim ki, yetəm bir də vəsli‐dildarə, 



Vüsali hicr eləyüb suzi‐narə yandırdı. 

 

Çox arizu elədim, dəsti‐yarə əl yetirim, 



O çəkdi dəstini məndən kənarə, yandırdı. 

 

Mənim bu qəddimi xəm eylədi xəmidə qaşun, 



Sitəmlə eylədi müjganı parə, yandırdı. 

 

Ədu məzəmməti, bir də rəqib tə`nələri, 



Bu Nadimi sitəmi‐ruzigarə yandırdı. 

 

* * * 



 

Gözlərün, ey nazənin, əldən alub samanımı, 

Nari‐eşqə saldı bu aləmdə hicran, canımı. 

 

Rəhm elə, yox taqətim hicranuva tab etməgə, 



Zülm ilən ərşə çıxardun naləvü əfğanımı. 

 

 




 

40 


 

Nari‐eşqə yanmağı asan hesab etmə, rəfiq, 

Döndərüb xakistərə hicran, dili‐suzanımı. 

 

Vəsl ilə şad et, əmandur, aşiqi‐biçarəni, 



Qoyma həsrət ruyüvə bu dideyi‐giryanımı. 

 

Vergilən bir busə, canan, Nadimi qəmdən qutar, 



Ey nigar, azad elə bu dərdü qəmdən canımı. 

 

* * * 



 

Təmam olaydı omür, görməyeydi bu anı, 

Dutum nə növ` ilə mən bu həyati‐dünyanı? 

 

Əcəl yetəydi, Xuda, kaş öleydim əzzəldən, 



Salub bəlayə fələk tazədən bu nalanı. 

 

Bəlayə səbr edirəm, tazə bir bəla yetirür, 



Qəmin fəraqı bükübdür, bu qəddi‐rə`nanı. 

 

Nedim,



 nə çarə qılım, olmurı

∗∗

 bu dərdə əlac, 



Yoxumdı tab, çəkim dərdi‐eşqü hicranı. 

 

Nihani dərdə salub bircə mahparə məni, 



Xuda, vüsal ilə şad et bu qəlbi suzanı. 

 

Günüm qəra, işim əfğan, dilimdə va əsəfa, 



Bəlayə yaxşı düçar oldı Nadimin canı. 

 

 



                                                 

 Nə edim 



∗∗

 Olmur 



Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə