Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə19/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   15   16   17   18   19   20   21   22   ...   144

 

87 


 

 

Ərusi‐bəxti qəranun işi fəğan oldı, 



O vəqtə gördi ki, damad hənası qan oldı. 

 

Əsir eylədilər itrəti‐müəddəbini, 



Çəküblə qolları bağlı Dəməşqə Zeynəbini. 

 

Cəfa oduna ədu yandurubla xeymələrün, 



Çəküblə zülm ilə qəlbinə dağ çü şiələrün. 

 

Fəda o haluva canım, Hüseyni‐təşnəcigər, 



Sənə vəsiyyət edən vəqtə növcəvan Əkbər. 

 

Dedi, şəhidləri dəfn edəndə Zeynəl‐əba,



 

Məni də dəfn eləyün payün atda,



∗∗

 çünki baba. 

 

Ziyarətüvə gələllər eşitmişəm zəvvar, 



Səni ziyarət edən vəqtdə, Şəhi‐əbrar. 

 

Sənün məzaruva sürtən zəman dodağlarnı, 



Qoyallar sinəmün üstə qaba əyağlarnı. 

 

Nəsib elə yetişə bir də qəbrüvə Nadim, 



O səhndə ucalaydı səmayə fəryadim. 

  

                       BƏHARİYYƏ 

 

Fəsli‐bəhardür genə, könlüm xumar olub, 



Gülşəndə gül vüsalı üçün biqərar olub. 

                                                 

 İmam Zeynəlabidinə (ə) işarədir 



∗∗

 Altında 




 

88 


 

 

Bülbül çəməndə cəh‐cəh edir gül həvasinə, 



Susənü lalə, yasəməni bir qətar olub. 

 

Ey əndəlib, ətirli gülün qönçədür hələ, 



Reyhanlər şüküftələnüb, aşikar olub. 

 

Gəzdim təmam gülşənləri bir gül soraq edüb, 



Tapdım güli ki, cövri‐xəzanə düçar olub. 

 

Teyri‐güzar şəhri‐Xorasanə eylədüm, 



Fəsli‐xəzan o yerdə mənə növbəhar olub. 

 

Bir buyi‐xoşnəsimi yetirdi dimağimə, 



Müşki‐Xəta o buyi görüb şərmsar olub. 

 

İstibdad ilə çünki Nikolay Romanoviç, 



Cövr etməgə o bülbüli‐gülzarə xar olub. 

 

O gülşəni nişanə edüb toplar ağzına, 



Bu vəqtdən gözümə cəhan tarümar olub. 

 

O qədr keçmədi, üç yüz il olmamış təmam, 



Təxti‐rəyasəti yıxılub tarümar olub. 

 

Qətl eyləyüb özün, vükəlasın və hey`ətin, 



Nəslən qəbiləsi hamısı şərmsar olub. 

 

Düşdi xəyalimə genə də dəşti‐Kərbəla, 



Bikəs Hüseyn o yerdə bəlayə düçar olub. 

 

 




 

89 


 

Bu zülm ilə o zülmlərün xeyli fərqi var, 

Qan cövri‐zəhr ilə ləbi üstündə bar olub. 

 

Əmma onu şəhid eləyən vəqtə kufəyan, 



Bikəs əsir əyalı qəribi‐diyar olub. 

 

Kərbübəla büsatına əl vırma, Nadima, 



Bu qəmdə göz yaşım üzə hər gün nisar olub. 

 

                     Oldı bəhar... 

 

Oldı bəhar, mövsümi‐gül aşikar olur, 



Bülbül gülün açılmağına intizar olur. 

 

Bülbül, oyan ki, yasəmənü lalələr açub, 



Qəflətdən aç gözün ki, gülün tarümar olur. 

 

Bilməm nə haldür, bu necə rəsmdür, Xuda, 



Fəsli‐bəhar olanda ümum aşikar olur. 

 

Bülbül gəlübdi gülşənara lalə sehrinə, 



Gül butəsində xarı görüb biqərar olur. 

 

Düşdi xəyalə bülbüli‐gülzari‐Kərbəla, 



Vəchi budur ki, çeşmlərim əşkbar olur. 

 

Nazlı Səkinə bülbüli‐şeyda ikən hənuz, 



Növhə edər bu qəmdə dili pürşərar olur. 

 

Vardur bəsirətün, baxuban Kərbəlayə, gör, 



Gültək o qədr yarə açub laləzar olur. 


 

90 


 

Cismi‐Hüseyndə on iki min yarə pabəsər, 

Bəs hansı gül o yarə kimin abdar olur? 

 

Mən Nadiməm, bu qəmdə gözüm ağlayar müdam, 



Bu qissədən çü mülki‐könül tarümar olur. 

 

                   Bəhar oldı... 

 

Bəhar oldı açub gülzardə güllər, 



Həvayi‐vəsl ilə qu‐qu edəllə bülbüllər. 

 

Vüsali‐gül yetüşüb, əndəlib olub şeyda, 



Çəməndə rişələnibdür təmam sünbüllər. 

 

Gedübdi fəsli‐zimistan, olubdı fəsli‐bəhar, 



Çalulla

 rəngbərəng laləzar olub yerlər. 



 

Təmam kuh ilə səhra olubdı rəngarəng, 

Edübdi aləmi barəngi‐laleyi‐əhmər. 

 

Çıxar səyahətə hər kimsə öz rəfiqilə, 



Olubdı eyd, geyüb xəlq ətləsi‐əhmər. 

 

Olubdı xəlqi‐cəhan eyşü işrətə məşğul, 



Büruzə gəldi təb`im, açdı şövq ilə şəhpər. 

 

Səyahət əzmi edüb seyr qıldım hər yani, 



Sataşdı çeşmimə bir növgüli‐şükufteyi‐tər. 

 

 



                                                 

 Çalırlar 




 

91 


 

Necə çəmən, necə lalə, necə güli‐ziba, 

Bular təmamidə fanidür, ey bəradərlər. 

 

Xəyalə qönçəni salsan, o çöldə zahirdür, 



Batubdı qönçəsifət qanına Əli Əsğər. 

 

Çün əndəlib kimin həsrət oldı öz gülinə, 



O çöldə Qasimi‐bixanimanü məhpeykər. 

 

Edüb o halını niskil çün mühibbiləri, 



Əza dutub ona ağlarla müttəsil illər. 

 

Misali‐laleyi‐əhmər çəmən batub qanə, 



Mədinə Yusifi şəhzadə növcəvan Əkbər. 

 

O gülşən içrə sənubərdi qaməti‐Əbbas, 



Yetüşdi cisminə min zəxmi‐nizəvü xəncər. 

 

O səhnə daxil olanda Hüseyni‐ləbtəşnə, 



Fəğanə gəldilər ərş üzrə hər məlayiklər. 

 

Mühərrəm ayı olub, oldı çün şəbi‐nöhüm, 



Cəm` etdi başına əshabın ol şəhi‐məhşər. 

 

Buyurdı cümleyi‐əshabə ol büləndəsas, 



Təmamivüz olun agah bu əmrə, ey ləşkər. 

 

Gəlüb o şəxs ki, dövlət və mal həvasilə, 



Hər ol kəs istəyə getsün, var ixtiyar gedər. 

 

 



 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə