Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə5/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   2   3   4   5   6   7   8   9   ...   144

 

17 


 

Hüseynin  (ə)  Yəzidə  biyət  etməyəcəyi  artıq  məlum  idi. 

Kufəlilər Həzrət İmama (ə): ʺBiz də biyət etməyəcəyik, gəl, 

başçımız  ol,  uğrunda  candan  keçərik!ʺ  ‐  deyə  məktublar 

göndərirdilər.  Hüseyn  (ə)  əmisi  oğlu  Müslimi  Kufəyə 

yolladı və onunla göndərdiyi məktubda yazırdı: ʺMüslimə, 

mənim  adıma  biyət  etsəniz  və  o,  həqiqətən  də  gerçək 

olduğunuzu bildirərsə, gələrəm!ʺ. 

Hüseyn  (ə)  Mədinədə  hər  an  təhlükə  ilə  qarşılaşa 

bilərdi,  halbuki  Məkkədə  hərəm  vardı.  İslama  görə, 

hərəmdə  qisas  almaq  qadağandır.  Doğrudur,  Üməyyə 

nəslinə  bel  bağlamaq  olmazdı.  Lakin  çox  güman  ki, 

müsəlmanların qorxusundan buna cürət etməzdilər. Həzrət  

Hüseyn  (ə)  bütün  yaxın  adamları  ilə  birlikdə  Mədinədən 

Məkkəyə  getdi.  Köçməmişdən  əvvəl  Həzrət  Peyğəmbərin 

(s),  anası  Fatimənin  (s.ə),  qardaşı  Həsənin  məzarlarını 

ziyarət etdi. 

Hüseyn (ə) Məkkəyə şəban ayının 3‐də (9.5.680) çatdı. 

Abdullah  ibn  Abbasla  Abdullah  ibn  Zübeyr  ziyarətinə 

gəldilər. İmam onlara səbirli olmalarını əmr etdi. 

Bəni  Üməyyədən  olan  Məkkə  valisi,  Yəziddən  aldığı 

əmrə əsasən  Həzrət Hüseyni sıxışdırmağa başladı. Müslim 

də onu Kufəyə dəvət etmişdi. Hüseyn (ə) Məkkədə elə bir 

vəziyyətə  düşmüşdü  ki,  o  müqəddəs  yerdə  hər  an  qan 

tökülə  bilərdi.  Həzrət  Peyğəmbər  (s)‐in  zövcəsi  Ümmü 

Sələmə,  Peyğəmbərin  əmisi  oğlu  Abdullah,  İmamın 

qardaşı  Məhəmməd  Hənəfiyyə  Həzrət  İmama  öyüdlər 

verib  dedilər  ki,  kufəlilərə  inanmasın,  Məkkəni  tərk 

etməsin.  Lakin  Hüseyn  (ə)  onu  nələr  gözlədiyini,  başına 

nələr gələcəyini qabaqcadan bilirdi. 

Həzrət  Hüseyn  (ə)  Müslimin  Kufədə  şəhid  edildiyi 

gün  Məkkədən  çıxdı.  Vali  Məkkədən  çıxmasına  mane 


 

18 


 

olmaq  istədisə  də,  niyyəti  baş  tutmadı.  Müslimin  ölüm 

xəbərini İmam (ə) yolda eşitdi. Nəhayət, bir gün, Kufədən 

gələn bir ordu ilə qarşılaşdı...  

...Kərbəlaya gəlişlərinin 4‐cü günü Həzrət Hüseyn (ə)‐

ın  dəstəsi  böyük  bir  ordu  tərəfindən  mühasirəyə  alındı. 

Ordu  komandanı  Ömər  ibn  Səd  idi.  Ertəsi  gün  Fərat 

suyunu  mühafizə  altına  aldılar,  bir  gün  sonra  döyüşə 

başlamaq  istədilər.  Hüseyn  (ə)  o  gecə  namaz  qılmaq, 

Allaha  dua  etmək,  Qur`an  oxumaq  üçün  düşmən  tərəfdən 

izn  aldı.  O  gecə  Tasua  günü,  yəni  Aşura  gününün  gecəsi 

idi.  Sabahı  gün,  hicrətin  61‐ci  ilinin  ilk  ayının  10‐cu  günü 

(12.10.680)  isə  Aşura  günü  ‐  müdhiş  bir  faciə  kimi  tarixə 

həkk  olunacaqdı!  Bu,  hakimiyyət  davası  deyildi.  Hüseyn 

(ə)  bilirdi  ki,  80‐100  adam  otuz  iki  min  nəfərlik  orduya 

qarşı  tab  gətirə  bilməz.  Onun  qarşısında  iki  yol  var  idi: 

zillətlə yaşamaq – Şərəflə ölmək! 

Hüseyn  (ə)  ikincisini  üstün  tutdu.  Döyüşə  girişdi. 

Özü,  dostları,  qohum‐əqrəbası,  altı  aylıq  südəmər  körpəsi 

gözləri önündə şəhid oldular... Həzrət Hüseyn (ə) bu tarixi 

savaşı,  yenilməz  iradəsi  ilə  sanki  bütün  insanlara  demək 

istəyirdi ki, izzəti‐nəfsinizi qoruyun, şərəflə yaşayın.  

 

   * * * 



 

Məşhur  ədəbiyyatşünas  Firidun  bəy  Köçərli  Kərbəla 

faciəsini və bu faciənin fövqündə duran İmam Hüseynin (ə) 

müsibətini  xarakterizə  edərək  yazırdı:  “Əgər  iradü  etiraf 



olunsa ki, kədər ilə səfa və qəm ilə sürur və yaş ilə nur bir 

yerdə  ola  bilməz,  bunlar  bir‐biri  ilə  zidd  olduğu  halda 

uyuşmaz,  onda  deyə  bilərik,  bəli,  İmam  Hüseyn 

müsibətində bu feyz vardır, bir yandan ağladır, bir yandan 

nuraniyyət bəxş edib şad qılır; Bir yandan qəmləndirir, bir 


 

19 


 

yandan  qəmü  qüssədən  azad  edir.  Bir  yandan  şikəstəvü 

pərişanhal  edir,  bir  yandan  uca  məqamlarda  dövr  etməyə 

pərü  bal  verir.  Bu  feyzü  bərəkət,  bu  qeyri‐adi  halət  və 

xüsusiyyət  ancaq  Seyyidüş‐şühəda  (ə)  müsibətü  əzasına 

müxtəsdir, 

ancaq 

mahi‐mühərrəmdə 

tərtib 

olunan 

təziyələrdə hiss olunur...”

1

 

Bu 

təziyələri 



şərafətləndirən, 

bu 


matəmləri 

rövnəqləndirən  təbii  ki,  Azərbaycan  mərsiyə  ədəbiyyatının 

Qumri, Raci, Dəxil, Sərraf, Pürqəm, Dilsuz, Şüai, Tuti, Nadim 

və  onlarla  digər  görkəmli  nümayəndəsinin  bu  günümüzə 

gəlib  çatan  və  şübhəsiz  həmişə  yaşayacaq  əsərləridir.  Bəli, 

növhəxan  şairlər  həm  özlərinə,  həm  də  əsərlərinə  əbədi 

həyat  bəxş  etmişlər  desək,  yanılmarıq.  Çünki  dünya 

durduqca  onu  sevənlərin  könlündə  əbədi  məqam  tapan 

İmam  Hüseyn  əleyhissəlamın  müsibəti  unudulmayacağı 

kimi,  bu  böyük  müsibətin  poetik  əks‐sədası  olan  mərsiyələr 

və növhələr də unudulmayacaq.  

 

Ağla Hüseynə, göz yaşı tök ruzi‐həşrətək, 



Qəsri‐cinan, huriyü qılman bəhası var. 

 

Nadim, həmişə ağla Hüseynün o halinə, 



Gəlməz şümarə, cismdə hədsiz yarası var. 

 

Nadim  Kərbəla  faciəsini  Dəxil,  Qumri,  Şüai  kimi 



ardıcıllıqla  təsvir  etməmişdir.  Nadimin  növhələrində  daha 

çox  Raci  və  Sərraf  ruhu  duyulur.  Nadim  də  Raci  və  Sərraf 

kimi  əhvalatın  ayrı‐ayrı  hadisələrini  yanıqlı  bir  dillə  nəzmə 

çəkmişdir. Nadimin İmam Hüseyn (ə)‐ın, onun övladlarının, 

                                                 

1

 Firudin bəy Köçərli. Azərbaycan ədəbiyyatı. Bakı, Yazıçı, 1981 




Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə