Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə34/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   30   31   32   33   34   35   36   37   ...   144

 

164 


 

Mən şiri‐Xuda oğluyam, Əbbasdür ismim, 

Bu rahi‐Xudadə, bəli, qurbandı bu cismim, 

Aşiqdi ədu qanını tökməkligə tiğim, 

Dəstimdə bu şəmşiri‐kəcim tiri‐bəladur. 

 

Hər qədr mübariz tələb eylüb o hünərvər, 



Binitq o sərdarə baxardı hamı ləşkər, 

Axır səfi‐ə`dayə özün vırdı o sərvər, 

Söylüb, bilün, ey qövm, babam şiri‐Xudadur. 

 

Bütxanələri zirü zəbər eylədi yeksər, 



Qətlə yetürüb Mərhəbi, fəth eylədi Xeybər, 

Ərş üzrə onun vəsfini eyləllə mələklər, 

Çün miri‐hüda, padşəhi‐ruzi‐cəzadur. 

 

Qoyduz o şəhün oğlını siz yekkəvü tənha, 



Bu qanun hesabun çəkər Allahü təala, 

Şimrün dutacaq damənini həşrdə Zəhra, 

Sölər, yetişüb vəqti‐qisas, ruzi‐cəzadur. 

 

Ol vəqtdə ki, istəyəcək Xaliq hesabı, 



Həqqə nə olu zalimün ol vəqt cəvabı, 

Məhşər güni bu Nadimi‐biçarə kitabı, 

Hər qədr günah olsa, təmaminə dəvadur. 

 

Bəzmi‐əzayə gəlmuşux 

 

Bəzmi‐əzayə, ya Hüseyn, şurü nəvayə gəlmuşux, 



Çünki düçari‐möhnətux, dərdə dəvayə gəlmuşux. 

 

 



 


 

165 


 

Nari‐fənayə yanmuşux, misli‐səməndər ağlarux, 

Ruzi‐büka yetüşdi çün, şurlə yeksər ağlarux, 

Tutisifət qəfəsdəyux, salı sərasər ağlarux, 

Tə`nü cəfa məriziyux, dərdə dəvayə gəlmuşux. 

 

Gəh bizi cövri‐Şimri‐dun, tə`neyi‐Şami ağladar, 



Gəh başuvı cidadə, gəh virdi‐kəlamı ağladar, 

Gahi güruhi‐kinənün nəzmü nizamı ağladar, 

Dildə nəvayi‐“va Hüseyn”, bəzmi‐əzayə gəlmuşux. 

 

Gahi məlul edər bizi Şafiyi‐məhşərün qəmi, 



Xətmi‐Rəsuli‐rəhnüma, yə`ni Peyəmbərün qəmi, 

Məscidi‐Kufədə batan qanına Heydərün qəmi, 

Dəhrdə munis olmağa dərdü bəlayə, gəlmuşux. 

 

Gahi bu qövmi‐bihəya babi‐Rəsuli bağladı, 



Tökdi əzadə göz yaşı, düxtəri‐Rəhbər ağladı, 

Gahi Həsən cənazəsin zümreyi‐kafər oxladı, 

Bais odur ki, batmuşux cümlə qərayə, gəlmuşux. 

 

Kaş, kifayət eyləyə ona bu zümreyi‐dəğa, 



Nazlı başuvı cismdən eyləməyeydilər cüda, 

Tazədən artdı möhnətim, düşdi xəyalə Kərbəla, 

Dari‐fənadə səbr edək əmri‐qəzayə, gəlmuşux. 

 

Düşdi xəyalə möhnətün, dillərə riqqət əl verüb, 



Şiələrə nə növ`i, gör, dərdi‐şəmatət əl verüb, 

Şimrsifət şəqilərə tazədən izzət əl verüb, 

Möhnətü qəm əsiruyux, payüvə sayə gəlmuşux. 

 

 



 


 

166 


 

Gözdə sirişki‐qəm, yazar əldə risalə Nadimin, 

Saxlar əza o Əkbəri‐Haşimi xalə Nadimin, 

Bir də məzaruvi öpüb yetsə vüsalə Nadimin, 

Bir də görək məzaruvin üstə sədayə gəlmuşux. 

 

    Bu gecə 

 

Yığ, bacı, başıma ətfalımı yeksər bu gecə, 



Hələ asudədi ənsarü köməklər bu gecə. 

 

Daşmayub bəhri‐bəla, azdı hələ möhnətü qəm, 



Açmayub zülm əlini zülmə hələ ceyşi‐züləm, 

Ölməyüb həzrəti‐Əbbasım, hələ yatmub ələm, 

Çıxmayub sinəmə ol Şimri‐sitəmkər bu gecə. 

 

Bu gecə sübhə kimin nazlı Səkinəm yanacaq, 



Sübhi qardaşı ölüb, zülm ilə yasə batacaq, 

Ki, sabah Əkbəri‐nakaminə matəm dutacaq, 

Batmayub yasə hələ Ali‐Peyəmbər bu gecə. 

 

Solmayub gülşən hələ, imdi səlamətdi çəmən, 



Ölməyüb Qasim hələ, ağlamaz ərvahi‐Həsən, 

İki şəhzadələrün şövq ilə geymüblə kəfən, 

Batmayub qanə hələ, zülfi‐müənbər bu gecə. 

 

Əsğərim olmayub əlvan hələ öz qanilən, 



Anası sir eləyibdür hələ pəstanilən, 

Hülqi məcruh degil Hərmələ peykanilən, 

Hələ bidar degil, yuxlayub Əsğər bu gecə. 

 

 



 


 

167 


 

Hələ Külsum bacım batmayub ənduhü qəmə, 

Çünki sahibdi hənuz Həzrəti‐Əbbas ələmə, 

Verirəm mən də təsəlli hələ əhli‐hərəmə, 

Hələ baş açmamısan Zeynəbi‐müztər, bu gecə. 

 

Hələ soldurmayub ə`da sitəmi güllərimi, 



Kəsməyüb Şimri‐dəğa xəncər ilən həncərimi, 

Saribanım hələ qət` eyləməyüb əllərimi, 

Rişim öz qanım ilən olmayub əlvan bu gecə. 

 

Hələ Qur`an oxumaz növki‐cidalərdə sərim, 



Yanmayub atəşi‐suzanə, bacı, xeymələrim, 

Çöllərə qaçmaz hələ düxtəri‐şəhzadələrim, 

Bipərəstar degil nazlı hərəmlər bu gecə. 

 

Olmayub, ağlama, çün dəstlərim bəstə hənuz, 



İpə bağlanmayub ol Şamə gedən dəstə hənuz, 

Qoymayub Xuli, əziz başımı kül üstə hənuz, 

Yatub asudə Nəcəfdə hələ Heydər bu gecə. 

 

Bacı, Zeynəb, get, elə xeymədə sən naz ilə xab, 



İstirahət eləyün sübhə kimin, Ali‐Turab, 

Edəcəksən ki, səbah zülfüvi qan ilə xizab, 

Gəlməyüb qətlgəhə Şafiyi‐məhşər bu gecə. 

 

Analar, söylə, doyunca eləsün oğlunı did, 



Kəsməyüb başlarını zülm ilə bu qövmi‐ənid, 

Vırmayub ləblərimə çub inad ilə Yəzid, 

Ağlayar sübhə kimin Nadimi‐nokər bu gecə. 

 

 



 


 

168 


 

Bimirəm bu nə mahdür, Xuda... 

 

Bilmirəm bu nə mahdür, Xuda, şiələr deyər, va Hüseyn, 



Hüseyn, 

Qarəpuş olub cümlə masiva, şiələr deyər, va Hüseyn, Hüseyn. 

 

Yasə qərq olublar zükurü ünas, qəriblərə matəm qurubdular, 



Ya Peyğəmbərün gül dodağını parə eyləyüb daş vırubdular, 

Ya ki, Möhsinin səqt edüb, ədu Fatimə dərün yandurubdular, 

Göglərə mələklər çəküb qəra, şiələr deyər, va Hüseyn, 

Hüseyn. 


 

Ərşdən məgər qəm yağub yerə, əhli‐aləmün yası başlanub, 

Yoxsa, şiələr, səcdəgahdə rəhnümamız Heydər qılınclanub, 

Ya ki, Müctəbanun cənazəsi tazədən cəfa ilə oxlanub, 

Yer yüzün neçün doldurub səda, şiələr deyər, va Hüseyn, 

Hüseyn. 


 

Pirü həm cəvan, mərdü həm zənan, ağlayar hamı, növhəxan 

olub, 

Hicrət eyləyübdür Mədinədən şahi‐kəmsipah, biməkan olub, 



Qəlbimə xütur eylədi bu ay çü Peyğəmbərün darı bağlanub, 

Çöllərə düşüb Ali‐Müstəfa, şiələr deyər, va Hüseyn, Hüseyn. 

 

Biz mühərrəmi ağlayaq gərək, möhnət  üz verüb Ali‐Yasinə, 



Qəm qübarı əgləşdi ruyinə, yetcəgin Hüseyn Kərbəlasinə, 

Səbr edüb susuz həqq rizasıçün əhli‐Kufənün hər bəlasinə, 

Aldı dövrəsün ceyşi‐əşqiya, şiələr deyər, va Hüseyn, Hüseyn. 

 

Əldən aldı ənsarını ədu, etdilər şəhid Övnü Cə`fəri, 



Birbəbir şəhid oldular təmam, qalmadı dəxi yarü yavəri, 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə