Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə15/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   11   12   13   14   15   16   17   18   ...   144

 

66 


 

Bəs necə insafdür bu nazənin biçarə gül, 

Xar ilə həmdəm olub, heç bülbülün yad etməsün? 

 

Zahida, yoxdur səvadım, Nadimi‐biçarəyəm, 



Bəndəyə alim olan şairlər irad etməsün. 

 

* * * 



  

Qəflətən sinəmə çün urdı bir ox qarə gözün, 

Lütf ilə çünki nəzər saldı bu bimarə gözün. 

 

Bir nəzər qılmaq ilən əldən alub taqətimi, 



Məni Məcnun kimi axır qoyub avarə gözün. 

 

Rəhm elə, etmə cəfa aşiqi‐nalanə bu qədr, 



Qeyz əlilən verər axır məni xunxarə, gözün. 

 

Firqətün canımı bir dərdə salub, yoxdur əlac, 



Əmr elə, bəlkə edə dərdimə bir çarə gözün. 

 

Xəstəhaləm ki, yaram var, nə edim, ah ölürəm, 



Məni bu halə salub ol, ey gülü məhparə, gözün. 

 

Guş qıl, mültəfit ol ərzimə, var bircə sözüm, 



Nə ola rəhm eləyə Nadimi‐naçarə, gözün. 

 

* * * 



  

Vay ola halına üqbadə bu ruhanilərün, 

Baxmayun virdinə dünyadə bu ruhanilərün. 

 

Yetməz itmamə ki, nöqsanların izhar eləyim, 



Salalar eyblərin yadə bu ruhanilərün. 


 

67 


 

Ki, Peyəmbər qoyub aləmdə həlal ilə həram, 

Yeməgə mə`dəsi amadə bu ruhanilərün. 

 

Şamə sədr dügüsündən plov, üstündə cücə, 



Küftə, dolma ilə həlva da bu ruhanilərün. 

 

Arizu eyləmə, Nadim, dəxi dümbəkçiligin, 



Toy, kəmança ilə zurna da bu ruhanilərün. 

 

* * * 



 

Ver mənə, badi‐səba, ol bivəfadən bir xəbər, 

Söyləyən yoxdı mənə çeşmi‐qəradən bir xəbər. 

 

Çün vüsalın müjdəsin hər kəs mənə e`lan edə, 



Ey qəriblər qasidi, vəsli‐vidadən bir xəbər. 

 

Ömr keçdi, gün tükəndi, firqətində çıxdı can, 



Yetmədi didarimə ol məhliqadən bir xəbər. 

 

Bixəbərdir bəlkə yarım, ey səba, e`lan qıl, 



Qıl rücu, ver yarə bu bəxti qəradən bir xəbər. 

 

Tez yetir ərzi‐səlam, yarın de ki, bimardur, 



İstə bu dərdə əlac, ol aşinadən bir xəbər. 

 

Həq rizası, Nadimə ver vəsli‐yarın müjdəsin, 



Hurivəş, tutizəban, çeşmi‐ziyadən bir xəbər. 

 

* * * 



 

Sənsiz cəhanda fəsli‐bəharım xəzan keçər, 

Xoş günlərim fəraqın ilə çox yəman keçər. 



 

68 


 

Hicran nə qədər çəksə, gözüm ağlar ol qədər, 

Gündə yaralı qəlbdə min qətrə qan keçər. 

 

Firqət şərarəsi məni xakistər eylədi, 



Sənsiz nəsibim olmuş həmişə fəğan, keçər. 

 

Müştaqi‐vəslinəm, gözəlim, olmuşam əsir, 



Olmaz mənə nəsib o gələn karvan keçər. 

 

Ədna güman edər məni, dünyayə talibəm, 



Rəmz ilə aşiq eşqini eylər bəyan, keçər. 

 

Vallah, budur ki, Nadim o Leyla cünunidür, 



Səhni‐çəməndə ismi onun bağban keçər. 

 

* * * 



 

Fəraq narinə yanmaq məgər ki, asandur? 

Bu qəlbim eşq oduna odlanubdı, büryandur. 

 

Canımda qüssəvü qəmdən dönübdi qanə cigər, 



Ki, ləxtə‐ləxtə olub, bircə kasə al qandur. 

 

Əzəl məni özi ağuşinə çəkərdi o gül, 



Görən bəs imdi nə olmuş, məgər peşimandur? 

 

Gedün, deyün o nigarə ki, söz həman sözdür, 



Yolunda gərçi öləm, can o canə qurbandur. 

 

Nolaydı yar məni bir çəkəydi ağuşə, 



Onun vüsalı mənə eyni‐vəsli‐rizvandur. 

 



 

69 


 

Bu Nadimin əli səndən kənar olan gündən, 

Həmişə şamü səhər  kari ahü əfğandur. 

 

* * * 



 

Ey sənəm, hicründə bu dünya mənə zindan olur, 

Qüssədən bu xəstə könlüm ləxtə‐ləxtə qan olur. 

 

Çün məhəbbət atəşin sinəmdə pünhan etmişəm, 



İstəsən kəs xəncər ilə, gör, necə büryan olur. 

 

Yağ necə şəm`də ərir, vallah, mənim qəlbim o cür, 



Hər səni gördükcə, bil, şö`lə çəküb giryan olur. 

 

Bir neçə ildür sənün eşqündə cani‐müntəzir, 



Eylər əfğan, ağlamaqdan göz yaşım ümman olur. 

 

Ağlaram hər sübhü şam, karimdür əfğan eyləmək, 



Vəslin olmuşdur həram, çün qismətim hicran olur. 

 

Nadiməm, göz yaşım daim rəvan eylüm



 gərək, 


Çünki könlüm qəhri‐zülmi‐bar ilə bimar olur. 

 

                                    * * * 



 

Sənün kimi necə bir kimsə əhli‐surət olur, 

 

Gözəldə də belə bir surətü vəcahət olur? 



 

Bu nazü qəmzə ilə gündə qan edir çeşmün, 

Sənün öz eşqüvə qürrən, mənə məlamət olur. 

 

                                                 



 Eyləyim 




 

70 


 

Kəşidə qaşlaruva əmr elə fəraqət ola, 

Görəndə qaşı könüldə, əcəb qiyamət olur. 

 

Fəda olum gözüvə, et rəqibdən pünhan, 



Görəndə ruyüvi əğyar, mənə şəmatət olur. 

 

Rəqibindən gözüvi, ey nigarım, yan döndər, 



Görəndə gözüvi ədna, mənə müsibət olur. 

 

Kənari‐şəm`üvə yannam misali‐pərvanə, 



Vəcihlər eşidübsən ki, əhli‐ismət olur. 

 

Cəhandə ruzim olur, Nadiməm, gözüm yaşı, 



Bülənd ismim əgər eyni bir səadət olur. 

 

                                 * * * 



 

Nəzarə qıl məni‐bimarə, yar, əman günidür, 

Nihani dərdimə et çarə, yar, əman günidür. 

 

Yetir vüsaluva, bir busə ver yanağından, 



Qoyum ləbim ləbi‐gülnarə, yar, əman günidür. 

 

Yetim muradıma qoy barı, kami‐dil gətürüm, 



Tərəhhüm eylə bu biyarə, yar, əman günidür. 

 

Əgər ki, doğrasalar parə‐parə, məmnunəm, 



Yetəm sənə, barı, bir parə, yar, əman günidür. 

 

Kənarə salmagilən Nadimi vüsalından, 



Yetir bu aşiqi dildarə, yar, əman günidür. 

 



Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə