Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə50/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   46   47   48   49   50   51   52   53   ...   144

 

245 


 

Nəşvü nüma edər çün bülbül müdam gül üstə, 

Lazımdı sayə salsun gül bərgi bülbül üstə, 

Xuli başın bədənsiz mehman edüb kül üstə, 

Nazlı başı kül üstə mehman olan, Hüseyn vay. 

Hüseyn vay, Hüseyn vay. 

Topraqlar üstə bisər, 

Biyarü bibəradər, 

Harda qalubdur Əkbər. 

 

Yalquz yatubsan axır, söylə, elün nolubdur, 



Başdan axub nə qandur, şəhla gözün dolubdur, 

Dindirmisən

 anavı, şirin dilün nolubdur? 



Nazlı başı kül üstə mehman olan, Hüseyn vay. 

Hüseyn vay, Hüseyn vay. 

Ağlar qalan anası, 

Zibh olunan qəfası, 

Gəl, tellərin fədası. 

 

Mən bəslədim bu başı illərlə sinəm üstə, 



İstərdim hər bəlası gəlsün bu didəm üstə, 

Tərk eyləgil tənuri, gəl, bari, sinəm üstə, 

Nazlı başı kül üstə mehman olan, Hüseyn vay. 

Hüseyn vay, Hüseyn vay. 

Yox taqətü təvanım, 

Qəmdən tükəndi canım, 

Ərşə çıxub fəğanım. 

 

Kərbübəlayə imdi düşdi, oğul, güzarım, 



Görcək yaralı nə`şün, əldən gedüb qərarım, 

                                                 

 Dindirmirsən 




 

246 


 

Gördüm xəzan olubdur cövr ilə növbəharım, 

Nazlı başı kül üstə mehman olan, Hüseyn vay. 

Hüseyn vay, Hüseyn vay. 

Ey bikəfən, Hüseyn vay, 

Gülpirəhən, Hüseyn vay, 

Məzlum ölən, Hüseyn vay. 

 

Gördüm ki, xeyməgahun yeksər, oğul, yanubdur, 



Ali‐Əba o nari‐suzanə odlanubdur, 

Gül üzli növcəvanlar meydanda doğranubdur, 

Nazlı başı kül üstə mehman olan, Hüseyn vay. 

Hüseyn vay, Hüseyn vay. 

Cismi qalan kəfənsiz, 

Başı gəzən bədənsiz, 

Üryan qalan vətənsiz. 

 

Cismində yarə gördüm, həddi‐şümarə gəlməz, 



Mərhəm edən kəs olmaz, cərrahi çarə gəlməz, 

Xüşk etməgə əlacsız ol qədri yarə gəlməz, 

Nazlı başı kül üstə mehman olan, Hüseyn vay. 

Hüseyn vay, Hüseyn vay. 

Edüb bu qövmi‐üdvan, 

Cismi‐şərifi üryan, 

Ümmət yolunda qurban. 

 

Zikr eylə zikri‐möhnət, dari‐fənadə, Nadim, 



Əcrün şəfaət olsun ruzi‐cəzadə, Nadim, 

Zəhra dilincə söylə, bəzmi‐əzadə, Nadim, 

Nazlı başı kül üstə mehman olan, Hüseyn vay. 

Hüseyn vay, Hüseyn vay. 

 

 



 

247 


 

Bərhəm olan cəlalı, 

Talan olan mənalı, 

Əsir olan əyalı. 

 

İmam Hüseyn (ə) dilindən 

 

Şahid ol, ya Rəb, özün, dərdə dəvayə gəlmişəm, 



Çün bəlayə talibəm, Kərbübəlayə gəlmişəm. 

 

Talibəm ruzi‐əzəl öz etdigim peymanıma, 



Kuyi‐eşqündə sənün əlvan olum öz qanıma, 

Qəbrdə mən Əkbəri‐nakamı allam yanıma, 

Çün Xəlili‐Kərbəlayəm, bu Minayə gəlmişəm. 

 

Raziyəm qüslüm Minayi‐eşqdə qan olsa da, 



Gər məhasinim, başım qan ilə əlvan olsa da, 

Əhli‐Beytim baş açub çaki‐giriban olsa da, 

Ümməti‐asilərə, ya Rəb, duayə gəlmişəm. 

 

Getdi Minayə Xəlilullah bir qurban ilən, 



Olmadı razı Xuda, qurbanı batsun qan ilən, 

Mən bəlayə can dedim yetmiş iki qurban ilən, 

Yarü ənsarımla mən Həqqə fədayə gəlmişəm. 

 

Dəstəmazım bu nə növ` eşqdür qan olmasa, 



Toy otağı Əkbərün bu qanlı meydan olmasa, 

Əsğərün hülqi nişani‐tirü peykan olmasa, 

Malü canımdan keçüb bəzmi‐vəfayə gəlmişəm. 

 

 



 


 

248 


 

Gəlmişəm damad edim bu çöldə ətşan Qasimi, 

Su kənarında susuz qurban verim Əbbasimi, 

Ağlayub, Zeynəb bacım qoymazla dutsun yasimi, 

Qanımı mülhəq edim nuri‐Xudayə, gəlmişəm. 

 

Şimri‐dun qəmçi vırar, nazlı Səkinəm ağlasa, 



Gəlmərəm hərgiz dilə, qəlbün sitəmlə dağlasa, 

Gər tənabə itrəti‐Zəhra qolını bağlasa, 

Çünki mən səbr etməgə əmri‐qəzayə gəlmişəm. 

 

Gəlmərəm hərgiz dilə gər sinəmə ox vırsalar, 



Qövmi‐Nəmrud xeyməvü xərgahımı yandırsalar, 

Bipədər qızlarımı atlar döşündə yorsalar, 

Başımı düşmən kəsüb vırsun cidayə, gəlmişəm. 

 

Mən sənə hər növ` ilə eylüm



 itaət istərəm, 

Gər sənün eşqündə çəksəm hər müsibət, istərəm, 

Kufədə mətbəxsəradə cayi‐xəlvət istərəm, 

Şahid ol, gör, mən kül üstə ahü vayə gəlmişəm. 

 

Ey Xuda, nə eşqdür eşq intəhayə yetməsə, 



Nizə başında başım Qur`an tilavət etməsə, 

Düxtərim viranələr küncində rehlət etməsə, 

Eyləyim həqqi sübut əhli‐cəfayə, gəlmişəm. 

 

Ağlamaq məndən sora çün olsun adət Zeynəbə, 



Yüz verə hər ruzü hər saətdə möhnət Zeynəbə, 

Şamın əhli eyləsün tə`nü şəmatət Zeynəbə, 

Ərməğan olsun başım Şimri‐dəğayə, gəlmişəm. 

                                                 

 Eyləyim 




 

249 


 

Mən səni verrəm qəsəm, nahəq tökülmüş qanıma, 

Xeyzəran zərbilə bu məcruh olan dəndanıma, 

Şamil eylə rəhmətün ol Nadimi‐nalanıma, 

Kərbəlayə talibəm, dərdə dəvayə gəlmişəm. 

 

Həzrət İmam Hüseyn (ə) dilindən 

 

Vırmayun yarə dəxi ləşkəri‐üdvan, ölürəm, 



Çoxdı yarə, yetüşüb ləblərimə can, ölürəm. 

 

Yaralı salmusuz, üdvan, su kənarində məni, 



Eylüsüz

 Xaliqə qurban su kənarində məni, 



Kəsməyün, barı, siz ətşan su kənarində məni, 

Bir içüm su mənə, barı, edün ehsan, ölürəm. 

 

Nə olar ki, edəsüz Xaliqi‐davərdən həya, 



Kəsüsüz

∗∗

 başımı, heç etmüsüz



∗∗∗

 Heydərdən həya, 

Kəsməyün təşnə, edün, barı, Peyəmbərdən həya, 

Bir içüm su eləyün siz mənə ehsan, ölürəm. 

 

Bu cəfa bəsdi ki, öldürdüz Əli Əkbərimi, 



Oxladı Hərmələ dəstimdə Əli Əsğərimi, 

Qanə əlvan elədüz Qasimi‐məhpeykərimi, 

Qoyun asudə verəm, barı, özüm can, ölürəm. 

 

Vırmayun yarə, yəqin öldüri Əkbər yarası, 



Qəlbimi qan eləyüb şibhi‐Peyəmbər yarası, 

 

 



                                                 

 Eyləyirsiniz 



∗∗

 Kəsirsiniz 

∗∗∗

 Etmirsiniz 




Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə