Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə7/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   2   3   4   5   6   7   8   9   10   ...   144

 

26 


 

Gəlməz nəvayə Nadimi‐şeyda, məlal ilən, 

Qəlbində gərçı firqəti‐dildar olmasa. 

 

* * * 



 

Mülki‐dil yandı genə yari‐cəfakar oduna, 

Görüm heç kimsə düçar olmasun ol yar oduna. 

 

Bu könül meylini bir aşiqi‐xunxarə salub, 



Yandım aləmdə əbəs hicr ilə əğyar oduna. 

 

Aldanub bir sənəmin gülrüxü zibasinə mən, 



O da yandırdı məni firqəti‐dildar oduna. 

 

Meylüvi salma dedim, kafərü biganələrə, 



Yandırır həşrə kimi cismüvi azar oduna. 

 

Büti‐zibadı bular, zərrəcə yox rəhmləri, 



Yandırırlar səni, bil, Xaliqi‐Qəhhar oduna. 

 

Keçdi vəqt, Nadim, oyan fürsəti fövt eyləməmiş, 



Nə əcəb yanmamısan həşrdə Səttar oduna. 

 

* * * 



 

Əhsən ola o gözlərüvə, məh cəmaluva, 

Qurban olum yanağuva, ol qarə xaluva. 

 

Bəxş etgilən bu aşiqə bir busə naz ilə, 



Canım fəda o ləblərüvə, gül yanağuva. 

 

Bu aşiqi‐bəlakeşüvə mərhəmət buyur,  



Qoy bu ləblərini ol gülə bənzər dodağuva. 


 

27 


 

Gəl, eylə mərhəmət ki, tərəhhüm zəmanidür, 

Olsun fəda bu canım o şirin məqaluva. 

 

Rəhm et, məriz aşiqüvi qəmdən et xilas, 



Aludədür bu könlüm o çeşmi‐xumaruva. 

 

Hicrində Nadimin necə gör, biqərardur, 



Bir leyl sübh olunca məni al kənaruva. 

 

* * * 



 

Lütf ilə etdim ləbi‐dildardən busə tələb, 

Bu yəman əhvalimə təğyir verüb etdi əcəb. 

 

Qoydı ol busini məcruhimə çün cərrahi‐xas, 



Dərdi‐bidərmanimə verdi dəva ol şəhdləb. 

 

İcz ilə ərz eylədim, bir busə ehsan et mənə, 



Bəlkə rədd olsun bu canım qüssədən, azari‐kəb. 

 

Bu ləbi‐suzanə qoydı ləblərin həmraz olub, 



Bu mərizi‐eşq ilə ta sübhətək ol biədəb. 

 

Bir gülə aludə olmuşdı könül, tapmaz əlac, 



Ol güli didarını etdi bu şəb Nadim ləqəb. 

 

* * * 



 

Fələk fəraqi‐nigar ilə əqlim əldən alub, 

Düşübdi firqət arayə, gözüm yolunda qalub. 

 

Solubdı rəngi‐rüxüm nari‐hicrə yanmaqdan, 



Qəmü məlalü müsibət, mən ilə munis olub. 


 

28 


 

Nedim


 ki, yoxdı vəfası bu yari‐hurivəşün, 

Səbəb nə oldı ki, öz aşiqin kənarə salub. 

 

Nigəran eyləyüb, aramü taqətim kəsilüb, 



Bəli, o dilbəri‐məhru məni bu halə salub. 

 

Edüb bu Nadimi, avareyi‐vətən o mələk, 



Vüsali‐yar ilə qürbətdə min xəyalə dalub. 

 

* * * 



 

Səbəb nədür bu sənəm böylə bimürüvvət olub, 

Cəfalər eyləməgi bu nigarə adət olub. 

 

Neçün



∗∗

 bəlayə salub aşiqi‐bəlakeşini? 

Belə güman edirəm, yar qüruri‐dövlət olub. 

 

Məni salubdı nəzərdən ol şux mahparə, 



Belə tazə cəhandə bir əziz dövlət olub. 

 

Mərizi‐eşqə əgər dilbərim şəfaət edə, 



O gün bilün ki, mənim dərdimə şəfaət olub. 

 

Yəqindi bu sənün eşqündə, ey sənəm, dünya, 



Bu Nadimin gözünə guşeyi‐qəzamət

∗∗∗


  olub. 

 

 



 

                                                 

 Nə edim 



∗∗

 Nə üçün  

∗∗∗

  Qazamat, həbsxana 




 

29 


 

* * * 


Dərdi‐firqət genə, canan, məni avarə qoyub, 

Əcəb hicran ilə bu bəxti, güni qarə qoyub. 

 

Hanı aləmdə cəfakarə deyən kim bu yetər, 



Nə edim kim, məni həsrət rüxi‐gülnarə qoyub. 

 

Aşiqi zibh eləməklikdən ötər huricəmal, 



Qeyz ilə qətlim üçün xəncəri‐xunxarə qoyub. 

 

Yandırub hicr oduna canımı dünyadə mənim, 



Firqətin dilbərin afaqdə dilparə qoyub. 

 

Nadimi‐qəmzədəni parə edüb müjgan ilə, 



Eyləməz bircə əlac, qəlbimi sədparə qoyub. 

 

* * * 



 

Dəgdi gözümə tülkisifət hacı bu yerdə, 

Xər sərçulu tək əgri qoyub tacı bu yerdə. 

 

Bu dəhbaşılar pulsuza divanə deyərlər, 



Verməz pulunı, fə`lə dutar acı bu yerdə. 

 

Dövlətlilərün məzhəbü imanı, qəpikdür, 



Zorlar hər işə əppəgə möhtacı bu yerdə. 

 

Məhrəmlərini özlərinə oğrı dutarlar, 



Bəsləllə

 hərəm küncdə oynacı bu yerdə. 



 

                                                 

 Bəsləyərlər 




 

30 


 

Gər zülmlərün ərz eləsəm, həddən aşıbdur, 

Axırda qoyub simüzərin bacı bu yerdə. 

 

Amadədi bir cütdən ötür bir neçə müddət, 



Gözyaşlı qoya Nadimi‐taracı bu yerdə. 

 

* * * 



 

Qurban olum sənə, məni‐nalanə rəhm elə, 

Eşqündə bu könül gəlüb əfğanə, rəhm elə. 

 

Bir dəf`ə çarə eylə, nəzər sal bu halimə, 



Lütf ilə qıl nəzər dili‐büryanə, rəhm elə. 

 

Xamuş elə bu dərdü bəla içrə qəlbimi, 



Eşqün odı düşübdi şirin canə, rəhm elə. 

 

Hicrün məni məriz eləyüb, gəlmişəm genə, 



Loğman bilüb çü payüvə dərmanə, rəhm elə. 

 

Abi‐ləbündi çarə bu biçarə Nadimə, 



Eylə əlac, bu dideyi‐giryanə rəhm elə. 

 

* * * 



 

Mə`şuq atar kənarəmi

 yarın, məgər belə? 



Mə`yus edər zəmanədə zarın, məgər belə? 

 

 



 

                                                 

 Kənara atarmı 




Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə