Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə6/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   2   3   4   5   6   7   8   9   ...   144

 

20 


 

digər şəhidlərin başına gətirilən əzablardan bəhs edən, qəm‐

qüssə dolu növhə və sinəzənlərini oxuduqca, insanda zülmə, 

azğınlığa, vəhşiliyə qarşı dərin nifrət hissi oyanır: 

 

Ruzi‐həşr olunca Şimri‐bihəyayə lə`nət olsun! 



Hər qərinə, hər zəmanda əşqiyayə lə`nət olsun! 

 

Nadimin 



növhələrində 

daha 


çox 

şəhidlərin 

qəhrəmanlığından  deyil,  məzlumiyyətindən  bəhs  edilir.  Bu 

məzlumiyyətin  sayəsində  qüvvələrin  qeyri‐bərabərliyindən 

doğan  çarəsizlik  deyil,  İLAHİ  EŞQ  dayanır.  Bu  eşqin 

yolunda şəhidlərin hər biri canını fəda etməyə hazırdır: 

 

Cəzbeyi‐eşq edüb əgər azimi‐Kərbəla səni, 



Dəşti‐bəladə gözləyir firqeyi‐əşqiya səni, 

Rəhm et əmuyə, dutmuşam çün məni‐binəva səni, 

Nadimi eyləmə, əxa, qəbri‐Peyəmbər həsrəti. 

 

Və ya, 



 

Qasimin Əkbər öləndən sora səbri tükənüb, 

Ver mənə rüxsəti‐meydan, əmu, qurbanun olum. 

 

Son  olaraq,  Hüseyn  Nadim  Naxçıvaniyə  –  qüdrətli 



qələm  sahibinə,  Əhli‐Beyt  (ə)  və  İmam  Hüseyn  (ə)  aşiqinə 

Allah‐təaladan rəhmət, məğfirət, əbədi səadət diləyirik. 

 

Hacı Mustafa Mailoğlu 

 

 

 



 

21 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Q

Ə

Z

Ə

LL

Ə



 

 

 


 

22 


 

Yox bircə kəs xilas edə bu nardən bizi, 

İmdad edən yoxdı bu biçarə millətə. 

 

İslamdən kənar eləsün bu bəlaləri, 



Olsun müin zəmanədə dilparə millətə. 

 

Versün səsimizə səsini, eyləsün mədəd, 



Bir çarə eyləsün bu güni qarə millətə. 

 

Gəlsün cəhanə dini‐müsəlmani hifz edən, 



Lütf eyləsün bu haldə avarə millətə. 

 

Yetsün bu gündə milləti‐İslam hərayinə, 



Hər səmtdən yetüb genə min yarə millətə. 

 

Mən Nadiməm, zəmanədə millət cünuniyəm, 



Ağlar gözüm həmişə bu biçarə millətə! 

 

* * * 



 

Edərəm eşqi ilə canımı dildarə fəda, 

Necə Sən`an elədi canını küffarə fəda. 

 

Sən qəbul et məni qurbanlığa, qurbanın olum, 



Qoy edim canımı ol səfheyi‐rüxsarə fəda. 

 

Aşiqin canı həmişə rəhi‐cananda çıxar, 



Yoxsamı aşiqi mə`şuqinə yalvarə, fəda. 

 

Neçə müddətdi könül vəslinə amadə olub, 



Yetmədim vəslinə, ta canım edəm yarə fəda. 

 



 

23 


 

Nə edim, istəyirəm ayrı cür illac eləyim, 

Düşürəm dərdü qəmə, tapmayıram çarə, fəda. 

 

Nadiməm, ya yetişəm vəslinə dünyadə gərək, 



Ya ki, payində olam dilbəri‐xunxarə fəda. 

 

* * * 



 

Gərək insan olanın qeyrəti, həm qanı ola, 

Adil, insaflı və həm məzhəbü imanı ola. 

 

Aqibət yoxdur olar fani cəlalü cəbərut, 



Bir açıq süfrəsi, miskin doyuran nanı ola. 

 

Gülüm, əhmər səni qoy eyləməsün məst, oyan, 



Əhli‐vicdan olanun xeyratı, ehsanı ola. 

 

Bükəcəkdür fələk axırda o ər`ər qədüvi, 



Başun üstə oxunan ayeyi‐Qur`anı ola. 

 

Qəbrstan ola mənzil, oxunar ə`malı, 



Sağlığında pis işi, ya ki, bəd ünvanı ola. 

 

Mələkül‐mövt oturar sinəvün üstündə sənün, 



Xeyr elə, Nadim, o dəm dərdüvə dərmanı ola. 

 

* * * 



 

Üşşaqın adəti gərək ahü fəğan ola, 

Məcruh qəlbi, zinəti əlbəttə qan ola. 

 

Ey ömr, gəl dəvam elə cəhan fəraqinə, 



Bülbül gərək çəməndə müdam pasiban ola. 


 

24 


 

Heç bülbüli rəvadımı tənha qoyub güli, 

Gülşəndə xar ilə gedübən həmzəban ola? 

 

Cəhd eyləyür ki, canım ala, yoxdı heç sözüm, 



Əmri‐Xudadı, nazlı gərək mehriban ola. 

 

Az ağla, gəlmə naləyə, Nadim, məlal ilə, 



Ağlar qoyan səni özi xari‐cəhan ola! 

 

* * * 



 

Eşq odı aşiqə aləmdə gərək qismət ola, 

Yanub hicran oduna dəhrdə bitaqət ola. 

 

Nə mənim eşqim olaydı, nə də hicranın odı, 



Nə də əğyarlər ol yar ilə həmsöhbət ola. 

 

Nə, Xuda, bülbül olaydı, nə də gülzardə gül, 



Nə də ol qönçeyi‐gül xar ilə həmvəhdət ola. 

 

Nə könül mülki yana eşq ilə hicran oduna, 



Nə də hicran ilə bu xəstə könül qarət ola. 

 

Nə siyah çeşm ola, nə zülfi‐siyah, sib zənəx, 



Nə də eşq əhlinə nalə eləmək adət ola. 

 

Nə ola Nadimə ruzi rüxi‐zibayi‐sənəm, 



Nə də bu xilqət ola, dərdü qəmü möhnət ola. 

 

* * * 



 

Bəlayə səbr edərəm, gər vüsali‐yar olsa, 

Əlimdə dəsti əgər bircə gün şikar olsa. 



 

25 


 

Rəqib tə`nəsinə eylərəm zəmanədə tab, 

Yanımda şərt ilə ki, yar bərqərar olsa. 

 

Səbəb budur ki, qəmim aşikar olubdı mənim, 



Çün əndəlib çəkər ah, gül dibində xar olsa. 

 

O əndəlib kimi qəmlərim ziyadə olub, 



Qəmim fənayə gedər əsl növbəhar olsa. 

 

Məzəmmət eyləmə zahid məni, qəmim çoxdur, 



Həmişə ağlayar hər kəs ki, intizar olsa. 

 

Gözətləyər



 rəhi‐cananı Nadim əldə qələm, 

Gərək nigarə yetə, qanı laləzar olsa. 

 

* * * 



 

Bülbül cəfa çəkərmi məgər xar olmasa? 

Gəlməz nəvayə xar ilə əğyar olmasa. 

 

Cəh‐cəh edərmi şaxeyi‐güldə səbahədək? 



Qılmaz nəvanı xilqəti‐gülzar olmasa. 

 

Zahid dil ilə razü niyaz eyləməz yəqin, 



Qəlbində gər məhəbbəti‐Qəhhar olmasa. 

 

Bimarlər bu bəstəri‐qəmdə həlak olar, 



Dünyadə gərçi haziqü təb`dar olmasa. 

 

 



                                                 

 Gözləyər 




Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə