Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə42/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   38   39   40   41   42   43   44   45   ...   144

 

205 


 

Əmmaməsi əlində, ağlar bu çöldə Heydər, 

Ey rəxti‐xabi xaki‐meydan olan Hüseynim. 

 

Düşmiş yer üzrə cismün, ey sərvəri‐Mədinə, 



Baba deyüb bu çöldə zülfün yolar Səkinə, 

Yandırdı xeyməgahun bu ceyşi‐əhli‐kinə, 

Ətfalı Kərbəladə giryan olan Hüseynim. 

 

Aç çeşmi‐xunfəşanun, ey bimüin, oğul vay, 



Dindir bu natəvanı, ey nuri‐eyn, oğul vay, 

Cari olubdı qanun, bisər Hüseyn, oğul vay, 

Ey cismi Kərbəladə üryan olan Hüseynim. 

 

Qan ilə cismi‐pakun, əlvan olubdı yeksər, 



Oldı əsir əyalun, ey Padşahi‐məhşər, 

Qarət edüb əsasun Şimri‐ləinü kafər, 

Ey Əhli‐Beyti zarü heyran olan Hüseynim. 

 

Bu möhnətü bəladən Nadim olub hərasan, 



Çün ağlaya bu qəmdə ceyşi‐süfufi‐üdvan, 

Saldı səmayə şivən dudi‐dili‐yetiman, 

Bacuları əsiri‐üdvan olan Hüseynim. 

 

Həzrət Zəhra (ə) dilindən 

 

Düşən xaki‐xun üstə üryan, oğul vay, 



Susuz can verən Həqqə ətşan, oğul vay. 

 

Ölən Kərbübəladə vətənsiz, Hüseyn vay, 



Qalan nə`şi üç gün kəfənsiz, Hüseyn vay, 

 

 




 

206 


 

Oğul vay, oğul vay, oğul vay, oğul vay, 

Hüseyn vay, Hüseyn vay, Hüseyn vay, Hüseyn vay. 

 

Gəlüb gər mədarun Kərbübəlayə, 



Mələklər qarə çəküb ərşi‐Xudayə, 

Təmam ənbiyalər batub qərayə, 

Olan cismi qan ilə əlvan, oğul vay. 

 

Ölən Kərbübəladə vətənsiz, Hüseyn vay, 



Qalan nə`şi üç gün kəfənsiz, Hüseyn vay. 

  

Səni kim bu halə salub, Şahi‐məhşər, 



Gözi yaşlu qalub təmam Ali‐Heydər, 

Əzadar olubdur bu çöldə Peyğəmbər, 

Olub xanəsi xun ilə viran, oğul vay. 

 

Ölən Kərbübəladə vətənsiz, Hüseyn vay, 



Qalan nə`şi üç gün kəfənsiz, Hüseyn vay. 

  

Əfrad 

 

Səni bu halə salan, gör, məni nə halə salub, 



Görüb bu növ`i səni, qarə saçlarım ağarub. 

 

Necə rəvadur qala topraq üstə gül bədənün? 



Bu çöldə qaməti qəmdən əgildi qəmzədənün. 

 

Buyur görüm mənə, kim xeyməgahı yandırdı? 



Libasuvı bədənündən alub soyundurdı. 

 

 



 


 

207 


 

Bu qanlı gözlərüvi açgilən, müinim, oyan, 

Yaralı cismüvə bikəs qalan anan qurban. 

 

Kəsüb başuvı sənün, kim salıbdu səhrayə? 



Bu gün qiyamətü məhşər olubdı Zəhrayə. 

 

Əgər sənün başuvı kəsdilər ədavətdən, 



Məni‐zəbuni zəlil etdilər müsibətdən. 

 

Bu zibh olan başıvun madərün fədası ola, 



Kim əllərüvi, görüm, qət` edübdi, söylə, bala. 

 

Baqiyi‐növhə 

 

Əsibdür nəsimi‐sitəm gülzarə, 



Vırub əhli‐kin bu gül cismə yarə, 

Bəs qüsl edüb kim qoyar səni məzarə, 

Bu halun etdi məni giryan, oğul vay. 

 

Ölən Kərbübəladə vətənsiz, Hüseyn vay, 



Qalan nə`şi üç gün kəfənsiz, Hüseyn vay. 

  

Qalub nə`şi‐pakun, Hüseyncan, aradə, 



Yanub xeyməgahun bu möhnətsəradə, 

Əzaxanə quraram bu Kərbəladə, 

Töküb göz yaşı, qılam əfğan, oğul vay. 

 

Ölən Kərbübəladə vətənsiz, Hüseyn vay, 



Qalan nə`şi üç gün kəfənsiz, Hüseyn vay. 

 

 



 


 

208 


 

Olub Əhli‐Beytün əsir əşqiyayə, 

Vırub başın Şimr növki‐cidayə, 

Gözün aç, nəzər sal mən binəvayə, 

Olan qan ilə cismi əlvan, oğul vay. 

 

Ölən Kərbübəladə vətənsiz, Hüseyn vay, 



Qalan nə`şi üç gün kəfənsiz, Hüseyn vay. 

  

Səni, qəbih Şimri‐dun bu Minadə, 



Salub nə`şi bu gün yaralı aradə, 

Gedən başı Şamə cidadə, 

Tilavət edən səda Qur`an, oğul vay. 

 

Ölən Kərbübəladə vətənsiz, Hüseyn vay, 



Qalan nə`şi üç gün kəfənsiz, Hüseyn vay. 

 

Salub cismüvi Şimr parə‐parə, 



Sənə qüsl edüb, bir qoyan yox məzarə, 

Dutub zülm ilə xeyməgahun şərarə, 

Olan Əhli‐Beyti hərasan, oğul vay. 

 

Ölən Kərbübəladə vətənsiz, Hüseyn vay, 



Qalan nə`şi üç gün kəfənsiz, Hüseyn vay. 

  

Qələm əldə Nadim yazar şərhi‐möhnət, 



Batub yasə, ağlar təmam imdi ümmət, 

Edibdür növhəxan mən zarı müsibət, 

Deyür Fatimə çünki ətşan, oğul vay. 

 

 



 


 

209 


 

Ölən Kərbübəladə vətənsiz, Hüseyn vay, 

Qalan nə`şi üç gün kəfənsiz, Hüseyn vay. 

 

Xanım Fatimeyi‐Zəhra (ə) dilindən 

 

Oyan, ey sərvəri‐dövran, oğul vay, 



Olan gül peykəri al qan, oğul vay. 

 

Tərəhhüm et, oğul, bu dilhəzinə, 



Məni gözyaşlı qoydı əhli‐kinə, 

Töküblər qanuvı ruyi‐zəminə, 

Salublar cismüvi üryan, oğul vay. 

 

Bu halun canımı azarə saldı, 



Əlimdən taqətü aramım aldı, 

Əyalü itrətün gözyaşlı qaldı, 

Olubdur Zeynəbim giryan, oğul vay. 

 

Xəzanə döndi zülm ilə bəharun, 



Solubdur Kərbəladə gül üzarun, 

Əsir oldı ə`dayə bacularun, 

Oyan, ey xanəsi viran, oğul vay. 

 

Mələklər cümlə geymiş qarə camə, 



Dutublar tə`ziyə bikəs İmamə, 

Çəkəllər Zeynəbi bazari‐Şamə, 

Bu qövmi‐ləşkəri‐üdvan, oğul vay. 

 

Gəlibdür bu çölə gözyaşlı Heydər, 



Tökər göz yaşı rüxsarə Peyğəmbər, 

Anan Zəhra, başında qarə mə`cər, 

Olublar cümləsi nalan, oğul vay. 



Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə