Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə16/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   12   13   14   15   16   17   18   19   ...   144

 

71 


 

                                     * * * 

 

Xuda, nolaydı, bu dünyayə gəlməyeydim kaş, 



Cəhanda dərdü qəmə munis olmayeydim kaş. 

 

Təmam olaydı həyatım kiçik zəmanimdə, 



Gözüm açub o cəfakarı görməyeydim kaş. 

 

Nə həddi‐kamil olaydım, nə maili‐rüxsar, 



Yetüb bu sinnə belə təng qalmayeydim kaş. 

 

Nə şad olaydı bu didəm, nə böylə xunalud, 



Əzəlki gündə bu dildarı sevməyeydim kaş. 

 

Nə vəsli‐yarə yetəydim, nə şad olaydı gözüm, 



Düçar bu hicrü bəlayə mən olmayeydim kaş. 

 

Olubdur Nadimi‐biçarə qüssədən bimar, 



Bu dərdi‐eşqi çəkeydim, heç ölməyeydim kaş! 

 

                                  * * * 



  

Gözün fədası olum, yari‐mehriban, səbr et, 

Gözümə payüvi qoy, bir qədər dayan, səbr et. 

 

Nə qədr çəkmiş idim intizaruvı, səd şükr, 



Yol üstə vəslə yetişdim, gəlüb əman, səbr et. 

 

Yanubdur eşq oduna aşiqin fəraqində, 



Sənə bu dərdimi, barı, edim əyan, səbr et. 

 

 




 

72 


 

Əlüvi sinəmə qoy, qüssədən xilas eylə, 

Qədəm gətürmə ki, əl`an çıxar bu can, səbr et. 

 

Əyağın altına cismim rəvadur fərş olsa, 



Otur sinəmdə gəlüb, məhrəmi‐zəban, səbr et. 

 

Tərəhhüm eyləgilən Həq rizası, Nadimüvə, 



Həmayil et qoluvı boynuma, dayan, səbr et. 

 

* * * 



  

Tərəhhüm eylə məni‐cannisarə bir saət, 

Yetir vüsaluva, canan, dübarə bir saət. 

 

Bu şəb rəqibdən eylə məqaluvi xali, 



Ol həmzəban bu şəbi‐biqərarə bir saət. 

 

İcazə ver, oturum bari, asitanında, 



Baxım doyunca o çeşmi‐xumarə bir saət. 

 

Həram eyləməz əğyarlər, edüblər xab, 



Ki, rubəru danışaq aşikarə bir saət. 

 

Qoluvı boynuma sal, Nadimi qutar qəmdən, 



Deyim yetişdi əlim vəsli‐yarə bir saət. 

 

* * * 



  

Öz yarım üçün dutmuşam əğyarı əgər dust, 

Gül xatirinə eyləmişəm xarə məhəbbət. 

 

Yaddan, nə edim, bülbüli gül etdi fəramuş, 



Çün bülbüli rədd eyləməgə eyləyüb adət.    


 

73 


 

Ol qədr həyatım ola dünyadə, İlahi, 

Axır o gülün vəsli olaydı mənə qismət. 

 

Çünki yanıram eşq oduna can ilə hər an, 



Rəngim saralub, çəkmişəm eşqində əziyyət. 

 

Qorxum budı, dildarimə çün yetməyə dəstim, 



Əğyarlər eyləllə

 bu biyarə şəmatət. 



 

Etmə bu qədər hurivəşün vəslini pünhan, 

Nadim, buların tə`rifini eylə kifayət. 

 

* * * 



 

Aşiq kimi aləmara bimar olar, olmaz? 

Aşiqtək olan eşqə giriftar olar, olmaz? 

 

Gül sayəsinə xar gəlüb sayə salanda, 



Bülbül görə, aya, gözi xunbar olar, olmaz? 

 

Səyyadın əgər daminə zağ olsa giriftar, 



Öz bəxti o səyyadəmi əğyar olar, olmaz? 

 

Dildarı üçün əhli‐dilin mənzəri olsa, 



Bəxti ola ziba, özi bidar olar, olmaz? 

 

Müştaqi‐xədəng ilə dili‐aşiqi‐sadiq, 



Bir baxmaq ilə qan ilə gülnar olar, olmaz? 

 

 



                                                 

 Eyləyərlər 




 

74 


 

Dərya ola, Nadim, əgər eşq əhlinün əqli, 

Divanəsifət hicr ilə biar olar, olmaz? 

 

                             * * * 



 

İlahi, mən kimi bir əhli‐eşqün bağrı qan olmaz, 

Əgər qan olsa da, məntək yəqin xari‐cəhan olmaz. 

 

Alışmış atəşi‐eşqə, fəraqın narinə yanmış, 



Dönüb xakistərə qəlbim, əsiri‐xoşzəban olmaz. 

 

Yanubdur balü pər, bülbülsifət bibalü pər qaldım, 



Xəzan dutmuş çəməndə mən kimi biaşiyan olmaz. 

 

İşim nalə olur çün xar tapanda səhni‐gülzari, 



Qılub gül xarə ülfət, bülbül ilə həmzəban olmaz. 

 

Alub səbrü qərarım ol siyəh əbruləri əldən, 



Belə müjgan, belə əbru, belə tirü kəman olmaz. 

 

Olubdur, Nadiməm, ruzim gecə‐gündüz gözüm yaşı, 



Ki, qəlbim qan olub qəmdən, belə dərdi‐nihan olmaz. 

 

                                           * * * 



 

İlahi, mən kimi bir kəs qəmü dərdə düçar olmaz, 

Ənisi naləvü əfğan, sədası aşikar olmaz. 

 

Vətən, vallah, mənə qürbət olub dünyadə, xar oldum, 



Cünuni‐eşq ola hər kəs, belə biixtiyar olmaz. 

 

Həmişə ağlaram, ya Rəbb, gözüm yaşı olub ruzim, 



Fəqir olsa əgər hər kəs, belə bədruzigar olmaz. 


 

75 


 

Günüm qarə, könül pürqəm, gözümdə pərdeyi‐zülmət, 

Könül xakistərə döndi, ki böylə pürşərar olmaz. 

 

Həyatımdan usandım mən, İlahi, ömrdən doydum, 



Bəla hədsiz, özüm yalquz, mənə bir qəmküsar olmaz. 

 

Yuxum gəlməz zibəs ki, rəxtxabım od kimi dağlar, 



Bu ruzigar, görən, ya Rəb, nə üçün tarümar olmaz? 

 

Olub ləbriz guya rəxtxabım marü mur ilən, 



Nə tab odlanmağa qəlbim, nə səbrü nə qərar olmaz. 

 

Fələk eylüb məni Nadim, cəhanda heç üzüm gülməz, 



Nə bir yarü ənisim var, mənimtək kimsə xar olmaz. 

 

 



 

 

                               * * * 



 

Dilər bu aşiqi‐sadiq, bəladən heç kənar olmaz, 

Gedər əldən qərarü səbr, dildə ixtiyar olmaz. 

 

Həmişə eşq rahində keçər malı ilə candan, 



Yəqinən bu səbəbdən əhli‐eşq həmruzigar olmaz. 

 

Əgər ki, olmasa bir qəlbdə gər eşq sənduqi, 



O kəsdə bu yəqindür, zərrəcə heç e`tibar olmaz. 

 

Gərək dünyadə hər kimsə ola bir zillətaludə, 



O şəxsün olmasa yarı, o kəsdə zərrə ar olmaz. 

 

Olubdur bir gülə aşiq cəhanda Nadimi‐şeyda, 



Təmamən lalə gülşəndə o gültək abdar olmaz. 

 

 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə