Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə27/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   23   24   25   26   27   28   29   30   ...   144

 

127 


 

Əsğərün alan vəqtdə ələ, eylədi ədu qan ilə xizab, 

Oxladı əli üstə Hərmələ, etmədi Peyğəmbərdən heç hicab, 

Etdi ol Şəhi‐bikəsə o gün, Kərbəladə çox zülmi‐bihesab, 

Ağlaram mən şirəxarənün nazik hülqinün ox yərasinə. 

 

Naümid olub Şahi‐Kərbəla, hülqi yarəli məhcəmal ilən, 



Gəldi xeyməyə Əsğəri qucağında, söylədi yüz məlal ilən, 

Çıxdı xeymədən dışrə Zeynəbi‐binəva o dəm suzü hal ilən, 

Qundağı dolub qan ilən, bacı, ver xəbər oğulsuz anasinə. 

 

Əhli‐Beyt olub cümlə baxəbər xeymədən hamı çıxdı sinəçak, 



Əsğəri görən vəqtdə, az qalub qüssə Zeynəbi eyləsün həlak, 

Söylədi, oyan, şirəxarəsən, ey Əli, bala, gözlərüvi aç, 

Rəhm elə, bibün Zeynəbün, oğul, ərşə övc edən ahü vasinə. 

 

Əfv elə o şiri‐şəhadətə bu həqirü biçarə Nadimi, 



Ruzi‐həşrdə, qoyma bir dəlil, eyləmə özün xar Nadimi, 

Lütf ilə Peyəmbər məzarinə, ya Rəbb, eylə zəvvar Nadimi, 

Axır əmrdə etmə naümid, Nadimi yetir müddəasinə. 

                 

                               Əfv elə 

 

Barilahi, asiyəm, çoxdur günahım, əfv elə! 



Səndən özgə dadxah, yoxdur pənahım, əfv elə! 

 

Çox xəciləm etdigim cəhlü cəhalətdən, Xuda, 



Rusiyahəm, əldə yox tuşə, ibadətdən cüda, 

Çox hərasım var mənim ruzi‐qiyamətdən, Xuda, 

Səndən özgə dadxah, yoxdur pənahım, əfv elə! 

  

 



 


 

128 


 

Qadirü Qəhharsən, duzəx sənün, cənnət sənün, 

Xaliqü Xəllaqsən, karxaneyi‐xilqət sənün, 

Rusiyahux, Bar İlahi, əbdi‐bihimmət sənün, 

Səndən özgə dadxah, yoxdur pənahım, əfv elə! 

  

And verrəm Adəmü Həvvayə, əfv eylə məni, 



Müstəfa dürdanəsi Zəhrayə, əfv eylə məni, 

Pak əşrəf Məscidül‐Əqsayə, əfv eylə məni, 

Səndən özgə dadxah, yoxdur pənahım, əfv elə! 

  

Üzrümi eylə qəbul, İdrisü Yəhya həqqinə, 



Şə`nüvi izhar edən Musavü İsa həqqinə, 

Turdə zahir olan nuri‐təcəlla həqqinə, 

Səndən özgə dadxah, yoxdur pənahım, əfv elə! 

  

Şahid ol iqrarimə, mən ol Xəlilə millətəm, 



Ənbiya xətmi Rəsuli‐rəhnümayə ümmətəm, 

Şiəyəm, çünki Əmirəlmö`mininə rəyyətəm,

 

Səndən özgə dadxah, yoxdur pənahım, əfv elə! 



  

Cə`fəriməzhəb, Xuda, Qur`an kitabimdür mənim, 

Yox səadət min günah yazsa, əzabimdür mənim, 

Xövfdən hər ruzü şəb, göz yaşım abimdür mənim, 

Səndən özgə dadxah, yoxdur pənahım, əfv elə! 

  

Nameyi‐ə`malimə baxsan, yazılmış min günah, 



Rəhmətindən naümid olmaz bu əbdi‐bipənah, 

Mərhəmətlə eyləsən, ya Rəb, bu naçarə nigah, 

Səndən özgə dadxah, yoxdur pənahım, əfv elə! 

                                                 

 Rəiyyətəm 




 

129 


 

Düşmədən mən bu bəlalı ruzigarə, Nadiməm, 

Olmuşam bülbül kimi seyd imdi xarə, Nadiməm, 

Yox əlimdə bu qəmi‐üzmayə çarə, Nadiməm, 

Səndən özgə dadxah, yoxdur pənahım, əfv elə! 

 

     Əfv eylə bizi ayeyi‐Qur`anə, İlahi! 

 

Əfv eylə bizi ayeyi‐Qur`anə, İlahi! 



Qanə boyanan Şahi‐şəhidanə, İlahi! 

 

Göz yaşımız axır görüsən qanə dönübdür, 



Ənduh ilə əşki‐bəsər ümmanə dönübdür, 

Hər şamü səhər karımız əfğanə dönübdür, 

İmdad et özün bu dili‐viranə, İlahi! 

 

Mülki‐vətən olmuş bizə ənduh ilə qürbət, 



Xəm eylədi xeyli qədi‐rə`nanı əziyyət, 

Din əhlinə bidinlər edə tə`nü şəmatət, 

Təngə gətirübdür bizi biganə, İlahi! 

 

Göndərdün əgər Müshəfi sən Qadiri‐qüdrət, 



Xəlqə yetirüb çəkdi Rəsulun min əziyyət, 

İnkar olunur imdi o təbliği‐risalət, 

Nasir ol özün qaili‐Qur`anə, İlahi! 

 

Əşrar salub yer yüzinə şö`leyi‐azər, 



Məhv olmağa maildi, Xuda, əmri‐Peyəmbər, 

 

Bəs harda qalub Şiri‐Xuda, fatehi‐Xeybər? 



Qurban ola şiə Şəhi‐mərdanə, İlahi! 

 



 

130 


 

Qaldux necə gör, cümlə bu dövran arasında, 

İslam ilə bu firqeyi‐şeytan arasında, 

Qaldux əcəb afaqdə tufan arasında, 

Tuf əmri‐fənayə, belə dövranə, İlahi! 

 

Yox nasirü ənsar, bizə yar tapılmaz, 



Əhli‐dilə bir yari‐vəfadar tapılmaz, 

Biz bikəsə bir munisü qəmxar tapılmaz, 

Eşq əhli fəraq ilə doyub canə, İlahi! 

 

Tez sahib elə bizlərə ol Sahibül‐əsri, 



Kafi elə biz bisərə ol Sahibül‐əsri, 

Rəhbər elə biz bisərə ol Sahibül‐əsri, 

Məcmu` doyub şiə hamı canə, İlahi! 

 

Nadim eləyər icz ilə dərgahüvə min ah, 



Qeybətdə nə qədr qalacaqdur bə Şəhənşah? 

Ya Rəb, sən özünsən hamı əsrardən agah, 

İmdad et özün qaili‐Qur`anə, İlahi! 

 

           Ya Rəbbim, ətubu ileyh 

 

Xeyli günəhkar olmuşam,  



Ya Rəbbim, ətubu ileyh. 

Göz yaşıtək xar olmuşam,  

Ya Rəbbim, ətubu ileyh. 

 

Sıxdı məni səngi‐bəla,  



Oldum bəlayə mübtəla, 

Yox dərdi‐üsyanə dəva,  

Ya Rəbbim, ətubu ileyh. 



 

131 


 

Dolmuş siyəh xaməm, Xuda,  

Hər gözdə bədnaməm, Xuda, 

Xeyli peşimanəm, Xuda,  

Ya Rəbbim, ətubu ileyh. 

 

Nə munisü yarım qalub,  



Əqvamü qəmxarım qalub, 

Nə bir həvadarım qalub,  

Ya Rəbbim, ətubu ileyh. 

 

Çün asiyəm, gülməz yüzüm,  



Cari edər qan‐yaş gözüm, 

Çarəm kəsildi, yox sözüm,  

Ya Rəbbim, ətubu ileyh. 

 

Ruyi siyəh, şərməndəyəm,  



Əbdi‐zəliləm, bəndəyəm, 

Agahsən mən hər nəyəm,  

Ya Rəbbim, ətubu ileyh. 

 

Ya sadiqi‐kani‐kərəm,  



Dərgahuva ərz eylərəm, 

Oldı səhi qəddim ələm,  

Ya Rəbbim, ətubu ileyh. 

  

Göz yaşıtək xarəm müdam,  



Dərdə giriftarəm müdam, 

Ərzim budur axır kəlam,  

Ya Rəbbim, ətubu ileyh. 

  

 



 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə