Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə32/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   28   29   30   31   32   33   34   35   ...   144

 

154 


 

Bu gecə əldə qələm Nadimi‐zar, ağlayar sübhə kimin 

naləkünan, 

Bu gecə olmuş hamu tə`ziyədar, eyləyər şur ilə əfğanü fəğan, 

Bizi bundan da bətər eyləmə xar, təngdür şiələrə ömri‐cəhan, 

Bu gələn il elə qismət bizə sən, dolanaq qəbrüvə, mövla, bu 

gecə. 

 

Əbbas əzası gəldi 



 

Oldı mahi‐mühərrəm, Əbbas əzası gəldi, 

Olsun fədayi‐ümmət əldə livası gəldi. 

 

İbni‐Ziyadun ol vəqt büğzi edübdi tüğyan, 



Eylübdi İbni‐Sə`di sərdari‐ceyşi‐üdvan, 

Verdi dübarə Şimrə qətli‐Hüseynə fərman, 

Şimrün əlində xəncər, yoxdur həyası gəldi. 

 

Şimri‐dəni Ömər Sə`di eylüb məzəmmət, 



Eylüb cidalı təsdiq, ol mayeyi‐şərarət, 

Söylərdi Şahi‐Yəsrib, başlandı tazə möhnət, 

Ali‐Əlinin üstə, dəhrün bəlası gəldi. 

 

Zeynəb deyərdi, ya Rəb, başlandı tazə yasim, 



Ətrafı aldı düşmən, oldı əyan hərasim, 

Tarac olar cəlalım, talan olar libasim, 

Əl`an evim yıxıldı, Şimrün sədası gəldi. 

 

Gəldi nidayə Külsum eylərdi şurü şivən, 



Söylərdi, ya İlahi, yox çarə, neyləyim mən, 

Əbbasımı bu çöldə qolsuz salalla düşmən, 

Çün Növfəl ibni Mürrə, əldə cidası gəldi. 



 

155 


 

Söylərdi Leyla, yaxşı düşdüm kənar elimdən, 

Nakam Əli balamı düşmən alar əlimdən, 

Va möhnəta sədası düşməz, Xuda, dilimdən, 

Xəncər əlində Münqiz, zülmün binası gəldi. 

 

Qasim anası tökdi əşki‐bəsər üzarə, 



Bikəs iki yetimüm eyləllə parə‐parə, 

Vəqt oldı növərusi geysün libasi‐qarə, 

Qanə dönən hənası, ruzi‐bükası gəldi. 

 

Gözyaşlı çün Rübabə söylərdi, Əsğərim, yat, 



Gəl ki, solan susuzdan ziba güli‐tərim, yat, 

Gəlməz suya gümanım, səbr eylə, yavərim, yat, 

Çün Hərmələ əlində, tiği‐cəfası gəldi. 

 

Hərgah Hüseynisən, gəl hər gün fəğanə, Nadim, 



Sal “va Hüseyn” sədasın ruyi‐cəhanə, Nadim, 

Hər gün köçər müsafir, bax karivanə, Nadim, 

Əzrailin görərsən bir gün sədası gəldi. 

 

  Dəşti‐bəladur Kərbəla 

 

Kərbəla nə Kərbəla, dəşti‐bəladur Kərbəla, 



Xaki‐möhnət, dərdü qəm, bəzmi‐əzadur Kərbəla. 

 

Məhşəri‐kərbü bəladür, naləvü əfğan yeri, 



Firqeyi‐ənsardən ol Şahi‐məzluman yeri, 

Zeynəbün qəlbi olan cövrü sitəmdən qan yeri, 

Əhli‐eşqə bəstəri‐rahi‐vəfadur Kərbəla. 

 

 



 


 

156 


 

Müstəfa övladını bu Kərbəla nalan edüb, 

Qəm verüb, möhnətlərə qərq eyləyüb, giryan edüb, 

Şühədayi‐gülşəni nari‐fəraq suzan edüb, 

Sahibi‐eşqi bəlayi‐intəhadur Kərbəla. 

 

Kərbəladə Əkbəri‐gülpirəhən oldı şəhid, 



Qaldı axirda o çöldə Şafiyi‐məhşər vəhid, 

Şadkam oldı bu dəştin macərasından Yəzid, 

Qan ilə barəng olub kuhi‐Minadur Kərbəla. 

 

Kərbəladə Qasimə toy eylədi Şahi‐cəhan, 



Əhli‐Kufə toy hənasın zülm ilə eylüblə

 qan, 



Qalmadı heç əqrəbadən Zeynəbə bir pasiban, 

Tazə damadə sənün xakun hənadur, Kərbəla. 

 

Zeynəbi‐biçarənün həddən ötüb möhnətləri, 



Qanına əlvan görən vəqt surəti‐Peyğəmbəri, 

Xanəviran eylədün biçarə Ali‐Heydəri, 

Çün Xuda məhbubinə xakun şəfadur, Kərbəla. 

 

Bu Minayi‐Kərbəladə Övnü Cə`fər doğranub, 



Şahi‐dinün dəsti üstə, təşnə Əsğər oxlanub, 

Həzrəti‐Əbbas ölübdür, məşki qan ilə dolub, 

Yaxşı saxla çün onı, sahibdəvadur Kərbəla. 

 

Nadimi‐biçarəyəm, canım fəda qurbanuva, 



Olsa min canım, fəda verrəm sənün mehmanuva, 

İstərəm göz yaşımı bir də səpim ünvanuva, 

Hər günahım virdinə çünki dəvadur Kərbəla. 

                                                 

 Eyləyiblər 




 

157 


 

      Gəlüb Zəhra (ə) bu gün Kərbübəlayə 

 

Gəlüb Zəhra bu gün Kərbübəlayə, 



Batub ərzü səma yeksər qərayə. 

 

Bu şəb Ali‐Əba eylər çü əfğan, 



Olublar qüssədən zarü hərasan, 

Anası Fatimə olmuş nəvaxan, 

Gözü yaşlı gəlibdür Neynəvayə. 

 

Batubdur qanına şəhzadə Əkbər, 



Nişan oldı dəmi‐peykanə Əsğər, 

Batublar qarəyə yeksər hərəmlər, 

Verüblər cümləsi səda‐sədayə. 

 

Olub ətşan bu gün şəhzadə Qasim, 



Olan dərdü qəmə amadə Qasim, 

Susuz nakam ölüb dünyadə Qasim, 

Batubdur əlləri qandan hənayə. 

 

Tökər göz yaşını Külsumi‐naçar, 



Olubdur möhnətü dərdə giriftar, 

Su yanında olub ətşan Ələmdar, 

Sitəm tə`sir edüb Ali‐Əbayə. 

 

Batublar qanına Övn ilə Cə`fər, 



Zəbih oldı susuz şibhi‐Peyəmbər, 

Olublar qarəpuş yeksər mələklər, 

Dutublar tə`ziyə növkədxudayə. 

 

 



 


 

158 


 

Olub qandan xizab şahi‐Mədinə, 

Tökər göz yaşı rüxsarə Səkinə, 

Gərək biz ağlayaq ol Şahi‐dinə, 

Gərəkdür şiələr batsun qərayə. 

 

Açub başun bu gün Peyğəmbər ağlar, 



Hüseynün başı üstə sinə dağlar, 

Düşübdür topraq üstə Şahi‐əbrar, 

Fələk eylər nəva bu macərayə. 

 

Hüseynün hülqünə xəncər qoyublar, 



Libasın cismdən yeksər soyublar, 

Bacısı Zeynəbi ağlar qoyublar, 

Vırublar başını növki‐cidayə. 

 

Vəfası yoxdı bu əhli‐Əraqun, 



Hüseynün pozdular yeksər tifaqun, 

Edibdür xeyzəran parə dodağun, 

Yetüşdi Şamdə zülm intəhayə. 

 

Təsəvvür et bunı qəlbində, Nadim, 



Bu caizdürmi hansı dində, Nadim? 

Tapulmaz busəgah cismində, Nadim, 

Yəralər sövkəşüb

 yeksər yərayə. 



 

Əhli‐Beytün 

 

Qətlgahdən keçəndə çün qətari Əhli‐Beytün, 



Saldı Kərbəlayə şivən bu hüzari‐Əhli‐Beytün. 

                                                 

 Söykənib 




Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə