Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə24/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   20   21   22   23   24   25   26   27   ...   144
    Bu səhifədəki naviqasiya:
  • Mövla

 

112 


 

Təngdil olmuş cəhanda əhli‐ismətlər təmam, 

Çox mühəqqər oldılar cayi‐ibadətlər təmam, 

Şürb ilə zinətlənüb bəzmi‐ziyafətlər təmam, 

Oldular cümlə Yəzidasa, Əmirəlmö`minin. 

 

Nadiməm, qurtargilən, rəhm eylə, zillətdən məni, 



Lütf ilə azad elə dinsz vilayətdən məni, 

Həqq rizası, et xilas tə`nü şəmatətdən məni, 

Ağlaram hər ruzü şəb, mövla Əmirəlmö`minin. 

 

                                Mövla 

 

Qurban ola bu şiələr ol canuva, Mövla, 



Mehrabdə cari olunan qanuva, Mövla. 

 

İqdam elədi qətlüvə ol zadeyi‐Mülcəm, 



Çün şiələrün qəddi o saətdən olub xəm, 

Cəbrili‐əmin gögdə səda etdi həman dəm, 

Yetdi o səda itrəti‐nalanuva, Mövla. 

 

Mehrabi‐ibadətdə sənün tökdülə qanun, 



Yandı cigəri möhnətilə Ali‐əbanun, 

Xakistər olub başlarına əhli‐cəhanun, 

Qan cari olub səcdədə hər yanuva, Mövla. 

 

Əgləşdi qılıc başuva, xeyli sitəm etdi, 



Rə`na qədüvi zərbəti‐şəmşir xəm etdi, 

Sən qanə batan dəmdə Hüseyn daduva yetdi, 

Sə`y eylədilər mərhəmü dərmanuva, Mövla. 

 

 




 

113 


 

Qan cari olub zəxmdən, aramuvı aldı, 

Zeynəb eləyüb növhə, qolun boynuva saldı, 

Zülm ilə əgər səcdəgəhün qan ilə doldı, 

Ox vırmadılar sineyi‐suzanuva, Mövla. 

 

Can Kufədə verdün rəhi‐cananə vətənsiz, 



Üç gün bədənün qalmadı səhradə kəfənsiz, 

Əllərdə başun gəzmədi hər şəhri bədənsiz, 

Çub ilə cəfa yetmədi dəndanuva, Mövla. 

 

Xüşk etdi başun yarəsini Zeynəbi‐müztər, 



Qətlə yetirüb qatilüvi varisi‐Heydər, 

Gül həncərüvə Şimr sənün qoymadı xəncər, 

Gün salmadı suziş ləbi‐ətşanuva, Mövla. 

 

Sən canuvı bəzl eylədün Həqqə qəmi rəstə, 



Cəm` olmadılar qətlün üçün dəstəbədəstə, 

Əhd etdi Hüseyn oğlun özi ruzi‐Ələstdə, 

Qurban ola ta Xaliqi‐Sübhanuva, Mövla. 

 

Gətdi Hüseyn izzət ilən qoydı qüburə, 



Xuli başuvı qoymadı kül üstə tənurə, 

Səslərdi səni dadə o baş surəbəsurə, 

Bircə nəzər et Şahi‐şəhidanuva, Mövla. 

 

Nadim qələm əldə eləyər zikri‐müsibət, 



Çünki başuva əhli‐cəfa vırdıla zərbət, 

Məhşər güni sən xəlqə edən vəqtə şəfaət, 

Lütf eylə bu biçarə nəvaxanuva, Mövla. 

 

 

 



 

114 


 

Ya Əmirəlmö`minin (ə) 

 

Yağdı barantək yerə qəm, ya Əmirəl‐mö`minin, 



Eyşü işrət oldı bərhəm, ya Əmirəl‐mö`minin. 

Qum,


 ya Əmirəl‐mö`minin. (ə)  

 

Düşmənin zülmi sənün qətlində iqdam eylədi, 



Şiəni ruzi‐cəza zarü pərişan eylədi, 

Qətlüvə durdı ibn Mülcəm ki, iqdam eylədi, 

Çəkdi şəmşir İbn Mülcəm, ya Əmirəl‐mö`minin.   

Qum, ya Əmirəl‐mö`minin. 

 

Saldılar gül cismüvi mehrabdə qan üstünə, 



Axdı qanun cari oldı sətri‐Qur`an üstünə, 

Olmadı dərman qoyan salsunla dərman üstünə, 

Qoymadı cərrah mərhəm, ya Əmirəl‐mö`minin. 

Qum, ya Əmirəl‐mö`minin.   

 

Cəbrili‐Həqq eyləyüb ərzi‐səmadə şurişin, 



Söylədi əfğan ilə “qutiləl‐Əmirəlmö`minin”, 

Cənnəti‐Ədnadə qarə geydi hamı hurieyn, 

Tazədən bağlandı matəm, ya Əmirəl‐mö`minin. 

Qum, ya Əmirəl‐mö`minin.  

 

Gər sənə bir yarə dəgdi, yarələndi, sındı baş, 



Pak edüblər qanuvı zərrində rəxti‐fəraş, 

Etməgə təşyi`‐cənazə çoxları eylər təlaş, 

Haluva ağlardı aləm, ya Əmirəl‐mö`minin. 

Qum, ya Əmirəl‐mö`minin. 

                                                 

 Qalx 




 

115 


 

Bir tərəfdə Zeynəbü Külsüm açubdur başını, 

Şur ilə oğlanlarun tökdi yüzə göz yaşını, 

Ah, o vəqt ki, Zeynəbün tapdı Hüseyn qardaşını, 

Oldı rə`na qaməti xəm, ya Əmirəl‐mö`minin. 

Qum, ya Əmirəl‐mö`minin.  

 

Gördi düşmüş topraq üstə peykəri‐sədparəsi, 



Birbəbir həddən şümarə gəlməz əsla yarəsi, 

Qardaşınun nə`şini görcək kəsildi çarəsi, 

Zülfini yoldı dəmadəm, ya Əmirəl‐mö`minin. 

Qum, ya Əmirəl‐mö`minin.          

 

Gördi gül cismi Hüseynün qan ilə əlvan düşüb, 



Rəxti‐xabi xaki‐meydan, peykəri üryan düşüb, 

Dövrinə yetmiş birədək qanına qəltan düşüb, 

Qalmayub qəmxarü məhrəm, ya Əmirəl‐mö`minin. 

Qum, ya Əmirəl‐mö`minin.   

 

Görmədün oğlun Hüseynün zülm ilə doğranmağın, 



Xeyməgahi odlanub nari‐cəfayə yanmağın, 

Zeynəbi‐bixanimanın qolları bağlanmağın, 

Bu əzadə ağlar aləm, ya Əmirəl‐mö`minin.  

Qum, ya Əmirəl‐mö`minin.  

 

Gah Hüseynə deyrlər məskən olur, gahi tənur, 



Peykəri Kərbübəla səhrasını eylüb zinur, 

Nizələr üstə tilavət eyləyər ayati‐“Nur”, 

Bir belə rə`si‐müəzzəm, ya Əmirəl‐mö`minin.  

Qum, ya Əmirəl‐mö`minin.  

 

 



 

116 


 

Can verəndə gərçi imdad eyləyüb yad eyləsən, 

Bu dili‐məhzunü zari lütf ilə şad eyləsən, 

Bir də, Mövla, hiyni‐vəhşətdə sən imdad eyləsən, 

Nadim icz eylər dəmadəm, ya Əmirəl‐mö`minin.   

Qum, ya Əmirəl‐mö`minin.   



 

                             Ya Fatimə (s.ə) 

 

Ağlarux əhvaluva sübhü məsa, ya Fatimə, 



Ağlayar yeksər sənə Ali‐Əba, ya Fatimə. 

 

Çün atan rehlət edəndən sora çox ömr etmədün, 



Həsəneyni şad edüb, kami‐məramə yetmədün, 

Rehlət edüb əhli‐kinün zülmünə tab etmədün, 

Heç səni şad etmədi ömri‐fəna, ya Fatimə. 

 

Sən əcəb səbr elədün dərgahuvi yandırdılar, 



Üstüxanun zülm ilə əhli‐cəfa sındırdılar, 

Möhsinin səqt eyləyüb zülm atəşün yandırdılar, 

Çox cəfa eylüb sənə əhli‐cəfa, ya Fatimə. 

 

Oldun asudə səni ol gün ki, dərk etdi əcəl, 



Qəbrdə asudə yatma, Kərbəlayə dadə gəl, 

Başını bikəs Hüseynün gəzdirəllə əlbəəl, 

Neyləsün bəs Zeynəbi‐biəqrəba, ya Fatimə. 

 

Göz önündə hər iki oğlanlarun öldürdülər, 



Gülşəni‐Ali‐Əbanı zülm ilə soldurdular, 

Əkbərün şəhla gözün al qan ilə doldurdular, 

Oldı Leylanun qədi qəmdən düta, ya Fatimə. 

 



Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə