Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə10/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   6   7   8   9   10   11   12   13   ...   144

 

41 


 

* * * 


  

Qıldı fələk fəraq oduna mübtəla məni, 

Eylüb



cəfa ilə çü vətəndən cüda məni. 



 

Bəxtim qəra, olub üzümə cari göz yaşım, 

Məcnun hesab edir nə ki var, masiva məni. 

 

Əzbəs ki, çoxdı möhnətü qəm, qan olur könül, 



Saldı bu dərdi‐möhnətə ol mahliqa məni. 

 

Badi‐bəlayə verdi fələk aşiyanımı, 



Ədnalərün yanında edibdür cida məni. 

 

Yox Nadimin o səbri ki, çəksün bəlaləri, 



Bəlkə xilas eyləsün ol dilrüba məni. 

 

* * * 



 

Dilbəra, hicr oduna, rəhm elə, yandırma məni, 

Naz ilə qəmzə satub, candan usandırma məni. 

 

Eşqüvi, varmı yadunda, mənə izhar elədün. 



Ərz qıldım, çəküb ağuşə dadandırma məni. 

 

Söylədim ki, sənə pabəstədi bu mürği‐könül, 



Sənə aludəyəm, ardınca dolandırma məni. 

 

Açub öz eşqüvi tə`lim elədün ahəstə, 



Dedim, əvvəl oyadub eşqüvə qandırma məni.  

 

 



                                                 

 Eyləyib 




 

42 


 

Nadiməm, əvvəl‐axır, ruyüvə pərvanə mənəm, 

Yandırub hicr oduna, eşqə tapındırma məni. 

 

* * * 



 

Genə yandırdı gülüm atəşi‐hicranə məni, 

Firqəti nari‐şəm`ə eylədi pərvanə məni. 

 

Yetmədi vəslə əlim, karım olub ahü fəğan, 



Üzdi yarımdan əlim, saldı biyabanə məni. 

 

Yandırur şəm` oduna cismimi pərvanə kimi, 



Çünki həsrət eləyüb vəslinə cananə məni. 

 

Saxlayıbdur məni sail kimi payində, nedim,



 

Genə möhtac eləyüb zülfi‐pərişanə məni. 



 

Canımı qıldı sipər dəhrdə biganələrə, 

Hicr ilə qıldı nişanə dəmi‐peykanə məni. 

 

Nadimin mail olub ruyinə pabəstə qulam, 



Qoyub həsrət bu fələk, sərvi‐xuramanə məni. 

 

                          * * * 



 

Gətirdi xilqətün, ey dilbər, ahü zarə məni, 

Qarə telin kimi eyləyübdi bəxti qarə məni. 

 

Nə yetdi vəslə bu dəstim, nə bir kənar oldum, 



Ölüncə yandıracaq möhnəti‐şərarə məni. 

                                                 

 Nə edim 




 

43 


 

Ləbün fədası olum, şad elə vüsalın ilə, 

Nolar bir alasan, mahliqa, kənarə məni. 

 

Nolar əmim, qoyasan, gül dodağuvun şəhdin, 



Bu qədr candan usandırma, mahparə, məni. 

 

Neçün bu xəstə aşiqini salmısan gözdən, 



Ki, qorxuram yetirə bu mehr məzarə məni. 

 

Neçün kənar elədin Nadimi vüsalindən, 



Gözümdə əşki‐bəsər, atdun hər diyarə məni. 

 

* * * 



  

Qurban olum o gözlərə, bimar edüb məni, 

Hicrində dərdi‐eşqə giriftar edüb məni. 

 

Bir baxmaq ilə əldən alub ixtiyarımı, 



Sən`an kimi nə həsrəti‐didar edüb məni. 

 

Şamü səhər, səbahə kimi zarü müztərəm, 



Ol mahi‐ənvərimdi, şərmsar edüb məni. 

 

Gəlməz yuxum, səbahə kimi qıllam ahü zar, 



Bu qəmlərim gəlüb dilə, bizar edüb məni. 

 

Məcnuntək olmuşam genə avareyi‐vətən, 



Qəhri nədür ki, həsrəti‐rüxsar edüb məni? 

 

Mən Nadiməm, vüsalə əlim yetmədi nedim, 



Bu dərdə mübtəla o cəfakar edüb məni. 

 



 

44 


 

* * *


 

 

Nəsibim oldı bəla, göz  yaşım olur cari,



 

Fələk fəraq oduna yandırır dübarə məni. 



 

Gecə səbahə kimi bəstərim olub suzan, 

Budur ki qorxum, edər axırı şərarə məni. 

 

Nə bir yüzüm gülər, Allah, nə şad olar qəlbim, 



Edüb Ələstə qəza muyi‐zülfi‐yarə məni. 

 

Çəməndə qumrisifət adətim olub qu‐qu, 



Qəza, nedim, edüb həsrət genə bəharə məni. 

 

Həmişə, Nadiməm, ağlar gözüm fəraqında, 



Bu nalələr yetirə bəlkə rəhgüzarə məni. 

 

* * * 



 

Zəmanə yaxşı məni xari‐ruzigar elədi, 

Bəlavü möhnətə afaqdə düçar elədi. 

 

Gətirdi zarə məni, nikbətü bəla qıldı, 



Qərarü səbrimi aldı, qəmə düçar elədi. 

 

Əziz canım əcəb aləm içrə xar oldı, 



Ədu şəmatəti qəlbimi tarümar elədi. 

 

Əlimdən əqlimi aldı hilali‐əbrulər, 



Bu can evini əcəb qarə bir məzar elədi. 

 

Həmişə Nadiməm, ağlar gözüm fəraq ilə, 



Məni məlamət ilə dəhr səngsar elədi. 

                                                 

 Qəzəlin mətlə beyti getməyib 




 

45 


 

* * * 


 

 

Ey Xuda, qan oldı könlüm, həmzəbanım gəlmədi,



 

Munisü xoşmənzərü arami‐canım gəlmədi. 



 

Mən əlili qoydular gözyaşlı, ağlar müttəsil, 

İntizarəm ağlamaqdan, çıxdı canım gəlmədi. 

 

Yanmayıb nari‐qəmə bir kimsə məntək şübhəsiz, 



Qəm nihan eylər məni, qəmpərvəranım gəlmədi. 

 

Bəs nə çarə eyləyim, ya Rəbb, məni‐zarü əlil, 



Nə edim, nə söyləyim, ol mehribanım gəlmədi. 

 

Qəlbim oldı qan, İlahi, gözlərəm hər gün yolun, 



Nari‐hicrə yandı can, qəlbi yananım gəlmədi. 

 

Gül cəmalı kəhrəbatək Nadimün qəmdən solub, 



Ruzü şəb məcnunsifət gözlər ki, canım gəlmədi. 

 

* * * 



Bilmirəm noldı,

 

∗∗



 fələk, ol mahmənzər gəlmədi, 

İntizar qoydı məni ol nazlı dilbər, gəlmədi. 

 

Noldı ki, saldı vüsalindən kənarə aşiqi, 



Aşiqin almağa könlün mahpeykər gəlmədi. 

 

Gül yüzündən bülbüli‐qəmnakı məhrum eyləyüb, 



Barı, şad etsün məni ol hurimənzər, gəlmədi. 

                                                 

 Bu beyt təkrardır.  Növhələrdən birində getmişdir. Növhədə ikinci 



misradakı “munis” yerinə “Əkbər” verilmişdir.  

∗∗

 Nə oldu 




Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə